36
Heyət isə təcili surətdə cavab vermələrini tələb etdikdə: “Biz bu məsələ
barəsində xüsusi iclas yapıb və asayişlə həll olunmasına söz verməyimiz ilə bərabər
yerli əhalini sakit etmək biz sizə əxz etdiyimiz silah sandıqlarının açarlarını verə
biləriz” cavabını alırlar.
Bu vaxt saət beş olar idi.
Saət 3 radələrində heyət getdikdən sonra Bakı müsəlmanları həyəcanlı bir
surətdə evlərinə gedib saat 6-da hər məhəllə öz məscidi dairəsinə toplaşıb müntəzir
cavab almaların təht qərara aldılar.
Deməli, saət dörd ilə beş araları Bakı şəhərinin bir yas, guya, qəzaya düçar
olduğun aşkarə müəyyən etmək mümkün ola bilərdi. Qəti surətdə bu gün bədbəxtlik,
daha doğrusu, bir milli fəlakət baş göstərdiyi qət edilirdi.
Saət beş ilə altı miyanında Şamaxı caddəsi tərəflərində bir neçə atəş səsləri
eşidildi. Həmin atəşlər gələcək müqəddəratın başlandığın elan etdi və həmin atəşə də
səbəb müsəlmanlar Cəmiyyəti Xeyriyyə binasında iclas yapdığı zaman xain
müfəttinlər (fitnəkarlar) tərəfindən yapılan hazırlıqlar icrasına şüru edilməsi əlaməti
idi. Böylə ki, şəhərin bəzi mühüm nöqtələrinə gizli surətdə silah və pulemyotlar nəql
edilib, şəhər şərq-şimal tərəfindən əhatə edildikdən sonra Şamaxı caddəsi ilə gedən bir
nəfər müsəlmanın silahı fitnəçilik ilə alınmasından naşı olmuşdu.
Bu halda mütəfərriq (müxtəlif) caddələrdən atəş sədaları ara-sıra eşidilirdi.
Nikolayevski caddədə vaqei Cəmiyyəti Xeyriyyə binasına toplaşan müsəlmanlar təcili
surətdə qaçmağa başladılar. Şamaxı caddəsində başlanan atəş on beş dəqiqəlik bir
zamanda Nikolayevski caddəyə sirayət etdi.
Nəhayət, saət 6-da tüfəng sədalarının çoxalması və arabir əl qumbaraları
sədaları da eşidilirdi. Mosuq mənbələrdən alınan məlumata görə, bolşeviklər ilə
Müsavat firqəsinin müharibəsi olduğun söyləyirdilər.
Mart ayının 19-cu gecəsi (düşənbə gecəsi) ancaq sabaha qədər tüfəng
sədaları ilə keçdisə də, lakin gecə 11 və 12 radələrində bir neçə gurultulu bomba
sədaları da eşidildi.
Nəhayət düşənbə günü oldu, saət 7-də şiddətli atışmalar şəhərin aşağı
hissələrindən başlandı və bir az tüfəng atəşinin qızışmasından sonra “Mitralyoz”
atışmaları da başlandı. “Mitralyoz” atışmaları gəldikdə sədalarından düşmənlərin
hücuma keçdiyi məlum olunurdu. Bu halda İçərişəhər hissələrində böylə şayiələr
eşidilirdi ki, guya müsəlmanlar ilə birləşib bolşevikləri tərk edəcəklərdi. Bu nəhv
şayiələr və get-gedə çoxaldıqca atışmalar da şiddət kəsb eləyirdi. Beləliklə, saat 10
radələri idi ki, bolşeviklər tərəfindən səfərbərlik elanı paylandığını söylədilər. Əldə
edilən nüsxələrdən biri bu məzmunda idi:
İştə elan: Nömrə 1.
Yekşənbə günü, mart ayının on səkkizindən etibarən ... naşi Bakıda sakin
hamı xaçpərəst əlinə silah almağa dəvət edilir. Fövqəlzəkər səfərbərlikdən boyun
qaçıran vətəndaşlar hərbi inqilab məhkəməsinin şiddətli cəzalarına məhkum
ediləcəkdir.
37
İmza. Bakı Hərb İnqilab Komitəsi.
Bu elanı oxuyan müsəlman əhalisi işlərin bu növ bir mövqe aldığını görüb də
və kəndilərınin keçən gün Cəmiyyəti Xeyriyyə salonunda gurultulu nitqlərinin ancaq
əfsanə bir söz olduğunu başa düşüb, lakin işin işdən keçdiyini bir-birinə söyləyirdilər.
Saət iki radələr idi. Atışma nəhayət, şiddət ilə artıyordu. Bu halda ikinci bir
şayiə dövr etməyə başladı. Şaiyə isə bundan ibarət idi: “Ermənilər söz vermişlər ki,
bizim təcili iclasımız vardır və həman iclasda bizim həmin müharibədə müsəlmanlara
kömək etməmiz qət ediləcəkdir. Bir saətdən sonra müsəlmanlara ermənilər tərəfindənr
dəva ləvazimatı veriləcəkdir”.
Bu şaiyəni eşidən safdil əhali dərun qəlbdən inanıb bir-birinə gözaydınlığı
verməyə başladılar.
Fövqəlzikr şaiyədən iki saət sonra ermənilərin müsəlman bazar-dükanların
qarət etmələri şaiyəsi sürət ilə danışılmağa başlandı. Nəhayət, erməni millətinin dədə-
babadan tapşırılma xəyanətləri ortaya atıldı. Deməli, ürəyi düz müsəlmanları bu
tərəfdən xatir, o biri tərəfdən bolşevik hökumətinə xainanə bir surətdə qoşulub Şura
hökumətinə yarasınayan bir namussuzluq icrasına iqdam ediyorlar.
Bu halda düşənbə günü, saət altı radələri idi. Yavaş-yavaş mitralyoz və
bomba sədalarının şiddətlənməsi hücum əlamətlərin bildirir idi. Bu halda erməni
kəndi tərəfindən müsəlman məhəlləsi tərəflərinə bir neçə top atıldı. Yüz illərdən bəri
müharibə görməyən və top-tüfəng sodası eşitməyən Bakı müsəlmanları bu dəqiqədən
özlərinin təhlükəli bir mövqe aldıqların qət etdilər. Yarım saət bundan əqdəm diliranə
(cəsuranə) bir surətdə müharibə edən müsəlman cavanları bir neçə top sədasını
eşitdikdə bir növ özlərin itirib kəndi xanələri tərəfə üz çevirdilər.
Bu halda hava qaranlıqlaşıb atışmanın sədaları uzaqlaşıb və ağırlaşırdı. Bu
gecə Bakı şəhəri zülmət içində qalıb ara-sıra atəşələr ilə sübh oldu.
Bu gün seşənbə günü, mart ayının 20-si idi. Sübh saət altı radələri idi.
Atışmanın şiddəti bu gün Bakı şəhəri bir qan dəryasına döndügün bildirir idi. Bu gün
Bakı şəhərinin müsəlman məhəllələrindən ah-nalə sədalarının ucalması başlanır idi.
Saət səkkiz idi. Erməni kəndi tərəfindən dəfəat ilə (dəfələrlə) bir neçə top atıldı. Bu
halda dəniz içində duran hərbi vaporlarından da İçərişəhər və Tazəpir üstlərinə bir
neçə toplar atıldı. İçərişəhərdə vaqe-i xan evləri və məscid minarəsi ilə bərabər bir
neçə evlər də zərərdidə oldular.
Bu halı görən İçərişəhərdə yaşayan xaçpərəst milləti dərhal bir yerə toplaşıb
kəndi tərəflərindən bir nümayəndə liman içastokuna göndərdilər ki, biz İçərişəhərdə
sakin olan xaçpərəstlər təmam istirahətlik ilə yaşadığımız bir halda bizi bombardman
etməniz nə cəhətə olmalıdır.
Liman içastoku isə bir saət qabaq aldığı dokladı (məlumat) onlara oxuyur.
İştə məlumat:
Biz (Daşnaksakin) firqəsi xüsusi adamlar vasitəsilə aldığımız rəsmi məlumatı
binaən yazıb Hərbi İnqilab Komitəsinə elan ediriz ki, İçərişəhərdə yaşayan təmam
xaçpərəst əhalisini yerli müsəlmanlar qətliam etdikdən sonra malların qarət etmişlər.