13
Antanta ölkələri "bolĢevizmin" Azərbaycanda möhkəmlən məsindən,
bütün Cənubi Qafqaz regionuna sahib olmasından narahat olaraq, Gürcüstan və
Ermənistan burjua hökumətlə rinə hər bir vəclə kömək göstərirdilər. ABġ hətta
Ermənistan üzərində mandat almaq niyyətində idi. Sovet Azərbaycanına qarĢı
diplomatik yolla təzy iq göstərir və ona qarĢı olan qüvvələrə yardım edirdilər.
Lakin qızıl ordunun köməyi ilə Ermənistanda və Gürcüstanda sovet
hakimiyyətinin bərqərarlaĢması nəticəsində Qafqazda ictimai-siyasi vəziyyət
dəyiĢildi. Azərbaycanın, Ermənistanın, Gürcüstanın, ġimali Qafqazın milli
hökumətlərinin mühacirətdə olan liderləri toplanaraq Parisdə "demokratik
respublikaların" bərpası uğrunda "Sovetlər"ə qarĢı mübarizə aparacaqları haqqında
bəyannamə imzaladılar.
1920-ci il 28 aprel - 1921-c i il 21 fevral ayına qədərki dövrdə
Azərbaycan SSR ilə Gürcüstan Respublikası arasında diplomatik danıĢıqlar, əsasən
"Tiflisdə və Batumda Azərbaycan nümayəndəliyi və konsulluqları" ətrafında
gedirdi. Həmin dövrdə "menĢevik Gürcüstanı ilə" "Sovet Azərbaycanı" arasında
münasibətlərdə baĢ verən münaqiĢə və sair mübahisələr RSFSR-in diplo matik
nümayəndələrin in vasitəçiliy i və iĢtirakı ilə tənzimlənird i. Çünki əslində RSFSR
ilə Gü rcüstan Respublikası arasında 1920-ci il may ayında bağlanan sülh
müqaviləsinə əsasən, Sovet Rusiyası Gürcüstanın müstəqilliy ini tanımıĢdı. 1920-
ci il iyunun 12-də Azə rbaycan SSR ilə Gürcüstan Demokratik Respublikası
arasında Ağstafada sülh və dostluq müqaviləsi bağlansa da, bu iki respublika
arasındakı mübahisəli məsələlər, ələlxüsus ərazi, sərhəd problemi həll
olunma mıĢdı. Bunun bir səbəbi isə "Sovet Azərbaycanı"nın "müstəqil xarici
siyasəti"ni RSFSR XĠK-in Rusiyanın mənafey i naminə daim məhdudlaĢdırması
idi.
Gü rcüstanda sovet hakimiyyətinin qurulması ilə A zərbaycan və
Gü rcüstanın qədim tarixi olan münasibətlərində yeni səhifələr açıldı.
Azərbaycan SSR və Ġran höku mətləri öz aralarında dip lo matik
münasibətlər qurmaq razılığına gəldilər. Əliheydər ġirvani A zərbaycanın Ġranda
səlahiyyətli nümayəndəsi təsdiq edildi. Bu dövrdə Ġran ərazisindən mü xtə lif
dəstələr tez-tez sərhədi keçib, Lənkəranda və Muğanda əhalini talan edir, ağ ır
cinayətlər törədird ilər. A zərbaycan Xarici ĠĢlər Ko missarlığın ın 1920-ci il
avqustun 6-da Ġran hökumətinə verdiyi notada Ġrandan Azərbaycana edilən daimi
hücumların qarĢısının alın ması tələb edilird i. M.D.Hüseynov surətini G.Çiçerinə
göndərdiyi həmin notada Azərbaycana qarĢı təxribatçılıqda yalnız Ġranı deyil,
Antantanı, xüsusilə Ġngiltərəni də təqsirləndirir, onların dəstəklədiklə ri "Ġranın
ərazisində yerləĢən əksinqilabçı bəy və xanların fəaliyyətini qadağan etməyi
Tehrandan tələb edirdi". Sovet Azərbaycanına qarĢı mü xa lifətçi, tə xribatçı
qüvvələrin mərkəzi bir müddət Ərdəbildə yerləĢird i. Hətta Moskvadan birbaĢa
14
Tehrana dəfələrlə nota verilməsinə baxmayaraq, A zərbaycana qarĢı hücumlar
geniĢlənir və yeni-yeni sərhəd rayonlarını əhatə edirdi.
1920-1922-c i illər arasında Zaqafqaziyada yaranmıĢ yeni ictima i-siyasi
məkanda, Avropa və ġərq ölkələrin in geosiyasəti konteks tində, Azərbaycanın
birinci növbədə qonĢu Türkiyə və Ġran dövlətləri ilə münasibəti, buna RSFSR-in
yeni Zaqafqaziya ilə qarĢılıq lı əlaqə ləri prizmasından baxıĢ maraqlıd ır. Etiraf
etmə k ola r ki, bu konkret tarixi çə rçivədə, mü rəkkəb spektrdə, Qərb ö lkə ləri
dominant (əsas və ya həlledici a mil) rolu oynamırd ı. Bu siyas i rəngarənglikdə
Türkiyə və RSFSR-in Azərbaycan Respublikasına münasibətləri müstəsnalıq
təĢkil ed irdi. Tü rkiyə ilə, ələlxüsus kamalçıların hakimiyyətə gəldikləri dövrdən
Sovet Rusiyası arasında dostluq münasibətləri yaran mıĢdı. Türkiyə eyni zamanda
qardaĢ Azərbaycan xalq ının tam müstəqil, azad yaĢamasını istəyirdi. Lakin
Türkiyə rəsmiləri Rusiya tərəfmi qıcıq landırmamaq, RSFSR-lə ixtilaf törədəcək
məqamlara yol verməmək siyasətini həyata keçirird i. Hadisələrin gediĢatı isə
göstərirdi ki, Moskva heç vaxt Azərbaycanın müstəqil, tam azad bir dövlət kimi
bərqərar olmasına yol verməz, çünki bu Rusiyanın iqtisadi-siyasi marağına
uyğun deyildi.
Bununla belə Türkiyə və Azərbaycan respublikaları arasında dostluq və
əməkdaĢlıq münasibətləri 1921-ci il 13 oktyabrda Zaqafqaziya respublikaları və
RSFSR-in iĢtirakı ilə bağlan mıĢ Kars müqaviləsindən sonra daha da intiĢar
etməyə baĢladı. Türkiyənin Bakıdakı səfiri Mah mud ġövkət bəy 1921-ci ilin
aprelində Azərbaycan XĠK-dən inqilabi Türkiyəyə iqtisadiyyat, neft sahəsində
yardım göstərilməsini xah iĢ etdi. Tezliklə A zərbaycandan Türkiyəyə neft
məhsulları göndərildi.
1921-c i ilin iyunundan Azərbaycan SSR-in Anka rada səlahiyyətli səfıri
təyin edilmiĢ Ġ. Əb ilov oktyabrın 22-də Mustafa Kamal PaĢaya etimadnaməsini
təqdim etdi, səfirliyin binası üstündə Azərbaycan SSR-in bayrağı qaldırıldı. Bu
münasibətlə verilən ziyafətdə M. K. Atatürk də iĢtirak etmiĢdi.
Dekretlər. Azərbaycan zəh mətkeĢləri yeni cəmiyyət quruculuğuna çətin
Ģəraitdə baĢladılar. Sovet dövlət maĢını, yerli hakimiyyət orqanları yaratmaq
vəzifələri ilə yanaĢı, vətəndaĢ müharibəsinin vurduğu yaraları sağaltmaq üçün
qarĢıda ciddi və gərgin iĢ dururdu. Ölkədə ilk növbədə həqiqi milli sülh
yaratmaq lazım idi. Erməni təcavüzü, min lərlə adamın həlak olması, bütöv
kəndlərin, təsərrüfatların dağıdılması, evlərin viran qoyulması ilə nəticələnən
daĢnak qırğ ını A zərbaycanda ağır millətlərarası düĢmənçilik müh iti yaratmıĢdı.
Azərbaycanın əhalisi ço xmillətli idi. "1917-ci il üçün Qafqaz
təqvimi"nin məlu matları əsasında "Azərbaycan Respublikasının 1920-ci il üçün
ünvan təqvimi"nin dərc etdiyi cədvələ görə, res publika əhalisinin 68,2 faizini
azərbaycanlılar və digər müsəlman xalqları, 21,7 faizini ermənilər, 7,5 faizini