könüllülərini toplayır və təlim keçir), Sumqayıt dəstəsi-Sumqayıt stansiyasından şimalda, Şimal
qrupunun
ehtiyat qüvvəsi 13-cü və 10-cu alayların arxasında. Cənub qrupu: zirehli qatar-Putada, firqə istehkamı bölüyü -
Putada, sahilin müdafiəsi qrupu-Ələtdə.
538
Avqustun 5-də əsas zərbəni Qurd qapısı istiqamətindən 13-cü alay vurmalı idi. Bunun
üçün qüvvənin əsas
hissəsi bu istiqamətə yönəldilmişdi. Digər qüvvələr tutduqları sahələrdən irəliləməli və düşmənin
diqqətini
yayındırmalı idilər. QİO-nun komandanlığı ilk ingilis dəstəsinin gəlişindən və Sentrokaspi qüvvələrində
baş vermiş keyfiyyət dəyişikliyindən xəbər tutmamışdı.
Avqustun 5-də səhər saat 4:25-də türk-Azərbaycan hissələri hücuma başladılar. Bayıl
ətrafındakı
yüksəkliklər ələ keçirildi, Qurd qapısı istiqamətində hücum davam edirdi. Qoşunlar irəliləyərkən
düşmənin telefon xəttinə çıxdılar və tutulan telefon danışıqlarından məlum oldu ki, düşmən düşərgəsində güclü
çaşqınlıq
var və onlar əlavə kömək istəyirlər. Şəhərdə çaşqınlıq elə böyük idi ki, xristian əhalisi gəmilərə doğru qaçmağa
üz tutmuşdu.
539
Tezliklə Qurd qapısı dağ boyunca keçən düşmənin 1-ci müdafiə xətti tutuldu, lakin düşmən artıq
2-ci xəttə əlavə qüvvələr yeritməyə müvəffəq olmuşdu. Döyüşün bu mərhələsində məlum
oldu ki, Şimal qrupunun mərmi ehtiyatı tükənib, patronları da qurtarmaq
üzrədir. Mərmilər olmadığına görə toplar arxaya daşındı.
540
Düşmən tərəf
bunu hiss edib artilleriya duellərindən çəkinmədən topları açıq mövqelərə
çıxarıb türk-Azərbaycan hissələrinə atəş açmağa başladı. Hətta şəhərdə olan
bolşevik artilleriyası da gəmilərdən boşaldıldı və sahilə yaxın meydanların
birində quruldu. Q.Petrov avtomobillə Bayıla getdi, ön mövqelərlə öz topları
arasında simli rabitə yaratdı və nəticədə hücuma qalxan türk-Azərbaycan hissələrinə
dəqiq atəş açdı. Əsas atəş pulemyot mövqelərinə yönəldilmişdi. 10-cu
alayın 5 pulemyotu məhv edildi, bir çoxu sıradan çıxarıldı. 13-cu
alayın da pulemyotlarının bir
çoxu
istiqamətindən atəş açdılar.
Bundan
radələrində əkshücuma keçdi. 10-
cu
sıradan çıxmışdı. Üstəlik hərbi gəmilər
Bayıl
istifadə
edən
Sentrokaspi qüvvələri saat
11
və 13-cü alaylar öz ehtiyat hissələrini
döyüşə
yeritməklə vəziyyəti sabitləşdirməyə, Şimal qrupunun ehtiyatının gəlməsinə qədər vaxt
qazanmağa çalışırdılar. Lakin Mürsəl bəy Şimal qrupunun ehtiyatını döyüşə göndərmədi və 10-cu, sonra isə 13-
cü alaylar geri çəkildi, Bayıl və Qurd qapısında tutduqları mövqeləri tərk etdilər.
541
5-ci Qafqaz
piyada firqəsinin Ərkani-Hərb rəisi Rüşdü bəy qeyd
edirdi ki, düşmən özündə qüvvə tapıb əkshücumu davam
etdirsəydi
10-cu və 13-cü alayları da daha geriyə ata bilərdi, çünki onun qarşısını almaq üçün yeganə silah süngülər idi -
döyüş sursatı tamamilə tükənmişdi.
542
Türk-Azərbaycan hissələri dəmir yolunun qərbindəki, Qurd
qapısı ilə üzbəüz yüksəkliklərdə möhkəmləndilər. Saat 17:00-da Mürsəl bəy sona çatmış döyüşün
nəticələri barəsində Nuru paşaya raport göndərdi və raportda döyüşdə ingilislərin iştirak etməsini bildirdi. Elə
bu vaxt Sentrokaspi qoşunları cəbhənin Biləcəri-Xırdalan istiqamətinə hücuma keçdilər. Onların
hücumunu bir zirehli qatar dəstəkləyirdi. Burada düşmən qoşunları Zehni bəyin dəstəsi ilə üzləşdi və geri
atıldı.
Avqustun 5-də baş vermiş döyüşdə QİO tərkibindən 9 zabit, 139 əsgər həlak olmuş, 19 zabit, 444 əsgər
isə yaralanmışdı. Qoşunların istifadə etdiyi minik və qoşqu heyvanlarından 43-ü ölmüş, 32-ci
yaralanaraq yararsız olmuşdu. 500-dən artıq tüfəng, 3 ağır pulemyot və yüngül pulemyotlar sıradan
çıxmışdı. Düşmən tərəf 2000-ə yaxın itki verdi (ölü və yaralılar).
543
Kəşfiyyatın məlumatlarına görə
şəhərə avqustun 5-də 300 ingilis əsgəri gətirilmişdi.
544
Avqustun 6-da mövqelərə gəlmiş QİO-nun Ərkani-Hərb rəisi Nazim bəyə qoşunların
sursatının olmaması, zabitlərin çatışmazlığı, qoşunların azlığı, isti iqlimdə xəstəliklərin yayılması
barədə məlumat verildi.
545
Bütün bunlar qoşunların mənəvi-psixoloji durumuna pis təsir göstərirdi,
Bunu ehtimal edən sovet komandanlığı Heybət-Biləcəri xəttinə hücum təşkil etdi, lakin geri atıldı.
546
Bilavasitə Bakı önündə dayanan QİO qoşunlarının sayı 3500 nəfəri ötmürdü.
547
Mənəvi
durumu
yaxşılaşdırmaq üçün qoşunlara komandanlığın müraciəti qəbul edildi. "Bu gözəl könül qapıcı şəhəri
siz zəbt etməsəniz Türkün və ordusunun şərəfini indi içində bulunduğunuz xəndəklərə göməcəksiniz...
Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz Qafqaz türkləri və Türküstan
müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri- xəncərin üzərinə "Eyvah ki, Türk bizə imdada gəlmədi"
cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır... Ey türk əsgəri! Əgər sən bu
şəhəri almasan Bakıda sənin üçün hazırlanan
538
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.277-278.
539
Yuceer N. Birinci Dünya savaşında, s.104.
540
Süleymanov M.S. Azərbaycan Ordusu, s.121.
541
Большевики в борьбе за победу, с.626.
542
Süleymanov M.S. Azərbaycan Ordusu, s.280.
543
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.339.
544
Görüryılmaz M. Türk.Kafkaz İslam Ordusu, s.148.
545
Süleymanov M.S. Azərbaycan Ordusu, s.122.
546
Yuceer N. Birinci Dünya savaşında, s.105.
547
Yenə orada, s.102.
138