Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

21 

 

tamamlayır.  Orta  əsrlərdə  heyvan  və  quşların  boğazından  asılmış  zınqırovlardan  müxtəlif  məqsədlər  üçün 



istifadə edilmişdir. Bu barədə ayrı-ayrı tədqiqat əsərlərində məlumat verilmişdir

111


 

Nal  və  mıxlar.  Məişət  və  təsərrüfatla  əlaqədar  əşyalar  içərisində  nal  və  mıxlar  xüsusi  yer  tutur.  Bakı 

qazıntıları zamanı tapılan çoxlu dəmir nalları üç qrupa bölmək olar. Bunlar təkdırnaqlı,  cütdırnaqlı  heyvanların 

ayağını  nallamaq, ayaqqabıların dabanına vurmaq üçün düzəldilmişdir. Onların içərisində yarımdairə və dairəyə   

yaxın formalıları təkdırnaqlı    heyvanlara  aiddir (X tablo, 1, 2). Belə nallarda adətən mıx üçün altı deşik olur. 

Açıq  aypara  formasında  olan  nallar  isə  cütdırnaqlı  heyvanlar  üçün  düzəldilmişdir  (X  tablo,  3,4).  Bunlar 

təkdırnaqlı heyvanların nallarının yarısı böyüklüyündə olur. Ona görə də hər birində mıx vurmaq üçün üç deşik 

açılmışdır. 

Dabanlı ayaqqabı (başmaq, çəkmə, çust və s.) nalları onlardan xeyli fərqlənir. Belə nallar da ölçülərinə 

görə müxtəlifdir (X tablo, 5—8). Onları ayaqqabıya bərkitmək üçün həm uclarında, həm də orta hissəsində ucu 

şiş çıxıntı kimi mıx düzəldilir. Məlum olduğu kimi, nallar işlək heyvanın ayağını qorumaq, ayaqqabı nalları isə 

onun davamlığını artırmaq üçün hazırlanmışdır. 

Qeyd  etməliyik  ki,  Bakı  qazıntılarından  iki  ədəd  çox  kiçik  nal  tapılmışdır  (X  tablo,  10).  Bu  kiçik 

miniatur  nallar  görünür,  simvolik  məna  daşımışdır.  Nalbəndlik  hazırda  da  Azərbaycanın  rayonlarında  davam 

etdirilir.  Dəmirçiliklə  məşğul  olan  ustalar  həm  də  nalbənd  işi  görürlər.  Lakin  orta  əsrlərdə  dövrün  tələbatına 

uyğun olaraq nalbəndlik ayrıca sənət kimi məşhur olmuşdur. Dağlıq və dağətəyi zonalarda dairəvi nallar daha 

çox işlənmişdir. Arxeoloji qazıntılardan çoxlu miqdarda tapılan nalbəndlik məhsulları bu peşənin Azərbaycanın 

bütün orta əsr şəhərlərində inkişaf etdiyini göstərir. 

Qazıntılar  nəticəsində  tapılan  çoxlu  dəmir  mıxların  bir  hissəsini  kiçik  həcmli  mıxlar  təşkil  edir  (XI 

tablo,  11—14).  Belə  mıxlar  inşaat  və  məişətdə  istifadə  olunanlardan  həm  ölçüsünə,  həm  də  formasına  görə 

fərqlənir. Kiçik  ölçülü,  baş  hissəsi nisbətən  iri,  özləri  isə qısa olan  mıxlar heyvanları nallamaq üçün istifadə 

olunmuşdur. Adətən qazıntılarda belə mıxlara daha çox təsadüf olunur. 

Haqqında  danışdığımız  nal  və  mıxların  oxşarları  həm  Azərbaycanın    orta  əsr  abidələrindən

112

,həm  də 



qonşu respublikaların orta əsr şəhərlərindən  tapılmışdır

113




Daş  bülövlər.  Bakıdakı  arxeoloji  qazıntılar  nəticəsində  xeyli  daş  bülöv—qart  aşkar  olunmuşdur.  Kəsər 

alətlərin itilənməsi ilə əlaqədar olduğu üçün onları bu bölməyə daxil edərək haqqında yığcam məlumat verməyi 

lazım  bilirik.  Bülövləri  formalarına  görə  əsasən  üç  yerə  bölmək  olar:  düzbucaqlı,  ovalvarı  və  silindrik. 

Düzbucaqlıların kəsiyi lent, ovalvarılarınınkı ellips, silindr şəklində olanlarınınkı isə dairəvidir. 

Düzbucaqlı formada olan boz rəngli daş bülövün bir hissəsi tapılmışdır. (V tablo, 6). Onun bir tərəfində 

dairəvi deşik vardır. Bülöv çox istifadə olunduğuna görə onun işlək tərəfi orta hissədən qırılmışdır. 

Ovalvarı və silindr formalı bülövlər isə çox tapılmışdır (V tablo, 7—8). İşlədildiyinə görə onların da orta 

hissələri  yeyilmişdir.  Qeyd  etməliyik  ki,  metaldan,  xüsusilə  dəmirdən  düzəldilən  kəsər  alətlərin  yüksək  işlək 

keyfiyyətinin  təmin  edilməsində  daş  bülövlərin  əhəmiyyəti  böyükdür.  Qeyd  etməliyik  ki,  bülöv  daşı  əsasən 

dəmir alət və silahların itilənməsində başlıca vasitə kimi məhz dəmirin məişətə daxil olduğu dövrdən daha geniş 

istifadə  edilməyə    başlanmışdır.    Orta    əsr    abidələrindəki  qazıntılarda  daş  bülövlərə  demək  olar  ki,  tez-tez 

təsadüf olunur

114



 



 

 

                                                           

111

 İbrahimov F. Ə. Göstərilən əsəri, s. 165, Müq. et: Əhmədov Q. M. Göstərilən əsəri, s. 55. 



 

112


  İbrahimov  F.  Ə.  Göstərilən  avtoref.  s.12    Osmanov  F.L.  Göstərilən  əsəri,  с.  37;  Джафарзаде  И.  М.  Историко-археологический  очерк  Старой 

Ганджи. Бакы, 1949, с. 84: Якобсон А. Л. Раскопки... с. 142; Ciddi H.Ə. Göstərilən əsəri, XIV tablo.  

113

 Кафадарян К. Г. Город Двин. с. 115; Абрамян В. А. Ремесла в Армении... с, 9-cu şəkil; Атагаррыев Е. Материальная культура Шехр-Ислама..., 



с. 70; Литвински Б. А.  Göstərilən əsəri, s.   171. 

 

114



 Əhmədov Q. M. Orta əsr Beyləqan şəhəri... s. 63, 45-ci şəkil, «a», «b», «v». 

 



22 

 

İNŞAAT  MATERİALLARI 



 

İçərişəhərdə  aparılan  qazıntılardan  xeyli  miqdarda  metaldan  inşaat  ləvazimatı  tapılmışdır.  Bunlardan 

əsasən tikintidə köməkçi material kimi istifadə edilir. Belə materiallardan bəndləyici (çənbər),  mıx, cəftə, halqa, 

qırmaq  və  s.  göstərmək  olar.  Qeyd  etməliyik  ki,  orta  əsrlərdə  tikinti-inşaat  işlərində,  şübhəsiz,  çəkic,  balta, 

qələm, iskənə, mişar və s. kimi metal alətlərdən də geniş istifadə olunmuşdur. 

Arxeoloji qazıntılar nəticəsində tapılan inşaat materiallarının bir qrupunu dəmir bəndlər təşkil edir (XII 

tablo,  1—4).  Güclü  korroziyaya  uğramalarına  baxmayaraq,  formalarını  saxlamışdır.  Onlar  həcmlərinə  görə 

müxtəlifdirlər. Dəmir bəndlərin bəziləri 15, bəziləri isə 12 sm uzunluğunda qalmışdır. Mənbələrin məlumatına 

görə  inşaatda  daha  böyük  bərkidicilərdən  də  istifadə  olunmuşdur.  Onların  bir  tərəfi  qırılmışdır.  Bərkidicilərin 

orta  hissəsi  yoğun  olub,  uclara  doğru  getdikcə  nisbətən  nazikləşir.  Onlardan  iki  ədədi  orta  hissəsinin  içəriyə 

doğru bir qədər qabarıq düzəldilməsinə görə başqalarından fərqlənir (XII tablo, 3—4). 

Bərkidicilərin içərisində «T» hərfi formasında nisbətən kiçik olanları da vardır.  Şübhəsiz, bu növ tikinti 

materialından məqsədəuyğun şəkildə istifadə olunmuşdur (XII tablo, 5—6). 

Bu  alətlər  adətən  daşı  daşla,  ağacı  ağacla  və  ya  onları  bir-birinə  birləşdirmək  üçün  işlədilir.  Ağacları 

bərkidən  zaman  çənbərlərin  mıx  formalı  ucları  zərblə  ağaca  vurulur.  Daşlarda  isə  əvvəlcə  oyuqlar  açılır  və 

çənbərlərin ucları ora keçirilərək üstünə bərkidici məhlul doldurulur. 

XII—XIII  əsrlərə  aid  Bakı  buxtasındakı  qala  tikintisində  metal  bəndlərdən  geniş  istifadə  olunmuşdur. 

Belə ki, bürc və qala divarının hörgüsündə küncdəki daşları bir-birinə möhkəm bağlamaq üçün işlədilən dəmir 

bəndlər son zamanlara qədər özünün möhkəmliyini saxlamışdır

115


İnşaatda  bərkidici  kimi  dəmirdən  hələ  qədim  zamanlarda  istifadə  edilmişdir

116

.  Bu  cəhətdən  tarixi 



mənbələrdə olan məlumatlar diqqəti cəlb edir. Ərəb tarixçisi və coğrafiyaşünası İbn əl-Fakeh Dərbənd istehkamı 

haqqında məlumat verərkən göstərir ki, «... Divarları 7 fərsəx olub, yonulmuş daşdan hörülmüşdür... Daşın hər 

birini 50 adam qaldıra bilməz... Bu daşlar bir-birinin üstünə qoyulub dəmir bəndlərlə  bərkidilmişdir»

117


Yuxarıda  bəhs  etdiyimiz  bərkidicilərin  oxşarları  Azərbaycanın  orta  əsr  şəhərlərindən  də  tapılmışdır

118



Dəmir bərkidicilərə Dvin qazıntıları zamanı da təsadüf edilmişdir



119

İnşaat  materialları  içərisində  dəmir  mıxlar  çoxluq  təşkil  edir.  Onları  başlığının  dairəvi  və  çıxıntılı 



olmasına görə iki yerə bölmək olar. Mıxların içərisində başlığı dairəvi olanlar da həcminə görə fərqlənirlər. Belə 

mıxların uzunluğu 15—22, kiçik olanlarınınkı isə 3—5 sm-dir (XI tablo, 1—6). Başlığı çıxıntılı olan mıxlar isə 

həm iri, həm də kiçik ölçüdədir. Onların bəzilərinin başı bir tərəfə, bəzilərininki isə hər iki tərəfə çıxıntılıdır (XI 

tablo,  7—10).  Bütün  mıxlar  uca  doğru  getdikcə  sivriləşir.  Qeyd  etməliyik  ki,  həm  iri,  həm  də  kiçikölçülü  bu 

mıxların əksəriyyətinin en kəsiyi dairəvi, bir qismininki isə dördkünc formadadır. Onların həm formaları, həm 

də ölçülərinin müxtəlifliyi ayrı-ayrı məqsədlər üçün hazırlandığını göstərir. 

Bəhs etdiyimiz iri mıxların əksəriyyəti əsasən tikintidə və təsərrüfatın müxtəlif sahələrində işlədilmişdir. 

Onların çoxunun üzərində ağac çürüntüsünün qalması da bunu bir daha təsdiq edir. Dəmir mıxlar döymə üsulu 

ilə hazırlanmışdır. 

Bakı qazıntılarından cəftə (irəzə, rəzgənə), halqa, qırmaq, siyirtmə və s. də tapılmışdır. Cəftələri iki qrupa 

bölmək olar. Onların bir qrupu dəmir çubuq kimi düzəldildikdən sonra bərabər qatlanaraq ucları sivriləşdirilir. 

Qatlanan tərəfi isə qıfıl keçirmək üçün halqavarı formaya salınır (XII tablo, 7—9). Digəri isə dəmir çubuğun bir 

ucunun döyülüb sivriləşdirilməsi, başqa ucunun isə deşilib halqa şəklinə salınması yolu ilə düzəldilir (XII tablo, 

10). Cəftələr əsasən qapı, pəncərə, sandıq, mücrü və s. üçün işlədilir. 

Məişət  və  təsərrüfatın  müxtəlif  sahələrində  istifadə  olunan  dəmir  halqalar  da  tapılmışdır.  Onlar 

həcmlərinə  görə  müxtəlifdirlər.  Böyük  halqaların  diametri  10—11,  kiçiklərininki  isə  4—5  sm-dir    (XII  tablo, 

11—15). 

Qazıntılardan  bir  ədəd  də  qarmaq  tapılmışdır.  Sual  işarəsi  formasındadır.  Çox  güman  ki,  zəncir  və  ya 

örgənin ucuna bağlanaraq istifadə olunmuşdur (XVI tablo, 5). 

Bakıdan əldə olunan cəftə, halqa və qırmaqların oxşarları Beyləqan

120

, Qəbələ


121

 və Gəncədən

122

 də aşkar 



edilmişdir. 

                                                           

115

 Бретаницкий А. С, Датиев С. М., Ельцин Г. А., Мамиконов Л. Г., Мотис Д. А. Архитектура Азербайджана эпохи Низами. М., 1947, с. 96—101; 



Исмизаде О. Ш. Крепостное сооружение Бакинской Бухте. С А., № 1. М., 1966, с.   277 — 285. 

116


 Məmmədzadə K. M. Azərbaycanda inşaat sənəti. Bakı, 1978, s. 19—20. 

117


 Ибн ал'Факих. Книга о странах. Перевод Н. А. Караулова, ОМОМПК   вып. XXXI. отд. I. 1902, с. 23 — 26. 

 

118



 Якобсон А. Л. Раскопки... с. 141, s. 141, şəkil «v»; Örənqala çöl qeydi 123 (1961), 70 (1964);  İbrahimov F. Ə. Göstərilən əsəri, s. 103—106. XIII 

tablo, 1—19; Osmanov F. L. Göstərilən əsəri, s. 39, III tablo, 6; Ciddi H.  Ə.  Gülüstan  qalası, Bakı,  1967,  s.  115. 

119

 Kafadaryan K. Q. Göstərilən əsəri, s. 273. 



120

 Якобсон А. Л. Раскопки.,s. 141; Örənqala çöl qeydi, 159 (1960), 286, 335 (1961), 94 (1963) və s; İbrahimov F. Ə. Göstərilən əsəri, s. 110 — 111, 

XIV — XV tablolar. 

121


 Исмизаде О. Ш. О раскопках Кабала..., с.  107,  121. 

122


 Qədim Gəncə çöl qeydi, № 347, 349, 423; 1938—1940-cı illər. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə