274
siyası tərkib ində fəaliyyət göstərmiş, 1919 ilin yanvarında Bakıya qayıtmışdır.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , Б., 1998;
BERKER (N o v r u z o v) Cahangir Hüseyn oğlu (1894, Ba kı - 17.7.1958, Ba rnova) - Türkiyə o rdusunun generalı.
Azərbaycan ordusunun süvari diviziyasının ko mandiri Tey mur bəy Novruzovun nəslindəndir (ba x Novruzov Cahangir
Hüseyn oğlu).
BEġĠNCĠ HÖKUMƏT KABĠNƏS Ġ, A z ə r b a y c a n X a l q C ü m h u r i y y ə t i n i n b e ş in c i h ö k u m ə
t k a b i n ə s i - A zərbaycan Xa lq Cü mhuriyyətinin 5-c i Höku mət kab inəsinin tərkibi. 1919 il dekabrın 22-də A zərbaycan
Parla mentinin 108-c i ic lasında Nəsib bəy Yusifbəyli ö zünün 2-ci, Cü mhuriyyətin isə sayca 5-ci hökumət inin tərkibin i
mü zakirəyə təqdim etdi. 5-ci höku mət kab inəsinin ü zvləri Parlamentə sədrlik edən Həsən bəy Ağayev tərəfindən elan
olundu: Nəsib bəy Yusi fbəyli - Na zirlər Şurasının sədri, Sə məd bəy Meh mandarov - hərbi nazir, Fətəli xan Xoysk i — xa ric i
işlər naziri, Məmməd Həsən Hacınski - daxili işlər naziri, Xəlil bəy Xasməmmədov - əd liyyə naziri, Xudadat bəy Məlik-
Aslanov - yollar na ziri, eyni za manda müvəqqəti olaraq tica rət və sənaye naziri, Heybətqulu bəy
Mahmudbəyov — dövlət
nəzarəti na ziri, Musa bəy Rəfiyev - səhiyyə və himayədarlıq naziri, Hə mid bəy Şahtaxtinsk i - maarif və dini et iqad naziri,
Rəşid xan Qaplanov - maliyyə naziri, Əh məd bəy Pepinov — əkinçilik və ə mək naziri, Ca mo bəy Hacınsk i - poçt və
teleqraf naziri. Göstərilən şə xslərin na mizəd liyi və Höku mətin gələcə k fəaliyyətinə aid məsələlər Pa rla ment in ayrı-ayrı frak-
siyaların ın nü mayəndələri tərəfindən geniş müzakirə ed ilərək bəyənildi.
1920 ilin fevral-mart ayla rında Nəsib bəy Yusifbəylinin Höku mət ində bəzi dəyişikliklə r olundu; fevralın 18-də
Məmməd Həsən Hac ınski tica rət, sənaye və ərzaq naziri, onun müavini Mustafa bəy Və kilov isə da xili işlər na ziri təyin
edildi. Martın 3-də maarif və din i etiqad naziri Həmid bəy Şahtaxtinskin i onun müavini Nu rməmməd bəy Şahsuvarov əvəz
etdi.
1920 il martın 30-da Höku mət böhranı nəticəsində Nəsib bəy Yusifbəylinin 5-ci Hö ku mət kabinəsi istefa verdi.
Yeni Hö ku mətin təşkili Məmməd Həsən Hacınskiyə tapşırıldı. Bu işdə yolverilməz lənglik nü mayiş etdirən Məmməd
Həsən Hacınskin in yeni Hö ku məti formalaşdırmaq məqsədilə atdığı gecikmiş addımlar hakimiyyət böhranını dərinləşdird i.
Yaran mış daxili mü rəkkəb vəziyyətdə xarici qüvvələr də fəallaşdı, 11 -ci Qırmızı ordunun müdaxiləsi nəticəsində
Azərbaycan Xalq Cü mhuriyyəti süqut etdi (ba x Azərbaycan Xalq Cümhuriyyəti Hök uməti məqaləsinə).
BEġĠNCĠ QAFQAZ FĠRQƏS Ġ (diviziyası) - Azərbaycan Xalq Cü mhuriyyəti ilə Os manlı imperiyası arasında
Batu m müqaviləsinə (1918 il, 4 iyun) əsasən hərbi yardım üçün Azərbaycana göndərilmiş türk hərbi birləşməsi. 1918 il
may ın 25-də Gəncəyə gələn Nuru paşa dərhal hiss etdi ki, azərbaycanlılardan və türk qoşunlarından ibarət olması
planlaşdırılmış Qafqaz İslam Ordusunun təşkili çətin olacaq və ço x vaxt aparacaqdır. Lakin Azərbaycanın düşdüyü ağır
vəziyyət xilaskarlıq ə mə liyyatlarının tezliklə başlanmasını tə ləb edird i. Buna görə də Nuru paşa 3-cü ordunun koman-
275
danı Mehmet Vehib paşadan təcili olaraq yüksək döyüş hazırlığına malik bir
qoşun birləşməsinin göndərilməsini istədi. Vehib paşa da, öz növbəsində, hərbi
nazir Ənvər paşaya 2 iyun 1918 il tarixli teleqramında bildirdi ki, Azərbaycan
Hökuməti ondan bolşevik təcavüzünə qarşı mübarizə üçün yardım istəyir.
Beləliklə, bu vaxtadək şanlı döyüş yolu keçmiş, böyük döyüş təcrübəsinə malik
5-c i Qafqa z firqəsinin albay Mürs əl bəyin ko mandası alt ında təcili olaraq
Azərbaycana göndərilməsi qərara alındı. Qərargah rəisi minbaşı (mayor)
Rüşdü bəy idi.
Azərbaycana gəlmək üçün daha münasib olan Gürcüstan ərazisi
almanların nəzarəti altında olduğundan diviziya Batum-Artvin-Ərdəhan-
Qarakilsə-Dilican yolu ilə Qazaxa doğru hərəkət etdi. Azərbaycan sərhədlərini
birinci minbaşı Zehni bəyin komandir olduğu 2-ci süvari alayı və minbaşı Cəmil
Cahid bəyin komandir olduğu 9-cu Qafqaz piyada alayı keçdi. 2-ci süvari
alayının 1918 il iyunun 6-da, 9-cu piyada alayının isə iyunun 7-də Qazaxda
qarşılanma mərasimi oldu. 5-ci Qafqaz diviziyasının tərkibinə, əlavə olaraq,
qaimməqam (podpolkovnik) Osman bəyin komandir olduğu 10-cu Qafqaz piyada
alayı, qaimməqam Əhməd Rza bəyin komandir olduğu 13-cü Qafqaz piyada alayı,
minbaşı Abdulla bəyin komandir olduğu 5-ci Qafqaz topçu alayı, istehkam
bölüyü, teleqraf taqımı, səhiyyə bölüyü və digər yardımçı bölmələr daxil idi.
Diviziyada 330 zabit və 7403 əsgər, həmçinin 1939 baş heyvan var idi.
Əsgərlərdən 5277-si döyüş hissələrində, 2126-sı isə qeyri-döyüş hissə və bölmələrində xid mət edirdilər. 5-ci firqənin sıralarının
daha da möhkəmləndirilməsi və onun alaylarının tərkibinə verilmişdi. Div iziyanın hissələri Gəncədən başlayaraq, Ba kıya
qədər davam edən döyüşlərdə iştira k et mişdilər.
1918 ü iyunun 18-də div iziyanın 10-cu p iyada alay ı erməni-daşnak qüvvələrinə qarşı döyüşlərdə ilk itkilərə məru z
qalsa da, qüvvələri səfərbər et mə klə, q ısa müddətdə Bakıya qədər uğurlu döyüşlər apardı. Qara mə ryə mdən başlayaraq,
Bakıya qədər A zərbaycan torpaqlarının bo lşevik və daşnak qüvvələrindən təmizlən məsin in, Nuru paşanın döyüş planlarının
reallaşdırılmasın ın əsas ağırlığı bu div iziyanın üstünə düşmüşdü. Qafqaz İslam Ordusu ko mandanı Nu ru paşa bir neçə dəfə
bu diviziyanın döyüş mövqelərində olmuş, onun əsgər və zabitlərin i qələbəyə ruhlandırmaqla bərabər, bu div iziyanın
Bakıya doğru uğurlu yürüşünün Həbib bəy Səlimovun başçılığı ilə Gəncə-Bakı dəmir yolu boyunca hərəkət edən Cənub
qrupunun fəaliyyəti ilə uzlaşdırılması üçün zə ruri addımla r at mışdı. 1918 il sentyabrın 14-də Bakı uğrunda döyüşdə də 5-c i
Qafqa z div iziyası əsas zərbə qüvvəsi id i. Diviziyanın ə mə liyyat tabeliyinə verilmiş h issələr şəhərə birinci da xil o lmuşdular.
Bakı azad edildikdən sonra Azərbaycan ordusunun formalaşdırılmasın ı sürətləndirmək üçün diviziyanın 9-cu p iyada alayı
1-c i, 10-cu piyada a layı is ə 2-ci A zərbaycan piyada diviziyasının tərkibinə da xil ed ild i.
Mudros barışığının (1918) şərtlərinə əsasən, diviziya 1918 il noyabrın ortalarından etibarən Azərbaycanı tərk
etməyə başladı. 20 əsrin 30-cu illə rində Türkiyədə soyadlarının tətbiqi ilə bağlı o laraq div iziyanın ko mandiri Mürs əl paşa
Bakı soyadını qəbul etmişdi (bax Bakı Mürsəl paşa).
Əd
.: Süleymanov M ., Nuru paşa, B., 2000; Böyük harpte Baku yollarında 5. Kafkaz Piyade firkası. 93 saylı Askeri
Mecmuanın tarih kısmı, İstanbul, 1936; Birinci dünya harbinde türk harbi Kafkaz cephesi 3-cü ordu harekatı, c.2, Ankara, 1993; Yüceer
Nasir, Birinci dünya savaşında Osmanlı ordusunun Azerbaycan ve Dağıstan harekatı, Ankara, 1996
.
"BEġLƏR DĠKTATURASI" - bax
Muğan Müvəqqəti hərbi diktaturası.
BƏDRĠ S EYĠDZADƏ, B ə d r ə d d i n K ə r b ə l a y ı M i r c a v a d o ğ l u S e y id za d ə (1882,Bakının
Keşlək k.- 11.1945) - A zərbaycan şairi. İlk təhsilin i kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə
şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya
ilə tanış et mişdir. Bədri Sey idzadə 1909 ildə "Nəşri-
maa rif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illə rdən başlayaraq, "Tuti", "Övraq i-nəfisə", "Məzəli",
"Babayi-Əmir" məc muə lərində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlə r çap etdirmişdir. Şeirlərində
("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satirala rın ın ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrə lən mişdir. Bədri
Seyidzadə əru zun mü xtə lif bəhrlərində qə zəl, mü xə mməs, tərkibbənd və s. ya zmış, Niza mi, Sədi və Füzu lidən tə xmislə r
etmişdir.
1918 ildə Azərbaycanda milli istiqlal hərə katının qələbəsindən sonra Bədri Sey idzadənin yaradıc ılığ ında sosial-
demokratiya idealların ı tərənnü m edən poetik nü munələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin
yaradıcılığ ında da a zad Vətən, müstəqillik rə mzi o lan üçrəngli milli bayrağın tərənnü mü mühü m yer tutur. Şa ir " Vətən"
("Azərbaycan" qəzeti, 1919, 7 avqust) şerində də vətəni yüksəkdə duran və əbədiyyətədək en məyəcək bayraqlı bir d iyar
kimi vəsf etmişdir.