Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   60   61   62   63   64   65   66   67   ...   138

135 
 
emalatxanalar daxil idi.  Bu dövrdə  Sultaniyyənin əsası qoyuldu. Şəhərin inşasına 
Arqun  xanın  zamanında  (1284-1291)  başlanılmış,  tikinti  işləri  1305-ci  ildə-
Ulcaytunun  hakimiyyəti  vaxtında  başa  çatmışdı.  XIII-XIV  əsrlərdə  şəhərsalma 
tədbirləri  Təbrizdə  və  Sultaniyyədə  başqa  Azərbaycan  şəhərlərinə  nisbətən  daha 
intensiv  olmuşdur.  Göstərilən  dövrün  aparıcı  memarlıq  tipi  məqbərələr  idi. 
Məqbərələrin  əksəriyyəti  gülləvari  formaya  malikdir.  Bu  dövrdə  müdafiə 
qurğularının  da  inşası  geniş  yayılmışdı,  bu  isə  dövrün  hərbi-siyasi  hadisələrinin, 
ziddiyyətlərinin zənginliyindən irəli gəlirdi. Mərdəkandakı dördguşəli qüllə (1232), 
Nardarandakı  qəsr  (1301),  Ramana  qəsri,  Şağanda  olan  qəsr  həmin  tarixi  dövrün 
müdafiə, memarlıq obyektləridir. Bayıl qəsri dövrün ən güclü istehkamlarından biri 
idi.  Abidənin  nadir  cəhətlərindən  biri  üzərində  insanların,  digər  canlı  varlıqların, 
fantastik varlıqların, ərəb qrafikası əsasında yazılar olan üzlük daşların çoxluğudur. 
Belə  daş  lövhələrin  1200  ədəd  olduğu  güman  olunur  və  onlardan  700-ə  qədəri 
tapılaraq  tədqiq  edilmişdir,  1309-1310-cu  illərdə  Bakıda  inşa  olunmuş  Cümə 
məscidi,  Pirsaat  çayı  yaxınlığındakı  xanəgah  (1256)  bu  dövrün  diqqəti  cəlb  edən 
dini təyinatlı tikililəridir. Azərbaycan memarlığının yeni yüksəliş mərhələsinə daxil 
olması XIII əsrin II yarısından etibarən başlanmışdı. 
Artıq XIII əsrin sonunda  Azərbaycanın iqtisadi həyatında dönüş yarandı. 
Bu  dönüş  özünü  memarlıqda  və  şəhərsalma  işində  də  büruzə  verirdi.  Əzəmətli 
saraylar,  dini  və  xatirə  tikililəri,  mülki  binalar  inşa  olunurdu.  Şəhərsalmada  yeni 
dövr  başlandı.  Ansambl,  kompleks  tikintisi  sahəsində  böyük  irəliləyiş  nəzərə 
çarpırdı,  mürəkkəb  komplekslərdə  yeni  meyllər  nəzərə  çarpırdı.  Şəhərlər 
genişlənir, yenidənqurma və abadlıq işləri aparılır, onların inzibati mərkəzləri olan 
İç  qalalardan  kənarda,  ticarət-sənətkarlıq  rayonlarında  yeni  ictimai  mərkəzlər 
şəbəkəsi  meydana  gəlirdi.  Monqol  hücumları  zamanı  tənəzzül  etmiş  şəhərlər 
yenidən canlanırdı. Azərbaycanı qonşu ölkələrlə birləşdirən ticarət yollarının artıq 
cənub  şəhərlərindən  keçməsi  onların  inkişafını  xeyli  sürətləndirdi.  Şəhərlərin 
təhlükəsizliyinin  təmin  olunması  ictimai  əhəmiyyət  kəsb  edirdi.  XIII  əsrin  sonu- 
XIV  əsrin  əvvəllərində  Elxanilər  dövlətinin  güclənməsi  şəhərlərin  müdafiə 
tikintisində  mühüm  irəliləyişə  səbəb  oldu:  Dağıdılmış  istehkamlar  bərpa  olunur, 
geniş  ərazidə  yerləşən  şəhərlərin  ətrafına  yeni  divarlar  çəkilirdi.  XIV  əsrin 
əvvəllərində  Təbriz  şəhərində  həyata  keçirilmiş  iri  miqyaslı  şəhərsalma 
tədbirlərindən biri paytaxta layiq olan yeni qala divarlarının tikintisi idi. “XIII əsrin 
sonu-XIV  əsrin  başlanğıcında  Təbriz  şəhərsalma-memarlıq  inkişafının  ən  yüksək 
mərhələsini  keçirir”.
112
  Yalnız  Ərdəbil  bu  dövrdə  qala  divarları  ilə  əhatə 
olunmamış,  bu  isə  şəhərin  geniş  ərazidə,  nisbətən  azad  planlaşma  əsasında 
inkişafına  əlverişli  imkanlar  yaratmışdı.  Naxçıvan  XIV  əsrdən  etibarən 
Azərbaycanın başlıca  memarlıq  məktəbi,  mərkəzi  kimi  yerini Təbrizə  verdi.  XIV 
əsrdə Həmdullah Qəzvini Naxçıvanı “Nəqşi-cahan” (“Dünyanın bəzəyi”) kimi vəsf 
etmişdi.
113
  XII  əsrdən  başlayaraq  (XVI  əsrin  II  yarısınadək)  Təbriz  müxtəlif 
dövlətlərin  paytaxtı  olmuş,  bu  isə  onun  memarlıq  baxımından  inkişafını,  aparıcı 


136 
 
mövqedə olmasını təmin etmişdir. Təbrizin Azərbaycanda iri memarlıq məktəbinə 
çevrilməsi məhz orta əsr  Azərbaycan memarlığının təkamülündə dönüş mərhələsi 
hesab oluna biləcək XI-XII əsrlərə təsadüf etmişdir. 1265-ci ildə Elxani hökmdarı 
Abaqa xan Təbrizi Hülakülər dövlətinin paytaxtı elan etdi. 1258-ci ildə Bağdadın 
monqollar  tərəfindən  dağıdılmasından  sonra  Təbrizin  regionda  aparıcı  mövqeyə 
çıxması  gerçəkləşdi.  Təbrizdə  “memarlığın  misli  görünməmiş  yüksəlişi  ilk 
növbədə  Qazan  xanın  (1295-1304)  hökmranlıq  dövrünə  təsadüf  edir”.
114
  İqtisadi 
islahat və siyasi sabitlik bu əsrin əvvəllərində Təbriz memarlığının yüksəlişi üçün 
əlverişli zəmin yaratmışdı. Arqun xan zamanı şəhərin qala divarlarının uzunluğu 6 
min addım idi və 10 darvazası vardı. Köhnə divarlardan daha böyük sahəni əhatə 
edən  yeni  divarlarda  daha  6  darvaza  qoyuldu.  Bağlar,  yeni  yaranan  məhəllələr 
dövlət  xəzinəsi  hesabına  inşa  olunmuş  25  min  addımlıq  yeni  qala  divarlarının 
əhatəsinə alındı. Qazan xan yeni darvazaların hər birinin önündə karvansara, bazar, 
hamam, karxana və digər binalar tikdirdi. Şəhər darvazalarının önündə başlıca dini-
ticarət  kompleksi  ilə  birləşən  ikinci  dərəcəli  ticarət  mərkəzləri  meydana  gəldi. 
Sultan  Üveys  hakimiyyətinin  ilk  illərində  Misir  sultanının  ona  verdiyi  xəracın 
hamısı  “yüzlərlə  otaqdan  ibarət  olan”
115
  “Dövlətxana”  saray  kompleksinə  (onun 
inşasına)  sərf  olunmuşdu.  Bu  kompleksdə  olan  binaların  əksəriyyəti  sonralar 
Miranşahın  əmrilə  xarabalığa  çevrilmişdi.  Klavixo  mubaliğəyə  yol  verərək  qeyd 
edirdi ki, bu “kompleks” 20 min hücrə və ayrı-ayrı otaqlardan ibarət olmuşdur.
116 
Tikintisinə  XIII  əsrin  sonlarında  başlanmış  “Rəşidiyyə”  kompleksi  akademiya  - 
universitet  şəhərciyi  idi  və  burada  2  came  məscidi,  1  mədrəsə,  1  zaviyə,  elmi 
müəssisələr və xəstəxana vardı. Bu universitetdə 450-dən çox alim-pedaqoq çalışır, 
7 min tələbə təhsil alırdı; 30 minədək müxtəlif təyinatlı tikilinin olduğu bu şəhərcik 
sonralar  Rəşidəddinin  oğlu  Qiyasəddin  tərəfindən  genişləndirildi.  Əsası  1297-ci 
ilin oktyabrında qoyulmuş Qazaniyyədən fərqli olaraq “Rəbi-Rəşidi” (“Şəhristane-
Rəşidi”) Qazan xanın Təbrizin ətrafına çəkdirdiyi divar daxilində yerləşirdi. Rəbi-
Rəşidinin  əsasının  1300-cü  ildən  əvvəl  qoyulduğu  ehtimal  olunur.  “Rəbi-Rəşidi” 
kompleksi  düşünülmüş  plan  əsasında  salınmışdı.  Rəşidəddinin  “Günbəd” 
adlandırdığı  böyük  tikili  də  “Dar  üş-Şəfa”  (“Sağlamlıq  evi”)  idi.  “Dar-üş-Şəfa” 
elmi-tədqiqat müəssisələrinin əsasında dururdusa, Günbəd dini tikililərin, ilahiyyat 
alimləri üçün nəzərdə tutulmuş küçələrin mərkəzində ucalırdı. Çobani əmiri Məlik 
Əşrəf (1344-1356) 1351-ci  ildə  Rəbi-Rəşidini İçqala  seçərək  şəhər əyanlarını ora 
köçürdü,  burada  saraylar  və  evlər  tikdirdi,  lakin  XIV  əsrin  sonunda  bu  mədəni 
mərkəz  dağılmağa  başladı.  Tacəddin  Əlişah  məscidinin  əsası  1311-ci  ildə 
qoyulmuşdu.  Binanın  ucalığı  25  metrdir,  memarın  məqbərəsi  buradadır.  Məscid 
tələsik tikildiyindən 2 ildən sonra dağılmağa başlamışdı. Əlişah məscidi kompleksi 
(sonralar Qacarların hakimiyyəti dövründə bu tikili qalaya, hərbi təyinatlı obyektə 
çevrildiyinə  görə “Ərk qalası” adlanmağa başlandı) bu dövrün qiymətli memarlıq 
incilərindəndir.  Onun  sağ  tərəfində  mədrəsə,  sol  tərəfində  isə  Zaviyə,  hamam  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə