[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə220/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   216   217   218   219   220   221   222   223   ...   282

362 

 

sürmüşdülər. Onların tapşırığı ilə 1900 ildə Hacıqabuldan Araz çay ı boyunca Culfaya qədər ərazidə texn iki-kəşfıyyat işlərinə 



başlandı. Rus sənayeçiləri həmin  dəmir yolu  xəttini gələcəkdə  İrana və Türkiyəyə doğru u zatmaq n iyyətində id ilər. Tərtib 

olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti”nin rəhbərlərindən olan S.Podqurskiyə verildi. 

Culfa-Hacıqabul  də mir  yolu  xəttin in  çəkilməsinin  zə ruriliyi  Birinci  dünya  müharibəsi  (1914-18)  başlandıqdan 

dərhal  sonra  özünü  göstərdi.  Rusiya  Qafqa z  cəbhəsindəki  qoşunlarını  ərzaq  və  döyüş  sursatı  ilə  təchiz  et məkdə   ciddi 

çətinliklərlə  üzləşdi.  1914-16  illərdə  Qafqazın  cənubuna  doğru  daşınan  yüklərin  həcmi  2  dəfədən  ço x  artmışdı  və 

Aleksandropol-Culfa  xətti  bu  qədər  yükü   daşımağa  qadir  deyildi.  Bu  və ziyyət  Qafqa zdakı  rus  ordusunun  komandanı  və 

Qafqaz  canişin i  Niko lay  Nikolayeviçi  Culfanın  Cənubi  Qafqaz  dəmir  yolunun  şərq  hissəsindəki  stansiyalardan  biri  ilə 

birləşdirilməsini  təklif  edən  layihələ rə  ciddi  d iqqət  yetirməyə  məcbur  etdi.  Can işin  bu  layihələ r  içərisində  Culfanın  Ələtlə  

birləşdirilməsi təklif edilən varianta üstünlük verdi və 1916 il fevralın 4-də Na zirlər Şurasına müraciət edərək, Ələt-Culfa də mir 

yolu xəttinin çə kilməsi məsələsini irə li sürdü. 

Culfanı  məhz  Ələt  stansiyası  ilə  birləşdirmək  təklifi  onunla  bağlı  idi  ki,  bu  stansiya  hələ  Bakı-Tiflis  dəmir  yolu 

çəkildiy i  zaman dəmir yo lu  xətti vasitəsilə  Ələt bu xtası ilə birləşdirilmişdi.  Bu xtanın ö zündə isə gəmilərin yan alması üçün 

körpü inşa edilmişdi. Bu da tikinti materiallarını və sonrakı dövrdə həm də hərbi yükləri onsuz da yüksək gər-g inliklə işləyən 

Cənubi Qafqaz də mir yolundan, Ba kı yük stansiyasından yan keçmə klə  daşımağa imkan verərd i. 

Də mir yolu  xətti Ələt stansiyasından başlayaraq Şirvan, Muğan, Mil düzlərindən çəkilməli,  46-cı verstdə Kür çayını, 

91-ci  verstdə  Araz  çayını  keç mə li  idi.  Təqribən  Bəh mən li  stansiyası  yaxınlığ ından  (165-c i  verstdən)  başlayaraq  Araz  çayı 

vadisi ilə, Xudafərin körpüsündən Ordubada kimi is ə 90 verstlik məsafədə ensiz çay yatağı boyunca inşa edilməli idi. Bu yeni 

dəmir  yolu  xətti  383-cü   verstdə  İran   sərhədi  ya xınlığında  -  Culfada   Ulu xan lı-Culfa  və   Culfa -Təbriz  də mir  yolları  ilə  

qovuşmalı  idi. İşçi  layihəsində dəmir yolu  xəttinin keçəcəyi dağlıq bölgədə ümumi u zunluğu 460 sajın  (1 sajın =2,13360  m) 

olan 13 tunel inşası planlaşdırılmışdı. Layihədə həmçinin 13 yeni stansiya tikintisi də nəzərdə tutulurdu. 

Çar höku məti bu yolun çəkilməsinə dərhal  icazə verdi. Artıq  1916  il  may ın  14-də  Ələt-Cu lfa dəmir yolunun Qaf-

qazdakı  rus ordusunun təchizi üçün fövqəladə dərəcədə vacibliyin i nəzərə alaraq, tikinti  xərclərin in hərbi  fondun hesabına  

ödənilməsi  barədə    yollar  naziri    A.F.Trepova  göstəriş  verildi.  Həmçinin,  inşaat  işləri  üçün  lazım  olan  bütün  materialın  və 

avadanlıqların hərbi yük kimi növbədənkənar qəbul edilib, yola salın ması əmr o lundu. Yo lun çəkilməsinə cəlb edilən qeyri-

müsəlman lara hərb i xid mətdən möhlət hüququ verilirdi. 

1916  il  iyulun  30-da  də mir  yolu  xəttin in  inşasına  başlandı.  Tikintinin  podratçısı  Cənubi  Qafqazda  yerli  ş əraitə  və 

dəmir yolu  inşası işinə ya xından bələd olan S.Podqurski, baş  mühəndisi isə A.Treskinski id i.  Də mir yolu inşası üçün zəruri 

olan materia lla r hə m ölkə da xilində, hə m də  xaricdə sifariş edilmişdi.  Yo lun çəkilişində 50  min nəfə rə qədər adam ça lışırdı. 

Bu da tikinti işlərini yüksək sürətlə aparmağa imkan verirdi. 1917 ilin  sonuna kimi torpaq işlərin in 73 faizi, süni tikililərin 60 

faizi,  qalereya  və  tunel  çəkilişinin  80  faizi  art ıq  başa  çatdırılmışdı.  Kür  çayı  ü zərindən  Qafqazda  ən  böyük  -  152  sajın 

uzunluğunda  körpü  inşa  edilmişdi.  Həmçinin,  Ələt  stansiyasından başlayaraq,  hazırlan mış  dəmiryolu  yatağına  sürətlə  rels 

döşənirdi.  1918  ilin  əvvəlində  Ələtdən  Bəh mən li  stansiyasına  qədər  165  verstlik  sahədə  rels  döşənməsi  işi,  əsasən,  başa 

çatdırılmış, işçi qatarların hərəkəti başlanmışdı.  Lakin 1917  ilin sonu - 1918  ilin əvvəlində Rusiyada və Qafqazda baş verən 

siyasi hadisələr tikinti işlərini davam etdirməyə imkan vermə mişdi. 

1918 il  may ın sonunda isə o zaman Naxçıvana gəlmiş Osmanlı qoşununun Culfa-Bakı istiqamətində irəliləmə-sinin 

qarşısını  almaq  üçün,  Bakı  Xalq  Ko missarları  Sovetinin  daşnak-bolşevik  rəhbərliyin in  göstərişi  ilə  artıq  dəmir  yo lu  xətti 

çəkilmiş  sahələrdə  relslər  sökülmüş,  digər  dəmir  yolu   əmlakı  ilə  b irlikdə  başqa  yerə  daşınmışdı.  Sonralar  bu  sahədən 

sökülmüş  relslərin  ço xundan  Bakı-Tiflis  dəmir  yolu  xəttin in  təmirində  istifadə  edilmişdi.  A zərbaycan  Xalq  Cü mhuriyyəti 

Höku məti ço x ağ ır iqtisadi və maliyyə böhranı keçirməsinə baxmayaraq, Ələt-Culfa dəmir yolunun inşasını davam etdirməyə 

xüsusi  diqqət  yetirirdi.  1919  ilin  büdcə  layihəsində  bu  məqsəd  üçün  100026000  çervon  vəsait  ayrılması  bunu  sübut  edir. 

Lakin  o  zaman  tikinti  işlərini  canlandırmaq  mü mkün  olmadı.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  yalnız  Ələtlə 

Zubovka (indiki Əli Bayra mlı) a rasındakı də mir yolu xətti (48 verst uzunluğunda) norma l işləyirdi. 

Sovet hakimiyyəti qurulduqdan sonra Culfa istiqamət ində dəmir yolu xəttin in inşasını davam etdirmə k qəra ra a lındı. 

Bununla əlaqədar, Nəriman Nərimanov 1921  il avqus tun 30-da  RSFSR Xa lq Ko missarları Sovetinə te leqra m vuraraq, Cənubi 

Qafqa z də mir yo lunun Azərbaycan sahəsindən 117 verst uzunluğunda ikinci yolun sökülmüş rels lərinin  respublikadan kənara  

çıxarılmasın ın  dayandırılmasını  tələb  etmişdi.  Azərbaycan  rəhbərliyi  bu  relslərdən  Ələt-Culfa  dəmir  yolunun  inşasmda 

istifadə etməyi nə zərdə tuturdu. 1921  ilin payızında bu dəmir yolunun çəkilməsinə yenidən başlansa da, yalnız 1941-45  illər 

müharibəsi başlandıqdan sonra bütövlüklə istifadəyə verildi. 



 

Əd

.: Əliyev Q.Ə., Azərbaycan nəqliyyatı və iqtisadiyyatı (XIX əsrin sonu - XX əsrin ilk onillikləri), B., 2001;Самойлов А., Алят 

– Джульфинская железная дорого. ―Закавказский транспорт‖, 1924, №10. 

 

 

 



 

 

 



   

 

 



 

 

 



 

 

 



 

 

  



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə