yaradılan Ali Hərbi Şura müxtəlif tədbirlər həyata keçirsə də əhəmiyyətli dönüş yarada bilmirdi.
Bakının
itirilməsindən qorxan Sovet Rusiyası Bakı kommunasına əlindən gələn köməyi göstərirdi. Bakıya kömək Rusiya
Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi, RSFSR Xalq Komissarları Soveti və
şəxsən
V.İ.Leninin nəzarətində idi. İyun-iyul aylarında Rusiyadan əlavə olaraq göndərilən böyük sayda silah və sursat
tezliklə Bakıya çatdırıldı.
İyunun əvvəllərində Tula zavodlarından pulemyot, tüfəng və patron alındı. B.Şeboldayev Sovet Rusiyası
hərbi dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə
qüvvəsi olan korpusda 3 səhra batareyası, 1 dağ və 1 mortir batareyaları, о cümlədən digər silah
və texnika
vardı. İyunda Rusiyadan 12 ədəd dörddüymlük top, üç keşikçi gəmisi və üç minadaşıyan gəmi
gətirildi. Həmçinin Bakıya yeni "Nyupor" təyyarələri ilə silahlanmış aviadəstə göndərildi. Bu təyyarələri də
gətirən üç
eşelon həmçinin Ter-Qabrielyanın Saratovdan aldığı zirehli avtomobillər, silah - sursat Həştərxanda gəmilərə
yükləndi və iyunun 23-də Bakıya çatdı. Həmin gün Moskvaya teleqram vuran Şaumyan yazırdı: “Əziz Vladimir
İliç! Bu gün, nəhayət, Ter-Qabrielyan gəldi və bizə 4 zirehli avtomobil, 13 aeroplan
və tələb olunan çoxlu, çoxlu
sayda sursat çatdırdı. Bütün bunlara görə böyük, çox böyük minnətdarlığımızı bildiririk. Çatışmayan nə
var idisə, aldıq, bütün bunlar bizə xeyir gətirəcək".
Qafqaz İslam Ordusu ilə döyüşlərdə əhəmiyyətli itkilər verən Bakı Soveti qoşunları texniki vasitələrini də
itirirdilər. Misal üçün, iyulun 3-də İvanovka kəndi (indiki İsmayıllı rayonu) yaxınlığında baş vermiş döyüşdə 1
top, iyulun 6-da Gürcüvan kəndi (indiki Ağsu rayonu) yaxınlığındakı döyüşdə 1 top, 1 cəbbəxana
arabası, 5 pulemyot, 30 tüfəng, müsəlman əhalinin talanmış əmlakı ilə doldurulmuş 10-15 araba
qənimət kimi türk- azərbaycan döyüşçüləri tərəfindən ələ keçirilmişdi.
İyulun 13-də S.Şaumyan V.Leninə teleqram göndərərək yenə kömək və silah istədi.
136
İyulun əvvəllərində Həştərxandan Bakı Soveti qoşunlarının avtonəqliyyat dəstəsi üçün 100 pud karbid,
həmçinin
Saratovdan böyük silah və sursat partiyası göndərildi. Başda Sovet Rusiyası Dəniz işləri
üzrə Xalq Komissarlığının tapşırıqlar üzrə komissarı V.F.Poluxin olmaqla 170 nəfərdən ibarət dənizçi
dəstəsi gəmilərlə Bakıya gəldi. Dəstə Baltik donanmasından dəniz topları olan üç eşelon və onlar üçün sursat
gətirmişdi. İyulun
ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat və silah göndərildi. İyulun 23- 24-də Rusiyadan
Bakıya yeni silah - sursat partiyası çatdırıldı. İyulun 24-də Həştərxandan dördtoplu atlı batareya, daha
sonra
silah - sursat dolu 8 gəmi Bakıya gəldi. İyulun 27-də Bakı Soveti üçün iki mobil səhra apteki, tibbi ləvazimat,
dərman və sarğı materiallarından ibarət böyük karvan göndərildi. İyulun axırlarında Petrovun
başçılığı ilə Bakının müdafiəsi üçün göndərilmiş yaxşı silahlanmış dəstə şəhərə bir altıtoplu
batareya
gətirmişdi.
137
Rusiyadan daim silah və sursat göndərilməsinə baxmayaraq Qafqaz İslam Ordusu ilə döyüşlərdə məğlub
olan Bakı Soveti qoşunlarında ruh düşkünlüyü elə həddə çatmışdı ki, texniki vasitələrlə vəziyyətdən
çıxmaq
mümkün deyildi.
Bakı Sovetinin hərbi cəhətdən varisi olan Sentrokaspi Diktaturası da əldə olan böyük silah və sursatdan
yararlanmağa çalışırdı. Bolşeviklərdən fərqli
olaraq keçmiş çar ordusunun
zabitlərinə arxalanan bundan da çox ingilis
qoşunlarının
köməyinə
bel
bağlayan
Diktaturasının hərbi
liderləri
hərbi
donanmadan,
zirehli
Sentrokaspi
aviasiyadan,
qatar
və
avtomobillərdən,
eləcə
də
artilleriya
sistemlərindən
texnikanın
yararlanmağa
daha bacarıqla istifadə
edir,
bütün
imkanlarından
çalışırdılar.
İngilis
təlimatçılarının köməyi, bir çox hallarda
isə
birbaşa rəhbərliyi də bu istiqamətdə aparılan
işlərə öz təsirini göstərirdı. Bununla
belə,
vəziyyətdə dönüş yaratmaq, hərbi təşəbbüsü ələ almaq yenə də mümkün olmadı.
Aviasiya. Hələ 1915-ci il noyabrın 22-də təntənəli şəraitdə Bakı dəniz aviasiyası zabit məktəbinin açılışı
oldu. Belə ki, I Dünya müharibəsinin erkən mərhələsində dənizçi aviator kadrlarına ehtiyacı
ödəmək üçün Petroqrad dəniz aviasiyası məktəbinin Bakı filialını yaratmaq planlaşdırılmışdı. Müasir
avadanlığın gətirilməsi, yerli icra strukturlarının köməyi ilə yaşayış və təlim binalarının, təsərrüfat tikililərinin
inşası nəticəsində filial tədricən öz anqarları, apparelləri, emalatxanaları, qaraj və meteostansiyası olan müstəqil
məktəbə çevrildi. 1916-
cı ilin aprelinədək məktəbdə 40 zabit və 20-dən artıq aşağı çinli təyyarəçi hazırlanmışdı.
Müəllim və
təlimatçıların yüksək peşəkarlığı sayəsində məktəbin
yetirmələri imperiyanın bütün donanmalarında
yaxşı
136
Дарабади. П.Г. Военная помощь Советской России, с.110-113.
137
Yenə orada, с.112.
52