Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə52/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

can tapsın. Admet ata-anasına müraciət edir, rədd cavabı aldıqdan sonra

arvadı Alkesta həyatını  ona qurban verir. Admetin dostu Herakl Tanatla

savaşa  girir,  ona  qalib  gəlir,  Alkestanı  azad  edir  və  heç  kim  ölmür.

K.Abdulla bu süjetdəki hadisələrin yaxınlığını açıb göstərir, təhlil edir və

dastanda Dəli Domrulun əslində iki personajın birgəliyini nümayiş etdir -

diyini qeyd edir. «O (Dəli Domrul – N.Q.) həm Herakl kimi Əzrayılla –

Tanatla mübarizəyə çıxır, həm də Admet kimi atasına, anasına öz yerinə

ölməyi təklif edir»(1, 269).  Lakin  maraqlı, həm  də fərqli cəhət  odur  ki,

Herakl özü  yarımallahdır  (yəni  valideynlərindən  biri  yunan  allahıdır).

Həm  çinin yunan mifində ölümsüzlük təbliğ olunur. Bu isə mifin allahlar

və yarımallahlar dövrünə aid məsələdir. Dəli Domrul və arvadı yaşamaq

üçün müəyyən bir müddət qazanır və yaşayırlar, lakin onlar ölümsüz de -

yil lər. Bu mənada Dəli Domrul hekayəsinin məzmunu ölümün labüd lü yü -

nü təlqin edir.

«Mətnin semantik boşluqları» adlı III hissədə də müəllif maraqlı mə -

qamlara  toxunmuş,  dastanın üst qatında  özünü  göstərməyən, yaxud  çox

zə if şəkildə özünü göstərən hadisələri dastanın alt qatına nüfuz edərək çox

uğurla  bərpa  etməyə  çalışmışdır.  K.Abdulla  yazır:  «Konkret  personajlar

ara sında  üst  qatda  özünü  göstərməyən  və  yaxud  çox  zəif  şəkildə  özü nü

gös tərən münasibət və əlaqələr sanki mətndə semantik boşluqlar yara dır...

Bu cür boşluqlar bizə elə gəlir ki, dərin, gizli qatda «nə iləsə» doldurulmuş

kimidirlər və sadəcə olaraq onları, yəni dərindəki mövcud dolğunlu ğu üz -

dəki boşluqla, amma yeri görünən,  özü  barədə  «söz» deyən, dəyəri  olan

boşluqla əlaqələndirmək, bunları bir-birilə bağlamaq lazımdır»(1, 301). 

Bu hissədə Aruz Qoca ilə Salur Qazanın arasındakı soyuqluğun və bu

so yuqluq  nəticəsində  İç  Oğuzla  Dış  Oğuzun  savaşması,  Baybura  bəyin

gözlərinin açılması, Təpəgözün niyə bir gözlü olması məsələlərinə müəllif

tərəfindən mifin funksional məntiqinə söykənərək aydınlıq gətiril miş dir. 

Müəllifin  toxunduğu  və  çox  doğru  olaraq  müşahidə  etdiyi  semantik

boş luqlardan  biri  dastanda Aruz  qoca  və  Salur  Qazan  arasındakı  soyuq

münasibətlərin  səbəbinin  sanki  xəsisliklə  verilməsidir.  Buna  münasibət

göstərən  K.Abdulla göstərir ki, İç Oğuzla  Daş Oğuzu qanlı müharibəyə

gətirən  münaqişənin  üzdə,  formal  qatda  təqdim  edilən  səbəbi  kimi  Qa -

zanın hər il evini yağmalatdığı zaman, yəni Burla xatunun əlindən tutub

evdən çıxıb Qalın (həm İç, həm də Daş) oğuz bəylərinə evindən nə istəsə

aparmalarına icazə verdiyi bir adəti son dəfə özünün pozması gös tərilir.

Yəni bu yağmalatma törəninə son dəfə Qazan Dış Oğuz bəylərini dəvət

2012/

IV

147



etmir.  Nəticədə  savaş  baş  verir.  Müəllifə  görə  bu  savaşın  əsl  səbəbi  isə

dastanda verilən bir sualın cavabı ilə bağlı idi. Salur Qazanın evi yağma-

landığı boyda bəylərə ova çıxmağı təklif edən Qazana Aruz belə bir sual

verir: «Sası dinli Gürcüstan ağzında oturursan, ordun üstün də kimi qor-

san?». Qazan isə «Üç Yüz Yigitlən oğlum Uruz mənim evim üstünə dur-

sun!»  deyə  cavab  verir. K.Abdulla yazır:  «Salur  Qazandan aldığı  ca vab

onu qane etməmişdi, qane edə də bilməzdi. Əvəzedən ola bilərdi ki, həmi -

şə lik hakim olsun. Ən azı hakimiyyətə ən yaxın adam olsun. Qazanın ba -

şı na bir iş gələrsə hakimiyyət ona keçsin. Aruz Qoca özünün ordu başına

qoyulacağına əmin idi. Verilən cavab sonralar aralarında münaqişə olacaq

Salur Qazanla Aruz Qocanı bir-birindən bir addım aralayır, uzaqlaşdırır.

Onları düşmən kimi üz-üzə qoyur. Bu gün bu məqam bizə məntiqli görü -

nən bəlkə də yeganə səbəbdir» (1,314). 

Çox maraqlı yanaşmadır. Deməli K.Abdullaya görə dastanda baş verən

savaş yağma zamanı Daş Oğuzun dəvətli olub-olmaması, onların bu yağ-

mada iştirak edib-etməmələri ilə bağlı deyil, əslində mətndə aşkar görün-

məyən daha ciddi bir səbəblə bağlıdır. Bu da hakimiyyət davasıdır. Yəni

Aruz əslində mövcud hakimiyyəti devirib özü xan olmaq istəyirmiş. Ağ -

la batan və məntiqli tezisdir. Əslində bu tezisin həqiqət olmasını isbatla-

maq üçün başqa bir dəlilə də nəzər salmaq olar. Məlum olduğu kimi mü -

qəd dimədə  yazılır  ki,  Dədə  Qorqud  deyir:  «axır  zamanda  xanlıq  geri

Qayıya dəgə, kimsənə əllərindən almaya, axır zaman olub qiyamət qop-

unca». Sözlərdən məlum olur ki, Oğuzda hakimiyyət Qayı tayfasında ol -

ma lıdır. Rəşidəddinin «Oğuznamə»sinə nəzər saldıqda görürük ki, Sa lur -

lar (hansı ki, Ulaş oğlu Qazan) heç də Qayı tayfasından deyil, İçok lar dan -

dır (İçok – İç Oğuz əslində eyni anlayışlardır). Bayındır xan da çox yəqin

ki,  Oğuzun  oğlu  Gök  xanın  oğlu  Bayandurlardandır  –  İçoklar dandır

(2,40).  Məntiqlə  hakimiyyət  bunlarda  olmamalıdır.  Əslində,  yağmaya

çağırıl mamağın özü belə göstərir ki, bu tayfaların arasında soyuq müna-

sibət, bəlkə də hakimiyyət çəkişmələri əvvəldən mövcud olmuşdur. Rəşi -

dəd din yazır ki, Dədə Qorqud Qayının oğlu İnal xanın vəziri olmuş, 295

yaş  yaşamışdır.  İnal  xanın  padşahlığı  dövründə  peyğəmbərimiz  zühur

etmiş, bu hökmdar Dədə Qorqudu elçi sifəti ilə onun hüzuruna göndərmiş

və müsəlman olmuşdu. Çox ağıllı, bilikli və kəramət sahibi imiş (Xatırla -

daq ki, eyni fikirlər Əbul qazi Bahadır xanın «Şəcəreyi-tərakimə sin»də də

var). İnal xanın atasının təyin etdiyi naiblər və köməkçilər öldü lər. On la -

rın  yerinə  Bayandurlardan  olan  Denker,  İqdir lərdən  Dönge  seçil dilər.

2012/

IV

148



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə