Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə80/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   76   77   78   79   80   81   82   83   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
283 
 
“Belə  güman  edirəm  ki,  hər  birimiz  Fransa  olsun,  Türkiyə  olsun, 
Nazim  əsərlərinin  tərcümə  edildiyi  Vyetnam,  ya  Anqola  olsun,  Nazim 
Hikmətin  oxucularının  hər  biri  özünü  onun  dostu,  qardaşı  kimi  hiss  edir. 
(Madelina Riffaud) 
 “Böyük  türk  şairi  Nazim  Hikmətin  şəxsiyyəti  Latın  Amerikasında 
böyük  həyəcan  yaratmışdır...  Biz  onu  mübariz,  üsyankar  şeirlərinə  görə 
tanıyırıq”. (Angel Miquel Asturias) 
Nazim  Hikmət  Şərq  aləmində,  o  cümlədən  ərəb  ölkələrində  də 
tanınan  və  sevilən  sənətkardır.  Nazimin  onunla  bir  dövrdə  yaşamış  ərəb 
şairləri ilə, xüsusən İraqın məşhur qələm sahibi Əbdül Vəhab əl-Bəyati ilə 
dostluğu  buna  misal  ola  bilər.  Filologiya  elmləri  doktoru,  görkəmli 
ərəbşünas Vilayət Cəfər “Qürbətdə yaranan dostluq” adlı monoqrafiyasında 
qeyd edir ki, Əbdül Vəhab əl-Bəyati Nazim Hikməti özünün “Moskvadakı 
günəşi”  adlandırırdı.  Kitabda  müəllif  Nazim  Hikmətin  dünya  şöhrətindən 
də  söz  açaraq  yazır:  “Əbdül  Vəhab  əl-Bəyatinin  Nazim  Hikmətlə  şəxsi 
tanışlığı  Moskvadan  başlanır.  Lakin  bu  o  demək  deyildi  ki,  əl-Bəyati  o 
vaxta  qədər  Nazim  Hikməti  bir  şair  kimi  tanımırdı,  onun  haqqında 
məlumatı yox idi. Şübhəsiz ki, bu belə deyildi. Çünki Nazim Hikmət artıq o 
dövrdə bir növ Avropa, Asiya və Afrikanın poeziya səmasında bərq vuran 
bir ulduzu xatırladırdı, onun şeirləri dünyanın bir çox dillərində səslənirdi. 
Nazim  Hikmətin  Sofiyada  nəşr  olunmuş  səkkiz  cildliyinin  təkcə  ikinci 
cildinə  nəzər  salsaq görərik ki, bu  cildlə toplanmış  şeirlərin altında  Pekin, 
Moskva,  Varşava,  Fransisko,  Lazini,  Tbilisi,  Budapeşt,  Praqa,  Yesenik, 
Varna, İsveçrə, Paris, Leninqrad, Çexoslovakiya, Berlin, Laypsiq, Arxipo-
Osipovka,  Pitsunda,  Krasnovodsk,  Roma,  Havana  və  s.  kimi  çoxsaylı 
dünya  şəhərlərinin  adları  yazılmışdır.  Bu  eyni  zamanda  o  deməkdir  ki, 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
284 
 
Nazim  həyatının  müəyyən  məqamlarını  keçirdiyi  bu  ölkə  və  şəhərlərdə 
qələmə  aldığı  şeirlərdə  təkcə  olduğu  yerlərin  xəritəsini  əks  etdirmirdi.  O, 
həmçinin  bu  şeirlərlə  həmin  ölkələrin  poeziyasevərləri  qarşısında  çıxışlar 
etdiyini və onların qəlblərini fəth etdiyini nümayiş etdirirdi. Bu isə hər şairə 
nəsib olan uğur deyildi.” 
Bəli,  bu  gün  Nazim  Hikmət  dünya  meridianlarında  addımlayır.  O, 
sözün  həqiqi  mənasında  dünya  şairidir.  Ola  bilər  ki,  mənim  bu  sözümə 
dodaq  büzənlər  də  olsun.  Olacaq  da.  Çünki  Nazim  Hikməti,  başqa 
ölkələrdə  deyə  bilmərəm,  qəribədir  ki,  Türkiyədə  və  Azərbaycanda 
bəyənməyənlər  də  var.  Həmin  kəslərə  xalq  yazıçısı,  Nazim  Hikmət 
tədqiqatşısı  Anarın  sözləri  ilə  cavab  vermək  istəyirəm.  O,  belə  yazır: 
“Nazimə  qarşı  hücumların  əsas  istiqaməti-onu  türk  xalqından,  onun 
ruhundan,  ənənələrindən  ayırmaq,  onu  milli  dəyərlərə  nihilist  münasibət 
bəsləyən  “vətənsiz”  bir  bəşər  oğlu  kimi,  kosmopolit  kimi  təqdim  etmək 
cəhdiylə bağlıdı... 
Nazimi  türk  xalqından,  şeiriyyətindən,  fikirdən,  fəlsəfədən  məhrum 
etməklə  ürəkləri  soyumurdu.  Türk  şeirini  dünya  meydanına  çıxaran,  adı 
əsrin  böyük  sənətçiləri  ilə  bir  sırada  çəkilən,  ana  dilini  ən  yüksək 
beynəlxalq  məclislərdə  səsləndirən  Nazimin  şöhrətinə  qısqanır  və  buna 
görə də bu şöhrətin özünü belə danırdılar: “Nazim Hikmət dünyanın böyük 
şairi  deyildir.  Nazim  Hikmət  iddia  edildiyi  kimi,  bütün  dünyanın  tanıdığı 
böyük bir şair olmaqdan uzaqdır. Dünyanın böyük bir şairi olmaq elə asan 
bir  işmiş  ki”.  Bütün  bu  səfsəfələrə  dözə  bilməyən  Əziz  Nesin:  “Dünya 
ağılsızdırmı?- deyə sual edir. Nazimin “ən güclü tərəfi-şairliyinin dəyərsiz 
olduğunu  iddia  edirdilər.  Belə  bir  iddia  bütün  dünyanın  ağılsız  olduğunu 
sanmaq  deməkdir.  Bu  iddiada  olanlar  Nazimin  əsərlərinin  60  dilə 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
285 
 
çevrildiyini,  hər  dildə  bir  çox  dəfə  nəşr  olunduğunu,  günlər  keçdikcə  də 
daha çox yayıldığını və bunun səbəblərini düşünməlidirlər.” 
Nazim  Hikmət  dünya  şairi  olduğunu  sağlığında  bilirdi.  Ona  görə 
böyük  uzaqgörənliklə  deyirdi:  “Mən  Pol  Rubsonun  mahnılarında, 
Araqonun  şeirlərində  yaşayacağam.  Mən  ağ  sülh  göyərçinində,  sizin 
bayraqlarınızda  yaşayacağam.  Mən  Fransanın  liman  işçilərinin,  mənim 
şanlı  oğullarımın  gülüşlərində  yaşayacağam.  Mən  yer  üzündə  insanlar 
arasında, insanlar üçün yaşayacağam”.  
 
“Ədəbiyyat qəzeti”, 17 may 2013-cü il. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
286 
 
Səbr daĢı 
(Nazim Hikmətin xatirə günü münasibətilə) 
 
Son dəfə həmişəlik gəldiyi Moskvadan geriyə - Türkiyəyə yolu bağlı 
idi.  Sovetlərdə  yaşadığı  mühit  onu  alqışlara,  gül-çiçək  dəstələrinə  bürüsə 
də,  sonralar o,  bu  zahiri  dəbdəbənin  arxasında  cəmiyyətin  eybəcərliklərini 
apaydın görə bilmişdi. Sadəlövh, günahsız türk inqilabçılarının, o cümlədən 
Nazimin dostu Affan İkmekin Azərbaycanda yaşadığı dövrdə Sibirə sürgün 
edilməsinin,  Müşfiqin,  Cavidin  faciəsinin  köklərini  araşdırır,  araşdırdıqca 
da  dəhşətə  gəlirdi.  Belə  müdhiş  duyğularla  yaşayır,  səbr  edirdi.  Günlərin 
birində bu səbr daşı çat-çat oldu...  
Gənclik  illərində  Moskvaya  məftun  olmuş  Nazim  Hikmət  50-ci 
illərin sonunda bağlandığı ideala inamını itirmişdi. İnamı itirmək isə onun 
üçün bütün faciələrin ən dəhşətlisi idi.  
Anlamağa çalışıyorum inanmayı yitirmenin pahasına.  
Bir söz söyleyecektim sana söyleyemedim.  
Dünyamda sabahleyin aç karına içilen cıgaramın tadı,  
ölüm kendinden önce bana yalnızlığını yolladı…  
 (“Kocalmağa alışıyorum,” 12. I. 1963) 
Nazim sosializm cəmiyyətinin eybəcərliklərini gördükdən sonra buna 
dözə  bilmirdi.  Bir  yandan  da  məmləkət  həsrəti.  Oğluna  göndərdiyi 
oyuncaqların geri qayıtması acısı. Varnadan oğluna səslənməsi, tək-tənha, 
hər  əzaba  qatlaşan  Münəvvərini  xatırlayarkən  çəkdiyi  vicdan  əzabı,  dərin 
peşimançılıq  hissi,  əsərlərinin  Türkiyədə  işıq  üzü  görməməsi,  Nazimi 
sevənlərin  təqib  edilməsi,-bütün  bunlar  Nazimi  sarsıtdı  və  şairin  gənclik 
dostu Vala Nurəddinin sözləri ilə desək: “Bu dünyadan Nazim geçdi”. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə