naziri kimi Nazirlər Şurasının tərkibində qaldı və milli maraqlara zidd fəaliyyətini
davam etdirir.
M.H.Hacınskinin tərəfdarları martın 30-da Dağlıq Qarabağda erməni
qiyamının yatırılmasında kifayət qədər qətiyyət göstərməmək bəhanəsi ilə
N.Yusifbəyli kabinəsinin istefaya göndərməyə nail oldular. Yeni hökumətin təşkili
Hacınskiyə tapşırıldı. O, aprelin 20-nə qədər Parlamentdə təmsil olunan partiyaların
təmsilçiləri ilə açıq, bolşevik nümayəndələri ilə gizli danışıqlar apardı. XI ordunun
Azərbaycana soxulmasına beş gün qalmış isə yeni hökumət qurmaq üçün
Parlamentdən
aldığı
səlahiyyətlərdən
imtina
etdiyini
bildirdi.
Beləliklə,
M.H.Hacınskinin təkəddüdlü mövqeyi nəticəsində ölkə üçün çox məsul dövrdə süni
hökumət böhranı yaradıldı. Bu böhran da həlledici anda milli hökumətin süqutunu
asanlaşdırdı.
Bolşevik işğalından bir neçə gün əvvəl Müsavat partiyasından çıxdığını və
Azərbaycan
Kommunist
(bolşeviklər)
partiyasına
üzv
olduğunu
bildirən
M.H.Hacınski sovet hakimiyyəti illərində müxtəlif sovet və təsərrüfat vəzifələrində
çalışmışdı. Lakin bütün bu xidmətləri onu sovet cəza maşınının dişlərindən xilas edə
bilməmişdi. l930-cu ildə M.H.Hacınski Transqafqaz diyar komitəsinin birinci katibi
L.Beriyanın göstərişi ilə həbs olunmuş və 1931-ci il martın 8-də hələ istintaq başa
çatmamış Tiflis həbsxanasında qətlə yetirilmişdi.
Ə.Şeyxülislamov siyasi fəaliyyətini əvvəlcə Fransada, İkinci Dünya
müharibəsindən sonra isə bir müddət Almaniyada davam etdirmişdi. 20-ci illərin
sonunda onun Ə.M.Topçubaşovla münasibətləri kəskinləşmişdi. Ə.Şeyxülislamov
yalnız Parisdəki Nümayəndə heyətinin üzvlərini Azərbaycan adından danışmağa
səlahiyyətli sayır və M.Ə.Rəsulzadənin rəhbərliyi altında İstanbulda fəaliyyət
göstərən Azərbaycan Milli Mərkəzinə qarşı müxalifətdə dayanırdı. O, Azərbaycan
siyasi mühacirətinin birləşməsi və vahid mərkəzdən idarə olunması tərəfdarı kimi
çıxış edən və bu zəmində qarşılıqlı kompromisi zəruri sayan Ə.M.Topçubaşova qarşı
çıxırdı. Ə.Şeyxülislamov 1943-cü ildə keçmiş sovet zabiti, hərbi əsir Ə.Fətəlibəyli-
Düdənginskinin yaratdığı siyasi təşkilatın - Azərbaycan Milli Birlik Məclisinin
(AMBM) rəhbərliyinə seçilmiş, 1951-ci ildə C.Hacıbəyli və İ.Əkbərlə birlikdə
Azərbaycan adından Rusiya Millətlərinin Qurtuluş Şurasının təsis edilməsi
haqqındakı Visbaden Bəyannaməsini imzalamışdı. Həyatının sonuna qədər (1961-ci il
martın 2-də Parisdə yoxsulluq içərisində vəfat etmişdi) Azərbaycanın azadlığı və
müstəqilliyi Ə.Şeyxülislamovun idealı olmuşdu.
C.Hacıbəyli siyasi baxışlarına görə Ə.Şeyxülislamovla eyni mövqedə
dayanırdı. 1943-cü ildə o da ABMB-nin rəhbərliyinə seçilmiş, 1952-ci ildən isə bu
qurumun Münxendə nəşr etdiyi “Azərbaycan” jurnalının redaktoru olmuşdu. Həm
siyasi publisist, həm də tədqiqatçı-alim kimi fəaliyyəti hərtərəfli və məhsuldar sayıla
bilər. Hələ 1919-cu ilin dekabrında “Revyü du mond myüzyülman” jurnalında onun
Azərbaycan Cümhuriyyətinin yaranma tarixinə həsr olunmuş “İlk müsəlman
respublikası” adlı böyük həcmli məqaləsi çap edilmişdi. “Journale Asiatique”
məcmuəsi səhifələrindəki Azərbaycan tarixinə, dilinə, ədəbiyyatına, etnoqrafiyasına
dair çoxsaylı məqalələr də Ceyhunbəyin qələmindən çıxmışdı. 1926-cı ildə
C.Hacıbəyli zəngin dilçilik və etnoqrafik materialların toplandığı “Qarabağ (Qafqaz
Azərbaycanı) dialekti və folkloru” kitabını çap etdirmişdi.
Qardaşı Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasını ingilis və
fransız dillərinə çevirərək Parisdə nəşr etdirmiş, 1925-ci ildə fransız teatr
xadimlərinin iştirakı ilə əsərin Fransa paytaxtında tamaşaya qoyulmasına nail
olmuşdu. Çoxşaxəli elmi fəaliyyətinə görə Fransa Şərqşünaslıq Akademiyasının -
“Sosiete Asiatique”nin həqiqi üzvü seçilmişdi. Həyatının sonuna qədər Münhendəki
SSRİ-ni öyrənmə İnstitutunda çalışan C.Hacıbəyli İnstitutun nəşrlərində kommunist
ideologiyasının antibəşəri mahiyyətini və SSRİ-də milli zülmü ifşa edən məqalələrlə
çıxış edirdi.Onun oğlu, hərbi təyyarəçi T.Hacıbəyli İkinci Dünya müharibəsi zamanı
Fransa səmasını alman faşistlərindən qoruyarkən qəhrəmancasına həlak olmuşdu.
Miryaqub Mirmehdiyev (mühacir dairlərində o, daha çox Mir Yaqub adı ilə
tanınırdı) Nümayəndə heyətinin üzvləri içərisində Ə.M.Topçubaşova ehtiram və
sədaqətini sona qədər qoruyub saxlayan yeganə əqidə dostu sayıla bilər. O,
Nümayəndə heyətinin tərkibindəki əsas işi ilə birlikdə 1919-cu ilin avqustunda
Parisdə yaradılan “Fransa-Qafqaz Komitəsi”ndə də fəaliyyət göstərirdi. Fransanın
Transqafqaz ölkələri, ilk növbədə isə Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələrini
canlandırmaq məqsədi ilə yaradılmış bu Komitədə Fransanı diplomat və şərqşünas
E.Uplo (sədr), Gürcüstanı knyaz M.Sumbatov (sədr müavini), Azərbaycanı
M.Mirmehdiyev (sədr müavini) təmsil edirdilər.
Mühacirət dövründə də siyasi fəaliyyətindən çəkilməyən Mir Yaqub eyni
zamanda Parisdə rus dilində çap olunan “Qafqaz” jurnah ilə yaxından əməkdaşlıq
edirdi. 1926-cı ildə onun “Sovet rejimi: mənbələri və mahiyyəti”, 1933-cü ildə isə
“Qafqaz problemləri” kitabları Parisdə, fransız dilində çap olunmuşdu. Birinci kitabda
müəllif sovet rejiminin xalqa zidd, antibəşəri mahiyyətini açıqlamağa çalışırdı.
“Qafqaz problemləri” kitabında isə çar Rusiyası tərəfindən bu regionun işğalından
tutmuş 1920-ci ilə qədər Qafqazda cərəyan edən əsas hadisə və prosesləri izlənilmiş,
yeni işğal faktının - sovetləşdirmənin mahiyyəti və xarakteri diqqətlə təhlil edilib
araşdırılmışdı.
Kitabda bütövlükdə böyük Qafqazın problemləri işıqlandırılsa da, əsas
diqqət müəllifin vətəninə - Azərbaycana yönəldilmişdi. Mir Yaqub tam əsasla Paris
Sülh konfransındakı Azəbaycan Nümayəndə heyətinin fəaliyyətini obyektiv
işıqlandıran ilk tarixçi-politoloq da hesab oluna bilər. İkinci Dünya müharibəsi
ərəfəsində Parisdən İrana köçən M.Mirmehdiyevin sonrakı həyatı və taleyi haqqında
hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır.
Nümayəndə heyətinin ən gənc üzvü Məhəmməd Məhərrəmov hələ 20-ci
illərin əvvəllərində siyasi səhnədən uzaqlaşmış və kiçik də olsa öz biznesini qurmağa
çalışmışdı. Sonralar o, daha çox bibliofil və antikvar əşyalar üzrə mütəxəsis kimi
tanınmışdı. Hətta məşhur rus yazıçısı A.Gertsenin Londonda çap etdiyi “Kolokol”
Dostları ilə paylaş: |