www.kitabxana.net Amid Əlioğlu
2016
Bu sözləri eşidən Əhməd çox sürətlə otaqdan
çıxıb anası olan palataya üz tutdu.
Həkimin fikirlərini belə rahat ifadə etməsinə
inana bilmirdim. Hisslərini işinə qatmamağı necə
öyrənmişdi? Olmaya onda, ümumiyyətlə, insanlıq
hissi yox idi? Bir saniyə çox yaşasın deyə, bəlkə də
milyonlar verə bilən insan başqasını bu yoldan niyə
çəkindirirdi?
Bir müddət dəhlizdə gözləməli oldum Əhmədi.
Yanıma gələndə pərişan halda gözünü bir nöqtəyə
zilləyib
eləcə
səssiz
dayandı.
Xəstəxananın
həyətindəki
oturacaqda
əyləşəndə
anası
ilə
danışmağını, kimyaterapiyaya razı sala bilməyini
soruşdum, amma suallarım cavabsız qaldı. Gözünü
bağçadakı su borusunun ağzından yerə düşərək saat
əqrəbinin səsini xatırladan damcılara zilləyib
dayanmışdı. Suallarımla daha çox canını sıxmamaq,
tənha qalıb düşüncələrilə sərbəst əlaqə qura bilməsi
üçün getməyi qərara aldım. Bir addım atmışdım ki,
baxdığı yerdən gözünü çəkmədən danışmağa başladı:
-
Müalicə olunmaq istəmir... Deyir əgər həkim
dediyi proses olsa, bacını itirəcəyik. Həm də bu işin
bahalı olduğu söyləyir. Nə olsun? Əlavə iş
www.kitabxana.net Amid Əlioğlu
2016
tapacağımı, nəyin bahasına olursa-olsun əməliyyat
üçün daha çox pul qazanacağımı söylədim, amma
yenə razılaşmadı. Çox az ömrünün qaldığını, heç
olmasa, iki candan birinin sağ olmasını istəyir. Əgər
onunla razılaşmasam məni bağışlamayacağını deyir.
Nə deyəcəyimi, nə edəcəyimi bilmirəm. Başa
düşürsən məni?
Əlbətdə ki, onu başa düşürdüm. Nələr
yaşadığını, nə hisslər keçirdiyini sanki içimdə mən də
duyurdum.
Doğuşa qədər Əhmədin hər günü həyəcan və
qorxu içində keçirdi. Həmişəki laqeydliyini davam
etdirən atası evə gec saatlarda, bəzən isə heç gəlmirdi.
Qazandığı qəpik-quruşu həyat yoldaşının müalicəsinə
yox, eyş-işrətə xərcləyən bu vicdandan məhrum şəxsi
Əhməd, demək olar, dindirmirdi.
Anasının xəstəliyilə əlaqədar dərsləri buraxması
qiymətlərə təsirsiz ötüşmürdü. Bütün bu hadisələr
sonda onun şəklinin şərəf lövhəsindən çıxarılmasıyla
nəticələndi. Əhmədin isə bircə amalı anasının tezliklə
sağalması idi.
www.kitabxana.net Amid Əlioğlu
2016
Hamı üçün həyat davam edirdi. Məndən və ara-
sıra Reyhan xaladan başqa demək olar ki, heç kim
Əhmədin anası ilə maraqlanmırdı. Elə bil o məhəllədə
günlər sonra dünyasını dəyişəcək hamilə bir qadın
yaşamırdı. Hətta sinif yoldaşları belə gəlib Əhmədi
yoxlamırdılar. Eşitdiyimə görə, valideynləri onları
Əhmədlə yaxın münasibət qurduqları təqdirdə tənbeh
edirlərmiş.
İki aydan sonra Əhməd, yeni doğulmuş bacısı
ilə tək qalmışdı artıq. Anasının ölümündən bir
müddət sonra atası daha əvvəllər də qeyri-qanuni
yaşadığı qadının yanına getmişdi. Reyhan xalagilin də
qeyri-müəyyən səbəblərə görə həmin məhəllədən
köçməsi Əhmədin bacısına baxmasını müşkülə
çevirdi. O, anasının adını qoyduğu bacısını körpələr
evinə təhvil verməli oldu.
Onuncu sinfin son günlərində dərslərinə
diqqətini artıran Əhməd bataqlıqda cücərməyə çalışan
bitkiyə bənzəyirdi. Məqsədi orta məktəbi bitirdikdən
sonra universitetə qəbul olmaq, eyni zamanda normal
bir iş tapıb işləmək idi. Dolayısı ilə bacısını körpələr
evindən götürüb ona baxacaqdı.
www.kitabxana.net Amid Əlioğlu
2016
Həyatında baş verən hadisələr onu insanlardan
uzaq salmışdı. Məsləhət, öyüd-nəsihət ala biləcək bir
böyüyü də yox idi. Özünə qapanmışdı. Hər gün
görüşüb onu nikbin notlarla kökləmək istəyim
nəticəsiz qalırdı. Səssiz-səmirsiz qulaq asmaqdan
başqa heç nə etmirdi. Məhəllədə, məktəbdə qüruruna
toxunan onlarla hadisəyə tab gətirmirdi artıq.
Həyatının qışında soyuqdan az qala donan Əhməd
bacısına qovuşmaqla isinəcəyini xəyal edirdi. Və sırf
bunun üçün təzyiqlərə, atmacalara dözməyə çalışırdı.
Məktəbdə hər kəs ondan kənar gəzir, müəllimlərin
ayrı-seçkiliyi yüz metrdən hiss edilirdi. Əhməd isə
yenə də “dözürdü”.
Çox vaxt o, məktəbə gedəndə bir yerdə
gedirdik. Əhməd onuncu sinifdə oxuyanda, mən artıq
bir il idi ki, hansısa şirkətdə gözətçi işləyirdim. Dəqiq
yadımda deyil. Bir o yadımdadır ki, məktəb iş yerimə
gedən yolun üstündə olduğuna görə Əhmədlə tez-tez
rastlaşırdım.
Günlərin bir günü yenə rastlaşdıq. Əhməd
məktəbə, mən isə işə gedirdim. Əslində iş vaxtım saat
doqquzda başlayıb altıda bitirdi. Amma həm gecikmə
www.kitabxana.net Amid Əlioğlu
2016
olmasın deyə, həm də Əhmədlə yol boyu on dəqiqəlik
də olsa, söhbət edə bilmək üçün evdən tez çıxırdım
Dərs başlamazdan əvvəl gələn şagirdlər üç-üç,
beş-beş toplaşıb söhbətləşir, deyib gülürdülər.
Hasarın bütünlüklə daşdan yox, müəyyən aralıqla
bəzəkli metal şəbəkədən ibarət olması, məktəbin
həyətini kənardan görməyə imkan verirdi. Darvazanın
qarşısına çatmağımıza az qalmışdı. Hiss etdim ki,
Əhmədin fikri mənim işimlə bağlı etdiyim söhbətdə
yox, hasara yaxın oturacağın ətrafında işvə-nazla
söhbətləşməkdə olan sinif qızlarına söz atan yad
məktəbin oğlanlarında idi. Belə məsələlərə laqeyd
qalmamağın onun xarakterik xüsusiyyəti olduğunu
bildiyim üçün qan-qaraçılıq yaranmasın deyə,
diqqətini yayındırmağa çalışdım. Amma gec idi.
Əhməd oğlanların olduğu yerə istiqamətlənmişdi.
Əslində bu xususiyyət mənə də xas olduğundan onu
başa düşürdüm. Əhmədin oğlan sinif yoldaşları da
qızların olduğu yerə heç də uzaq olmayan digər
oturacaqda əyləşib, yüngül hərəkətlərilə diqqət
çəkirdilər. Onlar özlərini görməzliyə vuracaq qədər
ağciyər idilər.
Dostları ilə paylaş: |