Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
312
daha sürətli artmağa başladı. Bu iqtisadi maraqların kökündə enerji mənbələrinin mövcud olması
dayanırdı.
ABŞ Azərbaycanda enerji maraqlarını təmin edilməsi məqsədilə neftin Rusiyadan yan keçməklə
Avropaya daşınması məqsədilə Bakı Tiblisi ceyhan neft kəmərinin tikintisində yaxından iştirak etdi.
ABŞ-ın Azərbaycanda enerji maraqlarının reallaşmasına ciddi təsir göstərən amillərdən biri Qərbin
ərəb neftindən aslı olması və ABŞ-ın Qərbi Avropanı bu aslılıqdan azad etmək istiqamətində
fəaliyyətindən, digər amili isə neft ixracını Rusiya ərazisindən yan keçməklə Rusiyanı bu layihədən kənar
qoymaq və onun iqtisadiyyatının zəiflədilməsindən ibarət idi.
Əsrin müqaviləsinin imzalanmasından sonra ABŞ-ın nəinki Azərbaycanda eləcə də, Cənubi
Qafqaz regionunda iqtisadi və siyasi fəaliyyəti daha da fəallaşdı.
ABŞ-ın Azərbaycanda enerji maraqları bu gün də, onun xarici siyasətinin əsas istiqamətlərindən
birini təşkil edir.
AZƏRBAYCANIN ENERJĠ LAYĠHƏLƏRĠNĠN REALLAġMASINDA ABġ-ın
SĠYASĠ VƏ ĠQTĠSADĠ MARAQLARI
Allahverdiyev R.R.
Sumqayıt Dövlət Universteti
ABŞ- ın Xəzər regionuna olan enerji marağı hələ XIX əsrin sonlarından illərindən başlayır. Sovet
ittifaqının dağılmasından sonra ittifaq ərazisində müstəqilliyini qazanan yeni dövlətlərlə münasibəti
yaxşılaşdırmağa xüsusi diqqət yetirən ABŞ, bu vasitə ilə bir növ Rusiyanın bəzi postsovet ölkələrində
olan təsir dairəsini zəiflətməyə çalışırdı.Lakin İraq-İran savaşından sonra ABŞ əlehdarları olan Ayətollah
Xomeyni hökümətini devirə bilməmişdi. Bölgədə zəngin neft yataqlarının istismarı üstündə gedən
mübarizə,habelə ABŞ-İran,ABŞ-Rus ziddiyyətləri Azərbaycanın gələcəkdə reallaşacaq enerji layihələrini
dəstəkləməyə
əsas verirdi və beynalxalq münasibətlərdə ABŞ-Azərbaycan əməkdaşlığı
güclənirdi.Uzaqgörən dahi liderimiz Heydər Əliyev bütün siyasi gərginliklərə baxmayaraq, 1994-cü il
sentyabrın 24-də imzalanan ''Əsrin müqaviləsi''Azərbaycanın böyük diplomatik qələbəsi idi.Beləliklə
''Əsrin müqaviləsini''uğurla bağlayan Azərbaycan dövləti bir çox qərb dövlətlərinin,ilk növbədə isə ABŞ-
ın Azərbaycanda iqtisadi maraqlarını təmin etməklə onların diqqətini öz problemlərinə cəlb edə bildi.Bu
müqavilədə ən mühüm pay elə ABŞ şirkətlərinə ayrılmışdı.ABŞ-ın ''Yunokul'',''Amoko'',''Mak
Dermot'',''Ekson'' kimi 5 şirkətinə üst-üstə 50 % investsiya payı ayrılmışdı ki, bu da təqribən 5 milyard
ABŞ dollarına bərabər idi.Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin istifadəyə verilməsinə
baxmayaraq , bu kəmərlər Azərbaycanın getdikcə artan neft istehsalını dünya bazarına ixrac etmək
qabiliyyətində deyildi.Bütün bu səbəblərdən əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti
yarandı.Bakı-Tiblisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyası ən aktual məsələ olaraq gündəmə
gətirildi.
Azərbaycana qarşı Tehran-Moskva-İrəvanın yaratdığı ''geosiyasi üçbucaq'' , ''üç dəniz əfsanəsi''ni
reallaşdırmağa mane ola bilmədi.NATO-nun regiondakı əlaqələndiricisi rolunu oynayan Türkiyə bu
məsələdə ABŞ-ın dəstəyini əldə etməklə BTC-nın reallaşdırılmasında yaxından iştirak etdi.
―11 sentyabr'' hadisələrindən sonra ABŞ-ın xarici siyasətinin əsas istiqamətlərindən biri enerji
mənbələrinin təhlükəsizliyini təmin edilməsi və yaxın Şərq neftindən asılılığı azaltmaq məqsədi ilə
alternativ enerji mənbələrinin tapılması idi. Təbii ki,zəngin neft-qaz ehtiyatlarına malik,inkişaf yoluna
qədəm qoymuş,keçmiş Sovetlər ölkəsi olan Azərbaycan Buş administrasiyanısının diqqətini cəlb etməyə
bilməzdi.Bu ərəfədə yenidən Cənubi qafqaz regionunun əhəmiyyəti Birləşmiş Ştatların rəsmi
nümayəndələrinin bəyanatlarında vurğulanmağa başlanıldı.Neft-qaz sərgisinin açılışı zamanı ABŞ
prezidenti C.Buşun Azərbaycan Respublikasının prezidenti H.Əliyevə göndərdiyi məktubunda
Amerikanın neft kəmərləri layihəsini dəstəklədiyi xüsusi qeyd olunurdu.
Həm iqtisadi,həm də siyasi xarakter kəsb edən BTC-nin istifadəyə verilməsi 2006-ci ilin 28 may
tarixinə təsadüf etdi və boruya vurulan neft Ceyhan limanına çıxarıldı.Azərbaycan Respublikası
prezidenti İlham Əliyevin qeyd etdiyi kimi bu kəmər:"Əfsanənin gerçəkliyə çevrilməsi-inamsızlığın
sonudur,regiona sülh,inkişaf,əməkdaşlıq gətirəcək layihədir"..Heydər Əliyevin milli neft strategiyasının
təntənəsi olan Bakı-Tiblisi-Ceyhan neft ,Bakı-Tiblisi-Ərzurum qaz boru kəmərləri bölgəmizə yalnız
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
313
iqtisadi deyil, daha çox siyasi önəm gətirmişdi.Enerji təhlükəsizliyi birbaşa regionun əminamanlığına
,təhlükəsizliyinə qarantdır.
ABŞ-ın enerji siyasətində Xəzər dənizi regionu və potensial olaraq Avropanın cənub-şərq
sərhədlərindən kənarda yerləşən mənbələrdən Türkiyə vasitəsi ilə Avropaya qazın ixracını nəzərdə tutan
Cənub Dəhlizi üçün ilk əhəmiyyətli qaz mənbəyi hesab edilir.Eyni zamanda NABUCCO və TAP
layihələri çərçivəsində Şahdəniz qazının Avropaya nəqli planlaşdırılıb.Həm siyasi,həm də strateji
baxımdan əlverişli sayılan NABUCCO layihəsində dövlətimiz Avropa birliyi və ABŞ tərəfindən
dəstəklənir.Lakin, Russiyanın şirkətlərinin həyata keçirmək istədiyi Cənub axını,NABUCCO layihəsinin
gerçəkləşməsini ləngidir.Bundan fərqli olaraq TANAP-ın reallaşması ilə bağlı hazırlıq işlərinə artiq start
verilmiş və 2017-ci il üçün layihənin işə düşməsi nəzərdə tutulmuşdur.
AKP HAKĠMĠYYƏTĠ DÖVRÜNDƏ TÜRKĠYƏNĠN XARĠCĠ SĠYASƏTĠ
Məmmədli N.N.
Azərbaycan Dövlət İqtisad Universiteti
Xarici siyasət gündəlik həyatda və ədəbiyyatda tez-tez istifadə olunan anlayışlardan biri olmağına
baxmayaraq, anlayışın mənası mövzusunda tam bir ümumi tərifin olmadığı bəllidir. Xarici siyasət
anlayışı beynəlxalq əlaqələr anlayışı ilə sinonim olaraq istifadə olduğu kimi, anlayışın mənası
mövzusunda olduqca fərqli görüşlər də mövcuddur. Xarici siyasət beynəlxalq münasibətlər intizamının
yalnız bir alt araşdırma sahəsi olub, bir dövlətin digər dövlətə və ya dövlət qruplarına, bir bölgəyə və ya
ümumiyyətlə beynəlxalq sistemə qarşı meylləri ilə əlaqədardır.
Hər dövlət sahib olduğu xarici siyasət mədəniyyəti ilə birlikdə müəyyən siyasətlər icra etməkdədir.
Bu siyasətlərin xüsusiyyəti və müvəffəqiyyəti müəyyən zaman kəsiyində ortaya çıxır. Türkiyə üçün
müzakirə edilən ölçü öz ənənəsi ilə birlikdə, bu siyasətlərin yönəldiyi ətraf mühit və strategiyalar
olmuşdur. Türkiyə xarici siyasətinin bir ənənəsi olduğu, bu xarici siyasətin nə zaman, necə fərqlənəcəyi
sualı gələcəkdə də müzakirə ediləcək mövzular arasındadır. Bu işin məqsədi xüsusilə 2000-ci ildən
sonrakı dövrdə müzakirə mövzusu olan, siyasətin dəyişdirilməsi anlayışının türk xarici siyasətində yerini
təsbit etməkdir. Bu istiqamətdə Türkiyənin xarici siyasətindəki dəyişiklik qəbulu araşdırılmış, bir bütövü
meydana gətirən xarici siyasət analizi içərisində qiymətləndirilmişdir. Siyasətin dəyişdirilməsi, xarici
siyasət ölçüsünün yön dəyişdirmiş yoxsa dərinləşdirmiş olduğu sualının cavabı axtarılmağa çalışılmışdır.
Bu təsbitin əhəmiyyəti və qavranılması ilə əlaqədar olaraq beynəlxalq inkişaflar və türk xarici siyasətinin
arxa planı nəzərə alınaraq, dövri fərqliliklər xüsusi araşdırılmışdır. İşdə türk xarici siyasəti mədəniyyəti,
fərqli xarici siyasət çıxışları ilə birlikdə qiymətləndirilmiş, türk xarici siyasətində qərar alma
mexanizminin quruluşu, xüsusilə aktual ölçü ilə ələ alınmışdır. XXI əsrdə dövlətlərin xarici siyasət
fəaliyyətləri qlobal bir ölçüyə çatmışdır. Yeni bir əsrin başlanğıcında türk xarici siyasəti, başda siyasətin
dəyişdirilməsi olmaq üzrə, iqtisadiyyat siyasətlə birlikdə yeni bir araşdırma və müzakirə sahəsinə
girmişdir. Bu müzakirələr içində Türkiyənin xarici siyasət istiqamətinin, yaxın keçmişi ilə birlikdə ələ
alınma gərəyi hiss edilir. İşin əsas araşdırma mövzusu kimilərinə görə dəyişikliyi, kimilərinə görə isə
yeniylə köhnənin kəsişdiyi və ya birləşdiyi istiqamətdə əhəmiyyətli bir nöqtəni təşkil edir. Xarici siyasət
mədəniyyəti və quruluşu hər ölkə üçün fərqli reaksiyalar göstərir. Bu reaksiya bir dövlətin sahib olduğu
tarixi arxa plan, geosiyasəti və vərdişləri ilə əlaqədardır. Beynəlxalq əlaqələrin analiz səviyyəsi qisimində
iştirak edən xarici siyasət bu məzmunda hər ölkə üçün fərqli maraq və iş sahələrini araşdırma mövzusu
etmişdir. Türkiyə üçün tarixi arxa plan, həmişə davamlılıq və ya qırmızı xəttlər deyə təbir edilən faktların
nəzərə alınması ilə müasir səviyyəsinə çatmışdır. Lakin Türkiyə üçün xarici siyasət analizində davamlılıq
və dəyişmə müzakirələri son illərdə fərqli ölçülərdə qiymətləndirilmişdir. Bu qiymətləndirmələr edilərkən
türk xarici siyasəti ilə əlaqədar işlərin, xüsusilə Türkiyə xaricində edilən araşdırmaların və maraq sahəsi
olaraq xüsusilə Türkiyəni geniş şəkildə araşdran alim və tədqiqatçıların sayı bir xeyli çoxalmışdır.
Türkiyə üçün baş verən bu inkişaf əslində sevindirici bir faktdır. Marağın artmasındaki ən təməl
səbəblərdən biri də xarici siyasət mənasında Türkiyənin daha aktiv bir şərait içində olmasıdır. Bu aktiv
ölçüdə Türkiyənin əlaqələrinin hansı sahələrə keçməsi və niyə belə bir dəyişmiklik yaşanmışdır sualı,
yaşanan inkişaflarla birlikdə araşdırmaların maraq obyektinə çevrilmişdir. Türkiyə xarici siyasətinin bu
məzmunda təhlili 2009-cu ildən sonra siyasətin dəyişdirilməsi müzakirələriylə başlamışdır.
Dostları ilə paylaş: |