Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə35/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   31   32   33   34   35   36   37   38   ...   109

85 
edən  kəs  gec-tez  onları  satacaq,  çünki  məlum  olduğu  kimi,  yaltaqlığın  əks 
tərəfi satqınlıqdır. Bununla  yanaşı görünür ki, zəruri tənqid də nəzakətli və 
ədalətli,  insanın  ləyaqətini  alçaltmayan,  amma  ona  daha  yaxşı  olmağa  kö-
mək  edən  olmalıdır.  Artur  Şopenhauer  hesab  edirdi  ki,  “doza  çox  böyük 
olarsa,  dərman  məqsədinə  nail  olmadığı  kimi,  töhmət  və  tənqid  də  ədalət 
həddini keçəndə məqsədinə nail olmur. ”Əməkdaşlıq fəlsəfəsi – zülmü, əda-
lətsizliyi, ixtilafları və sosial-siyasi kataklizmləri doğuran təcavüzkarlığın və 
“hakimiyyət iradəsinin” aradan qaldırılması yoludur.  
Digər  insanlarla  ünsiyyətdə  ton,  üslub,  mövqe,  ünsiyyət  taktikası,  həm-
söhbətinin məqsədləri və gözləmələrinin başa düşülməsi, maraqları və mə-
dəniyyəti  harmonizasiya  etmək  bacarığı  mühüm  əhəmiyyət  daşıyır.  Ünsiy-
yətdə olduğunuz insanlarda, ruhi rahatlıq duyğusuna səbəb olan pozitiv ün-
siyyəti özündə yaratmağa çalışmaq lazımdır. Bununla  yanaşı ünsiyyətdə öz 
nəticəsini yalnız şəxsi qiymətləndirmə əsasında qurmaq lazım deyil. Bu qiy-
mətləndirmələri partnyorların qiymətləndirmələri ilə uyğunlaşdırmaq, onları 
başa düşməyə çalışmaq lazımdır. Başqalarının fikrinə qulaq asmaq və bu za-
man şəxsi özünəinama zərər yetirmədən, öz davranışına görə məsuliyyət da-
şımaq lazımdır. İnsanları, həqiqəti təhrif edən, əsaslandırılmamış qiymətlən-
dirmədən  çəkindirmək  lazımdır.  İnsan  haqqında  qeyri-obyektiv  təsəvvürə 
malik  olaraq,  biz  onun  sözləri  və  hərəkətlərində  məhz  bizim  şüurumuzda 
“əvvəlcədən  nəzərdə  tutulmuş  obraz”  kimi  təsdiqlənəni  görməyə  çalışırıq. 
Belə yanaşma çox zaman ünsiyyətdə maneəyə çevrilir, qeyri- səmimilik ya-
radır və ola bilsin ki, ən sadiq potensial dostların və həmfikirlərin itirilməsi-
nə gətirib çıxarır. Qeyd edək ki, “əvvəlcədən nəzərdə tutulmuş obrazın” for-
malaşdırılması metodları ayrı-ayrı insanlar və ya bir qrup şəxslər tərəfindən 
mümkün ciddi rəqiblərin və əleyhdarların nüfuzdan salınması və sosial blo-
kadası məqsədilə ictimai rəyi manipulyasiya etmə vasitəsi kimi bacarıqla is-
tifadə olunur.  
Ünsiyyət mədəniyyəti qarşılıqlı anlaşmaya nail olmanı nəzərdə tutur  ki, 
onsuz  yüksək  şəxsiyyətlərarası  münasibətlər  mədəniyyəti  mümkün  deyil. 
Qarşılıqlı anlaşmanın çətinliyi çox zaman tərəflərin eyni bir faktları və ha-
disələri müxtəlif cür interpretasiya edilməsinə səbəb olan intellektinin və də-
yər istiqamətlərinin müxtəlif səviyyəsindən ibarətdir. Başqasının özünə qar-
şı olan münasibət xarakterinin şəxsiyyət tərəfindən qiymətləndirilməsi, onun 
müraciət  etdiyi  tonun  qəbul  edilməsi,  onun  sözlərinin  arxasında  duran,  bu 
sözlərin və münasibətin səmimiliyini təsdiqləyən konkret hərəkət və real nə-
ticələrin təhlili böyük rol oynayır. Qarşılıqlı anlaşma mədəniyyətinə həm də 
o hal mühüm təsir edir ki, insanların konkret hərəkətləri və əməllərinə mü-
nasibətdə  bizim  təsəvvürlərimiz  və  psixoloji  istiqamətlərimiz  əsasən  həm 


86 
həyatda, həm də insanların özündə baş verən dəyişikliklərin təhlili olmadan, 
əvvəlki təcrübə ilə formalaşır. Bunu nəzərə alaraq hər kəs sözlərinə və hərə-
kətlərinə  öz  şüuru  ilə  nəzarət  və  korrektə  etməyin  gərəkliyini  dərk  etməli, 
müntəzəm olaraq özünü təkmilləşdirməyə, səmimi olmağa çalışmalıdır. Mü-
təxəssislər hesab edirlər ki, qeyri-səmimiliyə əsaslanan, ”tülkü” ünsiyyət üs-
lubu,  gizlin  ziddiyyətlərin  düşmənçilik  və  depressiyaya  səbəb  olan  bərpa 
edilməzlik vəziyyətinə çatdırılması ilə nəticələnir. Ziddiyyətlərin həllinin ən 
yaxşı  üsulu  –  onların  real  mahiyyəti  və  xüsusiyyətlərinin  açıq  və  düzgün 
müzakirəsi, öz səhvlərini görmə və mərdcəsinə etiraf etmədir. Və burada da 
məsuliyyət  daha  yüksək  intellektual  mədəniyyətli  insanların  üzərinə  düşür, 
çünki iki mübahisə edən kəsdən ən çox günahkar olanı daha ağıllı olandır. 
Beləliklə,  qarşılıqlı  anlaşma  mədəniyyəti  nəzakətli  ünsiyyət  üzərində  quru-
lur, çünki nəzakətsız ünsiyyət mütləq münaqişələrə gətirib çıxarır.  
   Münaqişələrin başlıca olaraq üç əsas səbəbdən baş verməsini hesab et-
mək qəbul edilmişdir: bu və ya digər amillərin başa düşülməsindəki fikir ay-
rılığına görə; rəylərdəki uyğunsuzluğa görə; eyni bir hərəkətlərə və qərarla-
ra müxtəlif baxışlara görə. Çox zaman iş, ailə və ya şəxsiyyətlərarası müna-
qişələrin  səbəbi,  insanlarda,  niyyətlərdə,  planlarda  və  s.  şəxsin  “daimi  şüb-
hə”  hissi  olur  ki,  bu  da  nə  isə  etmək  istəyinin  itirilməsinə  gətirib  çıxarır. 
Mübahisə  edən  şəxs  özünütəsdiqin  təmin  edilməsinə  can  ataraq,  üç  əsas 
mövqe  tuta  bilər:  “mütləqiyyət”,  “psevdoloji”  (“yalançı”)  və  “böyüyün 
mövqeyi”.  “Mütləqiyyət”  mövqeyi  konstruktiv  diskussiya  aparmağa  qadir 
olmayan, öz mövqe dəlillərinin olmamasını rəqibin əsassız günahlandırılma-
sı ilə, damğa vurmaqla, bəzən isə həm də onun şəxsi ləyaqətini alçaltmaqla 
kompensasiya  etməyə  çalışan  avtoritar  xarakterli  insanlara  məxsusdur. 
“Psevdoloji mövqe” özünün aprior fikrini məntiq, sağlam düşüncə və fakt-
lar  əsasında sübut  etməyə  çalışır.  Yəni  söhbət nəyin  bahasına olursa  olsun, 
əvvəlcədən  müəyyən  edilmiş  fikri  təsdiq  etmək  üçün  vasitələrin  axtarışı 
haqqında gedir ki, bu da təbii olaraq, mübahisənin qeyri-konstruktiv forma-
sına, çox vaxt isə həmsöhbətin şəxsiyyətini alçaltmaq cəhdinə gətirir. “Bö-
yüyün mövqeyi” öz şəxsiyyət əsaslarının təhlilindən başlayır ki, bu da konf-
rontasiya  üçün  subyektiv  səbəblərin  yox  olmasına  kömək  edir,  mübahisə 
prosesində  qabaqcadan  yaranan  yanlış  fikir,  antipatiya  və  təcavüzkarlıqdan 
xilas olmağa imkan verir.     
İnsanın başqa insanlarla əlaqəsi zamanı reallaşdırmağa çalışdığı, hadisə-
lərin, iddiaların qiymətləndirmə və ölçü əhəmiyyətliliyi üsullarını müəyyən 
edən  emosiyalar,  psixoloji  istiqamətlər  mübahisələrdə  mühüm  rol  oynayır. 
Obyektiv qiymətləndirməyə qadir olmayan insan, əsasında: şəxsi alicənablıq 
illüziyası, ikili etika və “hər şey aydındır” psixoloji göstəriş kimi şəxsi-mü-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə