32
Sultan Səncər də bu hadisələrə qarışdı və Məsuddan vəziri Xass -bəyi
istefaya çıxarmağ ı tələb etdi. Yalnız sultan Məsud Səncərin göstərişini yerinə
yetirəndən sonra əmirlər öz qoşunlarını Bağdaddan çəkib apardılar
1
.
544 (noyabr, 1149)-cü ilin rəcəbində ə mirlərdən Alp Quş Gün-Xur,
Tarıntay və İbn Dubeys yenidən Məsuda qarşı çıxdılar. Bu dəfə onlar şahzadə
Məlik şah ibn Mahmudu öz orduların ın başçısı təyin etdilər. Onlar İraqa daxil
olub, xəlifə Müqtəfiyə çaparla tələbnamə göndərdilər ki, o, Məsudun adının
xütbələrdə o xunmasını dayandırıb, onun yerinə Məlik şahın adını saldırmalıd ır.
Xəlifə bu tələbi yerinə yetirməkdən boyun qaçıraraq, Bağdadı möhkəmləndirməyə
başladı. Xəlifə bu xəbəri Sultan Məsuda göndərdi və onun gəlişini gözlədi. Məsud
544-cü il şəvvalin ortala rında (fevra lın orta ları, 1150) Bağdada çatdı. Qiya mç ı
əmirlər sultanla barışdılar və qoşunların ı xilafətin paytaxtından uzaqlaşdırdılar.
2
Bununla belə bu hadisələr nəticəsində xəlifə əl-Müqtəfı sələfın in itird iyi bütün
hüquq və imtiyazları özünə qaytara bild i. Məsud isə xəlifəyə vəzir, müdərrislər,
qazılar və dövlətin başqa məmurlarını təyin etmək hüququnu itirdi.
547-c i il rəcəbin 1-də (02.10.1152) Su ltan Məsud Həmədanda vəfat etdi
3
.
Onun qardaşı oğlu Məlik şah ibn Mahmud sultanlıq taxtına oturduldu. Bir neçə
müddət işdən kənarda qalan Xass -bəy ibn Pələng-Ari qoşun və əmirləri yeni
sultana and içməyə (beyətə) gətirdi. Bununla belə, mənbələr göstərir ki, "Su ltan
Məsudun ölümü ilə Səlcuqilər evinin səadəti də öldü"
4
. Səlcuq şahzadələri
arasında yenidən taxt-tac uğrunda mübarizə başlandı. Taxt -tac uğrunda gah bu, gah
da başqa iddiaçını müdafıə edən əmirlə r sultanları və Səlcuq şahzadələrin i işdə
deyil, yalnız sözdə hakim hesab edirdilər.
Yeni Sultan Məlik şah müstəqillik göstərməyə çalışanda, hakimiyyəti
yenidən öz əlində toplamış vəzir Xass -bəy 547-ci ilin şəvvalində (yanvar, 1153)
onu həbs edib, Sultanın qardaşı şahzadə Məhəmməd in yanına elçi göndərdi və
bildirdi ki, sultan taxtı boşdur, onu gözləyir
5
.
Hic ri 548-c i il səfər ayının başlanğıcında (may, 1153) Məhə mməd sultan
elan edildi və ordu ona and içdi. Xass -bəy ibn Pələng-Arinin hakimiyyət üçün necə
qorxu lu olduğunu anlayan yeni sultan hakimiyyətə keçəndən üç gün sonra onu
1
İbn əl-Əsir, IX, səh.21-22; ol-Bundari, səh.222-225; İbn əl-Kalanisi, səh.301-392; əl-Hüseyni,
vər.67b.
2
İbn əl-Əsir, IX, səh.25.
3
İbn əl-Əsir, IX, səh.31; Ravəndi, səh.236; əl-Bundariyə görə (səh.227), Məsud 547-ci hicri ilində,
cumad əssaninin sonunda (sentyabr, 1152) ölmüşdür.
4
Əl-Məqrizi, əs-Suluk, 1/1, səh.38. Burada eyniköklü sözlərin oyunu verilibdir, Məsud - "səadətə
çatmış", sadə - "səadət", "bəxt".
5
İbn əl-Əsir, IX, səh.32; əl-Bundari, səh.228-229; Ravəndi, səh.242, 245, 249; İbn əl-Fuvati, IV/2,
səh.884.
33
edam etdird i
1
. Vəzirin bütün yaxın tərəfdarlan da edam etdirildi. Ya lnız bir
türkmən əmiri -Şimlə ləqəbli Aydoğdu qurtula bildi
2
.
Atabəy Şəmsəddin Eldəniz və Marağa hakimi Nüsrətəddin ibn Ağ Sunqur
kimi görkəmli və nüfuzlu əmirləri öz tərəfinə cəlb etmək istəyən Sultan
Məhəmməd Xass-bəyin başını onlara göndərdi. Ancaq əmirlər bu hərəkəti ö zləri
üçün də bir hədə hesab edib, yeni sultanın tərəfinə keçməyə cəhd göstərmədilər.
Nüsrətəddin sultana belə bir məktub yazdı: "Sən düşünürsən ki, düzgün hərəkət
etmisən, ancaq səhv eləyirsən! Bundan sonra, əgər sən söz versən də, sənə ürək
qızd ırmaq olmaz. Ona görə ki, sən o andı içəcəksən ki, elə andı [Xass -bəy ibn
Pələng-Ariyə də] içmişdin, onunla elədiyin kimi, [bizə də aid olan] sözlərini o cür
pozacaqsan. Buna görə də, biz səninlə yaxınlıq edə bilməyəcəyik və sənə sözümüz
yoxdur"
3
.
Atabəy Eldəniz Arranda qaldı. O, sultanın işlərinə qarış maqdan əl çəkdi və
hadisələrin sonrakı gedişini gözləyərək, yaln ız öz mü lklərin in qayğısına qalmağa
başladı. Bu zaman Naxçıvan onun iqamətgahı id i. Buradan o, sultan Məhəmmədə
belə bir məktub yazdı: "Mən sənin əmrlərinə tabe qulun və məmlükünəm, sənin
ittiham etdiy in və pislədiy in nə varsa, mən hamısının düşməniyəm. Əgər sultan
istəsə ki, onun qulluğuna gəlim, mən hazıram! Əgər o, lazım bilsə ki, mən islamın
düşmənlərinə qarşı yola düşüm - mən gedərəm! Mən türkmənlərdən onun üçün
nəhəng bir kütlə və saysız bir ordu toplayaram".
Sultan Məhəmməd belə cavab verdi: "İndiki zamanda sənin qulluğuna
gəlməyinə bizim elə bir ehtiyacımız yo xdur. Sən orada şərəfsiz bütpərəs tləri dəf
etmək üçün müsəlman ların dayaq və istinadgahı ol"
4
.
Sultanın müəyyən bir vaxt ərzində qüvvətli əmirlərin nəzarəti altından
çıxması ilə yaranan şərait eyni zamanda ara çəkiş mələrinin yeni yanğınını
hazırlad ı.Taxt uğrunda mübarizə rəqabəti xəlifə əl-Müqtəfı tərəfindən qızışdırılırd ı.
Bu zaman o, İraqda bir zaman Səlcuqilərə məxsus olan bütün iqta mülklərinə
nəzarət edirdi. Əmirlər Xəlifənin ö zbaşınalığından şikayətlənərək, bu haqda sultana
xəbər verd ilər. Ancaq Məhəmməd hər hansı bir tədbir görməkdə gücsüz idi, həm də
ki Xəlifə onun adma xütbə oxunmasından imtina etmişdi
5
.
Xəlifə doğrudan-doğruya Səlcuq hökmdarları ilə, belə vaxtda şəxsən Sultan
Məhəmmədlə hesablaşmırd ı. Sultanlıq taxt-tacı uğrunda mübarizə aparan
Süley man şah da Xəlifənin müttəfıqi id i. Süley man şah uzun müddət Böyük Sultan
Səncərin sarayında yaşamış və onun adı xütbələrdə sultanın adı ilə yanaşı çəkilirdi.
Oğuzlar Səncəri məğ lub edib əsir alanda, Sü leyman şah Xarəzmə, oradan da
İsfahana yollanmışdı. Burada Sultan Məhəmməd onun əleyh inə çıxd ı. Onda
1
Nişapuri, səh.67; Ravəndi, səh.249; İbn əl-Fuvati, IV/1, səh.384.
2
Əl-Bundari, səh.229-231; Ravəndi, səh.250; əl-Hüseyni, vər.71a.
3
Əl-Bundari, səh.231.
4
Əl-Hüseyni, vər.71a.
5
İbn əl-Cövzi, X, səh.168.
Dostları ilə paylaş: |