|
Fənn: Azərbaycan İqtisadiyyatı Qrup: 621 Kurs: II ixtisas: Maliyyə MövzuNEFT-QAZ SEKTORUNA QOYULAN XARİCİ SƏRMAYƏ
|
səhifə | 3/3 | tarix | 28.11.2023 | ölçüsü | 46,45 Kb. | | #135632 | növü | Referat |
| nicat az. iq.3. NEFT-QAZ SEKTORUNA QOYULAN XARİCİ SƏRMAYƏ
Azərbaycanın neft-qaz sektoruna 27 il ərzində 89 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulub.
Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
O, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi və “Şahdəniz” qaz yatağı layihələrindən 170 milyard ABŞ dolları məbləğində gəlir əldə edildiyini açıqlayıb: “AÇG və "Şahdəniz" yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb".
Nazirin sözlərinə görə, Bakı-Supsa neft boru kəməri ilə nəql edilən 99,4 milyon tonu, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına göndərilib: "İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib”.
NƏTİCƏ
"Azərbaycandan Avropaya qaz tədarükü və bu ixracın marşrutunu, enerji bağlantılarının münasibətlərdə önəmini Heydər Əliyev hələ 90-cı illərdə dəqiqliklə təsvir edirdi. Deyirdi ki, qaz kəmərini də Xəzər dənizindən Türkiyəyə gətirmək lazımdır. Bu həm də Türkiyədən sonra Avropa ölkələri üçün lazımdır. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"dən 615 milyon ton neft, 42 milyon ton kondensat, 399 milyard kubmetr təbii qaz çıxarılıb, 613 milyon ton neft və 135 milyard kubmetr qaz ixrac olunub, 176 milyard ABŞ dolları gəlir əldə edilib", - deyə o qeyd edib. (06.05.2023)
ƏDƏBİYYAT
https://modern.az/iqtisadiyyat/397112/neft-qaz-sektoruna-89-milyard-xarici-sermaye-qoyulub/
http://www.anl.az/down/meqale/ses/ses_sentyabr2009/90025.htm
https://president.az/az/pages/view/azerbaijan/contract
https://bizim.media/az/iqtisadiyyat/134646/
Dostları ilə paylaş: |
|
|