yanacaq sənayesinin ümumi sənaye strukturunda xüsusi
çəkisi 59,2%, 1999-cu ildə 65,0%, 2000-ci ildə isə 71,8%
təşkil etmişdir. ÜDM–ün istehsalında da yanacaq
sənayesinin payı yüksəlmişdir.
2001-ci ilin statistik məlumatlarına əsasən ölkədə
sənayenin ən aparıcı sahələrindən biri olan yanacaq –
enerji kompleksi 2001-ci ildə 44,1 milyon ton şərti
yanacaq olmuşdur, bu da 1990-cı ildəkindən 45,6 milyon
ton, yaxud 51% az olmuşdur.
Ölkə daxilində bu ehtiyatların 62%-i istehlak
olunmuşdur. Əsas istehlakçılar isə sənaye müəssisələridir.
1990-cı ildə ölkəyə 27,3 yanacaq – enerji ehtiyatları
daxil olmuş, 2001-ci ildə bu göstərici 9,2 % təşkil emişdir.
Əgər 1990-cı ildə respublikaya 4,3 milyon ton neft və
13,4 milyard kub metr təbii qaz gətirilmişdirsə, son illər
ərzində neft idxal olunmamış, yalnız 2001-ci ildə ixrac
ehtiyatlarının 79%-i xam neftin, 10%-i isə dizel
yanacağının hesabına olmuşdur.
Azərbaycan YEK-si, öz növbəsində yanacaq
sənayesinin aparıcı sahəsini, onun özəyini neft sənayesi
təşkil edir. Məlum olduğu kimi respublikada uzun illər
ərzində neft ehtiyatlarının mənimsənilməsinin artırılması
ölkədə böyük neft sənaye komplekslərinin, onun
infrastruktur sahələrinin formalaşmasına şərait yaratmışdır.
Eyni zamanda respublikada energetikanın digər əsas
sahəsi olan elektroenergetikanın sahəsinin inkişafında da
yanacaq sənayesinin əhəmiyyəti böyük olmuşdur.
Respublikada istehsal edilən elektrik enerjisinin böyük
hissəsi mazut və qaz ilə işləyən istilik enerji
müəssisələrinin payına düşür. Bununla əlaqədar olaraq
ölkədə neft ehtiyatlarının, xüsusən də qaz ehtiyatlarının
mənimsənilməsinin artırılması enerji resurslarının təklifini
artırır, neft məhsullarının, əsasən qazın qiymətinin aşağı
düşməsinə şərait yaradır və nəticədə istilik elektrik
stansiyalarının yanacağa olan məsrəflərinin enməsinə
imkan yaradır.
Azərbaycanda neft sənayesinin inkişaf etdirilməsi
istiqamətində son dövrdə (1994-cü ildən etibarən) müsbət
irəliləyişlər mövcuddur və onların əldə edilməsində ölkədə
həyata keçirilən strategiyanın əhəmiyyəti böyükdür. 1994-
cü ildən sonra «Əsrin müqaviləsi» çərçivəsində
respublikanın neft yataqlarının xarici şirkətlər ilə birgə
mənimsənilməsi
istiqamətində
çox
böyük
işlər
görülmüşdür. Bu işlərin nəticəsi kimi neft hasilatı 1998-ci
ildən sonra artmağa başladı və həmin il onun həcmi 11,4
mln. tona çatdı. 1999-cu ildə hasilatın həcmi 12,3 mln. ton,
2000-ci ildə isə 12,5 mln. tona, 2005-ci ildə 20,5 min ton,
2007-ci ildə 40,8 mln. tona çatmışdır.
Azərbaycanın neft sənayesinə xarici investisiyaların
cəlb edilməsi ölkədə qaz hasilatının artmasına da şərait
yaratmışdır. Qaz hasilatının artmasına əsasən neft ilə
birlikdə çıxan səmt qazının çıxarılması hesabına nail
olunmuşdur. Belə ki, 1994-cü ildə 1382 mln. kub metr
səmt qazı çıxarılırdısa, 1999-cu ildə bu rəqəm - 3062
mln. kub metr, 2000-ci ildə isə 2860 mln. kub metr, 2005-
ci ildə 3855 mln kub metr, 2007-ci ildə 9592 mln.kub metr
olmuşdur. Ölkədə neft-qaz sənayesinin inkişaf etdirilməsi,
neft ehtiyatlarının istismarının artırılmasına investisiya
resurslarının cəlb edilməsi, xarici investorlara zəruri
şəraitin yaradılması respublikanın energetika sənayesində
intensiv inkişaf üçün münbit mühitin formalaşmasına
köməklik edir. Belə ki, ölkədə fəaliyyət göstərən xarici
şirkətlər öz investisiyaları ilə yanaşı təcrübənin, müasir
texnologiyaların Azərbaycana gətirilməsində maraqlı
olmaqla yanaşı, ölkənin energetika kompleksinin müasir
standartlara uyğun inkişaf edərək, yenidənqurulmasına
köməklik edirlər.
Statistik məlumatların təhlili göstərir ki, əvvəlki
illərə nisbətən elektrik enerjisi istehsalı bir qədər aşağı
düşmüşdür.
Yanacaq sənayesindən fərqli olaraq respublikanın
elektroenergetika sənayesində əvvəlki dövrlərə nisbətən
bir qədər geriləmələr müşahidə olunur.
Respublikamızda elektrik enerjisinin istehsalı 1990-
cı illərə nisbətən aşağı düşmüşdür. Belə ki, 1985-ci ildə
Azərbaycanda elektrik istehsalı 20702 mln. kvt. saat,
1990-cı ildə 23152 mln. kvt. saat olduğu halda, 1999-cu
ildə onun istehsalı 18176 mln. kvt. saat, 2000-ci ildə
18699 mln. kvt. saat, 2005-ci ildə isə 24543 mln. kvt. saat
artmışdırsa, 2007-ci ildə isə elektrik enerjisinin istehsalı
21847 kvt. saata qədər azalmışdır.
Bununla yanaşı qeyd edilməlidir ki, elektrik enerjisi
istehsalında su elektrik stansiyalarının işləmə səviyyəsi də
aşağı enməkdədir. Cədvəldən göründüyü kimi, əgər 1990-cı
ildə bu növ elektrik stansiyalarında elektrik enerjisinin
istehsalı 1658 mln. kvt. saat təşkil edirdisə, 2000-cı ildə
1533,5 mln. kvt saat, 2001-cı ildə 1301 mln. kvt saata
düşmüş, 2005-cı ildə 3009 mln. kvt saata, 2007-cı ildə isə
2364 mln. kvt saata qalxmışdır. Eyni zamanda qeyd
edilməlidir ki, səyyar generator qurğularında elektrik
enerjisinin istehsalı artmaqdadır.
Bu növ qurğularda istehsalın həcmi 2000-ci ildə 75
mln. kvt saat təşkil edirdisə, 2001-ci ildə bu rəqəm 124 mln.
kvt saata, 2005-ci ildə 519 mln. kvt saat qədər yuxarı
qalxmış, 2007-ci ildə isə bu rəqəm 432 mln. kvt saata
enmişdir (bax: cədvəl 2.2.7). Qeyd edilənlər ümumenerji
sistemindən kənar müstəqil elektrik enerjisi istehsalını təsdiq
edir və bu da proqressiv hal kimi qiymətləndirilə bilər.
Enerji resurslarıın toplanması sahəsində də müəyyən
azalmalar mövcuddur.
Dostları ilə paylaş: |