|
2021 – 2022 – ci tədris ilində Tədris istehsalat təcrübəsinin II həftəsinə dair refereat I
|
səhifə | 5/8 | tarix | 02.03.2022 | ölçüsü | 23,2 Kb. | | #84270 |
| 2. REFERATd) Zootoponimlər
Heyvan, quş, balıq, həşərat və s. canlıların adları əsasında düzələn toponimlər zootoponimlər adlanır. Tarixən xalqımızın iqtisadi həyatının bir hissəsini heyvandarlıq təşkil etmişdir. Bununla əlaqədar olaraq bir sıra yaşayış məskənləri, yer adları əmələ gəlmişdir. Məsələn,
MARALZƏMİ - Meqri r-nu. Azərbaycan dilindəki maral və fars dilindəki zəmi - yer, ərazi - sözlərindəndir. Keçmişə burada dağ maralı olurmuş.
İNƏKDAĞ - Vardenis r-nu. İnəkdağ - kəndin yaxınlığındakı dağın adıdır.
CAMIŞLI - Araqats r-nu. Camış saxlayanlar mənasındadır.
İNƏKLİ - Aştarak r-nu. Bu kənddə keçmişdə əsasən inək saxlanıldığına görə belə adlanmışdır.
QUZUKƏND - Amasiya r-nu. Keçmişdə həmin kənddə çoxlu quzu saxladıqlarına görə belə adlanmışdır.
Dostları ilə paylaş: |
|
|