30
Nümunə 1. Takahaşi Nojo şirkətinin müəssisəsi və emal məhsulları
Nümunə 2. Berry Farm şirkəti istehsal edir
Qarağat və emal malları
*HIT tərəfindən hazırlanıb.
31
6 Azərbaycanda Hokkaydo şirkətləri ilə biznes münasibətlərinin qurulmasının
mümkünlüyü
(1) Hokkaydo şirkətlərinin gələcək biznes çıxışları haqqında
Bu araşdırmanın nəticəsinə uyğun olaraq, Hokkaydo şirkətlərinin hədəf ölkədə biznes işlərinin görülməsi
zamanı olacaq addımları aydınlaşdırmaq.
1-ci mərhələdə, bu dəfəki araşdırmanın tərkibi fonunda, konkret hədəf regionla və məhsulla,
texnologiyaya diqqəti cəmləşdirib, həmin sahə ilə bağlı kifayət qədər məlumat toplamaq. Xüsusilə,
Azərbaycan şirkətlərindən sadəcə məlumat aldıqda reallığı dəqiqləşdirmək olsa da, ola biləcək
problemlərini dərk etmək bir çox hallarda mümkün olmur və ölkə daxilində həmçinin Rusiya və Türkiyə
kimi ətraf ölkələrin məlumatlarını da uyğun şəkildə dəqiqləşdirib, işin uyğunluğunu lazımı qədər
dəqiqləşdirmək lazımdır.
Növbəti mərhələdə, işi konkret olaraq təsəvvür edib, biznes mümkünlüyünün fərziyəsini qurmaqla, onun
mümkünlüyünü dəqiqləşdirmək. Şirkətin texnikası və məhsulunun yerli mühitə və sistemə uyğun olması ilə
bağlı texniki tərəfi ilə bərabər, nəqliyyat və gömrük xərclərini də konkret olaraq aydınlaşdırmaqla, dövr
zamanı problemləri üzə çıxartmaq. Bu zaman, yerlərdə bel bağlayacağımız əməkdaşlara ehtiyac duyulacaq
amma həmin tərəfdaş gələcəkdə biznes partnyoru ola bilər deyə, seçim zamanı sadəcə investisiya məbləği
və biznes sahəsini deyil, ölkə daxili və xaricindəki qiymətləndirmələri də dəqiqləşdirmək gərəkir.
Beləliklə, araşdırma və sübutlar nəticəsində, biznes mümkünlüyü dəqiqləşərsə, konkret satış ünvanı və
məhsulu düşünməklə, biznes plan hazırlanmasına ehtiyac yaranacaq. Bu zaman, ödəmələr, əmək,
investisiya dövriyyəsində yarana biləcək riskləri azaltmaq məqsədilə Yaponiya və Azərbaycan
hökümətlərinin biznesin inkişaf etdirilməsinə dəstək layihələri ilə bağlı məlumatları dərk etməyə ehtiyac
yaranır.
Cədvəl 6-1 Hokkaydo şirkətlərinin xarici ölkələrə biznes çıxışlarına yönəlmiş fəaliyyətlərinə nümunələr
Mərhələ
Konkret fəaliyyət nümunəsi
Araşdırma
mərhələsi
・
Bu araşdırmanın məlumatları fonunda, əlavə məlumatın aydın olmayan tərəflərini
dəqiqləşdirmək
・
Şirkətin məhsulu, texnikasını hədəf ölkədə istifadə edilib-edilməyəcəyinin öyrənilməsi
・JICA və JETRO, regionlarda ofisləri olan şirkətlər, ölkə daxili və xarici əlaqəli orqanlarla
məsləhətləşmələr
Real təcrübələr
mərhələsi
・Hədəf ölkədə əməkdaşların təmin edilməsi (dövlət orqanları, yerli şirkətlər, quruplar və s)
・
Yerli nümayiş öyrənilməsi, ticarət yarmarkalarında iştirak və s
・Material və avadanlıqların daşınma metodu, müddəti və xərcini dəqiqləşdirmək
・Yerli hüquqi qaydalar, icazələr, lisenziyalar, ticarət ənənələri, problemlərin araşdırılması
Biznesləşməyə
hazırlıq mərhələsi
・Vergi, əmək və mühasibata uyğun metodların dəqiqləşdirilməsi
・
İnvestisiya təşviqi və güzəştlərin tədbiqi üsulunun öyrənilməsi
・
İnvestisiya tədarükü mühitinin və üsulunun öyrənilməsi
・Müqavilə bağlamağa yönəlik hazırlıqlar (satış müqavilələri, filial müqavilələri, birgə tədqiqat
müqavilələri və s)
32
(2) Azərbaycana biznes çıxışları ilə bağlı diqqət yetirməli məqamlar
Dünya Bankı 2015-ci ildə açıqladığı “Doing Business 2016”-da dünyada biznes fəaliyyəti ilə məşğul
olmağın asan olduğu ölkələr reytinqində Azərbaycan 189 ölkə arasında 63-cü sırada qərarlaşıb. Ötən ilin
reytinqində də eyni məqamda qərarlaşmışdı. Elektrik tədarükü, investisiya tədarükü, bankrot olma
məsələsinin həlli ilə bağlı tədbirlər Yaponiya ilə müqayisədə aşağı səviyyədədir. Xüsusilə, enerji tədarükü
xərclərinin yüksək olması ümumi prioritetləri aşağı salan səbəb olmaqdadır. Digər tərəfdən, hökümət xarici
investisiyalara aktiv şəkildə çağırışlar etdiyi üçün, işə başlamaq, verği ödənişləri və əmlakın qeydiyyata
alınması mühiti Yaponiyadan daha yüksək qiymətləndirilir. Buna baxmayaraq, 2015-ci il dekabr ayında
milli əskinazın qiymətdən düşməsi və s fonunda kredit reytinqinin aşağı düşməsi davam etmişdir. Bu, gələn
ilin qiymətləndirmələrində aşağı göstəricilərin olacağına səbəb olacaqdır.
Cədvəl 6-2 Azərbaycan və Yaponiyada biznes həyata keçirilməsinin asanlığının müqayisəsi (rəqəmlə)
Ümumi
İşə başlama
Tikintiyə
icazə
Elektrik
tədarükü
Mülk
qeydiyyatı
İnvestisiya
tədarükü
İnvestorların
qorunması
Vergi
məsələləri
Ticarət
Müqavilə
işləri
Bankrotla
bağlı
tədbirlər
63
7
114
110
22
109
36
34
94
40
84
34
81
68
14
48
79
36
121
52
51
2
Mənbə: Dünya Bankı “Doing Business 2016” (2015-ci il 27 Oktyabrda elan edilib) əsasında hazırlanmış cədvəl
Digər tərəfdən, Hokkaydo şirkətlərinin beynəlxalq biznesinin bütün sahələri ilə bağlı diqqət yetirilməli
məqamlar Cədvəl 6-3-də qeyd etdiyimiz kimidir. Bu, beynəlxalq biznes təcrübəsi olmamaq, kiçik və orta
sahibkarların iş miqyasının kiçik olması kimi Hokkaydoya xas xüsusiyyətlərdir və sadəcə Azərbaycana
çıxış zamanı düşünüləcək problemlər deyildir. Həmçinin, logistic və daşımalar, dillə bağlı problemlər
sadəcə Hokkaydo şirkətlərinə deyil bütün Yaponiya şirkətlərinə aid edilə biləcək ümumi problemlərdir.
Cədvəl 6-3 Hokkaydo şirkətləri ilə beynəlxalq biznes sövdələşmələrində diqqət yetirilməli məqamlar
・Hokkaydo ümumilikdə beynəlxalq biznes təcrübəsi zəif olduğundan öncədən hazırlıqlara ehtiyac vardır.
Biznesdə vacib olan dil qabiliyyəti və ticarət bilikləri olan qurumlar və quruplarla əməkdaşlıq etmək tələb
olunur.
・Məlumat toplamaq, məsləhətləşmələr, fəaliyyətə hazırlıq üçün hədəf ölkədə ofis yoxdur. Biznesin miqyası
kiçik olduğundan böyük şirkətlərin dəstəyini əldə edə bilmədiyimiz hallar da çoxdur.
・
Bu bütün Yaponiyanın problemidir, hədəf ölkədə nəqliyyat yolları və gediş gəliş yolları azdır. Dillə bağlı
problemlər vardır.
・Ticarət üçün, gömrük xərcləri çox yüksəkdir və ticarət miqdarının balanslaşdırılmaması nəticəsində idxal
həcmini ötəndə göndərmələr zamanı nəqliyyat xərcləri xeyli artır.