Ruh anlayışı. Ruh və şüuru. Ruh və bədən, onların vəhdəti. Şüurun tarixdən
əvvəlki dövrü. İnikas materiyanın ən ümumi xassəsidir. İnikasın səviyyələri: (cansız
təbiətdə, canlı təbiətdə və ictimai mühitdə) formaları (sadə, elementar inikas,
qıcıqlanma qabiliyyəti, duyğu, psixika) və tipləri (aktual, funksional və qeyri-
funksional inikas). İnikas və informasiya, onların ümumi və fərqli cəhətləri.
İnformasiya inikası, neyrofizioloji və psixiki inikas. Psixika inikas formasıdır,
psixi obrazın təbiəti. İnikas və idarəetmə. Şüur yüksək təşəkkülü materiyanın xassəsi,
gerçəkliyin inikasının ali formasıdır.
İnsan - psixikanın, şüurun daşıyıcısıdır. Ali heyvanlarda psixiki inikasın
xüsusiyyətləri. İnsan şüuru ilə heyvan psixikasının fərqli cəhətləri.
Şüurun strukturu: duyğu, qavrayış, təsəvvür, anlayış, təfəkkür, emosiya, iradə
və s. Şüur və idrak. Şüurun yaranması və formalaşmasında əməyin rolu.
Şüur və beyin. Şüur və şüursuzluq. Şüursuzluğun daxili məzmunu. Qeyri
şüursuzluğun davranışda rolu. Freydin psixioanaliz təlimi. Beynin funksiyaları.
Şüurun formalaşmasında beynin rolu. Şüur mürəkkəb sistemdir. Şüurun daxili
məzmunu. Şüur və təfəkkür. Zəka və dərrakə. Ağıl və müdriklik. Şüur, mənlik şüuru
və özünü dərketmə. Mənlik şüurunun formaları. Şüur və emosiya. Şüur və iradə.
Şüurun formalaşmasının mənbələri. Şüur və dil. Obraz və işarə. İşarə – simvol
sistemləri.
İdeallıq problemi. Subyektiv reallıq kimi ideallığın mahiyyəti haqqında
baxışlar. İdealın iki tipi: fərdiləşmiş ideal və ictimai ideal. İdealda qnoseoloji və
aksioloji tərəflər. «İdrakın subyekti» anlayışı.
Şüur və kibernetika. Təfəkkür proseslərinin kompüter texnikası vasitəsilə
formalaşdırılması və modelləşdirilməsi. İnsan və kompüter sistemlərinin dialoqunun
zəruiliyi. Təbiətşünaslıqda şüur problemi. Süni intellekt anlayışı. Şüurun
öyrənilməsi sayəsində müasir elmlərin nailiyyətləri və fəlsəfədə şüur probleminin
öyrənilməsinə onların təsiri. Ali əsəb fiziologiyasının, psixologiya və təbiətin müasir
nailiyyətləri və şüurun təbiətinin öyrənilməsində onların rolu.
M ö v z u 17. Cəmiyyətin mənəvi varlığı
İctimai şüur anlayışı. Şüurun ictimai təbiəti və ictimai şüur. İctimai şüurun
mahiyyəti, cəmiyyətin inkişafında onun rolu. İctimai şüur və ictimai varlıq, onların
dialektik əlaqəsi. İctimai şüur və cəmiyyətin mənəvi həyatı.
Cəmiyyətin mənəvi həyatı insanın əsl mahiyyətini ifadə edir. Mənəvi həyat
bütöv sistemdir. Onun ünsürləri. Mənəvi fəaliyyət cəmiyyətin ayrılmaz tərəfidir.
İnsanların mənəvi dəyərləri yaratması və onları mənimsəməsi. İnsanlar arasında
mənəvi münasibətlər və mənəvi ünsiyyət. Mənəvi tələbatlar mənəvi fəaliyyətin
əsasıdır. Mənəvi tələbatların məzmunca obyektivliyi və zəruriliyi. Mənəvi istehlak və
onun səviyyələri. Mənəvi münasibətlər intellektin və hisslərin mənəvi dəyərlərə
münasibətidir. Mənəvi istehsalın, tələbatın, istehlakın və ünsiyyətin qarşılıqlı əlaqəsi.
İctimai şüurun sosial təbiəti. İctimai şüurun funksiyaları: idraki, tənzimedici,
uyğunlaşdırıcı, məlumatverici. İctimai şüurun strukturu.
Adi şüur insanların gündəlik əməli fəaliyyətində yaranır və onların empirik
təcrübəsinə əsaslanır. Sosial hadisələr və proseslərin adi şüurda inikasının
sistemsizliyi. Adi şüur insanların dünyaya münasibətində onların həyati
təcrübəsindən doğan çoxsaylı və faydalı məlumatları özündə cəmləşdirir.
Nəzəri şüur ictimai həyatın proses və hadisələrinin mahiyyətini və inkişaf
qanunauyğunluqlarını əks etdirir. Nəzəri şüur ictimai həyatın proses və hadisələrinin
mahiyyətini və inkişaf qanunauyğunluqlarını əks etdirir. Nəzəri şüurun məntiqi
sistemliliyi və elmi əsaslılığı. Nəzəri şüurun subyekti. Nəzəri şüurla adi şüur
arasındakı əlaqə.
İctimai psixologiya insanların öz həyatına və ictimai varlığına emosional və
qismən intellektual münasibətidir. İctimai psixologiyanın məzmununda gerçəkliyə
inam, əqidə, əhval-ruhiyyə və sosial qaydalar formsında əks olunması. İctimai
psixologiyanın qiymətləndirici və fəaliyyətə sövqedici funksiyaları. Praktik
fəaliyyətdə və idarəetmədə ictimai psixologiyanı nəzərə almağın zəruriliyi. İctimai
psixologiyanın adi şüur ilə münasibəti.
İctimai ideologiya insan qruplarının və mili birliklərin əsas mənafeləri və
tələbatının nəzəri səviyyədə ifadəsidir. İdeologiyanın nəzəri konseptual xarakteri.
İctimai ideologiya və elm. İctimai ideologiyanın sosial-sinfi mahiyyəti.
İdeologiyada mili ilə ümumbəşəri mənafelərin əlaqələndirilməsi məsələsi. Müasir
dövrdə milli ideologiya, müstəqillik, mili dövlətçilik, mili həmrəylik, mili əqidə və
inamın vəhdəti. Azərbaycan xalqının mili ideologiyasının yaradılmasının zəruriliyi.
İctimai və fərdi şüur, onların dialektikası. İctimai şüurun nisbi müstəqilliyi,
ictimai şüurun inkişafında varislik. Kütləvi şüur, ictimai rəy.
İctimai şüurun formaları, onların yaranmasını zəruri edən tarixi amillər.
Siyasi şüur. Siyasi şüur və siyasət. Siyasi şüurun formalaşmasının səbəbləri.
Siyasi şüurun spesifikliyi. Siyasi şüurun ictimai şüurun digər formaları arasında
xüsusi yeri. Siyasətin vəzifələri və növləri.
Hüquqi şüur. Hüquq və hüquqi şüur anlayışları. İlkin sinifli cəmiyyətlərdə
hüquqi şüurun yaranması. Miflər və dini inamlar hüquqi şüurun mənəvi əsaslarıdır.
Hüquqi şüurun funksiyaları: idraki, qiymətləndirici və tənzimləyici. Hüquqi şüurun
formaları – hüquqi hisslər, hüquqi vərdişlər və adətlər, hüquqi biliklər. Hüquqi
şüurun siyasi şüurla əlaqəsi və onları fərqləndirən cəhətlər.
Əxlaqi şüur. Əxlaq anlayışı. Əxlaqın ictimai funksiyalarının təzahür üsulları:
əxlaqi norma və əxlaqi qiymət. Əxlaq və mənəvi şüur. Əxlaqi şüurun hüquqi şüurla
əlaqəsi və onların fərqi. Əxlaq və mənəviyyat. Mənəvi hisslər, mənəvi anlayışlar.
Əxlaqi şüur şəxsiyyətlərarası münasibətlərin həllinin tənzimləyicisidir.
Estetik şüur. Estetik şüur anlayışı. Estetik şüur və incəsənət. İncəsənətin
mənşəyi və mahiyyəti. İncəsənət dünyanın dərk edilməsinin xüsusi formasıdır.
İncəsənət dilinin spesifikliyi: bədii surət, simvol, mif və s. İncəsənət bəşəriyyətin
özünüdərketmə funksiyasıdır. İncəsənətdə gerçəkliyin obrazlı inikası. İncəsənətin
funksiyaları və ictimai həyatda yeri. İncəsənətdə millilik və ümumbəşərilik.
İncəsənətin idraki və tərbiyəvi rolu. Cəmiyyət həyatında estetik şüurun rolu.
Dini şüur. Din və dini şüur. Dini şüurun mahiyyəti. İnnam anlayışı,onun
spesifikliyi. Dini inamın əsas obyekti – Allah ideyasıdır. Dində fövqəltəbiiliyə inam.
İbtidai dini inamların formaları: etnik və dünya dinləri. Dini psixologiya və dini
ideologiya. İslam dinin tarixi mövqeyi. Müasir cəmiyyətdə dinin rolu.
İctimai şüurun yeni formalarının – iqtisadi şüur, ekoloji şüur – formalaşması.