17
Kommersiya banklarının yerinə yetirdikləri funksiyalara müxtəlif yanaşmalar
mövcuddur. Onlardan bəzilərini nəzərdən keçirək:
Prof. O.İ.Lavruşin kommersiya bankının funksiyalarını müəyyənləşdirmək üçün
aşağıdakı istiqamətlərdə təhlillərin aparılmasını vacib sayır [43]:
makrosəviyyədə (bank ilə xalq təsərrüfatı sahələrinin arasındakı əlaqə);
vahid təsisat kimi bankın özünün mövqeyindən;
bankın pul-kredit institutu kimi fəaliyyəti mövqeyindən.
Bu baxımdan O.İ.Lavruşin tərəfindən kommersiya banklarının aşağıdakı
funksiyaları müəyyən olunur [43]:
sərbəst pul vəsaitinin akkumulyasiyası funksiyası. Bu funksiyanın xarakterik
xüsusiyyətləri ondan ibarətdir ki:
bank məhz başqalarına məxsus müvəqqəti olaraq istifadəsiz qalmış sərbəst
vəsaitləri toplayır;
toplanmış vəsaitlər bankın ehtiyacları üçün deyil, başqalarının (bankın
müştərilərinin) ehtiyaclarını qarşılamaq üşün istifadə olunur (vəsaitlərin yenidən
yerləşdirilməsi qaydasında);
toplanmış və yenidən bölüşdürülmüş vəsaitlərə sahiblik hüququ banka deyil, ilkin
kreditorlara (bankın müştərilərinə) mənsub olur;
sərbəst vəsaitin toplanması bankın əsas fəaliyyət növünə çevrilir və bu fəaliyyətin
həyata keçirilməsi üçün xüsusi icazə (lisenziya) tələb olunur.
pul dövriyyəsinin tənzimlənməsi funksiyası. Banklar müxtəlif təsərrüffat
subyektlərinin pul vəsaitlərinin dövr etdiyi mərkəzlər kimi fəaliyyət göstərir. Hesab-
laşmalar sistemi sayəsində müştərilər mübadilə, pul və kapitalın dövriyyəsini həyata
keçirmək imkanına malikdirlər. Pul dövriyyəsinin tənzimlənməsi ödəniş vasitələrinin
emissiyası, müxtəlif istehsal subyektlərinin ehtiyacları üzrə kreditləşdirilməsi, təsərrüffat
sahələrinə və əhaliyə kütləvi surətdə xidmətərin göstərilməsi vasitəsilə də həyata keçirilir.
Buradan belə nəticəyə gəlmək olar ki, kommersiya banklarının bu funksiyası məhz pul-
18
kredit institutu kimi bank əməliyyatları hesab olunan əməliyyatlar kompleksi sayəsində
reallaşdırılır.
vasitəçilik funksiyası. Bankların bu funksiyası onların yalnız hesablaşma-ödəniş
əməliyyatlarında vasitəçilik fəaliyyəti ilə bağlılığı ilə kifayətlənmir, eyni zamanda bankın
vahid təsərrüffat subyekti kimi bütün əməliyyatlarının məc-musuna şamil edilir.
Prof. Y.F.Jukov kommersiya banklarının fəaliyyətinin əsasını təşkil edən 4 əsas
funksiyanı fərqləndirirdi [47]:
müvəqqəti sərbəst vəsaitin cəlb olunması və istifadəsi;
kredit əməliyyatlarında vasitəçilik;
hesablaşma-ödəniş əməliyyatlarında vastəçilik;
ödəniş vasitələrinin yaradılması.
Hər bir kommersiya bankı fəaliyyətə başlandıqda öz vəsaiti əsasında fəaliyyət
göstərir, daha sonradan isə fəaliyyət sferası genişləndikcə əlavə vəsaitlərə olan tələbatı
kənardan cəlb etməklə ödəyir. Bu məqsədlə banklar müştərilərə müxtəlif cəlbedici faizlər
əsasında əmanətlər və hesablar təklif edirlər. Nəticədə bankın ümumi kapitalında cəlb
olunmuş vəsaitlərin xüsusi çəkisi artaraq 80%-ə çatır. Bu funksiyanı yerinə yetirərkən
banklar borcalan qismində çıxış etmiş olurlar. Sərbəst pul vəsaitini cəlb etməklə banklar
onları özlərində saxlamır, kreditlər ver-məklə,qiymətli kağızlar almaqla iqtisadiyyata
yatırırlar.
Kredit əməliyyatlarında vasitəçilik funksiyası iqtisadi tələbatdan irəli gəlmişdir.
Belə ki, çox hallarda pul vəsaiti bir iqtisadi subyektlərin əlində cəmlənir, onlara real
tələbat isə digər subyektlərdə formalaşır. Bu uyğunsuzluğu nəzəri olaraq belə aradan
qaldırmaq olar ki, birinci subyektlər əllərində olan sərbəst vəsaiti ikincilərə kredit
şəklində borc versin, lakin bütün iqtisadi subyektlər arasında məbləğ və müddət
baxımından məhz bir-birinə uyğun gələn variantları tapmaq olduqca qəliz məsələdir. Bu
yerdə kommersiya bankları vasitəçi qismində çıxış edərək müvəqqəti sərbəst vəsaitləri
toplayır (birinci funksiya) və ehtiyacı olan subyektlərə lazımi məbləğdə və tələb olunan
müddətə kreditə verir.
19
Hesablaşma-ödəniş əməliyyatlarında vastəçilik funksiyası kommersiya bankının pul
köçürmələrini həyata keçirərkən reallaşır. Bu funksiyanın mövcudluğunun effektivliyinə
əyani sübut olaraq nağdsız hesablaşmaların xüsusi çəkisinin durmadan artmasını (inkişaf
etmiş ölkələrdə bu göstərici 90%-ə çatıb) göstərmək olar.
Ödəniş vasitələrinin yaradılması funksiyası qızıl pulların dövriyyədən çıxması və
kredit pulların yaranması ilə bağlıdır. Kommersiya bankları çeklər, veksellər, plastik
kartlar, bank hesabları yaratmaqla nağdsız dövriyyənin həcmini geniş-ləndirir, bu isə
banknot emissiyasının məhdudlaşdırılmasına gətirib çıxarır.
Tütünnink A.V. və Turbanov A.V. kommersiya banklarının iqtisadi funk-siyalarını
aşağıdakı qaydada müəyyənləşdirirlər [68]:
- kredit pulların emissiyası;
- bölüşdürmə funksiyası;
- hesablaşma funksiyası;
- nəzarət funksiyası;
- maliyyə vasitəçiliyi.
Bütün bu deyilənləri ümümumiləşdirib demək olar ki, kommersiya bankları öz
fəaliyyətləri dövründə əsasən aşağıdakı funksiyaları həyata keçirirlər:
müvəqqəti sərbəst pul vəsaitlərinin səfərbər edilməsi və onların kapitala
çevrilməsi;
dövlətin, müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların, hüquqi şəxs-lərin
(firmalar, konsernlər, səhmdar cəmiyyətlər, kiçik müəssisələr, fermer təsər-rüfatları və
s.), əhalinin ayrı-ayrı şəxslərin kreditləşməsi;
kredit pulların buraxılması;
təsərrüfatda hesablaşmaların və ödəmələrin həyata keçirilməsi;
emissiya-təsisçilik funksiyalarının icrası;
müştərilərə kassa-hesablaşma xidməti;
məsləhətlər, iqtisadi və maliyyə məlumatlarının verilməsi.
Dostları ilə paylaş: |