I Hamı
A) Hamıdan
B) Bəzilərindən
C) Qismən hamıdan,
qismən bəzilərindən
II Bəziləri
A) Hamıdan
B) Bəzilərindən
C) Qismən hamıdan,
qismən bəzilərindən
414
1) seçki ilə
2) püşklə
3) qismən seçki ilə,
qismən püşklə
4) seçki ilə
5) püşklə
6) qismən seçki ilə,
qismən püşklə
7) seçki ilə
8) püşklə
9) qismən seçki ilə,
qismən püşklə
10) seçki ilə
11) püşklə
12) qismən seçki ilə,
qismən püşklə
13) seçki ilə
14) püşklə
15) qismən seçki ilə,
qismən püşklə
16) seçki ilə
17) püşklə
III Qismən
A) Hamıdan
hamı,
18) qismən seçki ilə,
qismən püşklə
19) seçki ilə
qismən
bəziləri
B) Bəzilərindən
C) Qismən hamıdan,
qismən bəzilərindən
20) püşklə
21) qismən seçki ilə,
qismən püşklə
22) seçki ilə
23) püşklə
24) qismən seçki ilə,
qismən püşklə
25) seçki ilə
26) püşklə
27) qismən seçki ilə,
qismən püşklə
23) Mətndə buraxılmış bu yeri tədqiqatçılardan biri belə
bərpa etmişdir: «və bütün vətəndaşlar bəzi vətəndaşların
içərisindən vəzifəyə adam təyin edilməsində iştirak etdikdə».
24) «Əgər... kimsə barışılması mümkün olan bir əməl üs-
tündə sürgün edilibsə, qətldə və ya kimisə yaralamaq üstündə
təqsirləndirilirsə, onu Freat səcdəgahında mühakimə edirlər, o
isə qayıqda sahilə yan almaqla müdafiə olunur». Aristotel,
«Afina politiyası».
415
BEŞİNCİ KİTAB
1. Tarixçi Efor xəbər verirdi ki, Lisandr Heraklidlərin Spar-
tada olan çar hakimiyyətini ləğv etmək istəyir (Bax: Plutarx).
Pavsani - sparta çarı (b.e.ə. 408-394).
2. Filarxlar - fillərin başında duran və gizli şuradan ibarət
olan şəxslər. Qalileya - xalq məclisi.
3. Yəqin ki, b.e.ə. 390-cı ildə Rodosda olan çevriliş nəzər-
də tutulur.
4. Qarış - təxminən 17, 78 sm, dirsək - təxminənə 38^46 sm.
5. «Yeddinci gün» vuruşması, yəni bədrdən (on dörd ge-
cəlik aydan) sonrakı yeddinci gün. Plutarx deyir ki, Kleoman
bəzi məlumatlara görə bədrdən yeddi gün sonra, digər məlu-
matlara görə isə bədr gecəsi olan gün qalib gəlmişdir (b.e.ə.
520-ci il).
6. Söhbət Peloponnes müharibəsindən gedir. Siyahı üzrə
- üç yüksək sinfə mənsub olan vətəndaşların siyahısı üzrə.
7. Evbeydə yerləşən Orey şəhəri b.e.ə. IV əsrin əvvəllə-
rində Spartanın təsiri altında olub, oliqarxiya quruluşuna malik
idi. B.e.ə. təxminən 377-ci ildə Orey Spartanın təsiri altından
çıxdı. Artıq bu zamanlar, görünür ki, ordakı oliqarxiya quruluşu
demokratiya ilə əvəzlənmişdi.
8. Bizans - Bosfor boğazının Avropa sahilində b.e.ə. 658-
ci ildə təşkil olunmuş meqar koloniyası. Hadisələrin təfsilatı,
hansı ki, Aristotel bunlar barəsində danışır, bizə məlum deyil.
9. Söhbət müstəbid Frasibulun (VI əsr) qovulmasından
gedir. Frasibulun qardaşı Gelonom Sirakuzaya 10 min əcnəbi
və muzdur gətirmişdi. Frasibulda isə bunların sayı 8 min idi. Si-
lahlı toqquşma b.e.ə. 462-ci ildə baş vermişdi.
10. Proksen öz ölkəsində digər dövlətlərin vətəndaşlarını
himayə etməli idi (proksenin vəzifəsi indiki konsulların vəzifəsi-
nə yaxın olmuşdu).
11. Müstəbid Foks haqqında bizdə başqa məlumat yoxdur.
416
12. iran şahı nəzərdə tutulur.
13. Təsviredilən hadisələrin haçan baş verməsi məlum deyil.
14. Triyerarx - triyerin (üç sıra avarı olan hərbi gəmi) kapi-
tanı, yaxud Afinada olduğu kimi öz hesabına triyer hazırlatdırıb,
ona rəhbərlik edən.
15. Görünür ki, Pont Herakle və b.e.ə. VI əsrin ortalarında
Qara dənizin cənub sahilində təşkil edilmiş meqar koloniyası
nəzərdə tutulur.
16. Ola bilsin ki, Aristotel Eoliddəki Kim haqqında danışır.
17. Liturgiya adlanan dövlət mükəlləfiyyətlərini varlı vətən-
daşlar həyata keçirirdi (triyerləri təchiz edib, onlara ekipaj seç-
mək, dram tamaşaları üçün xor təşkil etməyin xərcini ödəmək
və s . ).
18. Miletdə pritan yəqin ki, ən birinci şəxsdir (əvvəlki çarın
yerini tutur).
19. Demokratik qrupların rəhbərləri xalqın tərəfdarları
(müdafiəçiləri) adlanırdı.
20. Pisistrat, Afina müstəbidi (b.e.ə. təxminən 600-527). Bi-
rinci dəfə 560-cı ildə Afinada hakimiyyəti ələ keçirmişdi. İki dəfə
hakimiyyətdən məhrum edilsə də, yenə iki dəfə onu ələ ke-
çirmişdir. Feagen - meqar müstəbidi (VII əsrin ikinci yansı).
Dafney - Böyük Dionisinin rəqibi, Sirakuza sərkərdələrindən biri.
21. Orta demokratiyadan radikal demokratiyaya keçid
nəzərdə tutulur.
22. Yəni oliqarxlar arasında çəkişmə.
23. Basilidlər - çar hakimiyyətinin ləğvindən sonra Erifranı
idarə edən adlı-sanlı sülalə.
24. Məqsədləri demokratiyanı devirmək olan siyasi klublar
heteriyalar adlanırdı.
25. Böyük Dionisinin qayınatası olan Hipparin görkəmli
sirakuzalılıardan biri idi.
26. Bəzilərinin fikrincə söhbət Afina sərkərdəsi Xaretdən
gedir, xatırlanan faktı isə b.e.ə. 367-ci ilə aid edirlər.
417
27.Yəni oliqarxiyadakına nisbətən idarə edənlərin sayı
daha az olduqda belə bir idarəçiliyə cəhd edirlər.
28.
A le v a d la r- Fessaliyada hökmdarlar nəsli.
29. Spartada dövlət hesabına tərbiyə alan, ictimai trapez-
lərdə iştirak edən və Likurqun qanunları ilə yaşayan vətəndaş-
lar «oxşarlar» (homoioi) adlanırdı. Ancaq onlar tamhüquqlu və-
təndaşlar idi və sözün həqiqi mənasında Sparta dövlətini təşkil
edirdilər. Tarant rəvayətə görə 705-ci ildə parfeniyalar tərəfın-
dən salınmışdır ki, bunlar da Spartanın dul qadınlarının və qızla-
rının nigahdan kənar uşaqları idi.
30. Sparta çarı II Agesilay (b.e.ə. təxminən 444-360) və
Pavsani nəzərdə tutulur.
31. Söhbət II Messens müharibəsi haqqında (b.e.ə. VII əsrin
axın) gedir. Bu zaman, Pavsaninin sözlərinə görə, məhsul qıtlığı
hiddətə səbəb olmuşdu. Tirtey - şair (VII əsrin ikinci yansı), ehtimal
edilirki, II Messans müharibəsi zamanı o, spartalıların başçısı idi.
32. Burda xatırlanan Pavsanini (b.e.ə. təxminən 470-ci il)
sonrakı çar Pavsanidən fərqləndirmək lazımdır. İran mühari-
bələri zamanı (b.e.ə. 500-449) baş komandan olan Pavsani çar
deyil, yalnız səltənət naibi (çarı əvəz edən adam) idi, çünki çar
Plistarx (Leonidin oğlu) hələ uşaq idi. Annon - görkəmli
Karfagen aristokratı, onun ixtiyarında olan qüvvələr, dövlət qüv-
vələrindən üstün idi.
33. Mətndə buraxılış.
34. Furiyada dövlət quruluşunun dəyişilməsi vaxtı dəqiq
məlum deyil.
35. Sirakuza müstəbidi Böyük Dionisi birinci arvadının
özünü öldürməsindən sonra eyni vaxtda iki qadınla evləndi.
Onlardan biri Lokrdan (Cənubi İtaliya) olan aristokrat Ksenetin
qızı idi. Bu qadından Dionisinin oğlu - Kiçik Dionisi oldu. Kiçik
Dionisi b.e.ə. 357-ci ildə Dion tərəfindən Sirakuzadan qovul-
duqda o, Lokra getdi və orada müstəbid üsul-idarəsi qurdu.
418
36. Simbullar (sözün həqiqi mənasında «məsləhətçilər»),
digər dövlətlərdə mövcud olan probullara oxşar kollegiya. Onla-
rın vəzifəsi qanun layihələri və dekretlər hazırlayıb, bunları mü-
zakirə və təsdiq etmək üçün xalq məclisinə təqdim etmək idi.
37. Yəni aristokratiya və oliqarxiya.
38. Yəni qüdrətli, tanınmış nəsillərin nümayəndələri.
39. Bəzi əlyazmalarında «monarxiya» sözü yoxdur.
40. Vəzifə səlahiyyətləri başa çatmış adamların pulları
vəzifəyə təzə keçmiş şəxslərə təhvil verməsi nəzərdə tutulur.
Surətlər - aktların surətlərinin təhvil verilməsi. Adətən, hərbi
bölmələr, həmçinin siyasi maraqlar zəminində vətəndaşların
birləşməsi loxlar adlanırdı.
41. Aristotel ola bilsin, Afina dövlətini nəzərdə tuturdu. La-
yortlu Diogen yazır, Aristotel deyirdi ki: «afinalılar insanlar üçün
buğdanı və qanunları kəşf etmişlər, ancaq buğda ilə yaşamağı
öyrəndilər, qanunlarla yaşamağı isə yox».
42. Fidon - Arqosun çarı (b.e.ə. VII əsr). Falarid - Akra-
qantedə müstəbid (b.e.ə. VII əsrin ikinci yarsı). Kipsel b.e.ə.
657-ci ildə Korinfdə hakimiyyəti ələ keçirdi.
43. Kodr - əfsanəvi Afina çarı. Kir - əhəmənilər dövlətinin
banisi (b.e.ə. 558-ci ildə); Herodotun yazdığına görə iranlıları
midiyilalıların əsarətindən qurtarıb. Moloslar - rəvayətə görə
Fessaliyadan Epirə keçən tayfa.
44. Pavsani - Filippin cangüdənlərindən biri. Filipp b.e.ə.
336-cı ildə öldürülmüşdü. Attal - tanınmış makedoniyalı, çar
Filippin arvadı Kleopatranın əmisi.
45. II Aminta - Makedoniya çarı (b.e.ə. 392-390). Derda -
Elimeyin hakimi (Yuxarı Makedoniyanın vilayəti).
46. Yevaqor - b.e.ə. 410-cu ildən Kipr şəhəri Salaminanın
çan.
47. Arxelay - Makedoniya çarı (b.e.ə. 413-399-cü illərdə
idarə edib).
419
Dostları ilə paylaş: |