keçirilən Buxarest sammitində Xorvatiya və Albaniya
quruma üzv qəbul edilmiş, Fransa isə NATOnun hərbi
təşkilatmdakı
fəaliyyətini
yenidən bərpa etmişdir).
Azərbaycanın da 1994-cü ildən
üzvü olduğu «Sülh
Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində hazırki
duruma görə daha çox Gürcüstan bu quruma tamhüquqlu
üzv kimi qəbul edilmək üçün bir növ hazırlıq mərhələsi
keçir. Belə vəziyyətdə Rusiyanın özünü regionda və hətta
dünyada «geosiyasi ədalətsizliyə» qarşı müqavimət
göstərən, öz ideyaları ilə baş-başa qalan yeganə dövlət hiss
etməsi təəccüblü görünmür. Qeyd edək ki, hələ 1997-ci
ilin aprelindən Çin və Rusiya dünyada «hegemonizm»
cəhdlərini
pisləmiş
və
NATO-nun
genişləmnəsini
«qəbuledilməz»
fakt
adlandırmışdılar.
NATO-nun
genişlənməsi məsələsi Avropa dövlətləri arasında da
birmənalı qarşılanmır, belə ki, burada da ilkin olaraq əsas
vəzifənin «NATO-nun Şərq sərhədləri Avropa İttifaqının
Şərq sərhədləri ilə üst-üstə düşməlidirmi?» sualına cavab
tapılmasının olduğunu təsdiq edirlər. Görkəmli politoloq
Z.Bjezinski Rusiya-NATO münasibətlərini maraqlı şəkildə
ifadə edir: «...Rusiya özünü ABŞ və onun əsas təkanverici
üzv olduğu NATO ilə üz-üzə dayanacaq qüvvə olduğunu
düşünməklə özünü vacib hesab edir və bununla da sanki
təskinlik tapır...» Qeyd edək ki, NATO-Rusiya arasında
praktiki əməkdaşlıq 2002-ci ilin mayında NATO-Rusiya
Şurasının yaradılması ilə başlanmışdır.
Ümumiyyətlə, bu münasibətlərdə hər iki tərəfin bu
əməkdaşlığa dair müxtəlif mövqeləri vardır. Belə ki, bir
tərəfdən
Avroatlantik
Əməkdaşlığın
rəsmilərinin
bəyanatlarında
Rusiya
ilə
hərtərəfli
əməkdaşlığın
səmimiliyinə, həmçinin bu əlaqələrin perspektivlərinə
dərin inam ifadə olunur. Digər tərəfdən isə, təşkilatda
50
Rusiyanın bu təşkilat və orada birləşən əsas güc
mərkəzləri ilə barışmaz ziddiyyətlərinin olduğunu da yaxşı
bilirlər. Maraqlıdır ki, NATO-Rusiya mövqeləri və
əməkdaşlığı
dünyadakı
geosiyasi
maraqların
bölüşdürülməsi məsələsində tam olaraq vəhdət təşkil
etməsə də, xüsusi iddialann mövcud olmadığı digər
sahələrdə - fövqəladə vəziyyətin idarə olunması, mülki
müdafiə,
terrorizm,
xüsusilə
təhlükəsizlik
və
s.
sferalardakı
əməkdaşlıq kifayət
qədər uğurlu
və
üınidverieidir. Bu baxımdan tərəflərin rəsmiləri öz
bəyanatlarında
«hər iki tərəfin eyni dəyərləri
bölüşdüyünə» inanır.
Rusiyanın xüsusi olaraq NATO-ya akkreditə olunmuş
(2003-cü ilin mayında) ilk səfiri general Konstantin
Totskiy
təşkilatın
genişlənməsinə
dair
Rusiyanın
mövqeyini xarakterizə edərkən bu dövlətin Avroatlantik
regionu üçün daha unikal təhlükəsizlik mexanizmləri kimi
Birləşmiş Millətlər və Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatlarını dəstəklədiyini bildirmişdi. Səfir
Rusiyanın NATO üzvü olması perspektivini isə o vaxt belə
şərh etmişdi: «Prezident Putin ölkənin bu təşkilata daxil
olması barəsində heç bir cəhd və marağının olmamasını
dəfələrlə qeyd edib. Bunun heç bir fərqi yoxdur, əsas
məsələ tərəflər arasında əməkdaşlığın hansı məqsəd
daşıması və digərlərinə bu əməkdaşlığın hansı faydanı
gətinnəsidir».
Beləliklə, əsası hələ 1997-ci ildə NATO-Rusiya
Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik üzrə
Fəaliyyət sənədinin imzalanması ilə qoyulmuş NATO-
Rusiya əməkdaşlığına bir sıra konkret misallar göstərmək
mümkündür, lakin hər iki tərəfdə tarixi hegemonluq
iddiaları mövcud olduqca ümumi məqsədlər isti
51
qamətində tam səmərəli tərəfdaşlıqdan danışmaq h ə lə çox
tezdir. Digər tərəfdən belə bir sual hələ d ə siyasi
təhlilçilər tərəfindən mübahisə doğurmaqda davam edir:
Hansı dünya daha təhlükəlidir- soyuq müharibə dövründə
cəbhələrin dəqiq bilindiyi qarşıdurma vəziyyəti, yoxsa
başqa formada davam edən «rəqabətli əməkdaşlıq»
vəziyyəti? Bu sual hələ ki, öz cavabını gözləyir...
Son dövrün hadisələri bir daha sübut etdi ki, XXI əsrdə
dünyanın siyasi səhnəsi çox vektorlu, çoxqütblü dünya
düzəninin yaranması ilə xarakterizə olunmalıdır. Qlobal
siyasi proseslərin tərkibi də öz müxtəlifliyinə görə
genişlənməlidir. Nəzərə alsaq ki, bu gün beynəlxalq hüquq
öz səmərəsini itirir, beynəlxalq təşkilatlar funksiyalarını
yerinə yetirə bilmirlər, dünyadakı qlobal və regional siyasi
proseslərin tənzimlənməsində həlledici gücə malik olan
bir neçə böyük dövlətdən ibarət yeni «idarəetmə
forması»mn yaranması zəruri görünür. İdarəetmə forması
dedikdə, burada böyük gücə sahib olan dövlətlərin qlobal
siyasi proseslərin idarə olunmasında iştirakım nəzərd ə
tutan mexanizmin formalaşması başa düşülməlidir. E lə son
ayların olaylan da göstərdi ki, təkbaşına hegemonluq
dünyaya həm iqtisadi, həm də siyasi baxımdan zərbə
vurur, iqtisadi və siyasi böhranlar əmələ gətirir, b ir çox
cəmiyyətlərdə ictimai-siyasi sabitlik pozulur. Bu baxımdan
hazırda dünyada baş verən ictimai və siyasi proseslərin
gedişatı, reallıq onu tələb edir ki, çoxqütblü dünya düzəni
formalaşsın. Dünyanın qlobal siyasi proseslərinin tarazlı
formada tənzimlənməsi və ya idarə olunması bir yox, bir
neçə mərkəzdən həyata keçirilsin. Bu idarəetməni əsasə n
ayn-ayn coğrafi məkanlar üzrə böyük əraziyə, çoxlu
əhaliyə malik, iqtisadi və hərbi potensiala sahib olan
dövlətlər həyata keçirə bilərlər. Belə dövlətlər içərisində
52
Asiyada Çin, Rusiya, Hindistan, İran, Türkiyə, İndoneziya
kimi dövlətlər, Avropada Avropa İttifaqı, Rusiya, Amerika
qitəsində ABŞ, Braziliya və s. dünyanın müxtəlif
regionlarında
baş
verən
siyasi
proseslərin
tənzimlənməsində yaxından iştirak edə bilərlər. Hal-
hazırda ilk növbədə dünyanın qlobal siyasi proseslərinin
idarə olunmasında ABŞ-la səlahiyyətlərin bölünməsində
Avropa İttifaqı, Rusiya və Çin iddialıdır və bu istiqamətdə
mübarizə aparırlar. Avropa İttifaqı, Rusiya və Çin
dünyanın siyasi proseslərinin vahid mərkəzdən - ABŞ-dan
idarə olunması ilə razılaşmırlar və çoxvektorlu dünya
düzəninin formalaşmasım israr edirlər. ABŞ isə Avropa
İttifaqı ilə qismən razılaşsa da, Rusiya və Çinlə bu
səlahiyyətləri qətiyyən bölüşmək istəmir və öz nüfuzunun
zəifləməsindən ehtiyat edir.
Çoxqütblü dünya düzəninin yaranması zərurəti və
əhəmiyyətini əsasən aşağıdakı amillərlə xarakterizə etmək
olar:
1. Dünyada ciddi problemləri olan bir sıra dövlətlər var
ki, müxtəlif regionlarda yerləşdiyindən, qlobal siyasi
prosesləri vahid mərkəzdən tarazlı və ədalətli şəkildə
idarə etmək cəhdi səmərə vermir. Bu baxımdan müxtəlif
idarəetmə mərkəzlərinin yaranması məqsədəuyğundur;
2. Qlobal siyasi proseslərin vahid istiqaməti və
xüsusiyyətinin tətbiqi cəhdləri cəmiyyətlərdə kəskin
ziddiyyətlər ortaya çıxarır. Buna görə də siyasi proseslərin
rəngarəngliyinin təmin edilməsi və tətbiqi məqsədilə
vahid «idarəetmə mərkəzi»nin bir neçə mərkəzə
bölünməsi mühüm əhəmiyyət kəsb edir;
3. Dünyada «güc mərkəzi» olan bir neçə dövlət vardır
və tarixən bu dövlətlərin qlobal və regional maraqlan
formalaşmışdır. Bu nöqteyi-nəzərdən də siyasi proseslərin
53