etməsi, bazar iqtisadiyyatının inkişafı Azərbaycanın
prinsipləridir.
Hesablamalara görə, Xəzər hövzəsi 40 milyard barel
neft və 200 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Xəzər
dənizinin karbohidrogen ehtiyatları Şimal dənizinin və
Meksika körfəzinin ehtiyatlarına bərabərdir. On illər ərzində
gündə bir neçə milyon barel neft Xəzər regionundan dünya
bazarlarına daşınacaqdır. Əsas ixrac neft kəmərinin Bakıdan
başlayıb Tbilisidən keçməklə, Aralıq dənizindəki Türkiyənin
Ceyhan limanınadək uzunluğu 1760 kilometrdir.
Bu təxminən
Nyu-Yorkdan Mayamiyə qədər olan məsafəyə bərabərdir.
Kəmər 1400 çaydan, 3 min metr hündürlüyə malik dağlardan
keçərək Xəzəri Aralıq dənizi ilə birləşdirəcəkdir. Marşrut
boyu 8 nasos stansiyası, Ceyhanda genişləndirilmiş terminal
inşa olunacaqdır. Həmin terminalda supertankerlər neft
dolduracaq dünya bazarına daşıyacaqlar. İstər iqtisadi, istərsə
də ekoloji cəhətdən ən sərfəli layihə Bakı – Tbilisi –
Ceyhandır. Bu layihə beynəlxalq standartlara uyğun tərtib
edilmişdir. Kəmər boyu əhaliyə daha yaxşı yaşamaq üçün
şərait yaradılacaqdır. Ətraf mühitin qorunması üçün sərmayə
nəzərdə tutulmuşdur ki, bu da boru kəmərinin çəkiləcəyi
ərazilərdə ekologiyanın qorunmasına yönəldilmiş proqramdır.
«Azəri» və dərinlikdə yerləşən «Günəşli» yataqlarında
5,4 milyard barel neft ehtiyatı vardır. Bu Şimal dənizi və
Meksika körfəzində yerləşən yataqların hamısından çoxdur.