Deyl Karnegi
DOSTLARI QAZANMAQ VƏ İNSANLARA TƏSİR GÖSTƏRMƏK
NECƏ OLAR
KÜTLƏVİ NİTQLƏRDƏ ÖZÜNƏ İNAMI NECƏ YARATMALI VƏ İNSANLARA
NECƏ TƏSİR ETMƏLİ
NARAHATLIĞI ARADAN QALDIRMAQ VƏ RAHAT YAŞAMAĞA BAŞLAMAQ
NECƏ OLAR
Dale Carnegie
HOW TO WIN FRIENDS AND INFLUENCE PEOPLE
HOW TO DEVELOP SELF-CONFIDENCE AND INFLUENCE PEOPLE BY PUBLIC
SPEAKING
A QUICK AND EASY WAY TO LEARN
TO SPEAK IN PUBLIC
HOW TO STOP WORRYING AND
START LIVING
Kitabda Karneginin üç böyük əsəri toplanmışdır.
“DOSTLARI QAZANMAQ VƏ İNSANLARA TƏSİR GÖSTƏRMƏK NECƏ OLAR”,
“KÜTLƏVİ NİTQLƏRDƏ ÖZÜNƏ İNAMI NECƏ YARATMALI VƏ İNSANLARA NECƏ
TƏSİR ETMƏLİ”, “NARAHATLIĞI ARADAN QALDIRMAQ VƏ RAHAT YAŞAMAĞA
BAŞLAMAQ NECƏ OLAR”
Bu kitabı onun külliyyatı da adlandırmaq olar. Altmış ildən çoxdur ki,
Carnegie`nin kitabları bu gün çox məşhur olan minlərlə insanın biznes və şəxsi
həyatında uğur qazandırıb.
Siz bu kitabda öz imkanlarınızdan maksimum səmərəli istifadənin yollarını
mənimsəyəcəksiz:
İnsan hazırlığının üç əsas üsulları;
Sənə bənzər insanları tapmağın altı yolu;
Düşüncəylə insanlar üzərində qələbə çalmağın on iki üsulu;
Narazı salmadan insanları dəyişməyin doqquz üsulu;
Pis vərdişlərdən xilas olmağın yolları.
Bugünkü həyatına və gələcəyinə görə narahatlıq hissləri keçirən səkkiz
milyon insan iztirablardan, qorxudan “NARAHAT OLMAĞA NECƏ SON QOYMALI
VƏ RAHAT YAŞAMAĞA BAŞLAMALI” kitabı vasitəsilə xilas olmuşdur.
Bu kitab sənin biznes narahatçılığının və ya digər problemlərinin 50 faizini
aradan qaldırmağa, maliyyə narahatçılığından azad olmağa, yorulmadan
çalışmağa, özünü aramağa, özünü tapmağa yardım edəcəkdir.
downloaded from KitabYurdu.org
Şəxsi həyatınızda, biznesinizdə, dost çevrəsi qazanmaqda uğurlu olmaq,
eləcə də liderliyin sirlərini bilmək istəyirsinizsə, o zaman bu kitabı oxuyun.
Dale Carnegie
HOW TO WIN FRIENDS AND INFLUENCE PEOPLE
Deyl Karnegi
DOSTLARI QAZANMAQ VƏ İNSANLARA TƏSİR GÖSTƏRMƏK NECƏ OLAR
Bakı, Qanun Nəşriyyatı, 2015
Ruscadan tərcümə: Yaşar Əsədov
Nəşriyyat redaktoru: Səyadulla Kərimli
Korrektor: Flora Əliyeva
ISBN 9789952265828
© Qanun Nəşriyyatı, 2013, 2015
Copyright © 1936 by Dale Carnegie
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım
hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında Azərbaycan Respublikasının Qanunu»na ziddir.
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
DOSTLARI QAZANMAQ VƏ İNSANLARA TƏSİR
GÖSTƏRMƏK NECƏ OLAR
ÖN SÖZ
Oxuculara tanınmış amerikalı mütəxəssis Deyl Karneginin (1888–1955)
kitabının tərcüməsini təqdim edirik. Kitabda söhbət kapitalizm şəraitində
insanlar arasında münasibətlərdən getsə də, zənn olunur ki, müəllifin
müşahidələrinin bir çoxu bizim mütəxəssislərimiz üçün də faydalı ola bilər. Kitab
downloaded from KitabYurdu.org
özündə bir də ona görə maraq ehtiva edir ki, rəhbərlər arasında, eləcə də
rəhbərlərlə tabeçilikdə olanlar arasındakı münasibətlər haqqında ədəbiyyat
ölkəmizdə hələ kifayət qədər nəşr olunmamışdır.
Bu kitab sizə ən dəyərli vərdişləri əxz edəcəkdir:
1. Sizi zehni dalandan çıxaracaq, yeni fikirlər verəcək, təzə arzulara, yeni
məqsədlərə gətirəcək.
2. Asan və tez dost qazanmaq üçün imkanlar açacaq.
3. Populyarlığınızı yüksəltməyə dəstək olacaq.
4. İnsanları öz nöqteyi-nəzərinizə çəkməyə sizə kömək edəcək.
5. Nüfuzunuzu qaldıracaq, sizin təsir etmək gücünüzü, istədiyinizə nail
olmaq bacarığınızı artıracaq.
6. Yeni müştərilər, yeni sifarişçilər cəlb etmək qabiliyyəti aşılayacaq.
7. Qazanmaq qabiliyyətinizi gücləndirəcək.
8. İşgüzar keyfiyyətlərinizi yaxşılaşdıracaq.
9. Narahatçılığınızın qarşısını almağa, mübahisələrdən qaçmağa, insanlarla
rəvan, lütfkar münasibətlər qurmağa və onları davam etdirməyə kömək edəcək.
10. Sizi daha məharətli natiq, daha maraqlı həmsöhbət edəcək.
11. İnsanlarla gündəlik ünsiyyətdə psixologiya prinsiplərini asanlıqla və azad
surətdə tətbiq etməyi öyrədəcək.
12. Əməkdaşlarınız arasında işgüzar entuziazmı yüksəltməkdə və tərəf-
müqabillərinizlə səmərəli, işgüzar münasibətlərin qurulmasında sizə kömək
edəcəkdir.
Bu, dünyada ən sürətlə satılan kitabdır
Yüzlərlə iri kompaniya bu kitabın böyük sayda nüsxələrini işçiləri üçün
topdansatış yerlərindən alırdı.
Yüzlərlə pastor bu kitabın məzmunundan öz moizələrində istifadə edib:
kilsələrin nəzdindəki bazar günü məktəblərində bu kitab fəsil-fəsil tədris
olunurdu.
Niyə? Çünki onda ümumun tələbatı hiss olunurdu. Axı çox sayda dostunun,
daha çox nüfuzunun və daha çox uğurunun olmasını hər bir kəs istəyərdi.
Kitab insanlara məhz bunda kömək edir. Aşağıdakı sözlər bir görkəmli qəzet
icmalçısına məxsusdur: “Bu kitab bizim nəslin təfəkkürünə və fəaliyyətinə dərin
təsiretmə gücünə malikdir”.
Ümid edirik ki, bu cildi açmaqla siz təkcə yeni maraqlı kitab deyil, həm də
daha zəngin, daha xoşbəxt həyata yolu tapmış olacaqsınız.
Bu kitabın baş təyinatı qarşınızda duran problemlər arasında ən böyüyü –
gündəlik işlərinizdə, eləcə də insanlarla qarşılıqlı münasibətlərdə adamlara təsir
göstərməklə bağlı uğur qazanmaqda kömək etməkdir.
Yaşlı insanların məhz nə öyrənmək istədiklərini müəyyən etmək məqsədilə
Çikaqo Universiteti və Amerikanın Yaşlılar üçün Təhsil Assosiasiyası tərəfindən
bu yaxınlarda birgə tədqiqat keçirilmişdi. Həmin tədqiqat iki il aparılmış və 25
000 dollara başa gəlmişdir. Nəticədə müəyyən olunmuşdur ki, sağlamlığın
qorunması problemindən sonra yaşlı adamları ən çox maraqlandıran məsələlər
insanlardan necə baş çıxarmaq, cəmiyyətdə necə uğur qazanmaq, özünü
adamlara necə sevdirmək və ətraf hadisələrə qarşı insanları öz baxış mövqeyinə
necə çəkməkdir.
downloaded from KitabYurdu.org