25
ordunun geri çəkilməsi duyulduqdan sonra dəstə-dəstə insanlar nalə və fəryad
edərək Azərbaycan ordusuna tərəf hərəkət etdilər. Abbas Mirzəyə yalvarırdılar ki,
onları da özü ilə aparsın və rus ordusunun istilasına buraxmasın. Amma düşmən
çox güclü idi və ağır silahlarla donatılmışdı. Abbas Mirzə bilirdi ki, bu insanların
istəklərinə dalıb, qalıb savaşacaq olursa, bütün ordunu qırğına verə bilər. Bu üzdən
də geri çəkilməkdən başqa bir çarə yox idi. Abbas Mirzə bu geri çəkilmə
məsələsində başqa bir önəmli hadisəyə də tanıq oldu. Bir neçə gün öncə qələbə
uğrunda ölümə hazır olan ordusu, geriçəkilmə əmri gəldikdən sonra xəyal
qırıqlığına uğramış və ordudan qaçmağa başlamışdılar. Bəzi bölgə xanları da bu
geriçəkilmədən istifadə edərək ruslarla açıq şəkildə iş birliyinə girmişdilər. Hətta
ordunun içində xəyanət edənlər ortaya çıxmağa başlamışdı. İsti temmuz günləri idi.
Abbas Mirzə yorğun ordusu ilə bərabər açıq və heç bir ağaclığı olmayan bir yerdə
oturaq saldı. İçməsi üçün yeni içəcək gətirmişdilər ki, qəfildən açılan bir güllə
Abbas Mirzənin ayağına isabət etdi. Abbas Mirzənin ayağını sıyırıb keçən güllə
orduda daha da ruh düşkünlüyü yaratdı. Abbas Mirzə təmkinlə ayağını sarıtdıraraq
ata minib və ordunun geri çəkilməyə davam etməsini istədi. İrəvandan sonra yolda
təhdid ünsürü olaraq bir hadisənin olacağı bəklənməməkdə idi. Şahzadə, qaçqınları
Arazın o tərəfinə keçirməklə Pirqulu Xan Qacarı görəvləndirdi. Karvan Gəncənin
ətrafını tərk etdikdən üç həftə sonra Xudafərin körpüsünə çatdı. Abbas Mirzə
müdafiə sistemini gücləndirmək amacı ilə bir neçə gün İrəvanda qaldı. Sonra da
ordusunun Əhərdə oturaq salmasını istədi. Abbas Mirzə geri çəkilərkən İsmayıl
Damğanini ordunun önəmli bir bölümü ilə Sisyanovla savaşmağa göndərmişdi.
İsmayıl Damğani ani hücumu ilə Sisyanovu Tərtərə tərəf geri püskürtdü. Beləliklə,
Şuşa və rus ordusundan oluşan hərbi saxlusu (ordunun barındığı geniş yer)
çevrədən qopuq şəkildə təcrid durumuna düşdü. Ancaq Kür çayının iki ağaclığında
Abbas Mirzəyə vəfadarlığı ilə bilinən Pirqulu Xan az qala Mustafa Xan Şirvaninin
tələsinə düşmüşdü. Mustafa Xan Şirvani, Abbas Mirzə geriçəkilmə qərarı aldıqdan
sonra açıq şəkildə rusların tərəfinə keçmişdi.
Bu olaylarda eyni zamanda rus hərbi gəmiləri Ənzəlini ələ keçirərək şəhərin
sahilində ləngər atırdı. Yalnız bütün Gilan əhalisi silaha sarılaraq ruslarla savaşa
başladı. Ruslar burada qalmanın böyük bədəli ola bilər hesabını yapdıqları üçün
gəmilərinin yönünü Bakıya tərəf çevirdilər. Abbas Mirzə Bakının düşmən
tərəfindən mühasirəyə alındığı və şəhərin qəhrəmanca dirəndiyi xəbərini aldı.
Amma bu həssas dönəmlərdə Abbas Mirzə öz islahatlarına başlamışdı.
Azərbaycanda tarımın gəlişməsi, şəhərlərin vəziyyətinin düzəlməsi heç bir fürsəti
nə olursa olsun qaçırmamağa çalışırdı.
Abbas Mirzə rus əsirləri ilə də insan kimi davranılması yönündə əmr verdi.
Kəsik rus başı gətirib ödül alma gələnəyini yasaqladı. Bu da belə davranışlara
alışmamış bəzi çevrələri şaşırırdı. Abbas Mirzənin bu tür davranışı əsirlərdə ona
qarşı sempati oyadırdı. Əsirlər bir diləkçə yazaraq Abbas Mirzənin onların
nümayəndələrini qəbul etməsini istədilər. Abbas Mirzə əsirləri təmsil edən heyəti
26
qəbul etdi. Onlar bu görüşdə Abbas Mirzənin yanında yer alıb, təcrübələrini
Azərbaycan ordusuna öyrətmək və ruslara qarşı savaşmaq istəyirdilər. Əslində bu
əsirlərin çoxu soy olaraq rus olmayan, ancaq Rusiya istilasında bulunan millətlərə
mənsub idilər. Abbas Mirzə onların bu istəklərini qəbul etdi. Beləliklə rus
ordusunda təlim almış əsirlərdən bir alay oluşdu. Əsirlərdən oluşan bu alay Abbas
Mirzəyə reformlarını ilkin olaraq orduda gerçəkləşdirmək üçün böyük yardımda
bulundular. Bu əsirlərin içində Polonyalı, Tatar, gürcü və digər xalqların
nümayəndələri də var idi. Bunların çoxu böyük bir vəfadarlıq hissi ilə Abbas
Mirzəyə sadiq qaldılar. Hətta onlardan bəziləri ömürlərinin sonuna qədər Abbas
Mirzədən ayrılmadılar.
SĠSYANOVUN ÖLDÜRÜLMƏSĠ
Bakının mühasirəsi uzun sürdü. Abbas Mirzə, Əhməd Xan Bəylərbəyi və
sonradan İrəvanın müdafiəsinə göndərilən Hüseyn Xan Qacarı Abşeron tərəfindən
Bakıya hücum etmələri üçün görəvləndirdi. Abşeron tərəfindən hücum Bakının
fəthi üçün düşünülməmişdi, çünkü bu yolla Bakını fəth etmənin mümkün
olmayacağını Abbas Mirzə bilirdi. Sadəcə, düşməni məşğul etmək, digər tərəfdən,
özü Bakıya girmək istəyirdi. Bu amacla Əhərdən Ərdəbilə doğru hərəkətə başladı.
Məqsədi General Sisyanova arxadan həmlə etmək idi. O il qış fəsli çox sərt keçirdi.
Ancaq Abbas Mirzənin ordusundan kimsə fərar etmədi. Bunun ən önəmli səbəbi
əsgərlərin Abbas Mirzəyə olan sevgiləri və hörmətləri idi. Ərdəbil əskilərdən
Səfəvi soyunun qalxış və yüksəliş məkanı olduğu üçün özəl bir ünə sahib idi.
Ancaq böyük yolların qovşağı olmasına baxmayaraq o zaman bir yoxsul kəndi
anımsatmaqda idi. Sadəcə, Şeyx Səfi türbəsi ətrafında bir neçə kiçik dükanlar və
evlər gözə çarpmaqda idi. Ərdəbildə Şahzadəni qəbul edəcək, ona uyğun heç bir
evin olmadığı üçün Abbas Mirzəyə özəl bir çadır quruldu.
Bu arada Azərbaycan kəndlərini və şəhərlərini öz top atəşləri ilə məhv edib,
Azərbaycanda ümüdsüzlük yaradan General Sisyanov ordusu ilə bir yerdə Bakıda
alışılmamış bir qış soyuğu ilə qarşı-qarşıya idi. Bakı qalasının ətrafına
yaxınlaşmışdı. Bakı, Xəzərin batısında Abşeron yarımadasında yerləşir. Xəzərin
yamyaşıl Güney sahilləri ilə müqayisədə Abşeron yarımadası qupquru görünümü
ilə səciyyələnir. Sanki torpağı içəridən somuran bir maddə buraların bu tür
quruluğuna və quraqlığına səbəb olurdu. Neft, bölgədə bulunan atəşpərəstlərin
atəşkədələrinin sönməməsi üçün yarar sağlayırdı. Bölgə insanları isə nefti sevmir
və onun xoş olmayan qoxusundan bezmişdilər. Burada neftin qoxusundan sadəcə
evlərdə bəzi həşəratın uzaqlaşması üçün istifadə edilirdi. Bakı, Sisyanovun ordusu
tərəfindən hər yandan mühasirə altına alınmışdı.
Bütün Qafqaz xanları öz bağımsızlıqlarını sevirdilər. Fətəli Şahın onlara
vergi dışında bağımsızlıqlarına xoş görü ilə baxması onların Qacar yanlılıqlarına
səbəb olmuşdu. Rusiya xanlıqların bağımsızlığını tanımır və hər anlamda onların
Dostları ilə paylaş: |