12
1910-cu ildə Peterburq universitetinin təbiət elmləri şöbəsini,
1919-cu ildə isə Moskva Dövlət Universitetinin tibb fakültəsini
bitirmişdir. Universiteti bitirdikdən sonra Zaqafqaziya hərbi dai rə-
sinə ordu sıralarına çağırılmışdır. 1921–1930-cu illərdə Mos k va da
tropik institutda çalışmışdır. Bu müddət ərzində o, RSFSR-də,
Ukraynada, qərbi Sibirdə, Orta Asiyada ekspedisiyalarda iş ti rak
etmişdir. 1930-cu ildə P.P.Popova Azərbaycanda tropik ins titut
təş kil etmək tapşırılmışdır və 1952-ci ilə qədər o, bu insti tu tu nun
direktoru olmuşdur. 1952–1964-cü illərdə N.Nərimanov adı na
ADTİ-nin epidemiologiya kafedrasının müdiri olmuşdur. Onun
rəhbərliyi ilə 40 namizədlik və 6 doktorluq dissertasiyası müda-
fiə edilmişdir. Təd qiqatları gənə spiroxetozlarına, malya ri ya ya,
dəri və visseral leyşmaniozlara, helmintozlara həsr olun muş dur.
150-dən çox elmi əsərlər çap etdirmişdir. 1949-cu ildə ona Azər-
bay canın əməkdar elm xadimi adı verilmişdir. 1961-ci il də P.P. -
Po pov “Qırmızı əmək bayrağı” ordeni ilə təltif edilmişdir.
Tağızadə Tağı Ələkbər oğlu – 04.09.1923-cü ildə Bakı ş ə hə -
rində anadan olmuş, 25.11.1998-ci ildə vəfat etmişdir. Gör kəm li
epidemioloq, əməkdar elm xadimi (1981), tibb elmləri dok toru
(1964), professor (1965).
T.Ə.Tağızadə 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitu tu-
nun müalicə-profilaktika fakültəsini bitirmişdir. O, əmək fəa liy-
yətinə 1942-ci ildə Kəlbəcər rayonunda əvvəl epide mioloq və p a-
ra zitoloq, sonra isə rayon səhiyyə şöbəsinin müdiri, 1 9 4 3– 1944-cü
illərdə Yevlax rayonunda sanitar-epidemioloji stan si yanın və eyni
zamanda tropik stansiyanın rəisi, 1944–1945-ci illərdə Quba rayon
dövlət sanitariya müfəttişi vəzi fələrində çalış mışdır. 1945-ci ildə
N.Nərimanov adına ADTİ epidemiolo giya kafedrasına as sistent
vəzifəsinə seçilmişdir. 1956–1962-ci il lərdə müalicə-pro filaktika
fakültəsinin dekan müavini, 1966-1968-ci illərdə sanitariya-gigi-
yena fakültəsinin dekanı olmuşdur. 1962–1966, 1981–1988-ci
illərdə Elmi-Təd qiqat Tibbi Parazi to lo giya və Tropik T ə babət
İnstitutunun, 1988-1992-ci illərdə isə El mi təd qiqat Epidemiolo-
giya, gigiyena və peşə xəstəlikləri insti tu tunun direktoru
vəzifəsində işləmişdir. 1964-cü ildən 1992-ci ilə qədər ATU-nun
epidemiologiya kafedrasının müdiri, 1992–1998-ci il lərdə kafed-
13
ranın professoru olmuşdur. 1968–1975-ci illərdə Səhiyyə Nazir-
liyinin baş epidemioloqu, 1984–1992-ci illərdə isə baş parazito-
loqu olmuşdur.
1974-cü ildən 1992-ci illər ərzində Azərbaycan epide mio loq-
ları, mikrobioloqları və parazitoloqlarının elmi cəmiyyətinin,
Sə hiyyə Na zir liyinin problem komissiyasının, ATU-nun nəzdin-
də ki ix ti sas laş dırılmış şuranın, profil həkimlərinin attestasiya
komis si yasının sədri, “Azərbaycan Tibb”, “Tibbi parazitologiya
və para zi tar xəs tə liklər” (Moskva) jurnallarının redaksiya heyə-
ti nin, keçmiş SSRİ-də bir çox cəmiyyət və elmi şuraların üzvü
ol muş dur. Geniş erudisiyalı və hərtərəfli biliyə malik olan pro-
fessor T.Ə.Tağızadə öz elmi-pedaqoji fəaliyyətinin 55 ili ərzində
infek sion və parazitar xəstəliklərin öyrənilməsi və onlarla müba-
ri zənin təş kili sahəsində elm və praktikanı qiymətli məlumatlarla
zən ginləşdirən çoxsaylı təd qiqat işləri aparmışdır. Tədqiqatları,
əsa sən, leptospiroz, mal ya riya, helmintozlar və salmonelyoz xəs -
tə liklərinin epidemio lo gi ya sına həsr olunmuşdur. 1 dərslik, 4
mo no qrafiya, 7 dərs vəsaiti, 18 el mi-kütləvi kitabça, 300-ə qədər
elmi mə qalə nəşr etdirmişdir. Onun rəhbərliyi ilə 11 doktorluq
və 26 na mizədlik dissertasiyası mü dafiə olunmuşdur. Professor
T.Ə.Ta ğı zadənin xidmətləri höku mət tərəfindən yüksək qiymət-
lən diril mişdir. O, Səhiyyə əlaçısı (1954), Şərəf nişanı ordeni
(1971), bir sı ra medallar, SSSR-i və Azərbaycan SSR Səhiyyə
nazir liklərinin, Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri
fərmanları ilə təl tif olunmuşdur. 1981-ci ildə ona Azərbaycanın
əməkdar elm xa dimi fəxri adı verilmişdir.
Ağayev İbadulla Əliağa oğlu – 17.01.1950-ci ildə Sabirabad
ra yonunun Muğangəncəli kəndində anadan olmuşdur. Epi de mio-
loq, əməkdar elm xadimi (2007), əməkdar müəllim (2000) tibb
elmləri doktoru (1991), professordur (1994).
İ.Ə.Ağayev 1973-cü ildə N.Nərimanov adına Azərbaycan
D öv lət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitir-
miş dir. 1974-cü ildən N.Nərimanov adına ADTİ-nin epidemio lo-
giya kafedrasında çalışır. 1992-ci ildən Azərbaycan Tibb Univer-
si tetinin epidemiologiya kafedrasının müdiridir.
1992-ci ildən Səhiyyə Nazirliyinin baş epidemioloqu və Azər-
baycan epidemioloqlarının, mikrobioloqlarının və parazitoloq la rı-
14
nın elmi cəmiyyətinin sədridir. Rəhbərliyi altında 25 nəfər na mi-
zədlik və 2 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 188
elmi əsərin, o cümlədən 7 hissədən ibarət ümumi və xüsusi epi-
de mio logiyaya həsr olunmuş dərs vəsaitinin, 10 elmi-kütləvi k i-
tab ça nın, 7 tədris-metodik vəsaitin müəl li fidir. Elmi fəaliyyəti
lep tospirozların, salmonelyozların, helmin tozların və qeyri-in fek -
sion xəstəliklərin epidemiologiyasına həsr edil mişdir. 1999-cu
ildə Rusiya Təbiət Elmlər Akademiyasının, 2001-ci ildə isə Bey-
nəl xalq eko-enerji akademiyasının üzvü se çil miş dir. 2000-ci ildə
Rusiya Təbiət Elmləri Akademiyasının İ.P.Pav lov adına gümüş
medalı ilə təltif olunmuşdur. 2000-ci ildə Azərbaycan Respubli-
kasının Prezidentinin fərmanı ilə əməkdar müəllim və 2007-ci
il də əməkdar elm xadimi fəxri adları veril mişdir.
Ələkbərov Fərid Paşa oğlu – 03.03.1941-ci ildə Bakıda ana-
dan olmuş, 12.12.1999-cu ildə vəfat etmişdir. Bioloq, biologiya
elm ləri doktoru (1983), professor (1984).
1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universite-
ti nin biologiya fakültəsini bitirmişdir. 1963–1974-cü illərdə
S.M.Ki rov adına Tibbi parazitologiya və tropik təbabət institu-
tun da çalışmışdır. 1974-cü ildə N.Nərimanov adına ADTİ-nin
epi demiologiya kafed rasında assistent, 1984-cü ildən isə profes-
sor vəzifəsində çalışmışdır. 1985-ci ildən 1991-ci ilə qədər
N.Nə ri manov adına ADTİ-nin xarici tələbələrlə iş üzrə dekanı
olmuş dur. 1991-ci ildən 1992-ci ilə qədər isə beynəlxalq əlaqələr
üzrə prorektor işləmişdir. ATU-nun nəzdində olan ixtisaslaşdırıl-
mış şuranın elmi katibi və Azərbaycan epide mio loqlarının,
mikrobio loq larının və parazitoloq larının elmi cəmiy yə tinin idarə
heyətinin üzvü olmuşdur. Onun rəhbərliyi altında 2 namizədlik
disser tasiyası müdafiə edilmişdir. 110 elmi əsərin, 7 metodik gös-
tərişin müəllifi olmuşdur. Elmi fəaliyyəti leptospirozların təbii
ocaqlığına həsr edilmişdir.
Niftullayev Məhərrəm Zülfüqar oğlu 11.11.1947-ci ildə
C ə lilabad rayonu, Şərəfxanlı kəndində anadan olmuşdur. Epide-
mio loq, tibb elmləri doktoru (1992), professordur (2007).
1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İn s-
ti tutunun sanitariya-gigiyena fakültəsini bitirmişdir. 1974-cü il dən
Dostları ilə paylaş: |