74
Ġxtisaslı fəhlələrin ço xu əmək haqqı yüksək olan kustar emalatxanalara,
yaxud da kəndlərə gedirdilər. 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi
fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmiĢdi. Neft sənayesi təhlükə
qarĢısında idi.
Respublikanın kənd təsərrüfatı da ağır böhran keçirirdi. Suvarma
sisteminin dağılması nəticəsində Azərbaycanda iki yüz min desyatinə qədər
suvarılan torpaq istifadəsiz qalmıĢdı. Kənd təsərrüfatı üçün yararlı olan torpaqların
sahəsi 1921-ci ildə, 1914-cü ilə nisbətən 42 faiz azalmıĢdı
11
.
Azərbaycanda pambıq becərilməsi, demək olar ki, tamamilə
dayandırılmıĢdı: 1921-ci ildə pambıq əkini sahəsi müharibədən əvvəlki səviyyənin
2,3 faizini təĢkil edirdi. Bütün əkin sahələrinin 1914-cü ildə on iki faizi, 1921-ci ildə
isə 0,7 faizi pambıqçılığa aid idi
12
. Bu, qismən də onunla izah olunurdu ki, aclıq
pambıqçı kəndlilərin ço xunu taxıl məhsulları əkməyə məcbur edirdi.
Ġpəkçilik də tənəzzülə uğramıĢdı. A zərbaycanda tut bağlarının sahəsi
yarıya qədər azalmıĢdı. 1921-ci ildə barama istehsalı cəmisi altı min puda çatırdı,
halbuki 1913-ci ildə bu rəqəm 180 min pud idi
13
. Bağçılıq və üzü mçülü k güclü zərə r
çəkmiĢ, bağ və üzümlü klərin sahəsi 1921-ci ildə 1913-cü ilə nisbətən 9 min
desyatin azalmıĢdı
14
.
Azərbaycanda əkinçilik çəyirtkə basqınından da tez-tez zərər çəkirdi.
Təkcə 1920-ci ildə respublikada iki yüz min desyatinə bərabər kənd təsərrüfatı
sahələrinin məhsulları çəyirtkə basqını nəticəsində məhv olmuĢdu.
Maldarlığa da ciddi ziyan dəymiĢdi. Azərbaycanda 1921-ci ildə mal-
qaranın sayı, 1913-cü ilə nisbətən qırx faiz azalmıĢdı
15
.
Kəndli təsərrüfatlarının məhsuldarlığı xeyli aĢağı düĢmüĢdü. Kəndlilərin
26 faizi iflasa uğrayaraq əkin sahəsindən məhrum olmuĢ
16
, 25 faizi isə əkin sahəsi 1
desyatindən çox olmayan kasıb təsərrüfat sahibinə çevrilmiĢdi
17
. Kəndlilərin iĢ
heyvanı və kənd təsərrüfatı alətləri çatıĢmırd ı. Onlar öz torpaqlarını primitiv
alətlərlə, əsasən ağac xıĢla becərirdilər. 1921-ci ildə Azərbaycanda hər yüz kəndli
təsərrüfatına cəmisi 9 dəmir kotan düĢürdü
18
.
Azərbaycan kəndliləri təkcə ö z təsərrüfatların ın dağılmasına görə deyil,
eyni za manda sənaye istehsalının fəla kətli dərəcədə tənəzzülə uğramasına görə də
ağır maddi vəziyyətə düĢmüĢdülər. Kəndlilər, əhalinin digər zəhmətkeĢ hissəsi
kimi, ən vacib olan Ģeylərdən korluq çəkirdilər. Sənaye malları fonduna malik
olmayan dövlət o zaman kənd təsərrüfatı məhsullarını sənaye mallarına dəyiĢmək
yolu ilə onların istehsal marağını artıra bilmirdi. Məsələn, 1921-ci ilin fevralında
ġamaxı qəzasının vəziyyəti barədə belə məlumat verilirdi: "Hazırda kəndlilərin ağ
nefti, kibriti, ayaqqabısı, arĢınmalı, sabunu və kənd təsərrüfatı alətləri yo xdur.
Kotanları təmir etmək üçün dəmir də yoxdur. Bir girvənkə ağ neft burada min manat,
bir qutu kibrit 400 manatdır"
19
.
75
Respublikanın iqtisadi vəziyyətini maliyyə böhranı da mürəkkəbləĢdirirdi.
Xalq təsərrüfatının əsas sahələri üzrə gəlirin azlığı ayda 250-300 milyard manat
olan dövlət büdcəsində ciddi çatıĢmazlığa səbəb olurdu
20
.
Manatın çatıĢmaması və dəyərinin aĢağı düĢməsi tez-tez yeni pullar
buraxmağa məcbur edirdi. Tə kcə 1921-c i ildə Azərbaycan SSR-də 149 milyard
manat pul buraxılmıĢdı. Tez-tez pul buraxılması və bununla əlaqədar olaraq onun
qiymətdən düĢməsi təsərrüfat həyatını mürəkkəbləĢdirir, xa lqın maddi
vəziyyətini pisləĢdirirdi.
1921-c i ilin baĢlanğıcında respublikada dava m et mə kdə olan "hərbi
ko mmunizm" siyasəti ilə bağlı tətbiq edilən ərzaq sapalağının ağır təsiri ö zünü
xüsusilə göstərirdi. Əvvəllərdə olduğu kimi ərzaq sapalağı qaydasına uyğun
olaraq, kəndlilər bütün kənd təsərrüfatı məhsullarının qalıq larını dövlətə
verird ilər. Buna görə də onlarda öz təsərrüfatlarını geniĢləndirmək və
yaxĢılaĢdırmaq həvəsi olmurdu. Kəndlilərin ço xu əkin sahələrin i geniĢləndirmək
barəsində fikirləĢ mir, əksinə onu ailə tələbatına uyğunlaĢdıraraq azaltmaq
istəyirdilə r.
1921-c i ilin əvvəlində Azərbaycanda həyata keçirilən ərzaq siyasətinin
öz xüsusiyyətləri var id i. Sovet Rusiyasında olan vəziyyətdən fərqli olaraq,
Azərbaycanda 1921-ci ilin baĢlanğıcında ərzaq sapalağı qis mən tətbiq olunurdu.
Bu va xt respublikanın bütün qəzala rında ət, mal-qara və ye m tədarükü həyata
keçirilird i. Taxıl tədarükü yalnız Lənkəran və Cavad qəzalarında aparılı rdı.
1920-c i ilin sonu - 1921-c i ilin əvvəllərində ərzaq siyasəti Azərbaycan
kəndlilərinin vəziyyətini nisbətən yüngülləĢdirdi. Lakin ehtiyatla həyata
keçirilməsi nəzərdə tutulan siyasətin yerlərdə pozulması kəndlərdəki ciddi
təsərrüfat çətinliklərini aradan qaldırmağa mane olurdu. Kəndlilərin yo xsul,
qismən də ortabab təbəqəsi iflas səviyyəsində idi. Bütün bunlar Azərbaycan
kəndlilərinin əhvali-ruhiyyəsinə təsir edir, onların narazılığına, hətta kəndlərdə
sinfi mübarizənin kəskin ləĢməsinə səbəb olurdu.
Varlılar, hakimlikdən, mü lkündən məhru m o lmuĢ təbəqələr, sovet
hakimiyyətinə qarĢı olan qüvvələr hələ də sovet üsuli-idarəsini devirmək
ümidində id ilər. Onlar ağır təsərrüfat pozuntusu, əhalinin maddi vəziyyətinin
ağırlaĢ ması və 1921-ci ilin əvvəlində in zibati-amirlik orqanların ın fəaliyyəti ilə
bağlı ölkən in daxili vəziyyətində yaranmıĢ siyasi böhrandan istifadə edərək, öz
arzu və məqsədlərini həyata keçirməyə cəhd göstərirdilər.
Petroqradda və Moskvada olduğu kimi, 1921-ci ilin yazında Bakıda bir
sıra müəssisədə tətillər oldu. Buna səbəb Bakıda tez-tez baĢ verən ərzaq q ıtlığı,
çörək normasın ın azald ılması idi
21
. 1921-c ilin aprelində Bala xan ıda fəhlələr
tətil etdilər. Tətildə əsasən Cənubi Azərbaycandan gəlmiĢ, kəndlə bağlı olan Ġran
təbəələri iĢtirak edirdilər
22
. "Çörək verin, yo xsa evə qayıdırıq"
23
- bu onların əsas