Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə44/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

2-ci fəsil

Azərbaycan-NATO münasibətlərinin xronikası

Azərbaycan-NATO münasibətlərinin tarixinə qısa nəzər 

salsaq,  bu  münasibətlərin  əlaqələrin  inkişafına  xidmət 

etdiyini  görərik.  Qarşılıqlı  səfərlər  və  əldə  olunan 

razılaşmalar bu fikrə gəlməyimizə əsas verir.

1996- 


cı  il  22  aprel  tarixində  NATO-nun  Brüsseldəki 

mənzil-qərargahına  növbəti  səfəri  zamanı  Prezident 

Heydər  Əliyev  Baş  katib  Xavyer  Solana  ilə  görüşərək, 

SNT  proqramına  müvafiq  şəkildə  NATO  ilə  əməkdaşlıq 

üzrə respublikamızın tələbat və potensialını müəyyən edən 

Azərbaycan Respublikasının Prezentasiya  sənədini  təqdim 

etmişdir.

1997- 


ci  ilin  13  fevral  tarixində  Prezident  Heydər 

Əliyevin  dəvəti  ilə  NATO-nun  Baş  katibi  Xavyer  Solana 

ilk  dəfə  olaraq  iki  günlük  rəsmi  səfərlə  Azərbaycana 

gəldi.  Səfər  müddətində  Baş  katib  Prezident  H.Əliyev, 

Xarici  işlər və Müdafiə nazirləri  ilə görüşlər keçirdi, Milli 

Məclisdə  millət  vəkilləri  qarşısında  NATO-Azərbaycan 

əlaqələrinin inkişafına dair çıxış etdi.

1997-ci  il  mayın  30-da  ŞAƏŞ-ın  Portuqalyanm  Sintra 

şəhərində  nazirlərin  iştirakı  ilə  keçirilən  görüşündə  bu 

təşkilatın  Avro-Atlantika  Tərəfdaşlıq  Şurası  (AATŞ)  ilə 

əvəz olunması qərara alındı.

4-6  noyabr  1997-ci  ildə  Bakıda  «Kooperativ  Demand» 

adı 

altında 


komanda-qərargah 

təlimlərinin 

hazırlıq 

seminarı 

keçirildi. 

Bu 


NATO/SNT 

çərçivəsində 

Azərbaycanda keçirilən ilk tədbir idi.

1997-ci  ilin  14  noyabr  tarixində  Prezident  Heydər 

Əliyev 

Azərbaycan 



Respublikasının 

NATO 


ilə

176


əməkdaşlığım  daha  da  gücləndirmək  tədbirləri  haqqında 

sərəncam imzaladı.

21  noyabr  1997-ci  ildə  NATO-nun  Brüssel  şəhərində 

yerləşən mənzil-qərargahında Azərbaycan Respublikasının 

diplomatik  nümayəndəliyinin  təsis  edilməsi  barədə 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edildi. 

Bu, 

diplomatik  sahədə  əlaqələrin  inkişafına  və  NATO- 



Azərbaycan  inteqrasiya  prosesinə  təkan  verən  böyük  bir 

addım idi.

30 sentyabr-1 oktyabr  1998-ci ildə NATO-nun Baş katibi 

X.Solana  ikinci  dəfə  işçi  səfərlə  Bakıya  gəldi.  Səfər 

zamanı  o,  respublika  prezidenti  H.Əliyev,  Milli  Məclisin 

Sədri  M.Əiəsgərov,  Baş  nazir  A.Rasizadə  ilə  keçirdiyi 

görüşlərdə  Avro-Atlantika  və  regional  təhlükəsizlik,  SNT 

proqramı  çərçivəsində  Azərbaycan-NATO  əlaqələrinin 

inkişafı məsələləri ətrafında danışıqlar apardı.

1999-cu  ilin  aprelində  Vaşinqtonda  NATO-nun  50  illik 

yubileyinə  həsr  olunmuş  dövlət  və  hökumət  başçılarının 

sammiti Alyans tarixində dönüş nöqtəsi oldu. Bunu sammit 

zamanı  qəbul  edilmiş  sənədlər  əsasında  söyləmək 

mümkündür.  NATO-nun  yeni  strateji  konsepsiyasının 

qəbul edilməsi əhəmiyyətli hadisəyə çevrildi.

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev 

26  aprel  1999-cu  ildə NATO-nun  50  illik  yubileyinə  həsr 

olunmuş  zirvə  görüşündə  çıxış  edərək,  Azərbaycanın 

«Sülh Naminə  Tərəfdaşlıq» proqramı  çərçivəsində NATO 

ilə 


əməkdaşlığa 

böyük 


əhəmiyyət 

verdiyini 

və 

Azərbaycanın  Şimali  Atlantika  Müqaviləsi  Təşkilatı  ilə 



münasibətlərinin 

daha 


da 

dərinləşdirilməsinə 

öz 

tərəfindən hər cür kömək göstərəcəyini bəyan etdi.



177


1999-cu 

ilin 


may 

aymda 


NATO 

Parlament 

Assambleyasının 

Polşada 


keçirilən 

sessiyasında 

Azərbaycana  həmin  qurumda  müşahidəçi  statusu  verildi. 

2001-ci  il  noyabrın  19-da  isə  Azərbaycan  Ruspublikası 

NATO-nun  Parlament  Assambleyasına  assosiativ  üzv 

qəbul edildi.

Atlantika  siyasəti  üzrə  məşvərət  qrupunun  sessiyası 

Bakıda keçirildi.  Sessiyada iştirak etmək üçün NATO  Baş 

katibinin  Siyasi  m əsələlər  üzrə  müavini,  səfir  K.R. 

Klayber  başda  olmaqla  yüksək  səviyyəli  NATO  ekspert 

qrupu Azərbaycana gəldi.

1999-cu  ilin  sentyabrından  AATŞ  çərçivəsində  Cənubi 

Qafqaz  məsələləri  üzrə  açıq  tərkibli  İşçi  qrup  (Ad  Hoc 

Group on South Caucasus) fəalliyyət göstərir.

1999-cu 

ilin 


sentyabrından  etibarən 

Azərbaycan 

Respublikasının  sülhməramlı  taqımı  Türkiyə  taboru 

daxilində  Kosovoda  keçirilən  sülhməramlı  əməliyyatda 

iştirak etmiş və öz missiyasım uğurla başa vurmuşdur.

9  dekabr  1999-cu  ildə  Azərbaycan  Respublikasının 

Prezidenti  «Azərbaycan  Respublikası  Prezidenti  yanında 

Azərbaycan  Respublikasının  NATO  ilə  əməkdaşlıq  üzrə 

Komissiya haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 

225 № li Fərman imzaladı.

Əsasnamədə  Komissiyanın  əsas  funksiyası  aşağıdakı 

kimi ifadə olunur:

«Komissiyanın 

əsas 


funksiyası 

Azərbaycan 

Respublikasının  NATO  ilə  siyasi  və  hərbi  əməkdaşlığını 

keyfiyyətcə 

yeni 

səviyyəyə 



qaldırmaqdan, 

habelə 


Avroatlantika  Tərəfdaşlıq  Şurasının  və  NATO-nun 

genişləndirilmiş  «Sülh  Naminə  Tərəfdaşlıq»  Proqramı 

çərçivəsində 

əməkdaşlıq 

üçün 

yaradılmış 



yeni

178


mexanizmlər  və  imkanlardan  fəal  istifadə  etməkdən  və 

NATO ilə əməkdaşlığın möhkəmləndirilməsi çərçivəsində 

qəbul  olunmuş  qərarlann,  tədbirlərin  və  təkliflərin 

səmərəli və operativ həllindən ibarətdir».

2000- 

ci  ilin  aprelində  Gürcüstanda  keçirilmiş  kursun 



davamı kimi Bakıda hərbi-mülki əməkdaşlığa dair regional 

kurs  keçirilmişdir.  NATO-Azərbaycan  əməkdaşlığını 

ehtiva edən tədbirlər davamlı xarakter daşımışdır:

20-21 


iyul 

2000-ci 


ildə 

Bakıda  NATO/AATŞ 

çərçivəsində  «Qafqazda  enerji  təhlükəsizliyi»  adı  altmda 

konfrans keçirildi. Regionda eneıji təhlükəsizliyi məsələsi, 

habelə  ətraf  mühit  problemləri 

müzakirə 

obyekti 

olmuşdur.

NATO-nun Baş katibi Lord C.Robertson 2001-ci  ilin  16- 

17  yanvar  tarixlərində  Azərbaycana  rəsmi  səfər  etmişdir. 

Səfər  müddətində  o,  Prezident  H.Əliyev,  Milli  Məclisin 

Sədri  M.Ələsgərov,  Baş  nazir  A.Rasizadə,  xarici  işlər 

naziri  V.Quliyev,  müdafiə  naziri  S.Əbiyev  ilə  görüşlər 

keçirmişdir. Baş katib Bakı Dövlət Universitetinin müəllim 

və  tələbə  kollektivi  qarşısında  çıxış  etmiş  və  BDU-nun 

fəxri doktoru adına layiq görülmüşdür.

2001- 

ci  ilin  12-13  iyun  tarixlərində  NATO/AATŞ 



çərçivəsində  tərəfdaş  və  NATO-ya  üzv  dövlətlərin 

nümayəndələrinin 

iştirakı  ilə  «Təbii  və  texnogen 

fəlakətlər  zamanı  ərazilərdə  xilasetmə  dəstələrinin 

yerləşdirilməsi» 

adlı 


seminar 

müvəffəqiyyətlə 

keçirilmişdir.

2001-ci  ilin  21-22  iyun  tarixlərində  Bakıda  Avro- 

Atlantika Tərəfdaşlıq  Şurasının kiçik və  atıcı  silahlar üzrə 

xüsusi  işçi  qrupunun  iştirakı  ilə  «Yüngül  və  atıcı  silahlar: 

ATƏT  və  AATŞ-uı  cari  öhdəliklərinin  həyata keçirilməsi

179



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə