- deyir. “Altı ay ərzində biz ölkəni anarxiya və xaosdan çıxamıaq
üçün fəaliyyət göstərmişik: qayda-qanun yaratmış, polis təsis etmiş,
məhkəmə qunnuş, dəmiıyolunda hərəkəti bərpa etmiş, az- çox
dərəcədə poçt-teleqraf və digər müəssisələrin işlərini qaydaya
salmış, ölkəni maliyyə çətinliyindən çıxarmışıq... Doğrudur,
işimizdə çatışmazlıqlar və nöqsanlar çoxdur. Ancaq nəzərə alın ki,
bu işlər son dərəcə gənc, çoxillik dövlətçilik təcrübəsinə, bundan
əlavə heç bir vasitəyə və real gücə malik olmyan bir hökumət
tərəfindən görülmüşdür. Yuxarıda qeyd olunanları yerinə
yetirdikdən sonra hökumətin qarşısında başqa, daha mühüm və daha
çətin vəzifə Azərbaycanın paytaxtı Bakı şəhərinin onu
xəyanətkarcasma işğal etmiş, xalqların azadlığı və qardaşlığı və s.
barədəki hay-küyləri Bakılı müsəlman kişiləri və qadınları məhv
etmək hərəkətləri ilə uyğun gəlməyən partiyadan (müdafiəsiz
Bakılılar soyqınmından canlannı qurtanb İrana, Dağıstan dağlarına
qaçmış, müxtəlif ölkələrə dağılıb alçaldıcı qaçqın həyatı
yaşamışdılar) geri alınması dumrdu. Bu mühüm və çətin vəzifə
hökumətin müraciət etmək məcburiyyətində qaldığı Türk
qüvvələrinin köməyi ilə hökumət tərəfindən yerinə yetiri İdi... Biz
bacardığımız qədər hər şeyi etdik, ola bilər ki, səhvlərə də yol
verdik, ancaq işlədik, yalnız bir məqsədlə - Vətənin rifahı naminə
çalışdıq.” (“Azərbaycan” qəzeti 1918-ci il, 10 dekabr).
Həmin nitqində Fətəli Xan mövcud çətinliklərlə üzləşən gənc
dövləti dalğalar qoynunda yırğalanan qayıqla müqayisə edərək deyir
ki, bu qayığı qayalar arasından elə keçirmək lazımdır, o, büdrəməsin
və daşlara toxunub parçalanmasın.
Fətəli Xan və Cümhuriyyətin digər rəhbərləri Bakınm
alınmasını müstəqilliyə bərabər bir addım kimi
qiymətləndirir və bu
qənaətlərində qətiyyən mübaliğəyə yol vermirdilər. Çünki o dövrdə
dünyanın neft sənayesi üzrə ən mühüm mərkəzlərindən biri olan bu
şəhərin müstəqil dövlətin paytaxtına çevrilməsinin gənc
respublikanın mövcudluğu üçün həm çox böyük siyasi, həm də
iqtisadi əhəmiyyəti vardı. Bütün Zaqafqaziyada az qala diqqətini
tamamilə Bakıya yönəltmiş Qərbin dəstəyinə nail olunması bu
şəhərin onu işğal etmiş
düşmən qüvvələrin əlindən
19