FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

36 

 

- həqiqi lizinq – bu halda kirayəyə verən müəyyən vergi güzəşti hüququna malikdir. 



Bu hüquqa investisiya güzəşti və sürətləndirilmiş amortizasiya daxildir. Kirayəyə götürən 

isə vergi ödənişi məbləğindən kirayə ödənişini çıxa bilər. 

9.  Lizinq ödənişləri xarakterinə görə: 

- pul ödənişli lizinq – bütün ödənişlər pul formasında həyata keçirilir; 

- kompensasiyalı ödənişli lizinq – ödənişlər həmin avadanlıqda istehsal edilən  mal 

göndərişi ilə aparılır və ya qarşılıqlı xidmətlə ödənilir; 

- qarışıq ödənişli lizinq. 

Lizinqin  təsnifatının  çoxşaxəli  olmasıma  rəğmən,  beynəlxalq  səviyyədə  lizinqin 

əsas 2 növü olaraq operativ və yaxud əməli lizinq və maliyyə lizinqi fərqləndirilir. Belə 

bölünmə üçün meyarlar bunlardır [22]:  

- avadanlığın istismar müddəti;  

- lizinq verənin vəzifələrinin həcmi. 

Əməli  lizinq  –  kirayəyə  verilmiş  əşyaların  əldə  olunması  və  saxlanılması  ilə 

əlaqədar  lizinq  verənin  xərcləri  bir  lizinq  kontraktı  dövründə  kirayə  ödənişləri    ilə 

örtülməyən  icarə münasibətidir. 

Əməli lizinqin aşağıdakı xarakterik xüsusiyyətləri vardır: 

- lizinq  verən  özünün    bütün  xərclərinin  bir  lizinq  götürəndən  lizinq  ödənişləri 

hesabına ödənilməsini nəzərdə tutmur; 

- lizinq  müqaviləsi  bir  qayda  olaraq  2-5  il  müddətinə  bağlanır  ki,  bu  müddət 

avadanlığın  fiziki  aşınmasından əhəmiyyətli  dərəcədə  aşağıdır  və  lizinqalan  tərə-findən 

istənilən vaxt pozula bilər; 

- avadanlığın  xarab  olması  və  itməsi  riski  əsasən    lizinq  verənin  üzərinə  düşür. 

Lizinq  müqaviləsində  avadanlığın  xarab  olması  haqqında  lizinq  alanın    məsuliyyəti  də 

nəzərdə tutula bilər. Lakin bu məsuliyyət əmlakın ilkin  dəyərindən əhəmiyyətli dərəcədə 

aşağıdır; 

- lizinq  ödənişlərinin  səviyyəsi  maliyyə  lizinqində  olduğundan  yüksəkdir.  Bu 

onunla  əlaqədardır  ki,  burada  xərclərin  örtülməsinə  tam  təminat  yoxdur,  müxtəlif  



37 

 

kommersiya  risklərini  nəzərə  almaq  zəruriyyəti  meydana  çıxır  ki,  bu  da  xidmətlərə  



qiymətin qaldırılmasını nəzərdə tutur. 

- sövdələşmə  obyekti  kimi  əsasən  daha  məşhur  olan  maşın  və  avadanlıqlar  çıxış 

edir. 

Əməli  lizinq  zamanı  lizinq  kompaniyası  dəqiq  kirayə  götürəni  bilmədən  zəruri 



avadanlıq əldə edir. Ona görə də əməli lizinqlə  məşğul olan firmalar həm təzə, həm də 

istifadədə olmuş malların investisiya bazarının konyukturasını yaxşı bilməlidirlər. Lizin-

qin bu növündə lizinq kompaniyaları icarəyə verdikləri avadanlıqları özləri sığortalayırlar 

və onların təmiri və texniki xidmətini təmin edirlər. 

Lizinq  müqaviləsi  başa  çatdıqdan  sonra  lizinq  alan  onun  başa  çatdırılması  üçün  

müəyyən imkanlara malikdir: 

- daha əlverişli şərtlərlə müqavilənin  müddətini uzatmaq; 

- avadanlığı lizinq verənə qaytarmaq; 

- önəmli  bazar  qiyməti  ilə  lihzinqverəndən  avadanlığı  satın  almaq.  Müqavilə  bağ-

lanan  zaman  obyektin  lizinq  müqaviləsinin  sonuna  bazar  qalıq  qiymətini  müəyyən-

ləşdirmək  mümkün olmadığından  lizinq  firmalarından  istifadədə olmuş avadanlığın ba-

zar məzənnəsini yaxşı öyrənmək tələb olunur. 

Əməli lizinqin köməyi ilə lizinq alan  risklərdən azad olmağa çalışır. Ona göər də 

lizinq alan aşağıdakı hallarda əməli lizinqdən istifadə edir: 

- icarəyə götürülmüş avadanlıqdan istifadədən əldə ediləsi gəlir onun ilkin qiymətini 

ödəmədikdə; 

- avadanlığa  qısamüddətli  ehtiyac  yarandıqda  (mövsümi  tələbat  və  ya  birdəfəlik 

istifadə); 

- avadanlıq xüsusi texniki  xidmət tələb etdikdə; 

- sövdələşmə obyekti kim yeni, yoxlanılmamış avadanlıq çıxış etdikdə. 

Əməli lizinqin göstərilən xüsusiyyətləri ondan kənd təsərrüfatında, nəqliyyatda, dağ 

mədən  sənayesində,  inşaatda,  məlumatların  elektron  işlənməsi  geniş  istifadəyə  şərait 

yaradır [22]. 



38 

 

Maliyyə  lizinqi  elə  razılaşma  formasıdır  ki,  bu  zaman  lizinq  verənin  verdiyi 



avadanlığın  amortizasiya  dəyərinin  tam  və  ya  onun  əsas  hissəsinin,  əlavə  xərclərin  və 

mənfəətin lizinq  ödənişləri  ilə örtülməsi  təmin olunur.  

Maliyyə lizinqi aşağıdakı əlamətləri ilə xarakterizə edilir: 

- üçüncü tərəfin iştirakı (istehsalçı və ya obyekti satan); 

- kirayə  verənin  xərcləri  ödənilənədək,  yəni  icarənin  əsas  müddətinədək  müqavi-

lənin pozula bilməməsi. Lakin təcrübədə bu hal baş verə bilir ki, bu da lizinq haqqındakı 

sövdələşmədə öz əksini tapmalıdır. Lakin bu zaman əməliyyatın dəyəri əhəmiyyətli dərə-

cədə yüksək olur. 

- lizinq sövdələşməsi müddətinin xeyli uzun olması (sövdələşmə  obyektinin xidmət 

müddətinə yaxın); 

- maliyyə lizinqində sövdələşmə obyektinin dəyəri bir qayda olaraq yüksək olur. 

Əməli  lizinqdə  olduğu  kimi,  maliyyə  lizinqində  də  sövdələşmə  müddəti  başa 

çatdıqdan sonra lizinq alan: 

- obyekti qalıq dəyəri ilə satın ala  bilər; 

- güzəştli dərəcədə nisbətən qısa müddətə  yeni müqavilə bağlaya bilər; 

- obyekti lizinq kompaniyasına  geri qaytara bilər. 

Lizinq  alan  müqavilənin  başa  çatmasına  6  ay  qalmış  və  ya  başqa  müddətdə    öz 

qərarı haqqında  lizinq verənə məlumat verməlidir. Müqavilədə  sövdələşmə obyektinin 

satılması  nəzərdə  tutlarsa,  tərəflər  əvvəlcədən  obyektin  qalıq  qiymətini  müəyyənləş-

dirməlidirlər. Adətən obyektin qalıq dəyəri  ilk dəyərinin 1-10% həcmində müəyyən edir 

ki,  bu  da  lizinq  verənə  avadanlığın  bütün  dəyərinə  amortizasiya  hesablamağa  hüquq 

verir. 


Maliyyə lizinqi iqtisadi əlamətlərinə görə kapital qoyuluşlarının uzunmüddətli bank 

kreditləşmə əməliyyatlarına oxşarlığına görə  maliyyə lizinqi bazarında banklar, maliyyə 

kompaniyaları,  ixtisaslaşmış  lizinq  kompaniyaları  xüsusi  yer  tuturlar  və  banklarla  sıx 

əlaqədə  olurlar.  Bəzi  ölkələrdə banklara  yalnız  maliyyə  lizinqi  ilə  məşğul olmağa  icazə 

verirlər [22]. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə