FəRDİ QƏza (BƏDBƏxt hadiSƏLƏRDƏN) siğortasinin



Yüklə 221,51 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix21.10.2017
ölçüsü221,51 Kb.
#6234
növüQaydalar
1   2   3   4   5   6   7

Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 5 of 16 

 

 



53  Bir ayağın hissəvi itirilməsi  (tarso-metatarsal disarticulation) 

30% 


54  Bir aşağı ətrafın tam iflici (sağalmaz sinir zədələnməsi) 

60% 


55  Xarici dizaltı oturaq sinirinin tam iflici 

30% 


56  Daxili dizaltı oturaq sinirinin tam iflici 

20% 


57  Hər iki dizaltı oturaq sinirinin (xarici və daxili) tam iflici 

40% 


58  Oma sümüyünün ankilozu 

40% 


59  Dizin

 

ankilozu 



20% 

60  Aşağı ətrafın hər iki sümüyünün sümük toxumasının sağalmaz itiriləsi 

60% 

61 


Diz qapağının sümük toxumasının nəzərə çarpacaq dərəcədə parçalanması və 

bunun aşağı ətrafın hərəkətinin məhdudlaşdırması  

 

40% 


62 

Diz qapağının sümük toxumasının nəzərə çarpacaq dərəcədə parçalanması və 

bunun aşağı ətrafın hərəkətinin məhdudlaşdırması 

 

20% 



63  Aşağı ətrafın ən azı 5 sm qısalması  

30% 


64  Aşağı ətrafın 3 sm-dən 5 sm qədər qısalması  

20% 


65  Aşağı ətrafın 1 sm-dən 3 sm qədər qısalması  

10% 


66  Ayağın bütün barmaqlarının tam amputasiyası 

25% 


67  Ayağın Birinci barmaq da daxil olmaqla dörd barmağının amputasiyası 

20% 


68  Ayağın dörd barmağının tam itirilməsi  

10% 


69  Ayağın Birinci barmağın tam itirilməsi 

10% 


70  Ayağın iki barmağının tam itirilməsi  

5% 


71  Ayağın Birinci  barmaqdan başqa digər bir barmağının amputasiyası 

3% 


 

a)  Əlillik  üzrə  Ödəniş  cədvəlində  göstərilməyən  xəsarətlər,  əhəmiyyət  dərəcələrinə  görə  cədvəldə 

göstərilən nisbətlərə uyğun olaraq müəyyən edilir. 

 

b) Əlil olmanın nisbətləri müəyyən edilərkən sığortalının ixtisas və sənəti (peşəsi) nəzərə alınmır. 



 

c)  Bədənin  bir  üzvünün/hissələrinin  və  ya  üzvün/hissələrin  bir  hissəsinin  itirilməsi  dedikdə,  həmin 

üzvün/hissələrin  və ya üzvün/hissələrin  bir hissəsinin öz funksiyalarını yerinə yetirə bilməməyi və tamamilə 

istifadəsiz hala düşməsi və ya bədəndən ayrılması başa düşülür. 

 

ç) Bədbəxt hadisə baş verməmişdən əvvəl  öz funksiyalarını yerinə  yetirə bilməyən  və  istifadə oluna 



bilməyən  bədən  üzvünün/hissələrin  və  ya  üzvün/hissələrin  bir  hissəsinin  itirilməsinə  görə  sığorta  ödənişi 

verilmir.  

 

d)  Bədbəxt  hadisə  baş  verməmişdən  əvvəl  bədən  üzvünün/hissələrin  və  ya  üzvün/hissələnin  bir 



hissəsinə münasibətdə mövcud olan əlillik hadisə nəticəsində artarsa, sığorta ödənişi hadisədən əvvəlki əlillik 

nisbət ilə hadisədən sonrakı nisbət arasındakı fərqə əsasən hesablanır. 

 

e)  Bir  bədbəxt  hadisə  nəticəsində  bədənin  müxtəlif  üzvlərində/hissələrində  və  ya  müxtəlif  üzvlərin/ 



hissələrin  hissələrində  əmələ  gələn əlilliyə görə ayrı-ayrılıqda hesablanan ödənişlərin cəmi məbləği sığorta 

şəhadətnaməsində göstərilən sığorta məbləğindən çox ola bilməz. 

ə)  Sığortalı  (sığorta  olunan)  solaxay  olarsa,  Ödəniş  cədvəlində  sağ  və  sol  əl  üçün  müəyyən  edilən 

nisbətlər  əksinə  tətbiq  edilir  o  şərtlə  ki,  Sığortalının  (sığorta  olunanın)  solaxay  olması  haqqında  sığorta 

müqaviləsi bağlanıldıqda Sığortaçıya yazılı olaraq bildirilsin.  

f)  Əlillik  təminatı  almış  Sığortalı  (sığorta  olunan),  hadisənin  baş  verdiyi  tarixdən  etibarən  bir  il 

ərzində həmin hadisə nəticəsində vəfat edərsə, Sığortalıya (sığorta olunana) əlil olmağa görə verilmiş ödəniş 

ilə ölüm təminatı ödənişi arasındakı fərq (əgər belə fərq yaranarsa) onun vərəsələrinə ödənilir. 

g) Sığortalı ilə razılaşdırıldıqda bu maddədə Əlillik üzrə Ödəniş cədvəlində dəyişikliklər edilə bilər.  

Variant 2 . 

6.2.3. Əlillik Təminatı  

Əgər  Sığortalı  (sığorta  olunan),  sığorta  şəhadətnaməsi  ilə  təminat  verilən  bədbəxt  hadisəsinin  baş 

verməsi  nəticəsində  hadisənin  baş  vermə  tarixindən  etibarən  bir  il  ərzində  həmin  hadisədən  aldığı  zədənin 



Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 6 of 16 

 

 



birbaşa  nəticəsində  əlil  olarsa  və  ona  qanunvericiliklə  nəzərdə  tutulduğu  qaydada  Birinci,  İkinci  və  ya 

Üçüncü  Dərəcəli  əlillik  təyin  edildikdə,  Sığortalıya  müqavilədə  (şəhadətnamədə)  şərtləşdirilmiş  sığorta 

məbləğinin  digər  nisbətləri  müqavilədə  nəzərdə  tutulmayıbsa,  aşağıda  göstərilən  faiz  nisbətində  sığorta 

ödənişi verilir:  



 

Birinci Dərəcə Əlillik – 100% 

İkinci Dərəcə Əlillik –  75% 

Üçüncü Dərəcə Əlillik – 50% 

Bədbəxt hadisə baş verməmişdən əvvəl mövcud olan əlillik hadisə nəticəsində artarsa, sığorta ödənişi 

hadisədən əvvəlki nisbət ilə hadisədən sonrakı nisbət arasındakı fərqə əsasən hesablanır. 

Əlillik təminatı almış Sığortalı (sığorta olunan), bədbəxt hadisənin baş  verdiyi tarixdən etibarən bir il 

ərzində  həmin  hadisənin  nəticəsində  vəfat  edərsə,  Sığortalıya  (sığorta  olunana)  əlil  olmağa  görə  verilmiş 

ödəniş ilə ölüm təminatı ödənişi arasındakı fərq (əgər belə fərq yaranarsa) onun hüquqi vərəsələrinə ödənilir. 

 

6.3.  Bədbəxt  hadisə  nəticəsində  Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  ödəniş  (gündəlik 

ödəniş) (müqavilə ilə sığorta təminatına daxil edildiyi hallarda) 

Əgər Sığortalı (sığorta olunan), bu sığortanın təminatına daxil olan hadisə nəticəsində həmin hadisədən 

aldığı  zədənin  birbaşa  nəticəsində  iş  qabiliyyətini  müvəqqəti  olaraq  itirərsə,  Sığortaçı  sığorta 

şəhadətnaməsində  bu  təminat  üçün  razılaşdırılmış  məbləğədək  gündəlik  ödəniş  məbləği  ödəyir  (sığorta 

müqaviləsində  (şəhadətnamədə)  azadolma  məbləği  və  ya  Gözləmə  müddəti  nəzərdə  tutulduğu  halda, 

müvafiq olaraq azadolma məbləğini və ya Gözləmə müddəti ərzində çəkilən xərcləri aşan hissəsində .  

Sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bədbəxt  hadisə(lər) 

nəticəsində Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlərin cəmi  (məcmu) məbləği bu təminat 

üçün nəzərdə tutulmuş sığorta məbləğini aşmamalıdır.  

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  ödəniş  yalnız  həmin  sığorta  hadisəsi  üzrə  əmək 

qabiliyyətinin müvəqqəti itirilməsinin tam vaxtı müəyyən olunduqdan sonra həyata keçirilir.  

 

6.4. Bədbəxt  hadisə  nəticəsində  çəkilən  Müalicə  xərclərinə  görə  ödəniş  (müqavilə  ilə  sığorta  təminatına 

daxil edildiyi hallarda) 

Əgər  Sığortalı  (sığorta  olunan),  bu  sığortanın  təminatına  daxil  olan  bədbəxt  hadisəsinin  baş  verməsi 

nəticəsində  zədələnərsə,  Sığortaçı  hadisənin  baş  verdiyi  tarixdən  etibarən  bir  il  ərzində  müəyyən  edilmiş 

həkim  haqqı  ilə  dərman,  radioqrafiya,  vanna,  masaj,  xəstəxana  və  digər  məqsədəuyğun  müalicə  xərclərini 

(təcili  təxirə  salınmaz  hallardan  başqa  nəqliyyat  xərcləri  istisna  olmaqla)  sığorta  müqaviləsində 

(şəhadətnaməsində)  bu  təminat  üçün  razılaşdırılmış  məbləğədək  ödəyir  (sığorta  müqaviləsində 

(şəhadətnamədə)  azadolma  məbləği  və  ya  Gözləmə  müddəti  nəzərdə  tutulduğu  halda,  müvafiq  olaraq 

azadolma məbləğini və ya Gözləmə müddəti ərzində çəkilən xərcləri aşan hissəsində). 

Sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Bədbəxt  hadisə(lər) 

nəticəsində Müalicə xərclərinə görə ödənişlərin cəmi  (məcmu) məbləği bu  təminat üçün  nəzərdə tutulmuş 

sığorta məbləğini aşmamalıdır.  

Bədbəxt  hadisə  nəticəsində  təbii  və  ya  süni  dişlərə  dəyən  xəsarətin  aradan  qaldırılması  üçün  çəkilən 

protez xərclərinə görə verilən sığorta ödənişi müalicə xərcləri məbləğinin 10%-dən çox ola bilməz.  

Sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  hal  nəzərdə  tutulmayıbsa,  müalicə  xərcləri  üçün 

Sığortalının  (sığorta  olunanın)  işlədiyi  müəssisə  və  ya  digər  şəxs  tərəfindən  ödənilən,  sosial  sığorta,  

həmçinin  icbari  və  ya  könüllü  sığortalar  üzrə  nəzərdə  tutulan  ödəniş  olmayan  bütün  digər  ödənişlər 

sığortaçının ödəyəcəyi ödənişdən çıxılır.  

 

6.5. Bədbəxt hadisə nəticəsində Sınıqlar (müqavilə ilə sığorta təminatına daxil edildiyi hallarda) 



Yüklə 221,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə