8
təlif etmiş və hicri tarixi ilə 250- ci ildə bitirmişdir. İmam Nəvəvi belə
demişdir: “Onun seçimi və düzəlişinə on altı il sərf etmişdir”. H. 261-ci il
(Miladi 875-ci il) Rəcəb ayında Nisapur şəhərində dünyasını dəyişmişdir.
Muhəmməd İbn Bəşşar belə demişdir: “Dünyanın hafizləri (hədis elmində)
dörddür: “ər-Rey şəhərində Əbu Zurə, Nisapur şəhərində Muslim, Səmərqənd
şəhərində Abdullah əd-Darani və Buxara şəhərində Muhəmməd İbn İsmail”.
Əl-Huseyn İbn Mənsur belə demişdir: “İsaq İbn Rahəveyni Muslimi
xatırlayaraq fars dilində belə dediyini eşitdim: “Hansı kişi bunun kimi ola
bilər?!”. İsaq əl-Kovsəc İmam Muslimə belə demişdir: ”Allah səni
müsəlmanların arasında hifz etdikcə biz xeyirdən məhrum olmarıq”.
9
Peyğəmbərin Adından Yalan
Danışmağın Aqibətinin Ağır
Olması
10
Peyğəmbərin Adından Yalan Danışmağın Aqibətinin
Ağır Olması
1. Əli rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitdim: “Mənim
adımdan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, qoy
Cəhənnəmdəki yerini tutsun.” (Buxari 106, Muslim 2)
2. Ənəs İbn Məlik demişdir: “Sizə çoxlu hədislər rəvayət etməkdən məni
saxlayan, (ancaq) Allah Elçisinin bu hədisidir: “Hər kim mənim adımdan
bilərəkdən yalan söyləyərsə, atəşdən olan yerini hazırlasın”. (Buxari 108,
Muslim 3)
3. Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi buyurdu: “Hər kim mənim
adımdan bilərəkdən yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun”.
(Buxari 110, 6197, Muslim 4)
4. Muğira rəvayət edir ki, Peyğəmbərin belə dediyini eşitdim: “Mənim
adımdan danışılan yalan başqa birisinin adından danışılan yalan kimi deyildir.
Hər kim bilə-bilə mənim adımdan yalan danışarsa, Cəhənnəmdə öz yerini
hazırlasın” (Buxari 1291, Muslim 5)
12
İman Nədir? İmanın Xüsusiyyətlərinin Bəyanı
5. Əbu Hureyra rəvayət edir ki, bir gün Peyğəmbər camaatın arasında
oturmuşdu. Bir nəfər onun yanına gəlib: “İman nədir?”- deyə soruşdu.
Peyğəmbər: “İman (odur ki,) Allaha, Onun mələklərinə, Onunla qarşılaşaca-
ğına və Onun elçilərinə iman gətirəsən, habelə (öldükdən sonra) diriləcəyinə
inanasan.” O: “İslam nədir?”– deyə soruşdu. Peyğəmbər: “İslam (odur ki,)
Allaha ibadət edib Ona (heç bir şeyi) şərik qoşmayasan, (vaxtlı-vaxtında, lazı-
mınca) namaz qılasan, vacib buyrulmuş zəkatı verəsən və Ramazan ayını oruc
tutasan.” O: “Ehsan nədir?”- deyə soruşdu. Peyğəmbər: “Ehsan (odur ki,)
Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən; sən Onu görməsən də, (bil
ki,) O, səni görür.” O: “Qiyamət nə zaman qopacaq?”- deyə soruşdu.
Peyğəmbər: “Bu haqda soruşulan soruşandan çox bilmir. Lakin sənə
Qiyamətin əlamətlərini deyəcəyəm: kəniz öz ağasını doğacağı və kimliyi bəlli
olmayan, dəvə otaran çobanlar hündür binalar tikməkdə bir-biri ilə
yarışacaqları zaman (Qiyamət qopacaqdır. Bu da) yalnız Allahın bildiyi beş
şeydən biridir.” Sonra Peyğəmbər: “Həqiqətən, Saatı (Qiyamətin qopacağı
vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə
olanı O bilir. Heç kəs səhər nə qazanacağını bilməz. Heç kəs harada öləcəyini
bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) Biləndir, (hər şeydən) Xəbərdardır!”.
(Loğman 34). - ayəsini oxudu. Sonra o adam dönüb getdi. Peyğəmbər: “Onu geri
qaytarın!”- deyə buyurdu. Lakin (əshabələr) ondan bir əsər-əlamət görmədilər.
Peyğəmbər: “Bu Cəbrail idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi.”
(Buxari 50, Muslim 10, 106, 108)
İslamın Rüknlərindən Biri Sayılan Namazın Bəyanı