116
bəlləyində (yaddaşında) qorxunc bir xatirə yaşayırdı. Kirman 1790-cı ildə
Zəndiyyənin son qalası durumundaydı. Bu ildə Ağaməhəmməd Xan Qacar
Kirmanı fəth etmək üçün ordusunu səfərbər etmişdi. Şəhər əhalisi Lütf Əli Xan
Zəndi savunduqları üçün Ağaməhəmməd Xan Qacar Kirmanı aldıqdan sonra şəhər
sakinlərinin çoxunu öldürmüşdü. Bu üzdən də şəhər əhalisinin xatirəsində hələ də
canlı olan bu hadisə onları Həsənəli Mirzənin yanında olmamağa sövq edirdi. Bu
arada Abbas Mirzənin Kirman əhalisinə göndərdiyi mesajlar da şəhərin
bazarlarında ağızdan-ağıza dolaşırdı ki: “Yalnız dövlətə baş qaldıranları təqib
edəcəyik və əhali ilə işimiz yoxdur. Yəzddəki durumu gördük və çox rahatsız
olduq. Kirmanın da Yəzd kimi aclıq səviyyəsinə düşməsini istəmirik. Azərbaycan
ordusu burada qalmağa gəlməməkdədir. Kirmanda əmin-amanlığı bərqərar
etdikdən həmən sonra Azərbaycana dönəcəyik. Ordunun xərcini Kirman əhalisinə
yükləmək kimi niyyətimiz yoxdur.”
Böyük ehtimalla Kirmanda hələ açıq şəkildə Həsənəli Mirzəyə qatılmayan
saxlunun önəmli şəxsiyyətləri bazar əhli ilə gizlin münasibət qurub və Abbas
Mirzənin göndərdiyi mesaja olumlu cavab vermələrini istəmişlər. Lakin Həsənəli
Mirzə dirənmək fikrində idi. Xüsusən Abbas Mirzənin nifrətini içlərində daşıyan
bir çox adamlar da ona savaşmağı təlqin edirdi.
Bu arada Kirmana xəbər gəldi ki, Azərbaycan ordusu Kirmanın bir
ağaclığındadır. Bu xəbər gəldikdən sonra üsyankar şahzadənin rəftarı dəyişilməyə
başladı. Sanki bir şəbəh onun ruhunu işğal etmişdi. Bir çox təzadlı əmrlər verir və
sanki əmrlərinin keçərliliyi olmadığını sezmişdi. Əcəba onun əski xatirələrimi baş
qaldırmağa başlamışdı? Çocuqluqdan bəri Abbas Mirzənin bütün alanlarda ondan
üstün olduğunu bilirdi. Abbas Mirzənin barış elçiləri qala divarlarının arxasında
“təslim olun!” çağrışları ilə bağırırdılar. Bu arada Həsənəli Mirzənin müttəfiqləri
inanılmaz bir hadisəyə şahid oldular. Dirənmək üçün fərman verməsi yerinə
Həsənəli Mirzə, Abbas Mirzəni qarşılamaq və istiqbalına varmaq üçün hazırlığa
başlamışdı.
Azərbaycan ordusu qalanın kənarlarında yerləşmişdi. Abbas Mirzə
qardaşının təslim olub və onun qarşısına gəlməyə hazır olduğunu duyduğunda əmr
verdi ki, onunla bir şahzadə kimi davranılsın. Sonra da onu öz çadırına dəvət etdi.
Onlar çadırda artıq yaxın əqrəba kimi söhbətləşirdilər. Abbas Mirzə iki il öncə onu
vəliəhdlikdən almaq istəyən qardaşına qarşı çox ədəblə davrandı. Onu bir qrup
süvari ilə Tehrana göndərdi. Fətəli Şah əmr verdi ki, onu kontrol altında bir evdə
saxlasınlar. Lakin bu onun üçün böyük bir cəza sayılmırdı. Bu arada Abbas
Mirzədən intiqam almaq amacı ilə Həsənəli Mirzəyə qatılan bir çox xanlar Kirman
qalasını tərk edib və dirənmək üçün öz qalalarına pənah apardılar.
Bahar yaxınlaşmaqda idi. Azərbaycan ordusu geri dönməyə hazırlaşırdı.
Azərbaycan ordusuna mənsub olan hər kəs Şahzadənin özü kimi təkrar
Azərbaycana dönmələrindən dolayı sevinirdilər. Lakin bilmirdilər ki, tale onlar
üçün başqa bir macəra hazırlamaqdadır.
117
Şahzadələrin boğuşmalarının bitməsindən arxayın olan Fətəli Şah, Novruz
bayramını daha rahat və təmtəraqla keçirmək istəyirdi. İsfahan bağları bahar fəslini
Tehran bağlarından daha tez qarşılayır. Bu üzdən də Şah öz hərəmsərası ilə bir
yerdə Novruzu İsfahanda keçirmək fikrində idi. Bu səfərdə diqqəti cəlb edən və
gələnəklərə uyğun olmayan bir hadisə baş verdi. Şah, sadəcə, öz ordusuna
güvənmədi, Ərak və Mazəndəran orduları da bu səfərdə Şaha eşlik etdilər.
Əyləncə mahiyyətli səfərin bu qədər geniş önləmlərlə yapılması hər kəsin
ağlında soru işarəti oluşdurmaqda idi. Çünkü Şah, öncəki səfərlərində bu qədər
önləm almamış, sadəcə, özünün özəl qoruyucu ordusuna kifayət etmişdi. Abbas
Mirzənin düşmənləri yenə də Şahı etkiləməyi başarmışdılar. Şaha dolayısı ilə
anlatmışdılar ki, bütün Şahzadələr bir-birləri ilə çəkişərək çökmüşlər, baxmayaraq
ki, o çəkişmələrin Şaha ziyanından daha çox faydası var idi. Meydanda qalan və
güclü olan ancaq Abbas Mirzədir. Abbas Mirzə sadəcə, yenilikçi zehniyyəti ilə
Padşaha qarşı təhlükə ünsürü deyildir, həm də ölkədə inzibatına və disiplininə görə
birinci yerdə duran ordusu ilə də təhdid amilidir. Azərbaycan ordusunu Şaha qarşı
yönləndirib və iqtidarı bütünü ilə ələ keçirə bilər, deyə ard-arda imalar və
işarələrdə bulunulurdu. Bu imaları Şah önəmsəmiş və mühafizə gücünü
gücləndirməyə
başlamışdı.
Abbas
Mirzənin
düşmənləri
Türkmənçay
müqaviləsindən sonra onun və ordusunun bir daha yüksəlməmək üzrə çökəcəyini
sanmışdılar. Lakin Abbas Mirzə təkrar ayaqda idi. Azərbaycanın birinci və
Qacariyyənin ikinci şəxsi kimi qədd ələm eləmişdi. Bu da din xadimləri başda
olmaq üzrə bütün əski qafalı kəsimi rahatsız etməkdə idi.
Abbas Mirzə Kirmandan İsfahana doğru irəlilərkən Padşah da dərin bir
əndişə və şübhə içində bu şəhərə doğru irəliləməkdə idi. Nadir Şahın oğlunun
başına gətirdiyi fəlakət o zaman hələ unudulmamışdı. Nadir Şah öz oğlundan
şübhələnərək onun gözlərini kor etmiş və bununla da etdiyi bütün işlərini də
varissiz buraxmış, xanədanın da gələcəyini uğursuzluğa və aqibətsizliyə
gömmüşdü. Nadir Şahın oğlunu kor etmə macərasından o zaman təqribən yüz il
keçməsinə rəğmən iqtidar münasibətlərində kurallar dəyişməmişdi. Hər kəs bu
şəkildə bir hadisənin ola biləcəyini sanırdı. Özəlliklə Abbas Mirzənin yenilikçi
dünya görüşünə qarşı olan din xadimləri və mənsəb sahibləri belə bir hadisənin
oluşması üçün gecə-gündüz fitnələr törədir, planlar hazırlayırdılar. Fətəli Şahın
ağlına şübhə dolmuşdu, bu şübhənin dəf olma yolunu axtarırdı. Uzun düşüncədən
sonra Fətəli Şah Abbas Mirzədən qurtarma yolunu tapmışdı. Ona və müşavirlərinə
görə Abbas Mirzənin təkrar Azərbaycana dönüşü əngəllənməli idi. Çünkü Abbas
Mirzə yalnız Azərbaycanda güclüdür. Yalnız Azərbaycanda daha da güclənib və
təhdid ünsürü olma təhlükəsini davam etdirə bilərdi. Şah düşündü ki, bütün
əyalətlərdə artıq sabitlik bərqərardır. Sadəcə, Xorasanda iğtişaş vardır. Bu üzdən də
Abbas Mirzəni bu iğtişaşı yatırtmaq üçün görəvləndirmək istədi. Bu işi ilə bir güllə
ilə iki hədəf vururdu. Həm Abbas Mirzənin ordusunun zəifləməsini sağlayır, həm
də Xorasandakı iğtişaşlardan qurtarmış olurdu. Hər kəs bilirdi ki, Azərbaycandan
Dostları ilə paylaş: |