32
Ģəxsiyyət olan Atropatın adı da yəqin elə həmin köklə, odla bağ-
lıdır. Bugünki dilimizdə ilkin mənalarını qoruyan Az-ər-bay-can
tərkibləri də göstərir ki, bu söz Atropatandan çox-çox qədimdir...
“Cəmi ət-Təvarix” əsərinin müəllifi RəĢidəddin XIV yüz ildə
və Məhəmmədhüseyn ibn Xələfi Təbrizi isə XVII yüz ildə yanlıĢ
ənənələri qıraraq Azərbaycan sözünün mənasını sözün özündə
axtarmıĢlar. Adını sonuncu çəkdiyimiz alim qeyd edirdi ki, azər
türkcə uca, baycan isə böyük, əsl-nəcabətli adamlar mənasını
verir. Bu sözün Atar-od yozumunda od baĢlanğıcına üstünlük
verilir və ata sözü də bu köklə bağlıdır. Azərbaycan alimlərinin
sonuncu araĢdırmalarında haqlı olaraq bu sözün kökü öz doğma
dilimizdə axtarılır. Biz sonuncuların tərəfindəyik...
Azərbaycan – yəni azər xalqının tanındığı və sitayiĢ etdiyi
yer!.. Azər od sözündən yaranmayıb-öz xalqının adıdır! Lakin
onlar bu odlu torpağa tapınıblar, bu torpağın üstündə yaĢayıblar.
Təsadüfi deyil ki, bədii ədəbiyyatımızda, klassiklərimizin əsərlə-
rində Azər baba elin atası, kökü, ağsaqqalı, soyun baĢlanğıcı
hesab edilir, azərbaycanlılar da Azər babanın törəmələri sayılır.
Bu fikri Azərbaycan sözünün geniĢ yayılmıĢ Azərstan variantı
da təsdiq edir. Bu yozum sayı təxminən iyirmi milyondan çox
bir xalq üçün əziz olan sözün 4000-5000 il irəlidəki köklərinə
aparıb çıxarda bilir! (“Azərbaycan”, №8, 1986.s.152-153).
Aqillər məsləhət gördülər ona:
Oradan tərpənsin Azərbaycana (Ġ-174).
Burada isə söhbət Ġskəndərdən gedir.
“Azərbaycan” sözünün qədimliyini hazırda Amerikanın Met-
ropoliten muzeyində saxlanılan “ġərqin ən qədim xəritəsi”indən də
bilmək olur... Xəritədə tarixi çox qədimə gedib çıxan ġumer, Misir,
Urartu, Assuriya, Suriya kimi ölkələrlə yanaĢı, Azərbaycanın da
adı, onun yeri qeyd olunub. Bu xəritə bir daha sübut edir ki, “Azər-
baycan” sözü heç də güman edildiyi kimi yaxın dövrlərin “tapın-
tısı” deyil, əksinə çox-çox qədimlərdən mövcuddur” (Əjdər Fərzəli.
“Azərbaycan” sözünün iĢığında”, “Elm və həyat”, №8,1986. s.20).
Göründüyü kimi Azərbaycan sözünün etimologiyası haq-
qında çoxlu müxtəlif fikirlər vardır. Görkəmli türk tarixçisi Rza
33
Nur bu sözü Xəzər tayfasının adı ilə bağlayır. Onun dediyi kimi,
eramızdan əvvəl ölkəmizin ərazisində haqqında məlumat verilən
ilk türk tayfası xəzərlərdir. Rza Nura görə, bu söz xəzər-xazər və
həzər-hazər Ģəkillərində olub; sonralar ilk samit -x və ya -h
düĢmüĢ, azər forması alınmıĢdır...
Son məlumatlara görə, hal-hazırda dünyada 50 milyondan
çox azərbaycanlı mövcuddur. Ġranda 36, Azərbaycanda 9, Tür-
kiyədə 3, Rusiyada 3, ABġ-da 1,5, Ġraqda 1,5 milyondan çox və
baĢqa ölkələrdə azərbaycanlı yaĢayır.
AzərgüĢəsb (top.) – Ġranın qədim padĢahlarından sayılan
GüĢtasbın tikdirdiyi məĢhur bir atəĢkədədir. Iskəndər onu da-
ğıdıb, içindəki xəzinələri və nəfis Ģeyləri ələ keçirmiĢdir.
Qızıldan nal vurmuĢ möbidin atı,
“AzərgüĢəsb” idi o yerin adı (Ġ-258).
Demək, “AzərgüĢəsb” adı “Azər” (GünəĢ və od mələyinin
adı) və “GüĢtasb” adının fonetik cəhətcə dəyiĢməsindən və mü-
rəkkəb söz halında birləĢməsindən yaranmıĢdır.
Azər Humayun (mif.) – Mifoloji obraz adı. Ġsfahan Ģəhə-
rində məĢhur bir atəĢgədəni dağılmaqdan qoruyan mələk.
O cadunun adı Azər Humayun,
Sam nəslindən idi nəsəbi onun (Ġ-175).
Azər – qədim Ġran atəĢpərəstlərinin etiqadınca, GünəĢ və od
vəkili olan bir mələkdir. Oda və payızın üçüncü ayına da azər
deyilir. Humayun isə farsca uğurlu, səadətli, mübarək; padĢaha
məxsus deməkdir. Azərbaycan klassik muğamlarından birinin
adı da “Hümayun” adlanır.
“Azər Humayun” – “uğurlu, səadətli Azər” deməkdir. Bu ad
həmin obrazı da düzgün xarakterizə edir.
Azəryun (an.) – “Yeddi gözəl” poemasında Xəvərnəq (bax)
sarayında Ģəkli çəkilən gözəllərdən biri və obraz adı. O, Məğrib
padĢahının qızıdır.
Məğrib padĢahının Azəryun qızı,
Nura qərq eyləyən günü, ulduzu (YG-75).
Bizə elə gəlir ki, “Azəryun” adı “Azər Humayun” (bax) adı-
nın qısaldılmıĢ formasıdır.
34
- B -
Babil (məc. top) – Babil (Vavilon) qədim Babilistanın (bax)
paytaxtı idi. Yüksək mədəniyyəti ilə tarixdə Ģöhrət qazanmıĢ Ba-
bilistanın və qiymətli sənət abidələri bu Ģəhərdə mərkəzləĢmiĢdi.
Ġndi tamamilə məhv olmuĢ bu Ģəhər haqqında qədim ġərq ədə-
biyyatında, dini əfsanələrlə əlaqədar bir çox rəvayətlər mövcuddur.
Gəncə-Harut sehrli Babil deyil, bəs nədir?
Ürəyim ulduzlara nur saçan bir Zöhrədir (SX-52).
Babilin Harut sehrli olması haqqında bax: Harut. Burada
Gəncə Harut sehrli Babilə bənzədilir.
Babil dağları (məc. top.) – ġirin Pəriyə, ġirinin vətəni isə
Pərilər məskəni olan Babil dağlarına bənzədilir.
Var burda bir afət, gözəl, füsunkar,
Babil dağlarından gəlib son vaxtlar (Xġ-98).
Babil Harutu (məc. mif.) – ġapur ġirini Babil Harutuna
bənzədir. “Babil Harutu” isə çox vaxt öz gözəlliyi ilə insanı əf-
sunlayan qadın və ya qız mənasında da iĢlənir.
Babil Harutusa onun camalı,
Hindu cadugərsə o qara xalı (Xġ-278).
Babil quyusu (məc. mif. ) – Nizami Gəncəvi öz Ģairlik tə-
xəyyülünü Babil quyusuna, Ģeir və əsərlərini isə Harut və Ma-
ruta (bax) bənzədir.
Bilmirəm bir belə füsunkar sözlər
Babil Quyusundan çıxır nə təhər? (Ġ-419).
Əsatirə görə, qədim Babil Ģəhərində dərin bir quyu var imiĢ
ki, oradan asılmıĢ Harut və Marut adında sehrbaz mələklər də
quyudan çıxa bilməzlərmiĢ. Nizami burada öz Ģeirlərinin o qu-
yudan çıxa biləcək dərəcədə qüvvətli caduya, yəni təsirə malik
olduğunu söyləyir.
Babil mələyi (məc. mif. ) –MəĢuqə Babil mələyinə bənzədilir.
Can - Babil mələyi, keĢikçisi – hindular (SX-64).
Burada “Babil mələyi” dedikdə Babil quyusuna salınan Ha-
rut və Marut nəzərdə tutulur.
Dostları ilə paylaş: |