Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   33   34   35   36   37   38   39   40   41

İslam memarlığı və inşaat

 

 



69 

 

ELM ġƏHƏRININ BANISI – MƏHƏMMƏD  

PEYĞƏMBƏR (S) 

 

 

Allah-təala insan övladının nicatı və inkişafı 



naminə  sapıntıları,  əyintiləri  azaltmaq  və  aydın, 

düzgün qanunlar yaratmaqla cəmiyyətin istiqamə-

tini düzgün yola yönəltmək məqsədilə elçilər gön-

dərdi. Onların arasında Cənabi-Haqqın bəşər övla-

dının  yardımına  göndərdiyi  sonuncu  peyğəmbəri 

Məhəmməddir (s). 

Həzrət Peyğəmbər (s) miladi təqvimlə 570-

ci  ildə  (17  rəbiüləvvəl  (cümə  günü)  tarixində) 

günəş doğmağa az qalmış dünyaya gözünü açaraq 

aləmləri şərəfləndirdi. 

Beləliklə, azadlıq gülümsəyərək, ədalət mə-

ləyi  sevindi.  Tanrının  mələkləri  Allaha  tapınaraq 

yeri  qucaqladılar.  Çünki  Allahın  sonuncu  –  yüz 

iyirmi  dörd  mininci  peyğəmbəri  Məhəmməd  (s) 

dünyaya gəlmişdi. 

Onun zühuru  ilə Allahın rəhməti bu aləmi 

bürüdü. Rəsuli-Əkrəmin (s) doğulduğu gecə Kəs-

ralar məskəni sayılan Mədain saraylarında mərmər 

sütunlar  və  qüllələr  yıxılıb  yerlə  yeksan  oldu. 

Məcusilərin alovları söndü və Səva gölünün suyu 

çəkilib qurudu.  

Beləliklə, o gecə baş vermiş hadisələr elmi 

anlayışların üstündə, insanın zəif görmə gücünün 

çərçivəsinə sığışmayan hadisələr idi. Bu mübarək 

gündən  qırx  il  sonra  Məhəmməd  (s)  yüksəklik, 

peyğəmbərlik  məqamına  yetişdi.  O  zaman  Allah 

tərəfindən  Cəbrail  vasitəsilə  göndərilən  ilk  ayəni 

oxudu:  “Yaradan  Pərvərdigarın  adı  ilə  oxu.  O, 



insanı  laxta  qandan  yaratdı.  Oxu,  O  –  sənin 

Pərvərdigarın  ən  böyük  kərəm  sahibidir  ki,  O, 

qələmə  yazmağı  öyrədəndir.  İnsana  bilmədiyini 

öyrətdi”. 

Məhəmməd  Peyğəmbər  (s)  savadsızlığın 

yurdu olan Məkkədə boya-başa çatmış və heç bir 

müəllimdən dərs almamış, heç bir  filosof, həkim 

və alim ilə rastlaşmamışdır. 

Buna  baxmayaraq  “Qur’an”  onun  dilinə 

axır və müqəddəs ürəyinə nazil olur. Sonra özü bir 

sıra sözlər deyir. Bu sözlər o qədər hikmətlidir ki, 

nəinki  dünyanın  bütün  sözləri  ilə  bərabərlik  edir, 

həm də onlardan çox-çox üstündür. 

Beləliklə,  islamın  tarixi  əziz  Peyğəmbərin 

(s)  rəsalətə  –  peyğəmbərliyə  yetişdiyi  gündən 

başlandı. Allahın əziz elçisi xalqı doğru yola dəvət 

etməyə  qalxdığı  vəhy  mələyinin  dilindən:  “Sən 



doğrudan  da  Allahın  Peyğəmbərisən!”  sözləri 

qulaqlarında  səsləndiyi  gündən  öz  öhdəsinə  ağır 

bir  vəzifə  götürdü.  Peyğəmbərin  besətinin  ilk 

dövründə  surələr  nazil  olduqda,  Cəbrailin  (ə) 

əzəmətini  görən  Həzrət  (s)  məsuliyyətini  başa 

düşdü  ki,  bu,  böyük  məqamdır.  Sonra  gəldi 

mənzilə, Həzrət Xədicəyə ərz etdi ki, “Peyğəmbər 

olmuşam”.  Dedi:  “Mən  nə  deyirəm,  sənə  necə 

iman gətirim?”. Peyğəmbər (s) dedi ki,  “Bir  şey 

götür,  ört  məni”.  Həzrət  Xədicə  cecimi  gətirib 

saldı onun üstünə ki, bəlkə Peyğəmbər aram ola. 

Bu  mətləbdən  sonra  getdi  əmisi  oğlu  Vərəqanın 

yanına  ki,  mənim  yoldaşım  belə  söz  deyir, 

əmioğlunun  fikri  nədir?  Əmisi  oğlu  dedi  ki, 

Məhəmməd (s) düz deyir, o peyğəmbərdir. 

Bu  ilk  vəhy  qələm  vasitəsilə  ilk  elm 

şəhərinin  təməlini  qoydu.  Beləliklə,  o  gecənin 

dastanı  –  “Allah  və  elm  üsulu”  yarandı:  bəşər 

tarixinin  qarşısında  yeni  yol  açan  Məhəmməd 

Peyğəmbər  (s)  özünü  “Elm  şəhəri”  adlandırdı. 

Beləliklə, 

İslam  elminin  təməli  qoyuldu. 

Dinimizin  əzəməti  ondan  ibarətdir  ki,  o  bilik  və 

elm mənbəyidir.

 

İllər  keçəcək,  peyğəmbərlərin  möhürü 



adlanan  Məhəmməd  (s)  özü  deyəcəkdir:  “Allah 

qırx il ərzində məni tərbiyə edib əxlaqımı yüksəltdi 

və  tərbiyəm  başa  çatdıqdan  sonra  qırx  yaşında 

ikən mənə buyurdu ki, sən böyük əxlaq sahibisən”. 

Məhəmməd  Peyğəmbər  (s)  Həzrət  Əliyə 

(ə)  böyük  dəyər  verərək  demişdir:  “Mən  elmin 

şəhəriyəm, Əli isə onun qapısıdır”. 

İslam  fəlsəfəsinin  özülünü  qoyan  Həzrət 

Əlinin  (ə)  tükənməz  irsinə,  dini  və  ictimai 

məsələlərə  aid  11  minə  qədər  kəlama  malik  söz 

xəzinəsinə  istinad  edərək  demək  olar  ki,  o,  eyni 

zamanda  ərəb  ədəbiyyatının  banisi  olmuşdur. 

Həzrət  Əlinin  (ə)  ilahiyyat  fəlsəfəsi  sahəsində 

xidməti xüsüsilə yüksək qiymətləndirilmişdir. 

Əmirəlmöminin  Həzrət  Əli  (ə)  “Nəhcül-

Bəlağə”də  peyğəmbərlərin 

məqsədi  barədə 

buyurur:  “Allah-təala  Adəm  övladları  arasından 



peyğəmbərlər seçdi və vəhyi insanlara çatdırmaq 

və  rəsaləti  təbliğ  etmək  üçün  onları  göndərdi  ki, 

fitri  keyfiyyətləri  tələb  etsinlər,  yaddan  çıxmış 


İslam memarlığı və inşaat

 

 



nemətləri  xatırlatsınlar,  təbliğat  vasitəsilə  onlara 

əsas dəlilləri çatdırsınlar, fitrətlərinin xəzinələrin-

də pünhan qalmış əqli gövhərləri üzə çıxarsınlar”. 

Allah  tərəfindən  Məhəmməd  Peyğəmbərə 

(s) vəhy vasitəsilə “Qur’ani-Kərim”in göndərilmə-

sinin  ilk dövründən İslam elmi də  yarandı. Odur 

ki,  islam  bilik  əldə  etməyi  ümumi  bir  vəzifə 

sandığından  müsəlmanlara  onu  vacib  bilmiş, 

çalışmalarını  istəmişdir.  Məlumdur  ki,  insanın 

maddi  və  mənəvi  yaşayışının  hər  hansı  sahəsi 

olursa-olsun,  “Qur’ani-Kərim”  ilə  sıx  əlaqəsi 

vardır.  Bu  əlaqə,  ayrılmazlıq  hər  müsəlmana 

“Qur’ani-Kərim”i oxuyub öyrənməyə, öyrətməyə 

ehtiyacı olduğunu aşkar göstərir.  

Müqəddəs kitabın, yəni “Qur’ani-Kərimin” 

dünyaya  bəxş  olunması  ilə  Peyğəmbərimiz  (s) 

dünyanı  hikmət  və  elmə  qovuşdurdu.  “Qur’an”a 

görə elm mütləqdir və buna görə də o müqəddəs-

dir. Odur ki, islam dininin bayraqdarı Məhəmməd 

Peyğəmbər  (s)  elm  və  savadı  təşviq  edirdi.  Elm 

öyrənmək barədə bu qədər təşviq və təkidlər ona 

səbəb oldu ki, müsəlmanlar bütün dövrlərdə elmi 

axtarışlarda oldular, elmi əsərləri toplayıb tərcümə 

etdilər,  habelə  özləri  tədqiqat  işinə  başladılar.  Və 

bu ona səbəb oldu ki, müsəlmanlar misilsiz hikmət 

və  sürətlə  dünyada  elm  və  maarif  işini  yaydılar.

 

Onlar yunan, rum, İran, Misir və s. xalqların qə-



dim  mədəniyyətləri  ilə  yeni  Avropa  mədəniyyəti 

arasında  körpü  rolu  oynamaqla  yanaşı,  insan 

tarixinin  ən  əzəmətli  mədəniyyətlərindən  birini  – 

İslam mədəniyyətini yaratmış oldular.  

Müsəlmanlar  elm  və  hikməti  əxz  edərək, 

onun bütün şöbələrində, fənlərində əməliyyatlar və 

tədqiqatlar  aparmış,  əsərlər  yazmışlar.  Cəbr  və 

müqabilə,  üçbucaqlar,  coğrafiya,  astronomiya, 

tibb, kimya və bu qəbildən olan fənlərin çoxunda 

kəşflər və ixtiralar etmişlər. 

Beləliklə,  islam  özü  böyük  mədəniyyətin 

əsasını  qoyub,  özünün  iftixarlı  tarixində  darülfü-

nunlar  yaradıb,  dahilər  yetirib  bəşəriyyətə  təhvil 

vermiş, elmə, mədəniyyətə çoxlu yardım etmişdir. 

Və  demək  olar  ki,  İslam  Peyğəmbəri  (s)  köhnə 

dünyanı uçuran və yeni dünyanı quran şəxsiyyət-

dir. O, bu böyük müvəffəqiyyəti böyük düşüncə, 

elm və mədəniyyət inqilabı yaratmaqla qazandı və 

sonra bu müqəddəs mirası canişinlərinə tapşırdı ki, 

onlar uyğun fürsətlərdən istifadə edərək onu yayıb 

genişləndirsinlər. 

Əziz Peyğəmbərimizin (s) dediyi kimi, elm 

əsrdən-əsrə daha çox inkişaf etdiyindən, “Qur’ani-

Kərim”in ayələrində olan açılmamış kəşflər açılır, 

çünki o ayələrin elmi dərinliklərini dərk edə bilən 

alimlərin  bilik  səviyyəsinin  il  bundan  əvvəlki 

alimlərin bilik səviyyəsindən daha üstündür. 

Odur  ki,  14  əsr  keçməsinə  baxmayaraq, 

səmavi  “Qur’an”ın  tədqiqi  ilə  istər  ərəb,  qeyri-

ərəb, istərsə də, qeyri-islami ölkələrin mütəxəssis-

ləri məşğul olur, şərh edir, yeni-yeni dini və dün-

yəvi  sirləri  aşkar  edir,  ayələrini  müasir  kom-

püterlər vasitəsilə təhlil edərək, yeni-yeni kəşflərə 

nail olurlar. 

Məhəmməd Peyğəmbərin (s) dili  ilə  deyil-

miş  “Alimlərin  mürəkkəbi  şəhidlərin  qanından 



daha qiymətlidir” kəlamı İslam ideyalarının, İslam 

mədəniyyətinin zirvələrə qalxmasına təkan verdi. 



 

 

 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə