225
Burada əsas məsələ cəlb olunan ekspertlərin sayı və eksoert
qrupuna daxil olan mütəxxəsislərin ixtisas səviyyəsidir. Aydındır ki,
kifayət qədər səriştəyə malik olmayan şəxslərin böyük sayı onlarda tələb
olunan ixtisasın olmamasını kompensasiya etmir. Digər tərəfdən,
ekspert qrupunun sayının azaldılması (son həddə ekspert mühakiməsini
bir nəfər də çıxara bilər) təsadüfi faktorlrın, subyektivizmin və yalnış
qənaətlərin rolunun yüksəlməsinə səbəb olur. Buna görə də ekspertlərin
seçilməsi və onların qruplarının formalaşamsını ekspertiza üzrə xüsusi
qrupların rəhbərliyi ilə həyata keçirmək məqsədəuyğundur.
Ekspert qruplarının formalaşması üzrə belə qrupların fəaliyyətini
ekspert metodlarına aid edilə bilər.
Ekspertlərin seçiulməsi üçün aşağıdakı metodlar istifadə edilir:
•
Sənədləşmə - ekspertlərin anketi və ekspertlər barədəaz və ya
çox informasiyaya malik digər sənəd növlərinin təhlilinə
əsaslanması;
•
Eksperimental – keçmiş ekspertizaların həyata keçirilməsində
ekspertlərinin işinin təcrübəsinin təhlilinə əsaslanılması;
•
Ekspertlərin səsverməsi. Ekspert qrupunun seçilməsi və
formalşdırılmasını təşkil edəb qrup;
•
Öz-özünü qiymətləndirmə. Yaradılan qrupa namizədlər
ekspertizanın qarşısına qoyulmuş məsələlərə münasibətdə
həyata keçirirlər;
Bu üsullardan biri ilə formalşdırılan ekspert qrupunun səriştəli və
sərbəst mühakimələr yürütmək qabiliyyətli yoxlanılmalıdır.
Bu mühakimələr sərbəst faktorların məcmusunun sıralanması
(daha doğrusu, bu faktorların nisbi əhəmiyyəti üzrə yerləşdirilməsi) və
ya qiymətləndirilməsi (daha doğrusu, bu faktorlara müəyyən kəmiyyət
qiymətlərinin, məsələn bal sistemi üzrə qiymətlərin verilməsi) ilə
yoxlanıla bilər. Ekspert qrupunu təşkil edən mütəxəssislərin rəyləri son
həddə ya bir-biri ilə üst-üstə düşə, ya da bir-birindən kəskin fərqlənə
bilər. Birinci halda ekspertlərin müstəqilliyi ilə bağlı şübhələr yarana
bilər və düşünmək olar ki, onların bəziləri sadəcə digərlərinin rəyini
təkrar edirlər. Ikinci halda ekspertlərin ixtisası və onların təhlil edilən
predmet barədə səriştəli mühakimə yürütmək qabiliyyətinə şübhə
yaranır.
Ekspert rəylərinin müstəqillik və uzlaşdırma səviyyəsini
qiymətləndirmək üçün konkordasiya əmsalını hesablamaq lazımdır.
226
Hesablanmış konkordasiya əmsalının əhəmiyyətini Pirlərə təklif etmək
zəruridir.
Aşağıdakı metodlar məlumdur:
•
Birbaşa, o cümlədən bal qiymətləndirilməsi;
•
Qoşa müqayisələr;
•
Ardıcıl müqayisələr;
•
Sıralanma.
Sonra isə, daxil olan ekspertlərin rəylərinin aşkarlanması və
qeydiyyatı prosedurları nizamlanır. Bu və başqa konkret halda istifadə
edilə bilən aşağıdakı prosedurlar məlumdur:
•
Bir mərhələli anketləşmənin həyata keçirilməsi;
•
Çox mərhələli anketləşmənin həyata keçirilməsi;
•
Müsahibələrin həyata keçirilməsi;
•
Müzakirələrin aparılması;
Hər şeydən öncə dövlətin maliyyə və pul-kredit siyasətini əhatəli
təhlil etmək gərəkdir. Bu siyasət Mərkəzi bankın kredit və emissiya
fəaliyyətində, dövlət büdcələrində, büdcə kəsiri ilə ümumi daxili
məhsulun arasındakı nisbətdə aşkarlanır.
Həmçinin proqnozlaşdırılan müddətə məhsul və xidmətlər
istehsalının dinamikasını, bütövlükdə ümumi daxili məhsulun
dinamikasını öyrənmək lazımdır.
Hamıya bəllidir ki, məsul və xidmətlər istehsalının böhranı
inflyasiya proseslərinin intensivləöşməsinə səbəb olur. Hər hansı
müvəqqəti müddətdə yerli məhsulların ümumiyyətlə, və ya kifayət
miqdarda olmamasının yeri idxalın artımı ilə əvəzlənə bilər. Belə idxal
bir qayda olaraq, yalnız beynəlxalq kreditlərin verilməsi ilə ödənilə
bilər.
Ancaq xarici məhsulların gətirilməsi yerli istehsalın növbəti
böhranına səbəb olur və xaricdən verilən kreditləri gec və ya tez faizləri
ilə qaytarmaq lazım gəlir. Buna görə də uzunmüddətli planda idxalın
artımı da, beynəlxalq kreditlərin alınması da yalnız inflyasiya
proseslərinin intensivləşməsinə səbəb ola bilər.
Istehsal müəssisə üçün xərclər inflyasiyasının qiymətləndirilməsi
xüsusi əhəmiyyət kəsb edir. Bu ona görə zəruridir ki, müəssisənin
məhsulunun istehsal və satışına təsir edən faktorların bahalaşması
nəzərə alınsın. Bu və başqa təşəbbüsün reallaşması üçün zəruri olan
xərclərin effektivliyi belə bir qiymətləndirmələrdən asılı olur.
227
Xərclərin səmərəlliyinin qiymətləndirilməsi metodlarının təsnifatı
şəkil 6.11 də göstərilir.
Sadə mənfəət norması xalis mənfəətin həcminin müəyyən
müddətdə (məsələn, kvartal, il və s.) eyni müddətdəki investisiya
xərclərinin ümumi həcminə nisbəti kimi hesablanır.
Şə
kil 6.11
Səmərəliliyi qiymətləndirilməsi metodlarının təsnifatı
Öz xərcini ödəmə müddəti
baxılan müddət ərzində xərclərin
ümumi həcmində amortizsiya ayırmaları və xalis mənfəəti çıxmaqla
müəyyənləşir. Qeyd edək ki, öz xərcini ödəmə verilən təşəbbüsün bütün
“həyat müddəti”ində əldə olunmaya bilər.
Diskontlaş
dırma metodları
pulların dəyərdən düşmə tempini
müəyyənləşdirən
diskont
normasının
istifadəsinə
əsaslanır.
Diskontlaşdırma əmsalını bilərək, bütöv təşəbbüsün cari qiymətlərə
gətirilmiş dəyərini müəyyənləşdirmək olar.
Bu halda daxili mənfəət norması diskontlaşdırılmış pul vəsaiti
daxilolmalarını diskontlaşdırılmış pul vəsaiti axınlarına bərabər edən
diskont dərəcəsidir.
Xərclərin effektivliyinin qiymətləndirilməsi
Sadə (statistik) metodları
Diskontlaşdırma metodları
Sadə mənfəət norması
Öz xərcini ödəmə
müddəti
Təşəbbüsün cari
dəyəri
Daxili mənfəət
norması