Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   5   6   7   8   9   10   11   12   ...   109

21 
yardım etmişdir. 
Norbert  Viner  elmlərin  sıx  birliyi  və  inteqrasiyasının  lazımlığını,  tədqi-
qatlar zamanı sistemli yanaşma və sintezin, universal elmi metodologiyanın, 
alimlərin səylərinin birləşdirilməsinin vacibliyini başa düşürdü. Şərti olaraq 
ayrı-ayrı istiqamətlərə ayrılmış elmlərin birliyində dərin inama malik olaraq 
o, elmləri fundamental və tətbiqi elmərə bölünməsinin əleyhinə çıxış edirdi. 
Özünün avtomatlaşdırılmış idarəçilik modellərinin qurulması zamanı Viner 
təbiətdən  öyrənməyə  çalışırdı,  xaosla  mübarizə  qaydası  şəraitində  insanın 
imkanlarını məhdudlaşdıran stoxastik təbiətşünaslıq fəlsəfəsinə (yəni təbiət-
də təsadüflər fəlsəfəsinə – F.M.) üstünlük verərək, canlı varlıqların bir-birin-
dən asılılığını, mahiyyət məntiqini və funksiyalarının xüsusiyyətlərini istifa-
də edirdi. Xaosla mübarizədə real qüvvə olan elmi biliklərə əsaslanaraq, dai-
mi  həyat  dəyişikliklərini  və  insanın  dərketmə  və  idarəetmə  imkanlarının 
məhdudluğunu  nəzərə  alaraq,  alim  tərəqqiyə  nail  olmağa  yardım  edən  fay-
dalı iş əmsalının yüksəldilməsi və əmək entropiyasının azaldılmasının sabit 
idarəçilik formalarını inadla axtarırdı. Norbert Viner maşınlarda, canlı orqa-
nizmlərdə və cəmiyyətdə idarəçilik və əlaqə proseslərinin bənzərliyini aşkar 
etdi. Bu əlaqənin mahiyyəti - məlum ehtimallarla verilmiş iki və daha artıq 
mənalar arasında düzgün davranış (həll)  seçimi kimi nəzərdən keçirilən in-
formasiyanın,  yəni  müxtəlif  siqnalların,  bildirişlərin,  məlumatların  ötürül-
məsi, qorunması və  emalındadır. Kibernetika haqqında,  yəni ümumi təşkil-
etmə,  idarəetmə  və  əlaqə  nəzəriyyəsi  haqqında  fikir  buradan  meydana  çıx-
mışdır. Bu nəzəriyyədə bilik (informasiya) entropiyanın (xaosun) azaldılma-
sı  amili  kimi  çıxış  edir.  Vinerin  sayəsində  keçən  əsrin  50-ci  illərində  ki-
bernetika dünyada – informasiyanı qəbul etməyə, saxlamağa və emal etmə-
yə  və  onu  idarə  etmək  və  nizamlamaq  üçün    istifadə  etməyə  imkan  verən 
elm  kimi  tanındı.  Bu  elmin  predmeti  –  həm  istehsal  fəaliyyəti  və  təbiət 
elmlərində, həm də cəmiyyətdə yer alan mürəkkəb dinamik sistemlərdə baş 
verən idarəetmə proseslərinin öyrənilməsi, əsas məqsədlərindən biri isə - in-
san əməyinin səmərəliliyinin yüksəldilməsi üçün mürəkkəb proseslərin elmi 
idarəetmə metodlarının axtarışı oldu.  
Öz  xüsusi  mədəniyyət  konsepsiyamızı  işləyib  hazırlayan  zaman,  tərəfi-
mizdən  keçən  əsrin  80-ci  illərində  Roma  Klubu,  Perspektiv  Tədqiqatlar 
İnstitutlarının  Beynəlxalq  Federasiyası,  Sistemli  Tədqiqatlar  Beynəlxalq 
İnstitutu və s. kimi nüfuzlu qeyri-hökumət təşkilatlarının tədqiqatlarının mü-
hüm istiqaməti olan, geniş yayılmış davamlı inkişaf konsepsiyası da nəzərə 
alınmışdır. Roma Klubunun məşhur “Artımın həddi” məruzəsinin müəlliflə-
ri – Donella D. Medous, Dennis L. Medous, Jorden Randers və Vilhelm V. 
Berens  dünya  əhalisi,  sənayeləşdirmə,  ətraf  mühitin  çirkləndirilməsi,  ərzaq 


22 
istehsalı  və  resursların  tükənməsi  kimi  müasir  sivilizasiyanın  dəyişən  kə-
miyyətlərini təhlil edərək, təbiət, insan və cəmiyyət arasındakı disbalansları 
(uyğunsuzluqları) aradan qaldırmağın, və yeni, resursları qoruyan və ekoloji 
cəhətdən  təmiz  texnologiyaların  tətbiq  edilməsi  hesabına  davamlı  inkişafa 
nail olmanın konkret yollarını təklif etmişlər.
2
 
Söhbət sosial-iqtisadi problemlərin həlli və ətraf mühitin qorunub saxlan-
ması arasında balansı təmin etmək zərurətinə əsaslanan sivilizasiyanın inki-
şaf  modelindən  gedir.  “Davamlı  inkişaf”  termini  ilk  dəfə  1987-ci  ildə  Qru 
Harlem  Bruntlandın  rəhbərliyi  ilə  BMT-nin  ətraf  mühit  və  inkişaf  üzrə 
Ümumdünya  komissiyası  tərəfindən  “Bizim  ümumi  gələcəyimiz”  məruzə-
sində istifadə olunmuşdur. Onun vasitəsilə cəmiyyətin elə bir inkişaf modeli 
göstərilirdi ki, burada insanların indiki nəslinin həyati problemlərinin təmi-
natı  gələcək  nəsillərin  bu  imkandan  məhrum  edilməsi  hesabına  əldə  olun-
mur, bu isə fikrimizcə, ruhi mədəniyyətin mühüm rolunu qeyd edir.  
İnsanın və təbiətin inkişaf problemlərinə sistemli yanaşmanı, harmoniyanı, cə-
miyyətin həyat təminatı sistemlərinin saxlanması ilə insanların həyat keyfiyyəti-
nin təminatına yönəldilmiş proseslərin və dəyişikliklərin uyğunluğunu və balansı-
nı  nəzərdə tutan davamlı inkişaf konsepsiyası tərəfimizdən Azərbaycanın tələ-
batları və ruhi və maddi mədəniyyətin kulturoloji tamlığı prizmasından nəzərdən 
keçirilmişdir.  Respublikanın  davamlı  inkişaf  problemlərinin  kulturoloji  ölçüdə 
diqqətlə  dərk  edilməsi  milli  inkişafın  davamlılığının,  ilk  növbədə,  intellektual 
(elm, təhsil və maarif), iqtisadi, etik, idarəçilik, ekoloji, hüquq mədəniyyətinin, o 
cümlədən daxili inkişafın zamini qismində çıxış edən sülh və beynəlxalq münasi-
bətlər mədəniyyətinin inkişaf problemlərinə sistemli yanaşma ilə şərtlənmişdir.   
Deyilənləri nəzərə alaraq hiss etmək çətin deyil ki, insanların yüksək ruhi mə-
dəniyyətinin inkişafı cəmiyyət və dövlət üçün böyük siyasi əhəmiyyət kəsb edir. 
İnsanların əsasən sosial davranışını müəyyən edən ruhi mədəniyyət ictimai mü-
nasibətlərin sabitliyi və təhlükəsizliyinin baza amillərindən biri olmuş, biridir və 
olacaqdır. Və buradan aydın olur ki, insanların mədəni səviyyəsi nə qədər yüksək 
olarsa, gözlənilməyən situasiyalarda onların davranışları sosial cəhətdən daha po-
zitiv ola bilər, çünki mədəni insanın davranışı onun bilikləri, prinsipləri və dəyər-
ləri ilə müəyyən olunur.   
Kitabın elmi redaktoru, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Tofiq 
Nağıyevə  kitabın  hazırlanması  ideyasına  və  elmi  redaktəsinə  görə  təşəkkürümü 
bildirirəm.  
                                                 
2
 Sonralar  bu  ideya  Dünya  Mədəniyyəti  Beynəlxalq  Universiteti  “İnsanın  və  təbiətin 
ekologiyası”  fakültəsinin  strukturunun  planlaşdırılması  zamanı  tərəfimizdən  istifadə 
olunmuşdur. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə