FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

ш
Naxçıvanda  vəziyyət  həddindən 
artıq  ağır  idi.  Erməni  daşnakları  hər 
J  tərəfdən  hücuma  keçmişdilər.  Odur 
ki, Hüseynov Cabbar Ramazan oğlu 
ilk  gündən  erməni  daşnaklarına 
qarşı  təşkil  olunmuş  qırmızı  tabora 
üzv  yazılır.  O,  Abbasqulu  bəy  Şad- 
linskinin  taborunda  İbrahim  Fərzə­
liyev,  Qasım Hüseynov,  Hüseyn  Əli­
yevlə  birlikdə Naxçıvan,  Şərur, Zən­
gəzur və s.  bölgələrin  erməni quldur­
larından  təmizlənməsində  fəal  işti­
rak  edənlərdən  biri  olmuş,  dəfələrlə  düşmənlə  əlbəyaxa 
vuruşda  qalib çıxmışdır.
A.  Şadlinskinin  taboru  hər yerdə düşmənə sarsıdıcı zərbələr en­
dirdi.  1921-ci  ildə qırmızı  tabor  öz işini  şərəflə yerinə yetirir,  "Qır­
mızı  tabor"un  döyüşçüləri bir-bir tərxis  olunurlar.  Cabbar Hüsey­
nov da həmin tərxis olunanlar arasında idi. Qmmzı tabordan tərxis 
olunduqdan  sonra Cabbar Hüseynov Vedi rayonuna qayıdır.
Cabbar  Hüseynov Vedidə bir  il  qaldıqdan  sonra Naxçıvana 
qayıdır  və  həmişəlik  olaraq  burada  özünə  məskən  salır.
1923-1942-ci  illər  ərzində  o,  adi  fəhləlikdən  Naxçıvan  şəhər 
kommunal  təsərrüfat  şöbəsinin  müdiri,  Naxçıvan  M SSR-in 
kommunal  təsərrüfat  komisarlığınm  tikinti  idarəsinin  rəisi 
kimi  məsul vəzifələrədək  yüksəlmişdir.
Qırmızı  partizan  və  qırmızı  qvardiya  işlərinin  mərkəzi 
komissiyası  14  iyul  1934-cü  ildə  Hüseynov  Cabbar  Ramazan 
oğlunun  qırmızı  partizan  olması  haqqında  məsələyə  baxaraq 
10  №-li  protokolla  Nax.  MSSR-in  qırmızı  partizanı. adı 
verilməsini  təsdiq etmişdir.1
Hüseynov  Cabbar  Ramazan  oğlu  1978-ci  ildə  Naxçıvan  şə­
hərində  vəfat etmişdir.
1.  N a x .  M R D A .  f.5 7 4 .  s iy .2 .  iş. 1 0 8 .  v ə r.4
9 4


Hüseynov  Qasım
Qasım Sadıq oğlu Hüseynov  1898- 
ci  ildə  Araz  çayının  sol  sahilində, 
Ağrı  dağın  aydın  göründüyü  mün­
bit,  məhsuldar  torpağa  malik  Sədə­
rək  kəndində  dünyaya  göz açmışdır. 
O,  uşaq  yaşlarından  zəlımətsevər 
olub,  kənd  həyatının  tələb  etdiyi  iş­
lərdə  çalışmışdır.
Yoxsul  ailədə  böyüyən  Qasım 
uşaq  yaşlarından  iqtisadi  çətinlik­
lərə  və  haqsızlıqlara məruz qalır. 
Sədərək  kənd  əhalisinin  əksəriy­
yəti  Kaxanovun  və  Savva  Morozovun  Arazdəyən  təsərrüfa­
tında  fəhləlik  edirdi.
1918-ci  ilin  noyabr  ayında  türk  qoşunları  geri  çəkilən  kimi 
general  Doluxoııovun  qoşunları  Sədərək  kəndini  yarım 
mühasirəyə alıb Şərura basqın edir.  Daşnakların təcavüzkarlıq 
hərəkətləri  Sədərəyin  özünümüdafiə  qüvvələrini  birləşdirdi, 
düşmən  geri  oturduldu,  kənd  mühasirədən  azad  edildi.
1920- 
ci ildə daşnak hökuməti  daha da quduzlaşır,  Böyük  Ve- 
di,  Sədərəkdən  başlayıb,  Şahtaxtı, Xokadək ərazini  işğal edirlər.
Partizan  Qasım  Hüseynov  öz  xatirələrində  yazır:  "İngilis 
hərbçiləri  ilə  əlbir  olan  daşnak  qoşunları  böyük  qiivvə  ilə  hü­
cuma  keçdi.  Daşnak  hakimiyyətinin  işğalı  altında  olan  Şərur 
və Dərələyəzə döyüşə getdik.  Rind altında daşnak süvariləri ilə 
döyüşə  girdik.  17  nəfər  itki  verdik.  Bizim  Sədərək  dəstəsindən 
Əli  Qədim  oğlu,  Məhərrəm  Kərbəlayi  İsmayıl  oğlu,  yetim 
Məhəmməd  öldürüldü.  Biz yenidən  Rind  kəndinə  girdik".  _
1921- 
ci  ilin yayında Dərələyəzdən sıxışdırılan daşnaklar İrə­
van  dövlət  bankından  xeyli  qiymətli  vəsait  çıxarıb,  Zəngəzura 
çəkilir.  Naxçıvandan  Gorusa  qədər  hücum  edən  hissələrə 
tapşırılır  ki,  daşnakların  İrana  keçməsinə  yol  verilməsin.  Bu 
məqsədlə Ordubaddan Mehriyə qoşun göndərilir.1 Demək olar
1. 
A.B.Kadışev.  İntervensiya  i  qrojdanskaə  voyna  v  Zakavkazii. 
Moskva  1960  q.  str.  430.
9 5


ki,  gənc  döyüşçü,  vzvod  komandiri  Qasım  Hüseynov  bu  hərbi 
əməliyyatların  hamısında  iştirak  edir.
Qırmızı  partizan  və  qırmızı  qvardiya  işləri  üzrə  mərkəzi 
komissiya  Qasım  Hüseynovun  təqdim  etdiyi  sənədləri 
nəzərdən keçirərək 25 iyun  1934-cü ildə  12 №-li protokolla ona 
Naxçıvan  MSSR-in  qırmızı  partizanı  adım  verir.1
Bundan  sonra  Q.Hüseynov  müxtəlif sahələrdə çalışır.
Bu  müddətdəki  xidmətlərinə  görə  o,  4  orden  və  medalla 
təltif edilir.  1954-cü ildən  fərdi  təqaüdə çıxan Qasım Hüseynov 
1980-cı  ildə  Sədərək kəndində vəfat  etmişdir.
Hüseynov  Kərbolayı  Qasım
O,  Vətən  və xalq  işi uğrunda müba­
rizə aparmışdır.  Xalq və Vətən uğrun- 

da mübarizlər tarix boyu unudulmur. 
0 ф ^ {  
Kərbəlayı  Qasım Hüseynov  1878- 
ci  ildə  Naxçıvan  rayonunun  (Babək) 
J  Zeynəddin  kəndində,'  yoxsul  kəndli 
ailəsində anadan  olmuşdur.
Birinci  rus  inqilabı  ərəfəsində  bü­
tün  Azərbaycanda  olduğu  kimi 
Naxçıvan  ölkəsində  də  çoxlu  kəndli 
çıxışları  baş  verirdi.  Naxçıvan  qəza­
sının  Qaraçuğ,  Qaraxanbəyli,  Zey­
nəddin,  Keçili,  Külüs,  Üstüpü,  Yaycı  və  s.  kəndlərində  çıxış­
ların  sayı  daha  da  artmışdı.
Bir  xəfıyyə  sənədində göstərilir  ki,  Puşkin  küçəsində  "Ülfıy- 
yət"  (dostluq)  adı  altında  bir çayxana  açılır.  Buna çayxana  de­
yil, klub desək daha doğru olar.  Çünki  buraya toplaşanlar mo­
narxiya  əleyhinə  təbliğat  aparandılar.
Çayxanadakı işlər barədə İrəvan quberniyası xəfıyyə idarəsinin 
rəisi  polkovnik  Vasilyev  tərəfindən  Qafqaz  canişinliyi  dəftər­
xanasına göndərilən biı- məlumatda göstərilir ki, dərnəyin üzvləri 
öz işlərini yalnız və yalnız şifahi  aparır,  bütün yazılar və
1.  N a x .  M R D A .  f.5 7 4 .  siy .2 .  iş. 105.  v ə r .3 -4 .
9 6


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə