AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
569
Qəzəl
Nədən, ey afət-i can, piş-i çeşmimdən nihan oldun,
Unutdun
aşiq-i zarı, rəqibə mehriban oldun.
Düşərkən xak ü xun içrə şəhid-i xəncər-i qəmzən,
Təəssüf eyləmək lazım gəlirkən şaduman oldun.
Çək ey sinəm dəm-a-dəm nalə, ahı aha peyvənd et,
Ki bundan
böylə tir-i möhnətə sən də nişan oldun.
Axıt ey əbr-i didəm ləl-gün hunabe-yi həsrət,
Ki
sən də bən gibi cam-i ələmdən sər-giran oldun.
Degil dildardan
şəkva qəbahət səndədir, ey dil,
Ki pir-i
əqlə sormazdan rəh-i eşqə rəvan oldun.
Düruğ-amiz olan bir xande-yi canana aldandın,
Cənah-i vəhm ilə ovc-i vüsalə pərfəşan oldun.
Yetiş, ey şəhsüvar-i mərg, öldür də bəni qurtar,
Məmatım sər zəminində niçün ahəstə-ran oldun.
Bəhayi, halını anlatmaq istərdi o bəd-mehrə,
Təşəkkür eylərim xamə, bənimçün tərcüman oldun.
XIX əsr şairi Əbdi Əfəndi Azərbaycanın hökmdar sülaləsi olmuş
Ağqoyunlu nəslinin nümayəndəsidir və bu səbəbdən biz onu azərbaycanlı şairlər
sırasına daxil etmişik. O, Şərqi Qarahisarda doğulmuş, İstanbulda təhsil almış,
Osmanlı dövlətinin müxtəlif yerlərində dövlət qulluğunda çalışmışdır. Əbdinin işi
çətinə düşdükdə Osmanlı xidmətindəki digər bir azərbaycanlı dövlət xadimi Şir-
vanizadə Rüşdü paşaya müraciət etməsi və ondan kömək umması diqqətə layiq
faktdır. Şair 1302 / 1884-85-ci ildə vəfat etmişdir. Bu azərbaycanlı şair haqqında
məlumatı Mahmud Kamal İnal təzkirəsindən alırıq (İnal 1999: c. 1, s. 33-37).
Divanı çap olunmamışdır. 260 səhifədən ibarət olan bir nüsxəsi “Darül-Fü-
nun” Kitabxanasında mühafizə olunur. Divanında “Qəside-yi Osmaniyyə” ünvanı
ilə “Dasitan-i Al-i Osman” vardır ki, bəzi hissələri Sultan Əbdüləzizin mədhinə
dair
dir. Divanında yer alan tərkib-i bəndlərdən biri nəşr olunmuşdur.
Qəzəl
Can
verməkdir bizim canana axir karımız,
Oldu bu
aləmdə ancaq nuxbe-yi əfkarımız.
Bir
dirəxt-i sər-bülənd-i bustan-i himmətiz,
Səng-i tan ü dəxl ilə düşməz yerə əsmarımız.
Olmuşuz biz aşiyan-saz-i nihalistan-i eşq,
Bir gül-i
rəna içündür hər dəm ah ü zarımız.
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
570
Könlümüz verdik o
nəhl-i naz-i bağ-i işvəyə,
Bundan
özgə yox bu gülşən içrə bərg ü barımız.
Lövh-i
dildən eylədik məhv-i vücud-i masiva,
Yardan
qeyrə təəllüq eyləməz ənzarımız.
Kəsdik aldıq mərz-bum-i vəhdəti qıldıq məqər,
Qalmadı aləmdə artıq yarımız, əğyarımız.
Dəhr içində xanman-suz-i əlayiq olmuşuz,
Həzrət-i sultan-i eşqə hep fədadır varımız.
Dərgah-i sultan-i eşqə ilticamızdır qədim,
Sanma hadis
Əbdiya bu yoldaki iqrarımız.
Əhməd Feyzi Əfəndi 1842-ci ildə Cənubi Azərbaycanın Sərab mahalının
Türkanpor kəndində, din xadimi Əsəd Mollanın ailəsində anadan olmuşdur. İraqın
Nəcəf şəhərində ali dini təhsil almış, daha sonra Misirə gedib, oradan Sami paşa ilə
birlikdə İstanbula yollanmışdır. Dövlət qulluğunda çalışmışdır. 1910-cu ilin fevral
ayının 27-də vəfat etmişdir. Şeir divanından savayı, mərsiyələri, dilçiliyə aid
əsərləri və tərcümələri vardır (İnal 1999: c. 1, s. 646).
O, Mirgun Məktəb-i Rüşdisində və Robert Kollecində müəllimlik etmişdir.
Amerika
lıların İslamiyyət əleyhinə olan kitabları tərcümə etdirmək istəmələri
səbəbilə müəllimlikdən imtina etdi. O zaman maarif naziri Münif paşanın dəvəti
üzərinə fars dili müəllimliyi müsabiqəsinə girdi. Otuz üç il fars dili müəllimi oldu.
Mahmud Kamal İnal, Feyzinin öz vəfatına söylədiyi tarixi təzkirəsində
vermişdir:
Gəldim qapuna Ya Rəbb, əlim boş, yüzüm siyah,
Üsyanıma cəza olarak koğma, etmə dur.
Nəfsə uyub da olmayacaqdım günahkar,
229F
1
«
ﺍﻮﻄﻨﻘﺗ ﻻ» bu halə bəni eylədi cəsur.
Üsyanıma təqabül edər bir cəmil fiil,
Etmiş degil bu anə degin bəndədən südur.
İlla ki Əhl-i Beyt-i Rəsulun məhəbbəti,
Zülmət-səray-i qəlbimi etmişdi qərq-i nur.
Feyzi
degilsə məzhər-i ğufran-i Zül-cəlal,
Tarix-i
rehləti nədən olmuş
230F
2
«
ﺭﻮﻔﻐﻟﺍﻮﻫ»
1328 (1910)
1
Ла такнату – Цмиd к
əсмəйин, Сурə: 39 (Зумер), айəт 53.
2
Щув
əл-ğафур – О, чок мəрщəмəт едиъидир.
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
571
Feyzi
Əfəndi, «Süruş» imzası ilə “Tərcüman-i Həqiqət” qəzetinin ədəbiyyat
rubrikasında xeyli müddət çıxış etmişdir. Şair əsasən “Müəllim Feyzi Əfəndi” kimi
tanınırdı. Fransız dilindən tərcümələr edirdi, ancaq bu dildə sərbəst danışa bilmirdi.
Onun çox ədəbli və elm əhli olduğunu Mahmud Kamaldan öyrənirik.
“Kamalüş-şüəra”da Feyzi Əfəndinin əsərləri haqqında da məlumat vardır.
“Üsul-i farsi”
adlı əsəri on dörd dəfə nəşr olunmuşdur.
“Qamus”
adını verdiyi lüğəti türkcədən farscaya və farscadan türkçəyə
olmaq
la tərtiblənmiş, məşhurların əsərlərindən misallarla əyaniləşdirilmişdir. Əsər
iyrmi
ilə ərsəyə gəlmişdir. Bu əsərin çapı üçün naşirlə razılığa gəlnimiş, lakin
1890-
cı ildə evində baş verən yanğın səbəbi ilə məhv olmuşdur.
“Müntəxabat-i farsiyyə” adlı əsərində Əcəm ədiblərinin məşhur əsərlərindən
nümunələr və tərcümələr təqdim olunmuşdur. Bu əsər də yanmışdır.
“Vaveyla” İmam Hüseyn haqqında 1897-ci ilə qədər yazdığı mərsiyələrdən
ibarətdir və çap olunmuşdur. O tarixdən sonra söylədiyi mərsiyələr nəşr
edilməmişdir.
“Divan-
i əşar” - evində baş verən yanğına qədər yazdığı şeirləri əhatə edən
divanı da məhv olmuşdur. Mövcud şeirləri, ordan-burdan toplanan və yanğından
sonra yazılan şeirlərdir.
“Suz u Güdaz” mahnı sözlərindən ibarət əsərdir. 1882-ci ildə nəşr
olunmuşdur.
“Rübaiyyat-
i Xəyyam” Xəyyamın bəzi rübailərinin tərcüməsidir ki, yuxarıda
qeyd oluna
n “Müntəxəbat-i farsiyyə” adlı əsərdən çıxarılmış və ayrıca bir əsər kimi
nəşr edilmişdir.
“Cib Lüğəti” evindəki yanğından sonra dostu müəllim Naci Əfəndinin
tövsiyyəsiylə tələbələr üçün türkçədən farscaya və farscadan türkçəyə tərtib edilmiş
lüğətdir. Əsər oğlunda saxlanılır.
Qəzəl
Enin ü
nalə, səhər-hizə ney nəvası gəlir,
Büqadan arif-i billaha mey
səfası gəlir.
Süxənvərin əsəri bir həyat-i sanidir,
Gedərsə dar-i fənadan yenə sədası gəlir.
Bənim vücudum olur na-pədid o dəm yoksa,
Cahan bu halda qalmaz,
qədr-şinası gəlir.
Əbəs təbib arama dərd-i dil ara yahu,
Ki
dərd-mənd olanın qeybdən dəvası gəlir.
Kədərdən özgə qəribüd-diyarı kim yoklar,
Mariz iyadətinə gəlsə aşinası gəlir.
Sitəm-gəran-i Xuda-na-şinas haqqından,
Əfəndi, təcrübə etdim səhər duası gəlir.
Dostları ilə paylaş: |