Azərbaycan dili lüğətinin köməyilə başlayırdılar. Şagirdlər hər gün müəyyən qədər
söz əzbərləməli idilər.
Məktəblərin əksəriyyətində ana dilinə və ədəbiyyata lazımi diqqət
verilmirdi. M.F.Axundovun ilk əsərləri çap olunana qədər doğma Azərbaycan dilindo
noşr olunmuş kitablar da yox idi [6].
Moktəblərdə ruhani şəxslərlo yanaşı, dünyəvi fənlərdən dərs deyən
müəllimlər də çalışırdılar. Onlardan nisbətən daha savadlıları öz şagirdlərinə Şərq
dillərindən və ədəbiyyatından yüksək biliklər verirdilər. Azərbaycan mədəniyyətinin
bir çox görkəmli xadimləri o cümlədən gözəl şair Mirzə Şəfı Vazehdən dərs alan
M.F.Axundov ilk təhsili belə məktəblərdə almışdılar. Məktəblər dini xarakter
daşıdıqlarından həyatdan uzaq düşmüşdülər. Onlardan yalnız bəzilərində valideynlərin
təkidi ilə hesabın əsasları, işgüzar kağız və məktubların tərtib edilməsi öyrədilirdi.
Ərəb əlifbasının mənimsəməyin çətinliyi, xüsusilə hecalara bölmə metodu ilə
tədrisin törətdiyi çətinliklər, praktiki bilik verməyən Proqrama marağın olmaması,
əzbərçilik, şagirdləri tərbiyə etmək vasitəsi kimi tətbiq edilən cismani cəza sistemi - bütün
bunlar birlikdə məktəbə getməyi uşaqlar üçün uzunmüddətli əzaba çevirirdi ki, buna da hər
şagird dözə bilmirdi. Əlifbanın öyrədilməsinə 5-6 il vaxt sərf olunması məktəblərdə
tədrisin keyfiyyətinin necə olmasını göstərir.
Təxmini məlumatlara görə, Qafqazdakı məktəblər məktəbyaşlı uşaqların
ancaq onda birini əhatə edirdi [7]. Proqramların və tədrisin xüsusiyyətləri ilə
əlaqədar bunlarrı özləri də tam savada malik olmurdular.
Sosial-iqtisadi və siyasi dəyişikliklər şəraitində təsərrüfat fəalliyyətinin
müxtəlif sahələrində işləməyi bacaran savadlı adamlara tələbatın artması ənənəvi
məktəbləri yararsızlaşdırırdı.
XIX yüzilliyin birinci yarısında Azərbaycan mədəniyyətinin qabaqcıl
nümayəndələri maarifin yayılmasının vacibliyini bütün kəskinliyi ilə başa düşür,
onu xalqın əsrlər boyu davam edən geriliyini aradan qaldırmağın başlıca vasitəsi
hesab edirdilər. 1832-ci ildə A. Bakıxanov Bakıda pansionlu dünyəvi məktəbin
layihəsini işləyib hazırladı. Layihədə ana dili və fars dili ilə yanaşı, rus dili, tarix,
coğrafiya, hesab fənlərinin tədrisi nəzərdə tutulurdu [8]. Lakin layihə həyata
keçmədi. Bu zaman artıq ölkədə rus ibtidai məktəblərinin yeni şəbəkəsi yaranmağa
başlamışdı.
Çar hökuməti ənənəvi məktəbləri sözün həqiqi mənasında məktəb hesab
etmədiyindən onların açılmasında müəyyən qayda yaradılmasını artıq hesab
edərək, şifahi razılıq verməklə kifayətlənirdi. Azərbaycanda adi məktəblərdən
başqa orta ruhani məktəbləri - mədrəsələr də fəaliyyət göstərirdi. Bu məktəblər
adətən böyük məscidlərin nəzdində açılır və onların hesabına saxlanılırdı.
Mədrəsələrdə təhsil və yaşamaq pulsuz idi. Onların sayı dəqiq məlum deyildir,
çünki müvafiq məmurlar məktəblər haqqındakı ümumi məlumatlarda onları
ayırmırdılar.
Dəqiq müəyyənləşdirilmiş proqramı və təhsil müddəti olmayan
mədrəsələrdə məktəb kursunu bitirən gənclər və həmçinin yaşlılar (30 yaşına
qədər) təhsil alırdılar. Onlar mədrəsəni bitirən zaman dini rütbə alırdılar. Ərəb
dilinə sərbəst yiyələnməyə əsaslanan proqrama ―Quran‖ı, ilahiyyatı dərindən
öyrənməklə yanaşı, ümumtəhsil fənləri - fəlsəfə, tarix, coğrafiya, astronomiya,
təbabət, müsəlman hüququ və digər elmlər də daxil idi. Həmin elmlər islam
mövqeyindən tədris olunurdu.
Mədrəsədə tədrisin təsirliyi xeyli dərəcədə onun rəhbərinin təhsil
səviyyəsindən asılı olurdu. Mədrəsələrə əsasən xarici ölkələrdə - İranda,
Türkiyədə, Misirdə adi dini təhsil almış müdərrislər başçılıq edirdilər. Bu isə çar
hakimiyyət orqanlarını narahat edirdi.
Mədrəsələrdən yalnız mollalar, məktəblərin gələcək müəllimləri deyil
şairlər və alimlər də çıxırdılar. Görkəmli pedaqoq və şair Qevid Əzim Şirvani də
mədrəsənin yetirməsi idi.
Azərbaycanda yaşayan digər xalqların təhsili kilsə və xüsusi məktəblərdə
cəmlənmişdi. Şamaxı və Şuşada erməni məktəbləri xüsusilə çox idi. Qarabağın
erməni məktəblərində uşaqlar erməni dili ilə yanaşı, Azərbaycan dilini də
öyrənirdilər [9]. Erməni məktəblərindən başqa 1827-ci ildə Gəncə yaxınlığındakı
Yelenendorfda və Anenfelddə alman kolonistləri [10], Zaqatalada ingiloylar,
Qubada isə tat əhalisi üçün savad məktəbləri var idi [11].
Xüsusi məktəblərin fəaliyyət göstərməsinə imkan verən çar hakim
dairələri onların üzərinə ciddi nəzarət qoymuşdu [12]. Ruhani məktəblər -
mədrəsələr daha ciddi nəzarətdə saxlanılırdı. Digər tərəfdən, xüsusi məktəblər yerli
əhalinin təhsilə tələbatını ödəməkdə dövlət xəzinəsini tədris müəssisələrinə əlavə
vəsait xərcləməkdən xilas edirdi.
Azərbaycanda milli məktəblərin mövcudluğu faktı ilə hesablaşan çar
hökuməti rus tədris müəssisələri şəbəkəsini də yayırdı.
Azərbaycanda rus dövlət məktəbləri Zaqafqaziya məktəbləri haqqında
1829-cu il "Əsasnamə"silə meydana gəlmişdi və ümumrusiya xalq maarifi
sisteminin bir hissəsi sayılırdı [13]. Bununla belə, diyarda mövcud ictimai-siyasi
şəraitlə əlaqədar onlar özlərinə məxsus bəzi xüsusiyyətlərə də malik idi.
Məktəblərin təşkili və proqramların tərtibi zamanı çar məmurları çoxəsrlik milli
mədəniyyəti və dini amilləri nəzərə almaya bilməzdilər.
İlk qəza məktəbi 1830-cu ildə Şuşada, onun ardınca 1832-ci ildə Bakıda,
1833-cü ildə Nuxada, 1837-ci ildo Gəncədə, 1838-ci ildə Naxçıvanda və Şamaxıda
açıldı [15]. XIX yüzilliyin 50-ci illərinin sonunda Azərbaycanda olan 9 rus
məktəbindən 5-i qəza (üçsinifli), 3-ü birsinifli ibtidai (Qubada, Lənkəranda,
Ordubadda) və 1-i ali 4 sınifli (Şamaxıda) məktəb idi. İlk dövrlərdə özlərinin tədris
rəhbərliyi olmayan bütün bu məktəblər tədris işləri ilə əlaqədar Tiflis
gimnaziyasının direktoru vasitəsilə xalq maarif nazirliyi ilə ünsiyyətdə olan
Gürcüstan baş hakiminə tabe idi.