ilə Azərbaycana rotmistr rütbəsində qayıdaraq Müsəlman Korpusunda xidmət etmiş, 1918-ci il iyulun
30-da
podpolkovnik rütbəsinə layiq görülmüşdür. Qafqaz İslam Ordusu tərkibində fəaliyyəti barəsində (ümumiyyətlə
türklərlə bərabər xidmət edib - etməməsi barəsində) konkret məlumat yoxdur. Azərbaycan Ordusunda
2-ci
Qarabağ süvari alayının komandiri vəzifəsində xidmət etmiş, Qarabağda gedən döyüşlərdə iştirak
etmişdir.
1920-ci ilin aprelinden sonra Azərbaycan komandirlər məktəbində rəis müavini, 1921-1931-ci
illərdə
Azərbaycan dağ – atıcı diviziyasının komandiri olmuşdur. 1931-1933-cü illərdə Moskvada M.Frunze
adına Hərbi Akademiyada təhsil almış, 1934-cü ildə həmin akademiyada ümumi taktika
kafedrasının rəisi təyin olunmuşdur. 1935-ci ildə kombriq (XX əsrin 20-30-cu illərində Sovet
Ordusunda general-mayor rütbəsi) rütbəsinə layiq görülmüş, 1938-ci ildə həbs olunaraq güllələnmişdir.
Kapitan İsrafil bəy İsrafilovun bioqrafiyası müstəqillik uğrunda vuruşan gənc azərbaycanlı
zabitlərin
bioqrafiyasının nümunəsidir. Belə ki, hərbi məktəbi bitirdikdən sonra çar ordusunda xidmət etməyə
başlayan
zabit I Dünya müharibəsində iştirak etmiş, Rumıniya cəbhəsində kapitan rütbəsi və tabor
komandiri
vəzifəsinədək yüksəlmişdi. QİO tərkibində əvvəlcə könüllülərdən tərtib
edilmiş dəstələrə, daha sonra isə
Azərbaycan zirehli qatarına komandirlik etmiş İsrafilov bütün döyüşlərdə, о cümlədən
Bakının azad
edilməsində iştirak etmiş, Osmanlı ordeni ilə təltif edilmişdir. Azərbaycan Ordusunda xidmət edən zabit 1920-ci
ildə sovet
hakimiyyətinə qarşı Azərbaycandakı üsyanlarda iştirak etmiş, onlar yatırıldıqdan sonra
İrana,
Ərəbistana, Hindistana, Misirə, Türkiyəyə, oradan isə Polşaya keçmişdir. Polşa ordusuna qəbul edilərək Silahlı
Qüvvələr Akademiyasını bitirmiş İsrafilov Polşa Silahlı Qüvvələri Baş Qərargahda hərbi xidmətdə olmuşdur.
XX əsrin 30-cu illərində Avropada çap edilən mühacir jurnallarında onun xatirələri dərc edilmişdir. 1932-ci ildə
Parisdə "Qafqaz dağlıları" ("Горцы Кавказа") jurnalında Qafqaz İslam Ordusu ilə bağlı xatirələri çap edilib (№
31-34). Girişdə о göstərmişdir ki, hələ 1923-cü ildə Məhəmməd Əmin Rəsulzadə QİO və Azərbaycan ordusu
barəsində xatirələrini yazmağı ondan xahiş etmişdir. 1939-cu ildə almanlara qarşı döyüşlərdə iştirak etmiş və
Polşa ordusunun məğlubiyyətindən sonra əsir düşmüş İsrafil bəy Azərbaycan siyasi mühacirlərinin köməy ilə
alman əsirliyindən buraxılmışdır. Azərbaycan legionunun formalaşmasını bolşeviklərlə vuruşmaq şansı
kimi qəbul edən İsrafil bəy özü şəxsən Sovet Ordusuna qarşı döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra
Qərb işğal zonasında olsa da, SSRİ-nin müvafiq orqanlarının tələbi ilə İngiltərə-ABŞ-Fransa
hərbi rəhbərliyi tərəfindən təhfil verilmiş və dərhal güllələnmişdir.
290
Azərbaycan hərbi hissələrinə aidiyyatı
olmasa da, hesab edirik ki, hadisələrdə dəfələrlə adı çəkilmiş N.Qosinskinin bioqrafiyasına da diqqət yetirmək
lazımdır. Qafqazda sovetlərə qarşı vuruşanlar sırasında
Nəcməddin
Qosinski (Qosalı) (1859-1925) xüsusi yer tutur. Doğrudur, Xırdalan istiqamətində 1918-ci il
aprel döyüşlərində о özü iştirak edə bilməmiş və kiçik dəstə göndərmişdi. Lakin onun Azərbaycan
milli qüvvələrinin tərəfini saxlaması hərbi-siyasi hadisələrə təsir göstərə bilmişdi. Bu səbəbdən dövrün
nüfuzlu şəxsiyyətlərindən olan Qosinski barəsində ətraflı məlumat verməyi lazım bilirik. Nəcməddin
Qosinski Dağıstan vilayətinin Avar dairəsinin Qoso kəndində torpaq sahibkarı və vaxtilə Şamilin
naiblərindən birinin ailəsində anadan olmuşdur. Mədrəsəni bitirdikdən sonra o,
Dağıstan vilayəti qubernatorunun mühafizə dəstəsinə qəbul edilərək orada xidmət edib. Daha sonra
Qosinski Avar dairəsi, 14 kənddən ibarət olan Koysubulin sahəsinin naibi təyin edilmişdir. 1903-
cü ildə Türkiyədə olduqdan sonra mədrəsədə dərs deməyə başlayan N.Qosinski şərqşünaslıqla məşğul
olmuş və şeirlər yazmışdır. Onun yazdığı şeirlər Suriya, Türkiyə və Qafqazda populyar idi. Tədricən
böyük nüfuz qazanan Qosinski bir neçə tayfa münaqişəsinin, həmçinin Avar və Andı camaatıyla
Çeçenistan sakinləri arasında yaranan münaqişənin qarşısını alıb. 1917-ci il Fevral inqilabını sevinclə
qarşılayan Nəcməddin Qosinski
bunu
yenidən
şəriət qayda-
qanunlarına
qayıdış şansı kimi qiymətləndirirdi. 1917-ci il martın 9-da Dağıstanın mərkəzi Temur Xan Şura şəhərində
yaradılmış Vilayət Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilən Qosinski, may ayında
Vladiqafqazda keçirilmiş Dağlı xalqların 1-ci Qurultayında Dağıstan və Çeçenistanın müftisi
seçilmişdir. Oktyabr inqilabından sonra İcraiyyə Komitəsində bolşeviklər çoxluq təşkil edərək,
Dağıstanda Qosinskinin "şəriət əleyhinə addım" kimi qiymətləndirdiyi bir sıra tədbirlər həyata
keçirməyə başladılar. 1917-ci ilin dekabrında Qosinski Dağıstan və Çeçenistanın imamı seçildi, bu zaman
qurultayda Şimali Qafqaz, Azərbaycan, Gürcüstan və
Ukraynadan
gəlmiş
nümayəndələr, kazakların nümayəndələri də iştirak edirdi. Yeni seçilən
imamın Qafqaz xalqlarına ünvanladığı müraciətində deyilirdi: "Allah tərəfindən qadağan edilmiş cinayətlərdən,
qətllərdən, oğurluqdan, banditizmdən, talançılıqdan uzaq olun. Öz alimlərinizə tabe olun, azadlıq və
şəriəti qoruya bilən qoşunlar toplayın. Bütün xristianlara və digər dinlərdən olanlara din
azadlığı verin və rus qoşunlarına zərər yetirməyin". Birləşmiş Qafqaz Dağlıları İttifaqının Mərkəzi
Komitəsi (daha çox "Dağlıların hökuməti" kimi tanınıb) fəaliyyətə başlayanda Qosinski müfti
vəzifəsində çalışıb. Təkhakimiyyətliyə nail olmağa çalışan bolşeviklər bu quruma qarşı çıxdıqda 1918-ci
ilin yanvarında Qosinskin 10 min nəfəlik qoşun toplayaraq Temir Xan Şuranı tutdu. Mart ayında o,
bolşeviklərin hakimiyyətini devirdi və Petrovsk şəhərini ələ keçirdi, lakin Rusiyadan şəhərə gələn əlavə
qüvvələr onu dağlara çəkilməyə məcbur etdi. Bu səbəbdən o, Bakını
290
Исрафилов И. Воспоминания об Азербайджанской армии// Зеркало, 12.10.2007, 20.10.2007, 27.10.2007.
96
Dostları ilə paylaş: |