65
3.
Kəndlilərdən torpaqlar alınarkən, onlar tamamilə yararlı olan başqa sərbəst xəzinə torpaqları
hesabına mükafatlandırılsın, yaxud xəzinə və torpaq vergilərini ödəməkdən azad edilsinlər;
4.
Neftli torpaqların alınması və onların əvəzində başqa xəzinə torpaqlarının ayrılması, Dövlət
Əmlak nazirinin razılığı ilə Baş rəis tərəfindən, istifadə etmək məqsədi ilə, təsdiq edilmiş rayonların
ərazilərində həyata keçirilsin. Torpaqla təmin olan şəxslərin razılığı ilə onların vergilərdən tamamilə və
ya qismən azad olunma məsələləri bir qayda olaraq həll edilsin;
5.
İcmaların ayrı-ayrı üzvləri tərəfindən özbaşına olaraq istifadəyə verilmiş xəzinə-icma
torpaqların icarə haqqı, başqa şəxslərin istifadə məqsədi ilə bağladıqları müqavilələr öz qüvvəsində
qalmaqla, xəzinənin xeyrinə daxil olsun;
6.
Bağlar, əkin və becərmə üçün yararlı torpaqlar müqavilələr üzrə hər disyatin torpaq üçün
xəzinəyə 25 qəpik töycü ödənilməklə kəndlilərin müvəqqəti istifadəsində saxlanılsın;
7.
Eyni qayda ilə, otlaq və örüşlər də müqavilələr əsasında xəzinəyə ildə hər disyatin torpaq üçün 5
qəpik töycü ödənilməsi şərtilə icmaların istifadəsində saxlanılsın;
8.
Bu "Qaydalar"ın 6 və 7-ci bəndlərində göstərilmiş torpaqları öz müvəqqəti istifadəsində
saxlamaq istəyən icmalar və onların ayrı-ayrı üzvləri qanunun elan edilməsindən 2 həftə müddətində öz
istək və təkliflərini öhdəlik qaydasında təsdiq etməlidirlər. Əks təqdirdə bu torpaqlar onların əlindən
alınır və Dövlət Əmlak İdarəsinin sərəncamına keçirilir ki, sonradan ümumi əsaslarla hərraca qoyulub
satılsın;
9.
Torpaq paylarının tərkibindən çıxarılan torpaqları müvəqqəti istifadədə saxlamaq istəyini
bildirən icma və ayrı-ayrı şəxslər, bu "Qaydalar"ın 3-cü bəndinə uyğun olaraq, qiyməti ödənilmədən
başqa torpaq sahəsi ala bilərlər. Becərilməsi xeyli məsrəf tələb edən bağlardan və başqa torpaqlardan
imtina edənlər isə həmin torpaqların əvvəllər müəyyən edilmiş qiymətlərə uyqun olaraq pullarını almaq
hüququnu özlərində saxlayırlar;
10.
9 fevral qanununun faktiki icrası, yəni, neftçıxan torpaqların faktiki olaraq kəndlilərdən alınması
Bakı quberniyasının Dövlət Əmlak İdarəsinə həvalə olunur. Yerli administrasiya bu işdə ona tam kömək
göstərməlidir;
11.
Torpaqların kəndlilərdən alınması xalq nümayəndələrinə yerindəcə kəndli torpaq paylarının
tərkibindən çıxarılması, torpaqların geriyə alınması barədə akt tərtib edilməklə həyata keçirsin. Həmin
akt tərtib edildikdən, kənd hakimiyyət orqanlarına və kəndli nümayəndələrinə elan edildikdən sonra
torpaqlar torpaq payı tərkibindən çıxarılmış hesab olunsun.
Bundan başqa İdarəyə iki sahə verilmişdi: 1896-cı ildə Dəniz İdarəsi tərəfindən Bibiheybət kəndinin
bağlarından 247 des. 1320 kv.saj. və 1905-ci ildə Dağ-Mədən İdarəsi tərəfindən keçmiş Ramana gölünün dibini
təşkil edən 154 des. 2135 kv.saj. Beləliklə, Dövlət Əmlak İdarəsinin bilavasitə ixtiyarına 5370 des. 1055 kv.saj.
neftli torpaq keçmişdi ki, bunun da neft hasilatı üçün bərabər qaydada icarəyə verilmiş 397 des. 181 kv.saj.
həcmində olan sahəsi Qafqaz Dağ-Mədən İdarəsinin sərəncamına keçmişdi. Bu sahə çıxılmaqla Dövlət Əmlak
İdarəsinin sərəncamında qalan neftli torpaqlar 4973 des. 874 kv.saj. təşkil edirdi.
Bu sahənin bir qismi-364 des. 1180 saj. kustar üsulla neft hasilatı üçün, qalan hissəsi isə ev, neft-mədən
tikintisi məqsədi ilə müxtəlif qurğular və qismən də kənd təsərrüfatı üçün Əkinçilik İdarəsinə icarəyə verilirdi.
BĠR HĠSSƏSĠ BAKI DÖVLƏT ƏMLAK ĠDARƏSĠNĠN,
DĠGƏR HĠSSƏSĠ ĠSƏ QAFQAZ DAĞ-MƏDƏN ĠDARƏSĠNĠN NƏZARƏTĠ ALTINDA
QALMIġ NEFTLĠ XƏZĠNƏ TORPAQLARINA SAHĠB OLMAQ ĠġĠNDƏKĠ
ĠKĠLĠ SĠYASƏT
Abşeron yarımadası kəndlərinin torpaq payı tərkibindən çıxarılmış torpaq sahəsi Bakı Dövlət Əmlak
İdarəsinin sərəncamına verilərək, neft sənayesinin ehtiyacları üçün nəzərdə tutulduğundan, Qafqaz Dağ-Mədən
İdarəsinin nəzarətinə tabe olmayan xüsusi torpaq fondu yarandı.
Beləliklə, öz təbii (geoloji) şəraitinə görə vahid xarakterə malik olan, eyni iqtisadi əhəmiyyət daşıyan və
dövlətin xəzinə tədbirləri üçün eyni obyekt kimi xidmət etməli olan Bakı neft rayonu xəzinə torpaqlarının
ümumi sahəsi iki idarə arasında bölündü. Bununla yanaşı belə bir cəhəti də qeyd etmək lazımdır ki, bir-biri ilə
əlaqəsi son dərəcə az olan və o zaman bir-birindən asılı olmayan bu idarələr - Qafqaz Dağ-Mədən İdarəsi və
Bakı Dövlət Əmlak İdarəsi - keçmiş Əkinçilik Nazirliyinə tabe idilər. Sonradan yaranmış Ticarət və Sənaye
Nazirliyi Dağ-Mədən İdarəsinin bütün müəssisələrini öz tərkibinə götürərək, xeyli çətinliklər yaratmışdı.
Bununla da neftli torpaqlara sahiblik və neft sənayesinin bu və ya digər ehtiyacları üçün onların düzgün
istismarına nəzarət işi xeyli çətinləşmişdi. Belə ikili xarakter istər xəzinə üçün, istərsə də neft işi ilə əlaqəsi olan
yerli əhali üçün xeyli çətinliklər yaradırdı.
Əgər bütün neftli torpaqlara sahiblik bir əldə cəmləşsəydi, Dağ-Mədən İdarəsi qarşıya qoyulan xüsusi
vəzifələri mütəşəkkil həyata keçirmək üçün bu sahədə bütün tədbirlərə birlik və vahid sistem təmin edə bilərdi.
66
Güman etmək olar ki, neftli torpaqlara ikili sahibliyin göstərilən mənfi nəticələri sonralar, 1912- ci il 25
iyun tarixli yeni qaydalar - "Abşeron yarımadasında neftli torpaqların dövlət kəndlilərinin istifadəsindən alınıb
xəzinənin sərəncamına verilməsi qaydaları və şərtləri" elan edildikdən sonra alınmış torpaqların bilavasitə Dağ-
Mədən İdarəsinin sərəncamına verilməsi barədə qərar qəbul olunmasına səbəb olmuşdu.
NEFT SƏNAYESĠ HAQQINDA QAYDALARIN
KODLAġDIRILMASI
(1892-ci il 3 iyun tarixli qanun)
Neft qanunvericiliyinin qısa xronoloji icmalına qayıdaraq, hər şeydən əvvəl neftli torpaqların kəndlilərin
istifadəsindən alınması barədə 1890-cı il 9 fevral tarixli qanundan sonra bu sahədəki ən mühüm faktı - 1892-ci il
3 iyun tarixli qanun üzrə neft sənayesi haqqında qaydaların kodlaşdırılmasını göstərmək lazımdır (1892-ci ilin
qanunlar toplusu, maddə 781).
Bu qanun qismən sistem yaratdı, məqsədəuyğunluğu təcrübədə sübuta yetirilmiş və əvvəllər verilmiş
qaydaları dəqiq ifadə etdi, qismən də yeni normalar yaratdı. Bütün bu material 1893-cü ilin Dağ-Mədən
Nizamnaməsinin yeni nəşrinə ayrıca bir fəsil - 4-cü fəsil kimi daxil oldu. Bu normalar həmin fəsildə bölmələrlə
verilmişdi. Bu bölmələrin hər birində qanunvericinin neft işi sahəsində güddüyü bu və ya digər xüsusi məqsədə
uyğun olaraq maddələr verilmişdi. "Xüsusi neft işi haqqında" ümumi başlığı ilə verilmiş bu fəsildə belə
bölmələrin sayı 6 idi: "Ümumi qərarlar" (541-556-cı maddələr), "Xəzinə torpaqlarında neft mənbələrinin
axtarışı haqqında" (557-566); "Xəzinə torpaqlarında neft hasilatı üçün torpaqların ayrılması haqqında" (567-
585); Məlum olan "neftli xəzinə torpaqları haqqında" (586-593), "Xəzinə torpaqlarında və xüsusi torpaqlarda
neft mənbələrinin işlənilməsi şərtləri haqqında" (594-607) və "Neft kəmərləri haqqında" (607-615).
75 maddədən ibarət olan (Qanunlar toplusunun 7-ci fəslinin 541 -615-ci maddələri) və yuxarıda sadalanan
rubrikalar üzrə qruplaşdırılmış 1892-ci ilin xüsusi neft işi haqqında qanunu zahiri cəhətdən bitkin bir qanun və
neft işinin bütün əsas sahələrini əhatə edən qanunvericilik aktı kimi görünsə də, hökumətin reqlamentləşdirici
fəaliyyətini heç də tam əhatə etmirdi. Çünki qanunverici hər hansı bir canlı işdə labüd olan bütün halların və
çətinliklərin nəzərə alınmasının qeyri-mümkünlüyünü, yəqin ki, bilərək, Dövlət Əmlak nazirinə, neft işi
haqqında qanunların tətbiq edilməsində yarana biləcək bütün məsələləri və anlaşılmazlıqları həll etmək hüququ
vermişdi. habelə bütün neft sənayeçiləri üçün icbari olan izahatların hamıya elan edilməsi üçün hökumət Senata
təqdim məqsədilə neft sənayeçiləri üçün ümumi təlimatlar və ayrı-ayrı qərarlar qəbul etməli idi. Yalnız öz
xassəsinə görə məhkəmə və ya qanunvericilik qaydasında baxılmalı olan məsələlər və işlər barəsində istisnaya
yol verilirdi. Dağ-Mədən Nizamnaməsinin 556-cı maddəsi ilə müəyyən edilmiş bu ümumi qaydalardan başqa,
neft işinə dair qərarlar və təlimatlar qəbul etmək barədə Dövlət Əmlak nazirinin hüququ başqa məsələlərlə
əlaqədar bəzi maddələrdə də (545, 554, 555, 562-ci və s. maddələr) təsdiq olunurdu.
Neft sənayesinin bütün sonrakı tarixi göstərir ki, nazir özünün bu hüququndan geniş istifadə etmişdir. Bu
qanunda qəbul edilmiş qaydalar və qərarlar arasında neft sənayeçilərinin qurultayları və onların seçdikləri
şuralar və komissiyalar haqqında qanunun ümumi müddəalarının inkişafı kimi hazırlanmış qaydalar və qərarlar
xüsusi diqqətəlayiqdir.
1892-ci il 3 iyun tarixli qanuna əsasən, mədənlərdə hasil edilən bütün neft üçün sahibkarlardan pud hesabı
ilə (mədəndən buraxılan neftin hər pudu üçün 1/50-dən 1/20-dək, indi isə 1/10 qəp.) vergi tutularaq, əldə edilən
vəsait hesabına neft sənayesinin ümumi ehtiyaclarının ödənilməsi üçün xüsusi fond yaradılması, həmin fondda
əldə olunan vəsaitlər cəmləşdirilib mədənlər rayonunun ümumi abadlığı (yolların çəkilməsi, xəstəxanaların,
məktəblərin tikilməsi və s.) üçün nəzərdə tutulmuş xərclərin ödənilməsinə yönəldilməli idi.
Qanunla əlaqədar müəyyən məsələlərin həyata keçirilməsi üçün məhz "Neft sənayeçilərinin qurultayını"
keçirmək zəruriyyəti yarandığından, bu haqda əsasnamə qəbul edildi. Əsasnamədə qurultayların keçirilməsinin
məqsədi, tərkibi, keçirilmə vaxtı, yeri, qurultay şurasının təşkili və fəaliyyət dairəsi, onun tərkibinə daxil olan
şəxslərin seçilmə qaydası, nümayəndələrin hüquq və vəzifələri, məcburi pul vergisinin dəqiq məbləği və tutulma
üsulu, qurultay təsisatlarından istifadə qaydasını müəyyənləşdirən bir sıra digər müddəalar da daxildir.
Neft sənayeçilərinin hər il çağırılan qurultaylarında Şuranın simasında daimi icra orqanının yaranması,
Bakı mədənlər rayonunun ümumi həyat şəraitinin qaydaya salınması baxımından çox böyük əhəmiyyət kəsb
edirdi. Bu Şuranın vəzifələri sırasına hər bir əvvəlki növbəti qurultayın qərarlarının yerinə yetirilməsi, iki
qurultay arası dövrdə Şuraya daxil olan məsələlərin nəzərdən keçirilməsi və neft sənayeçiləri qurultayının bütün
mürəkkəb təsərrüfatının idarə edilməsi daxil idi.
Müxtəlif vaxtlarda Dövlət Əmlak nazirinin, sonradan isə Ticarət və Sənaye nazirinin təsdiq etdiyi və
mədən işinin texniki tərəfinin tənzimlənməsinə aid olan təlimat və qaydalar da mühüm əhəmiyyət kəsb edirdi.
Bunlar arasında Bakı neft mədənlərinin qorunması üzrə texniki komissiyanın 1893-cü il fevralın 12-də Dövlət
Əmlak naziri tərəfindən təsdiq edilmiş və 1896-cı il mayın 11-də əlavələr edilmiş təlimatı; Qafqaz diyarı neft
mədənlərinə nəzarət üzrə 1893-cü il 9 oktyabr təlimatı (Qanunverici aktlar məcmuəsi, 1893-cü il, № 175, səh.