FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

Cəfər  bəy  İrəvanskini,  Teymurhəsən  Kazımovu  həbs  edərək 
Naxçıvandan  Aleksandropola  aparmışlar.  Hər  iki  xalqın 
mənafeyi  naminə  xahiş  edirik  günahsız  şəxslərin  azad 
olunması  haqda  tədbirlər görəsiniz..."1
Ermənilərin  Vedibisar,  Şərur-Dərələyəz,  Naxçıvan  və  Ordu­
bad bölgələrində törətdikləri qanlı cinayətlərlə bağlı bu  bölgələr 
üzrə  "müsəlman  yerlilər  cəmiyyətinin"  keçirdikləri  iclasın  rəya­
sət heyəti tərəfindən Azərbaycan Parlamentinə  16 iyul  1919-cu il 
tarixdə  göndərdikləri  məktubda  yazırdılar:  "Vedibasar,  Şərur, 
Naxçıvan,  Ordubad  rayonlarının  əhalisinin  böyük  hissəsini 
müsəlmanlar təşkil edir. Qeyri-müsəlman əhalisinin  sayı cüzidir. 
Bu  rayonlarla  Ermənistan  Respublikası  arasında  sərhəd  kimi
Şirazlı  müəyyən  edilib.  Ölkədə  kənar  qüvvələrin  qarışmasına 
səbəb olacaq  heç bir qanunsuzluq  olmayıb.
Ermənilərin  fitnələrinə  uyaraq,  bizə məlum olmayan  səbəb­
lərdən  ingilis  komandanlığı  bu  rayonları  bizə  qarşı  düş­
mənçilik  münasibəti  bəsləyən  və  qarşışılarına  bizləri  tamamilə 
məhv  etmək  məqsədi  qoyan  ermənilərə  verdi.  Bu  hal  bizim 
hüquqlarımızın  və  fiziki  varlığımızın  tamamilə  pozulması  və 
heçə  sayılması  aktıdır,  ədalət  prinsiplərinə  və  xalqların  öz 
müqəddəratını  təyin  etmə şüarına  ziddir.
Bu  rayonların  ermənilərə  verilməsi  faktı  kim  tərəfindən 
olursa  -  olsun  ermənilərin  müsəlmanlara  olan  münasibətinə 
şərik olduğunu  göstərir.
Bu  rayonların  əhalisinin  xahişini  və  müsəlman  Milli  Şura­
sının  müsəlmanların  soyqırımına  olan  etirazını  nəzərə  alaraq, 
Vedibasar, Şərur, Naxçıvan, Ordubad rayonlarının müsəlman­
larının  birliyi  erməni  banditlərinin  bu  rayonlara  soxulmasına 
qəti etirazını bildirir və  oradan  çıxmasını  tələb  edir.
Biz  həddindən  artıq  inanırıq  ki,  ingilis  komandanlığı  buna 
yol  verməyəcək  və  hüququmuzu  özümüzə  qaytaracaq.  Vedi­
basar,  Şərur,  Naxçıvan  və  Ordubad  rayonları  müsəlman 
yerlilərinin  heyəti1 2.
İngilis-erməni  təcavüzkarlarının  etdikləri  bu  cinayətlərinə
1.  Nax.  MRDA.  f.314.  s5a.  iş.74.  v.  186-187.
2.  Nax MRDA  f.  314,  s.5  a.  iş  71.  v.  20-21
26


qarşı  1919-ci ilin iyul ayınm ortalarında Naxçıvan şəhərində və 
Şərur qəzasında  üsyan  qaldırılır.  Üsyan,  demək  olar ki,  bütün 
Naxçıvan  qəzasını  bürüyür.
İngilislərin  Naxçıvanda  yaratdığı,  qubernator  Varşamyan 
başda  olmaqla  daşnak  hərbi  hökuməti  qovulur.  Naxçıvan  və 
Şərurda  duran  qarnizonlar  pərakəndə  surətdə  Naxçıvan 
ölkəsini  tərk  edib  qaçır.
1919-cu  ilin  axırlarından  başlayaraq  1920-ci  ilin  iyul  ayına 
kimi  ermənilər  Şərur-Dərələyəz,  Naxçıvan  və  Ordubad 
bölgələrinin,  demək  olar  ki,  əksər  kəndlərinə  hücum  etmiş, 
yandırmış,  Azərbaycan  əhalisinin  xeyli  hissəsini  qıraraq  məhv 
etmiş,  əhalinin  bir  qismi  isə  ermənilərə  qarşı  vuruşaraq, 
qüvvələr  bərabər  olmadığı  üçün  öz  yurdlarını,  ocaqlarını  tərk 
etməli  olmuşdur.
Ermənilərin  hiyləsi  ilə  İrəvan  quberniyasından  qaçqın 
düşmüş  bəzi  kənd  sakinləri  öz  kəndlərinə  qayıtdıqdan  sonra 
ermənilər  tərəfindən  qılıncdan  keçirilərək məhv  edilmişlər.
Ordubadın  qəza  rəisi  Tahirov  Naxçıvan  general-quberna­
toruna  6  yanvar  1920-ci  ildə  vurduğu  teleqramda  yazırdı:  "Uç 
gün  bundan  əvvəl  Korçevan  kəndində  ermənilər  100  nəfərdən 
çox  müsəlmanı  bir  yerə  yığıb,  qadın  və  uşaqları  vəhşicəsinə 
qətlə yetirmişlər.”1
Arxivdə  araşdırdığımız  bir  çox  sənəd  bunu  bir  daha  sübut 
edir.  Məsələn,  Abasqulu  bəy  Şadlinski  tərəfindən  Böyük  Vedi- 
dən 7 yanvar  1920-ci ildə vurulan teleqrama nəzər yetirək.  Tele­
qramda  yazılır:  'Texmaqan  kənd  sakinləri  ermənilərin  müqa­
viləsinə  inanaraq  öz  yurdlarına  köçdülər.  Ancaq  ermənilərin 
orada  yerləşən  nizami  qoşun  hissələri  tərəfindən  onlar  kəsilib 
doğrandılar.  Məlumat üçün bu vəziyyəti sizə çatdırıram”. 1 2
Vedibasar  təşkilatının  komandanı  Hacı  Təhmasib  Şadlin- 
skinin Naxçıvan qəzasının hərbi  komandanı (naziri -  F.C .) Kəl- 
balı  xan  Naxçıvanskiyə  9  yanvar  1920-ci  il  tarixdə  Böyük  Ve- 
didən göndərdiyi  teleqramda yazılır:  "Bu gün  dördüncü  gündür 
ki,  erməni  gözətçiləri  çöldə  otarılan  mal qaraya  hər  gün  atəş
1.  Nax MRDA  f.  314,  s.5  a.  iş.  72.  v.16.
2.  Nax.  MRDA.  f.314.  s.5a.  iş.72.  v.18.
27


açırlar,  eyni  zamanda  Böyiik  Vedi  tərəfdə  yoldan  keçən  və 
gözə görünən  adamları  atəşə  tuturlar.  Bu  vəziyyəti  çatdırmaqla 
xahiş edirəm ki, məsləhət verəsiniz biz nə edək və eyni zamanda 
sizdən asılı  nə varsa hüququnuzla sərəncam verəsiniz.''1
1920-ci  ilin  mart  ayının  21-də  10  min  nəfərdən  ibarət  olan 
erməni  daşnakları  Ordubad  qəzasının  Düylün,  Vənənd,  Vələər, 
Xanağa, Beksar, Ağrı, Dizə, Unus, Əylis, Kilit, Anabad, Gənzə və 
s.  kəndlərinə  hücum  edərək  yandırmış,  qarət  edib  əhalinin  çox 
hissəsini qırmış və Ordubad şəhərini mühasirə etmişlər.  Ordubad 
ətrafında  gedən  döyüşlərdə  ermənilər  tərəfindən  çox  itkilər 
olmuşdur, lakin ermənilər şəhərə girə bilməmişdir.2
Azərbaycan  Respublikasının  İrandakı  diplomatik  nümayə- 
nəsi  10 aprel  1920-ci il tarixdə Azərbaycan Respublikası Xarici 
İşlər Nazirinə göndərdiyi məruzə xarakterli məktubunda yazır: 
"Bu  ilin  mart  ayının  20-dən  başlayaraq  Naxçıvan  və  İranın 
ayrı-ayrı  yerlərindən  erməni  hərbi  hissələrinin  Naxçıvan  və 
Ordubad  rayonlarına  hazırlanmış  hücumları  haqda  tele­
qramlar älıram.
Bu  teleqramda  bildirilir  ki,  İran  erməniləri  də  bu  hücum­
larda  iştirak  edirlər.
Əsas  dağıntıları  artileriya  törədir.  Yerli  əhali  müqavimət 
göstərir,  amma  təcili  kömək diləyir.
Bundan başqa bu rayonlarda qaçqınlar aclıqdan əzab çəkirlər.
İran  ermənilərinin  bu  məsələdə  iştirakı,  eləcə  də  İran 
ərazisində  qaçqınlar  üçün  ərzağın  alınması  üçün  mən  İran 
hökuməti  qarşısında  məsələ  qaldırmışam,  lazımi  tədbirlər 
görsünlər,  onlar  da  öz  növbələrində  yaxşı  mənada  lazımi 
əmrlər veriblər.
Eyni  vaxtda  ermənilərin  bu  rayonlara  hücumları  barədə 
Tehrana gələn  ingilis,  amerikan və fransız nümayəndələrinə də 
xəbər vermişlər.
Bunları  izah  edərək  Xarici  İşlər  Nazirliyindən  bu  rayonun 
əhalisini  bu  fövqaladə vəziyyətdən  çıxartmaq  üçün  lazımi  təd­
birlər görməyi  xahiş  edirəm.
*
1.  Nax.  MRDA.  f.314.  s.5a.  iş.72.  v.17.
2.  "Borba"  qəzeti,  15  aprel  1920-ci  il,  №-83
28


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə