6
d
ə artıq formalaşan bilik sahələrinin termin sistemlərinin
sistemli t
ədqiqini zəruri etmişdir. Biliyin müxtəlif
sahələrinin termin sistemlərinin sərbəst tədqiqat obyekti
kimi ayrılması hazırkı dövrdə inkişaf edən və tədqiqat
metodları təkmilləşən terminoqrafiya və terminşünaslıq
kimi sərbəst elmi predmetlərin meydana gəlməsinə səbəb
oldu [2].
Terminşünaslıq
(terminologiya)
tipologiyası,
mənşəyi, forması, məzmunu və fəaliyyəti, həmçinin
istifadəsi, nizama salınması və yaradılması nöqteyi-
nəzərindən xüsusi leksikanı öyrənən elmdir [3].
Terminologiya bir-
biri ilə əlaqəli bir neçə fənnin
tədqiqat obyektidir. Linqvistikada o, nəzəriyyə obyekti,
tətbiqi terminşünaslıqda unifikasiya, standartlaşma və
nizamlama
obyekti, informatikada informasiya
sistemlərinin süni dillərinin yaradılması vasitəsidir. Xüsusi
bilik sahələrinin anlayışlarının ifadə edilməsinə xidmət
edən dil işarələrinin məcmusu kimi terminologiya xüsusi
fənndir [4].
Hazırkı dövrdə terminşünaslıqda bir sıra sərbəst
istiqamətlər fərqlənir ki, onlardan ilk növbədə nəzəri
terminşünaslığı ayırmaq olar. Nəzəri terminşünaslıq xüsusi
7
leksikanın inkişaf qanunauyğunluqlarını öyrənir. Hal-
hazırda terminşünaslığın nəzəri problemlərinin tədqiqi ilə
məşğul olan bir sıra milli məktəblər mövcuddur. Belə ki,
avstriya-alman, fransa-
kanada, rus, çex milli məktəbləri
fəaliyyət göstərir ki, bu məktəblər xüsusi leksikaya baxışın
aspektləri və yanaşma nöqteyi-nəzərindən fəqlənirlər [5].
Terminşünaslığın ikinci əsas istiqaməti olan tətbiqi
terminşünaslıqda terminologiya və terminlərin izahı,
qiymətləndirilməsi, redaktəsi, nizamlanması, yaradılması,
tərcüməsi və istifadəsi, çatışmazlıqlarının aradan
qaldırılması üzrə praktiki prinsip və tövsiyələr işlənir.
Ümumi terminologiya xüsusi leksikanın ümumi
xüsusiyyətlərini,
problemlərini
öyrənir,
sahə
terminşünaslığı isə konkret dillərdə ayrı-ayrı bilik
sahələrinin xüsusi leksikasını öyrənir.
Terminşünaslığın tipoloji, semasioloji, onomasioloji,
tarixi,
funksional
və
digər
istiqamətlərində
terminologiyanın
ümumi
xüsusiyyətlərinin
müəyyənləşdirilməsi məqsədilə ayrı-ayrı əlamətləri
müqayisəli tədqiq olunur, xüsusi leksikanın semantikası ilə
əlaqəli problemləri, struktur fopmaları araşdırılır və s.
Son dövrlərdə terminşünaslığın bir sıra yeni
8
is
tiqamətləri yaranıb, onlardan koqnitiv terminşünaslığı
ayırmaq olar ki, bu istiqamətdə elmi təfəkkürdə terminlərin
rolu araşdırılır.
Terminoqrafiya xüsusi leksik lüğətlərin tərtibatı
haqqında elmdir və terminşünaslıqla sıx əlaqəlidir. Bir sıra
mütəxəssislər terminoqrafiyaya terminşünaslığın bir
bölməsi kimi baxırlar. Terminşünaslar tərəfindən tədqiq
olunan bir sıra problemlər xüsusi lüğətlərin işlənməsi
zamanı praktikada meydana çıxdı və bu problemlərin həlli
lüğətlərin qurulması metodlarına təsir edir. Eyni zamanda,
xüsusi leksikanın istənilən sahəsinin öyrənilməsi
terminoqrafiya ilə sıx bağlıdır, belə ki, terminologiyanın
aşkarlanması, tədqiqi və nizamlanması üzrə işin nəticəsi
adətən lüğət şəklində tərtib edilir.
Termin –
ümumi anlayışların adlandırılması üçün
qəbul edilən söz və ya söz birləşməsidir.
Xüsusi leksikanın müxtəlif sahələrinin öyrənilməsi
nəticəsində müəyyən olunmuşdur ki, terminlərlə yanaşı
digər xüsusi leksik vahidlər də mövcuddur: nomenlər,
predterminlər, professional alqotizmlər və ya professional
jarqonlar, kvaziterminlər, terminoidlər, prototerminlər və s.
Xüsusi leksemlərlə terminlərin ümumi və fərqli
9
cəhətləri var. Belə ki, nomenlər - tək-tək anlayışları,
terminlər isə ümumi anlayışları ifadə edir. Predterminlər
yeni fopmalaşan anlayışların adlandırılması üçün termin
kimi
istifadə olunan xüsusi leksemlərdir, amma terminlərə
qoyulan əsas tələblərə cavab vermirlər. Predterminlərin
müvəqqəti, keçici xarakteri, forma dəyişkənliyi, ümumi
qəbul olunan tələblərin və müxtəsərlik tələbinin yerinə
yetirilməməsi, stilistik neytrallığın olmaması və s. kimi
xüsusiyyətləri onları terminlərdən fərqləndirir. Bir çox
hallarda terminlər predterminləri sıxışdırıb çıxarırlar.
Pred
terminlər xüsusi leksikada möhkəmlənirlər,
dayanıqlı xarakter alırlar və kvaziterminə çevrilirlər.
Terminoidlər dəqiq sərhəddi və tərifi olmayan
anlayışlardır.
Prototerminlər elmin yaranmasına qədər (30-40 min
il əvvəl) meydana çıxan xüsusi leksemlərdir, bu səbəbdən
onlar anlayış deyil, xüsusi anlayış, təsəvvür adlanırlar.
Terminlərin aşağıdakı tipləri var:
Kateqoriya terminləri (məs: materiya, zaman,
məkan)
Ümumelmi və ümumtexniki terminlər (məs: metod)
Sahələrarası terminlər (məs: analitik metod)
Dostları ilə paylaş: |