Azər HƏSRƏT
MƏN TANIQLIQ
EDİRƏM
Redaktor:
Əkbər QOŞALI
Üz qabığının fotosu:
S.Rasim
Azər HƏSRƏT. Mən tanıqlıq edirəm /bəlgəsəl-roman/
Bakı, Qanun Nəşriyyatı, 2016, 200 səhifə, 500 nüsxə
Çapa imzalanmışdır: 12.04.2016
Kitab yazarın şəxsən iştirakçısı olduğu tarixi olayların təs-
vi rini əks etdirir. Gerçək olaylar əsasında qələmə alınmış əsər
1990-cı ilin 20 yanvar olayları və onların doğurduğu sonuc-
lar haqqında ilk əldən bilgi almaq istəyən hər bir oxucu üçün
əvəzsiz mənbə rolunu oynaya bilər. Kitabdakı obrazların hamısı
real şəxslərdir.
ISBN 978-9952-36-201-5
© Azər HƏSRƏT, 2016
© Qanun Nəşriyyatı, 2016
Bu əsəri doğulub boya-başa çatdığım Dədəli kəndi-
nin (Xaçmaz rayonu) dörd igid oğlu – Qarabağ savaşı
şə hid ləri Qurbət Zakiroğlu, Natiq Əzizullaoğlu, Şeyda
Ziyəddinoğlu və Bahadur İkramoğlunun əziz xatirəsinə
ithaf edirəm.
Əsər, həm də bir 20 yanvar şahidinin həmin gecənin
bütün şəhidlərinin, onların timsalında bütün Azərbaycan
şəhidlərinin əziz xatirəsinə dərin sayğısının ifadəsidir.
Onlar şəhid oldu, bizsə şahid. Onlar canlarını fəda etdilər
ki, biz yaşayaq. Tanrı qatında yerləri uca olsun.
Redaktordan
Azər Həsrətin iti qələmi, cəsarətli sözü Azərbaycan
oxucusuna yaxşı tanışdır. Özəlliklə, xalqımızın,
Türk Dünyasının ağrı-acılı, sevincli, uğurlu günləri
ilə bağlı (fərqli dürlərdə) qələmə aldığı yazılar ona
şöhrət qazandırıb. Azər öz əsas mövzularına, öz
yazı texnologiyasına münasibətdə yetərincə ardıcıl
olan, məhsuldarlığı ilə seçilən aydınlarımızdandır.
Təsadüfi deyil ki, milli mətbuatımızın 140 illik yubi-
leyi münasibəti ilə dövlət ödüllərinə layiq görülənlər
sırasında onun da adı vardı və “Əməkdar jurnalist”
fəxri adının nişanını Azərin yaxasına məhz dövlət
başçımız - Prezident İlham Əliyevin özü taxdı.
Azər Həsrətin jurnalistika sahəsində uğurlarının ya-
nısıra ədəbi yazılarla çıxış etməsi də diqqətdən qaçmır
- “Bir əsgərin yaşantıları” romanı, “Azər Qurdbasan”,
“Soysuzun ölümü” hekayələri, hər nə qədər “mən ya-
zıçı deyiləm”, “yazıçılıq iddiasında deyiləm” desə də,
5
onun idrak prosesindən, ağıl gücündən savayı, könül
çırpıntılarına, qəlb atışına (ilhamın şahə qalxmasına) da
aşina olduğunu göstərir. Azərin bədii təxəyyülü, ədəbi
qələmi araşdırmaçı-jurnalist kimliyinə uduzsa da, sanki
həmişə eyni işlə məşğul olduğu təəssüratı oyadır. Azər
Həsrət “Öncə Vətən!” şüarı ilə yazıb-yaradır. Çünki o
ideyalı yazardır. Yazdığının dürü, forması, həcmi, hətta
estetikası, bədii məziyyəti deyil, ideyası ön planda olur
həmişə. Bax, məhz bu amil Azər Həsrət qələmindən
çıxanları bir başqa cür maraqlı edir, adilikdən çıxarır...
Məncə, onun imzasına davamlı oxucu münasibəti
də, daha çox bu dediyimiz amillə bağlıdır. Mən bunu
təqdirəlayiq hal hesab edirəm. Özəlliklə, yurdumu-
zun-yuvamızın bu çağında (Ermənistan tərəfindən
elan olunmamış savaşa uğradığımız dönəmdə) ide-
yalı yazar, ideyalı yazı çox önəmlidir.
Azər Həsrət bədii-estetik baxımdan uduzduğu
məqamların fərqində olsa da, ideyalılığı üstün tutur;
ariflər qatında alqış qazanacağına ümid edir (Mənim
tanıdığım, uzun illərin dost-qardaşı Azər, alqış qa-
zanmaq, təqdir görmək üçün özəl çaba xərcləmir -
onun çalışmaları bu şəkillənmələrə gətirib çıxarır).
***
20 yanvar mövzusunun Azər Həsrət qələmindən
dəfələrlə keçdiyini bilirəm; ancaq bir bədii mətn (ro-
6
man) şəklində, bir xeyli ayrıntılı şəkildə yazdığını bil-
mirdim. Sağ olsun, güvənərək, mənim də çap öncəsi
baxmağımı uyğun görməsi sonucu “Mən tanıqlıq
edirəm”lə yaxından tanış olmaq, onu incələmək im-
kanım yarandı. Qənaətlərim qısaca olaraq bunlardır:
- Bu əsər bir daha göstərir ki, 20 yanvar haqqın-
da hələ yazılası çoxlu mövzu, açılmamış məqamlar,
öyrəniləsi olaylar vardır;
- Müəllif (özünün timsalında) bir Azərbaycan
gəncinin canlı tanıqlığı ilə oxucunu o müdhiş günlərə
qaytarmağı bacarır - o illərdə yaşamamış yeni nəsil
gənclərimiz üçün bu, çox önəmlidir;
- Azər bacardıqca (öz xarakteri gərəyincə) ədalətli,
obyektiv, səmimi ovqatda, o günlərdə baş verənlərə
münasibətdə hikkədən, nifrətdən uzaq, soyuq başla
qərar verərək yazmaq əzmini nümayiş etdirir;
- “Mən tanıqlıq edirəm”lə 20 yanvar 1990-cı il tari-
xinə, o günü doğuran, o gündən doğan olaylara xalqlara-
rası, ölkələrarası nifaq mərtəbəsizliyində deyil, əksinə,
o günlərdən, o illərdən dərs almaq mərtə bə sində yana-
şan Azər Həsrət, bağımsız Azərbay ca nın varlığını,
haqlı olaraq, tarixi uğur kimi qiy mət ləndirir;
- Azər Həsrət ruhlu, ümidli yazır - bir Azərbaycan
yazarının, türk aydınının yazmalı olduğu kimi...
7
- “Mən tanıqlıq edirəm” mövzuya yeni baxış ol-
maqla yanaşı, özünün də vurğuladığı kimi tanıq
sözü - şahid ifadəsi dəyərindədir...
- “Tanıq sözü” demişkən, Azər Həsrətin bu kitabı-
nı oxuyarkən kiminiz roman, kiminiz povest, kiminiz
də publisistika... təyinini yaraşdıra bilərsiniz; mənə
qalsa, bu, mövcud şəkli ilə daha çox bədii-publisistik,
tarixi əsərdir. Xalqın taleyinə, keçdiyi yola urvatlı
baxışına görə, bədii məziyyət, estetika baxımından
çatışmayan yönləri ilə birgə, “Mən tanıqlıq edirəm”i
gənclərin oxumasında yarar vardır. Gənclərə üz tut-
mağımız təbiidir - himnimizdə də, “cümlə gənclər
müştaqdır” deyilir; ölkə əhalisinin önəmli hissəsini
gənclər təşkil edir; nazirliklərimizdən biri Gənclər və
İdman Nazirliyi adlanır; nəhayət, müəllif özü çağdaş
gənclər hərəkatından çıxmış aydınlarımızdandır.
- Bu “qənaət sıralaması”nda onu da vurğulamaq
istərdim ki, Azər Həsrətin ideyalılığı onun dil-üslub
özəlliyində də görsənir. Həm bu baxımdan, həm də
belə bir mövzuya müraciət edib, bir sıra məqamları
(örnək üçün, Xudat-Xaçmaz olayları) gün üzünə
çıxardığına görə ona şükranlığımı bildirirəm.
Sayğılarımla,
Əkbər QOŞALI
Dostları ilə paylaş: |