Yay kampaniyasının müvəffəqiyyətlə başa çatmasından sonra qarşıda
Şimali Azərbaycanın talan ərazisinin, ilk növbədə Bakı və Quba xanlıqlarının
işğalı məsələsi dururdu.
Rus komandanlığı Bakı və Dərbənd qalalarını ələ keçirilməsinə böyük
əhəmiyyət verirdi. General Qlazenap 1806-cı il mayın 3-də çara yazırdı: ―Nə qədər
ki, Bakı alınmayıb, o vaxtadək Şirvan və Qarabağdakı nailiyyətlər həmişəlik
təhlükədə olacaqdır, elə Gürcüstanıpn özü də farsların basqınını gözləməlidir‖. İran
hökuməti Rusiya və onun planları üçün Bakının əhəmiyyətini aydın başa düşürdü
və Qarabağdakı uğursuzluqlardan sonra rus qoşunlarının irəliləməsinin qarşısını
almaq məqsədilə hərbi əməliyyatları Şamaxı xanlığı istiqamətinə keçirdi [12]. Bu
vaxt bir rus dəstəsi Zərdaba, digər isə Cavada daxil oldu. Rus qoşunlarının
yaxınlaşdığını eşidən Abbas Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri
çəkildi. Bakı və Dərbəndə doğru irəliləmək üçün əlverişli şərait yaradırdı. Qubalı
Şeyxəli xan Rusiya hakimiyyətini qəbul etmək istəmirdi. 1806-cı ilin iyununda rus
qoşunları Quba xanına tabe olan Dərbəndə yaxınlaşdılar və iyunun 22-də onu
tutdular. Sonra onlar general Bulqaqkovun komandanlığı altında Bakıya doğru
yönəldilər. General şəhər sakinlərinə müraciət göndərdi. Hüseynqulu xan öz
nümayəndə heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə Buqakovun
yanına göndərdi, lakin Hüseynqulu xanın öxü qisasdan qorxaraq, ailəsi ilə birlikdə
Qubaya, oradan da İrana qaçdı [13]. Beləliklə, 1806-cı il sentyabrın 3-də Bakı
xanlığı Rusiyaya tabe edildi. Tezliklə Quba xanı da qaçdı, onun xanlığı da
Rusiyaya tabe olundu. Dərbənd və Quba xanlıqları Tərki şamxalının ixtiyarına
verildi, sonralar isə əyalətlərə çevrildi.
Beləliklə, 1806-cı ilin sonund, Talış, İrəvan və Naxçıvan xanlıqları istisna
olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın hakimiyyəti altına keçdi.
Göstərilən xanlıqların işğalından sonra rus qoşunları Şəki xanlığındakı
üsyanı yatırmaq üçün göndərildi. 1806-cı ilin oktyabrın 22-də Nuxa yaxınlığında
həlledici döyüş baş verdi və şəkili Səlim xanın dəstələri məğlubiyyətə uğradı. Rus
qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Şəhər sakinləri müqavimət
göstərməkdə davam edirdi. Onlar şəhər divarlarının ətrafını yandırıcı materiallarla
doldurdular və rus qoşuunları hücuma başlayanda onlara od vurdular. Bununla belə
nuxalıların müqaviməti qırıldı və rus qoşunlatrı hücum edib, Nuxanı ələ keçirtdilər.
Səlim xan İrana qaçdı. Xanlığın idarə olunması üçün Şəkidə yerli, Rusiyaya
meyilli olan bəylərdən ibarət müvəqqəti idarə təşkil olundu.
Sonra rus qoşunları üsyanı bürümüş Car-Balakənə yola düşdü. Rus
qoşunları Carda üsyanları və avar xanının, habelə digər Dağıstan feodallarının
burada olan süvarilərini mühasirəyə aldılar. Tezliklə bu üsyan da yatırıldı.
Şimali Azərbaycan xanlıqlarında üsyan yatırıldıqdan sonra hökumət bir
sıra yerli feodal hökmdarları dəyişdi. Rusiya-İran müharibəsinin başlanğıcında
Rusiyanın tərəfinə keçmiş xoylu Cəfərqulu xan Şəki xanı təyin edildi. O özünün
keçmiş Xoy xanlığı əhalisinin bir hissəsini Şəkiyə köçürdü. Azərbaycanlılardan və
ermənilərdən ibarət olan bu köçkünlər Nuxa şəhərinin ətrafında bir neçə kənd
(Yenikənd, Cəfərabad vəs.) saldılar.
Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən sonra İranla sülh
bağlamağa can atırdı, belə ki, rus komandanlığı Türkiyə ilə müharibənin
yaxınlaşdığını qabaqcadan görür və buna görə də əl-qolunu azad etmək, mümükün
olarsa, hətta İranı Türkiyəyə qarşı müharibəyə sövq etmək istəyirdi. İran hökuməti
də güzəştlərə ümid bəsləyərək, sülh bağlamaq istəyirdi. 1806-cı il sentyabrın
ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə rus qoşunlarının
baş komandanı Qudoviçin yanına göndərdi.
Çar hökuməti heç nəyi İrana güzəşt etmək fikrində deyildi, əksinə o,
İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etgdi. Qudoviç 1806-cı il oktyabrın
4-də I Aleksandrdan göstəriş aldı ki, ―...yaranmış mövcud şəraitdə İranla hərbi
əməliyyatların dayandırılması ən mühüm məsələdir‖. Çar hökuməti hətta
müvəqqəti barışığın imzalanmasına razı idi. Lakin danışıqlar uzandı. İngiltərə və
Fransa bu işdə az rol oynamırdı.
İngiltərə və Fransanın başlıca mənafelərini başqa beynəlxalq məsələlərə
daha çox məşğul etsə də,Onlar Cənubi Qafqazı bir anlığa da gözdən qoymur,
İngiltərə açıq-aşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Türkiyəni Rusiya ilə
müharibəyə təhrik edirdilər. Austerlitsdən sonra İran və Türkjiyə də Napoleon
diplomatiyası daha da fəallaşdı. Napoleon 1806-cı ildə öz nümayəndəsi general
Romyeni İrana göndərdi. İranın Fransa ilə danışıqları İngiltərəni təşvişə saldı.
Bağdaddakı ingilis səfiri Xarford Cons şah nazirinə müraciət edib ona təminat
verdi ki, İngiltərə 1801-ci il müqaviləsinin şərtlərinə sadiq qalacaqdır. General
Romyenin qəfildən, müəmmalı şəkildə vəfatı üzündən danışıqlar kəsildi. Lakin
tezliklə digər fransız nümayəndəsi Jober İrana gəldi. Onu şahın özü də qəbul etdi.
Napoleon ―rus qoşunlarını Zaqafqaziyadan qovmaq üçün... fransız
qoşunlarının İran sahillərinə çıxmasına icazə verməyi‖ İrana təklif etdi.
Fransa bütün vasitələrlə Türkiyəni də Rusiyaya qarşı qaldırmağa çalışırdı.
Dövlət kansleri A.R.Vorontsov bu barədə hələ 1803-cü ildə general Sisianova
məlumat verirdi. Fransanın təsiri altıpnda Türkiyə Rusiyaya qarşı birgə mübarizəsi
üçün İranla hərbi ittifaq bağlamaq niyyətində idi. Türkiyə məmuru Feyzi Mahmud
Əfəndi 1805-ci ilin payızında bu məqsədlə Tehrana gəldi. Napoleonun 1806-cı ildə
İstanbula gəlmiş səfiri general Sebastian hədələr və cəlbedici vədlərlə Türkiyəni bir
sıra rus-türk sazişlərini, o cümlədən də də təzəcə imzalanmış müttəfiqlik
müqaviləsini təhrik yolu ilə pozmağa nail oldu. 1806-cı ilin sonunda Türkiyə
Rusiyaya qarşı müharibəyə başladı.
Türkiyənin müharibəyə başlanması rus qoşunlarının Qafqazdakı
vəziyyətini ağırlaşdırdı. Rus ordusun un əsas qüvvələri Napoleon qoşunlarına qarşı
mübarizəyə yönəlmişdi və Qafqaza göndərilə bilməzdi. İndi Qafqaz fərbi
əməliyyatlar meydanında İranla yanaşı, Türkiyə ilə də müharibə aparmaq lazım idi.