 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 33 

Rafiq  İsmayılov,  güləş  üzrə  dünya  və  Avropa  çempionu 

Kamandar  Məcidov,  ictimaiyətçilər  Paşa  Aslanov,  Niyaz 

Məcidov, şair-alim-jurnalist Knyaz Aslan vb. 



 

 HÜSEYNKƏND (Söyünçay) kəndi – Qomaret (Güməret) 

yaylasında,  rayon  mərkəzindən  25  km  günbatar  səmtdə, 

dəniz səviyəsindən 1380 m yüksəkdə.  1701-ci il  sənədlərində 

bu  kəndin  adı  var.  Əhalisi:  1926’da  17  ailədə  70  nəfər; 

2002’də  135  nəfər.  İbtidai  məktəb  var.  Məşhurları:  hüquqçu 

Məmməd Məmmədov vb. 



 

  KİROVİS  kəndi  –  Qomaret  yaylasında,  rayon  mər-

kəzindən  14  km  şimal-qərbdə,  dəniz  səviyəsindən  1260  m 

yüksəkdə.  1940-cı  illərədək  almanlar  yaşayıblar  və  Valdheym 

adlanıb. Həmin vaxtlardan azərbaycanlılar yaşayırlar. 1943-cü 

il 5 avqust tarixdən Kirovis adlanır. Əhalisi: 2002’də 481 nəfər 

(225  kişi,  256  qadın),  2006'da  111  ailədə  515  nəfər.  Təməl 

məktəb  var.  Məşhurları:  ağsaqqal  Qurban  Qocayev,  veteran 

müəllimlər  Şamxəlil  Məmmədov,  Hüseyn  Əliyev,  Səyad 

Muradov vb. 

 

 

QAMIŞLI 

kəndi 

–  Başkeçid  yaylasında,  rayon 

mərkəzindən  40  km  cənub-şərqdə,  dəniz  səviyəsindən  1460 

m yüksəklikdə.  1536-cı  ilin  sənədlərində  Qamışkənd adı qeyd 

olunub. Toponim qızılbaşların Komuşlu tirəsi ilə ilgili ola bilər. 

Əhalisi:  1870’də  30  ailədə  508  nəfər;  1918’də  403  nəfər; 

1926’da 72 ailədə 509 nəfər; 2002’də 355 nəfər (177 kişi, 178 

qadın),  2006'da  106  ailədə  412  nəfər.  Məktəb  1921-ci  ildən 

fəaliyətdədir və indi təməl məktəb var. 

 

  QARABULAQ  kəndi  –  Qarabulaq  (Zurdakərd)  çayının 

sahilində,  rayon  mərkəzindən  22  km  günbatarda,  dəniz 

səviyəsindən 1340 m yüksəklikdə. Toponim Qəryə-Bulaq, yəni 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 34 

Bulaq  kəndi  anlamında  ola  bilər.  Yaxınlıqda  gec  paleolitə  aid 

arxeoloji 

düşərgə, 

bu 

düşərgədə 



kiçik 

üçbucaqlar, 

dördbucaqlar,  daş  kürəciklər  tapılıb.  Qarabulaq  və  Ağbulaq 

çayları arasında 11-ci əsrə aid kiçik kilsə saxlanır. Kənd Yuxarı 

Qarabulaq  və  Aşağı  Qarabulaq  ellərinə  bölünür.  Qarabulağın 

adı  1701-ci  il  əhalisayımında  çəkilib,  Yuxarı  Qarabulaqda  8 

nəfər,  Aşağı  Qarabulaqda  7  nəfər  əhali  qeyd  edilib.  Əhalisi: 

1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-

Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 

nəfər;  1926’da  110  ailədə  765  nəfər;  2002’də  Yuxarı  Qara-

bulaqda  1114  nəfər,  Aşağı  Qarabulaqda  333  nəfər,  2006'da 

Yuxarı’da  311  ailədə  1234  nəfər,  Aşağı’da  121  ailədə  386 

nəfər.  Məktəb  1921-ci  ildən  var;  Yuxarı  Qarabulaqda  təməl 

məktəb  (150  şagird),  Aşağı  Qarabulaqda  ibtidai  məktəb  (16 

şagird)  fəaliyətdədirlər.  Məşhurları:  şair  Məhəmməd  Şindili, 

profesorlar Fariz Mikayılov, Əzizxan Tanrıverdiyev, ictimaiyətçi 

Cahangir  Orucov,  maarifçilər  Əlibala  Abdullayev,  Cabbar 

İsmayılov, Səlim Mikayılov vb. 



 

  QƏMƏRLİ  kəndi  – Başkeçid yaylasında, rayon mərkəzin-

dən  7 km günbatar səmtdə, dəniz  səviyəsindən  1390  m yük-

səklikdə.  Quzeydən  Cənubi  Qafqaza  gəlmiş  qədim  Qəmər  / 

Qamər  türk  tayfasının  adından  ola  bilər.  Əhalisi:  1886-cı  ildə 

50  ailədə  304  nəfər;  1926’da  67  ailədə  406  nəfər;  2002’də 

713  nəfər  (341  kişi,  372  qadın),  2006'da  qeydiyatda  295 

ailədə 852 nəfər. Dünyəvi məktəbin tarixi  1922-ci  ildən götü-

rülür,  hazırda  təməl  məktəb  (109  şagird)  fəaliyətdədir.  Məş-

hurları:  Qori seminariyası məzunu  Qulam  Vahabov,  şair Şamı 

Balacaoğlu,  ictimaiyətçilər Polad  Ovçuyev, Həmid  Abdullayev, 

veteran müəllim Bəkir Hacıyev, polkovnik Əlləz Ovçuyev vb. 

 

  QIZILKİLSƏ  kəndi  – Lükün-Şindi dağının gündoğarında, 

rayon  mərkəzindən  8  km  şimal-şərqdə,  dəniz  səviyəsindən 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 35 

1220  m  yüksəklikdə.  Kəndin  digər  adı  Dəmirçi-Hasanlı’dır. 

Yaxında orta əsrlərə aid memarlıq abidəsi aşkarlanıb. Əhalisi: 

1870’də  23  ailədə  151  nəfər;  1926’da  88  ailədə  588  nəfər; 

2002’də 774 nəfər, 2006'da qeydiyatda 270 ailədə 775 nəfər. 

Məktəbin  tarixi  1920-ci  ildən  başlanır,  orta  məktəb  var.  Məş-

hurları: profesör Əlişir Musayev, əməkdar müəllim Aslan Man-

sırov,  Ömər  Orucov,  Şamı  Musayev,  şairə  Səadət  Buta,  hü-

quq-mühafizə  işçisi  Mehman  Səlimov,  ictimaiyətçi  Vidadi  Sə-

limov,  həkim  Namaz  Musayev,  Hüseynəli  İsmayılov,  alimlər 

Gürcüstanda  azərbaycanlıların  məskənləri  və  yaşayış  binaları 

mövzusunun  araşdırıcısı  Adilxan  Nəbiyev,  gürcü  dilinin  tədrisi 

metodikasının  mütəxəssisi  Alı  Musayev,  Borçalıda  etnik  pro-

seslər  və  ədəbi  mühitin  tədqiqçisi  jurnalist  Şahbaz  Şamıoğlu, 

"Borçalı  aşıq  məktəbi"  monoqrafyasının  müəllifi  Tinatin  Məm-

mədova, biznesmen İsmayıl İsmayılov, Şahsuvar Musayev vb. 



 

 QORA  kəndi  – Kiçik kənddir, əhalisi azərbaycanlılardan və 

yunanlardan ibarətdir. 



 

  LÖKCANDAR  kəndi  –  Lök  dağlarının  quzey  ətəyində, 

dəniz  səviyəsindən  1450  m  yüksəklikdə,  rayon  mərkəzindən 

32  km  cənub-şərqdə.  Toponim  qədim  Leq  və  Candar  Türk 

tayfalarının  adlarını  yada  salır.  Cənub-şərq  səmtdə  qədim 

tarixi  abidələr,  kəhrizlər,  üzərində  səkkizləpirli  gül  təsvirli 

günbəzlər,  məzarlıq  var.  Bu  tərəflərdə  Candar  kənd  adına 

1536-cı  ilin  sənədlərində  təsadüf  olunur.  Əhalisi:  1870’də  20 

ailədə  380  nəfər;  1918’də  300  nəfər;  1926’da  49  ailədə  325 

nəfər;  2002’də  258  nəfər,  2006'da  82  ailədə  282  nəfər. 

Məktəbin tarixi  1917-ci  ildən başlanır,  indi təməl məktəb var. 

Məşhurları:  el  ağsaqqalı  Kərbəlayı  Musa,  polis  polkovniki 

Rəşid Musayev, şair Əlixan Düşgün vb. 



 

  MƏMİŞLƏR  kəndi  –  Qomaret  yaylasında,  rayon  mərkə-


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə