44
HALAL
HAQQININ
QAYTARILMASINA ЧALIШIRAM
N
eçə illərdir ki, Nağıyevlərin nəsil şəcərəsinin yorulmaz
yolçusuyam. Söz və əməllərinin yaddan çıxan anlarını arxiv sə-
nədlərinin siyahısında yorulmadan axtarıb, araşdırmaqla məşğu-
lam. Musa Nağıyevin tikdirdiyi binasında – İsmailiyyədə onu
təntənə ilə yad edir, vəsiyyətinə əməl edərək binalarından biri
olan İqtisad Universitetində Ağa Musa və oğlu İsmayılın por-
tretlərinin asılmasına nail olub, haqqında kitab yazdım. İndi bir
arzum var: Musa Nağıyevin halal haqqını özünə qaytarmaq.
Əslində tariximizi yaşatmaq baxımından belə şəxsiyyətləri
daha yaxından öyrənib yaddaşlara köçürməyi günümüzün real-
lığı sayıram.
Gördüyüm işlər məni qane etməsə də, deyilənlərə görə diq-
qət cəlb edir:
- Ağa Musa Nağıyevin ölümündən 80 il
keçdikdən sonra
(1919-1998) “əmanət” qalmış məzarının abadlaşdırılıb, əbədiləş-
dirilməsində;
- Şah binası sayılan – “İsmailiyyə”də keçirdiyim yığıncaq-
larda Ağa Musa və Fərəc Nağıyevlərin yad
edilməsində;
- 100 il öncə etdiyi (1907-2007) vəsiyyətinə əsasən: Dövlət
İqtisad Universitetinin və Diasporanın salonunda Ağa Musa və
oğlu İsmayıl bəyin portretlərinin asılmasında;
- Ağa Musa Nağıyevin həyatından məqamlara həsr etdiyim
kitab yazıb, M.F.Axundov adına kitabxanada
kitabın elektron
saytının yaranmasında;
- Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması”
Təşkilatının yaranmasında;
- Həyat və fəaliyyətini əhatə edən “
musanagiyev.az”
inter-
net saytının açılmasını həyata keçirməkdə və bir çox arzularımın
reallaşmasında var qüvvəmi əsirgəməmişəm.