Teymurun ölümü dövründə Şirvan İbrahimin hakimiyyəti altında idi. Iibrahim
Şirvanşah Keyqubadın nəvəsi idi. Xalq onu Şəki əyalətində əkinşiliklə məşğul olduğu sahədən
götürüb başına şahlıq çalması qoymuşdu. Onun hakimiyyəti dövründə Toxtamış Dərbəndən
girərək Şirvanı talan etmiş, onun ardınca isə Teymurun Az-na yereşləri bsaşlamışdı. İ İbrahimin
ağıllı siyasəti nəticəsində Şirvan bu talanlardan qurtulmuşdu. O, daha güclü olan Teymurun
himayəsini qəbul etmişdi. Onun ağıllı siyasəti nəticəsində Az-nın digər bölgələrinə nisbətən
Şivanda iqtisadi-siyasi sabitlik əldə edilmişdi. Lakin Teymurun ölümündən sonra Teymurilər
arasındakı hərcmərclikdən istifadə edən İbrahim tabeçilikdən imtina etdi. Azərbaycanın, həmçinin
Şirvanın hakimiyyətini öz əlində cəmləşdirmək, Az-da müstəqil hakim olmaq niyyətilə İbrahim
tezliklə Şəki, Dərbənd, Gəncə, Qəbələ-Qarabağ düzənliyinə qədər bütün ərazilərdə öz nüfuzunu
möhkəmləndirdi. O, çoxdan nəzərdə tutduğu məqsədin-Araz çayının cənubunda yerləşən
torpaqların Şirvan ətrafında birləşdirilməsi planını həyata keçirmək üçün fəaliyyətə başladı. Təbriz
tacirləri də onu öz hakimləri kimi görmək istəyirdilər. Çünki Az-n torpaqlarının vahid siyasi
qurumda olması ticarətingenişlənməsinə şərait yaradacaqdı.
I İbrahim birləşdirmə siyasətini həyata keçirmək üçün Gürcü çarı II Konstantil, Ərdəbil, Şəki,
Gəncə hakimləri iə ittifaq qururaraq Teymurilərə qarşı mübarizəyə başladı.Miranşa, Əbubəkr və
Ömərin Təbriz uğrunda döyüşlərindən bezən şəhər əhalisi kömək üçün İbrahimə müraciət etdilər.
Bu şirvanşaha sərhəddi keçmək üçün imkan yaratdı. 1406-cı ilin may ayında Şirvanşah Təbrizə
daxil oldu. Təbrizin ələ keçirilməsi Az-n torpaqlarının vahid hak-t altında birləşməsi demək idi.
Lakin bu birləşdirmə siy-ti uğursuzluqla nəticələndi. Cəlairi və Qaraqoyunlu qoşunları Təbrizə
doğru yürüdülər. Bunu eçidən İbrahim geri qayıtmaq qərarına gəldi. 1406cı il iyulda şirvanşahlar
Təbrizi tərk etdi. Beləliklə birinci birləşdirmə cəhdi uğursuz oldu.
II cəhd 1410-da edildi. Sultan Əhməd Qara Yusiflə ittifaqına xəyanət edərək İbrahimlə anlaşır və
Şirvanşah İbrahim oğlu Kəyumərsin başçılığı ilə Təbrizə qoşun göndərdi. Lakin Qara Yusif
bundan xəbər tutaraq Şənbi Qazan yax-da Sultan Əhmədi məğlum edtdi. Beləliklə də İbrahimin
ikinci birləşdirmək çəhdi də baş tumadı.
Qara Yusif Şirvanşahı özündən asılı vəziyyətə salmaq üçün bir neçə cəhd göstərsə də bu
baş tutmadı. Həm Qara Yusif , həm də İbrahim qarşı-qarşıya gələmək üçün hazırlaşırdılar.
Nəghayət1412-ci ilin noyabr-dekabr ayalrında Kür sahilində böyük döyüş baş verdi.Qüvvələrin
qeyri-bərabərliyi(cəmi 2 min Çirvanşah qoşunu və az miqadrda gürcü dəstələrinə qarşı Qarabağ,
Muğan, Naxşıvanın birləşmiş qoşunu döyüçürdü) nəticəsində İbrahim məğlub oldu.Gürcü cürı və
onun dəstəsi edam edilsə də İbrahim1413-cü ildə azad olunaraq Şirvana qayıtdı. Qara Yusif
İbrahimi başparası ödəmək müqabilində azad etmişdi. Şivan əhli ilə bərabər Təbriz sənətkarları da
pul toplayaraq İbrahimi azda etdilər. Bundan sonra Şirvan qaraqoyunlulardan nominal asılılığı
qəbul etməli oldu. Lakin onun ölümündən sonra oğlu IXəlilüllah(1417-1462), nəvəsi Fərrux
Yassar(1462-1201) bu asılığılığı qəbul etmədilər. Xəlilüllah Qaraqoyunluların ən güclü rəqibi
Teymuri Şahruxla(Teymurun II oğlu) birləşdi.
Əmir Teymurun daxilən möhkəm olmayan imperiyası onun ölümündən sonra
parçalanmağa başlamış, atası tərəfındən hakimiyyətdən məhrum edilmiş Miranşah oğlu Əbubəkir
və Mirzə Ömərlə birlikdə Azərbaycanda və İranın qərb torpaqlarında səltənətə çıxmaq uğrunda
qanlı döyüşlərə başlamışdılar.
Azərbaycanda Teymurun varisləri arasında hakimiyyət uğrunda davam edən mübarizə,
yerli hökmdarların nüfuzunun möhkəmlənməsinə və genişlənməsinə imkan yaratdı. Şirvanşah I
İbrahim yaranmış siyasi vəziyyətdən istifadə edərək Azərbaycan torpaqlarını Şirvanşahlar dövləti
ətrafında birləşdirmək uğrunda mübarizəyə başladı. O, bu məqsədlə Gəncə hakimi Yar Əhməd
Qaraman, Şəki hakimi Seydi Əhməd, Ərdəbil hakimi Bəstam Cakir və Gürcü çarı Konstantin ilə
əlaqə yaratdı. Şirvanşah I İbrahim 1406-cı il mayın sonunda Təbriz şəhərini ələ keçirdi. Lakin o,
burada möhkəmlənə bilmədi. Şirvanşah Sultan Əhməd Cəlayirin Bağdaddan Təbriz üzərinə yürüşə
çıxdığını xəbər alaraq Cənubi Azərbaycanı tərk etdi. Azərbaycanda siyasi hakimiyyət uğrunda
gedən mübarizəyə 1406-cı ildə Qara Yusif Qaraqoyunlu da qoşuldu. Qara Yusif 1406-cı ilin
oktyabrında Naxçıvan yaxınlığında və 1408-ci ilin 21 aprelində Təbriz yaxınlığındakı Sərdrud
düzündə Teymuri Əbubəkr üzərində qələbə çalmışdı. Qara Yusifin teymurilər üzərindəki
qələbəsindən sonra Azərbaycanın cənub torpaqlarında teymurilərin hakimiyyətinə son qoyulmuş
və hakimiyyət qaraqoyunluların əlinə keçmişdi
Dostları ilə paylaş: